Microsoft Word qafqaz albanlar-duzelishli doc



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə17/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   ...   13   14   15   16   17   18   19   20   ...   107

 
52 
“Mən – Senekərem xan, Əsənin (Həsənin) bu fərmanını öz qo-
lumla təsdiq etdim. Bundan sonra onun qanı bahasına taciklərdən 
(müsəlmanlardan) geri alınan bu kəndlər mənim buyuruğumla Ta-
tevə qaytarılır. Mən, oğullarım və azalar buna şahidik. Bu kilsələr 
durduqca kimsə onlara əl uzatmağa cəsarət etməsin”. 
Albaniya xanı Əsən (Həsən) Cəlalın qızı, xanbanu Minə Xatu-
nun imzaladığı bir fərmanda yazlıb: 
“Qüdrəti hər  şeyə yetən Tanrının iradəsi ilə bu yazı  mənim – 
böyük xan Əsən Cəlalın qızı və bəylər bəyi Tarsaiçin xatunu Minə 
Xatun və oğlum Cəlal haqqındadır. Ona görə ki, Vedidəki Norpetdə 
onun gerçək sahiblərindən halal vəsaitimizlə bağ almış, orada 
ağaclar əkmiş, ...hasara almışıq. Nəzərə alaraq ki, bu bağ bir vaxt 
Norvəngə bağışlanmışdı, biz də onu həmin vəngə qaytarırıq.” 
Başqa bir misal. Vardenis rayonunun Böyük Məzrə (Mets – 
Mazra) kəndindəki xaçkarın üstündə yazlıb: 
“Mən Krikor Artnersex – Sünik və Albaniyanın böyük bəyi er-
məni ilinin 330–cu ilində (881–ci il) bu xaçı dindarlara kömək 
məqsədi ilə ucaltdım. Bu xaça təzim edənlər, dualarınızda məni də 
yad edin”. 
Sünik, yəni Zəngəzur əhalisinin albanlar olduğunu əski erməni 
mənbələri də  təsdiq edir. Məsələn, V əsrdə baş vermiş bir hadi-
sədən - Mesrop Maştostsun erməni və albanlara əlifba düzəltmə-
sindən danışan bütün erməni müəllifləri ona Sünikdən (Zəngə-
zurdan) gəlmiş Benyamin adlı birisinin kömək etdiyini yazırlar. 
Koroyun isə onun millətini də qeyd etmişdir: 
“Elə  həmin vaxt onun yanına Benyamin adlı bir alban iereyi 
gəldi”. 
Bu faktları bir qədər də artırmaq mümkündür. Əldə digər alban 
bəylərinə aid də çox sayda yazı bulunmaqdadır. Bu mənbələr təkcə 
Qərbi Azərbaycan, yəni bugünkü Ermənistan ərazisinin deyil, eyni 
zamanda Qarabağ  və bütün Kür – Araz ovalığının tarixən guya 
ermənilərə aid olduğunu iddia edən erməni “alimlər”inə  ən gözəl 
cavab ola bilər. 
 


 
53
Qiyasəddin Qeybullayev ermənilərin bu ərazilərə iddiası ba-
rədə belə yazır: 
"Erməni tarixçilərinin  əsərlərində belə bir nəzər nöqtəsi ha-
kimdir ki, Albaniyann Kür – Araz ovalığının (onların dili ilə desək
sağ sahil Albaniyasının) bir hissəsi, o cümlədən Dağlıq Qarabağ 
ərazisi e.ə. II əsrdən başlayaraq 387–ci ilədək (indisə ehtimal edir-
lər ki, 428 və 450 – 451 –ci illərədək) Böyük Ərməniyyənin tərkib 
hissəsi olmuş  və göstərilən tarixdən sonra albanlara keçmişdir. 
Həmçinin hesab edilir ki, Albaniyanın bu hissəsində  əzəldən er-
mənilər yaşamışlar və ya yerli əhali 600 il ərzində (e.ə II əsr – b. e. 
IV əsri) erməniləşmişdi. Erməni ekstermistlərinin son illərdə Azər-
baycana qarşı irəli sürdükləri  ərazi iddiaları da əsasən bununla 
bağlıdır. Bu konsepsiyanın  əsaslandırılması  işinə  təkcə tarixçilər 
(S.Yeremyan, A.Ter–Qevondyan, B.Ulubabayan, Q.Svazyan, A.Ab-
ramyan, A.Mnatsakanyan, A.Akopyan və s.) deyil, eyni zamanda 
Z.Balayan kimi... publisistlər də qoşulmuşlar.” 
Bəri başdan qeyd edək ki, yuxarıda adı çəkilən erməni “alim-
lərinin” fikirləri barədə tam icmala Ziya Bünyadovun və  Fəridə 
Məmmədovanın, eləcə də qismən Qiyasəddin Qeybullayevin əsər-
lərində rast gəlmək mümkündür. Onlardan bəzisini gözdən keçirək. 
Məsələn, Q. Kapatsyan Kür – Araz ovalığının ermənilərə məxsus-
luğunu “sübut” etmək üçün bu bölgənin əsas şəhərlərindən biri olan 
Bərdə şəhərinin adının etimologiyası ilə bağlı olduqca gülməli bir 
iddia irəli sürərək yazmışdır ki, guya “Bərdə” adı erməni (hay) di-
lindəki “barti” (ağa) sözündən yaranmışdır. Halbuki, ərəb mənşəli 
bu söz erməni (hay) dilinə fars dili vasitəsilə keçmişdir və mənası 
“quldar”, “qulların ağası” deməkdir. Sözügedən şəhər isə hələ e.ə. I 
minilliyin başlarına aid mixi mənbələrdə, yəni  ərəblərin bu 
ərazilərdə izi – tozu olmayan bir dövrdən bu adla yad edilməkdədir. 
Q.Kapatsyan fikrini “əsaslandırmaq” üçün qədim gürcü mən-
bələrində qeydə alınmış bir əfsanədə deyilənləri misal çəkmişdir. 
Söhbət Yafəsin soyundan olan Torqormosun (Toqarmanın) Bərdə 
şəhərinin  əsasını qoyduğu hesab edilən Bardosu (Bardı) Kürdən 
cənubdakı torpaqların, daha dəqiq desək, Barduci çayından Kürlə 


 
54 
Arazın qovuşduğu yerə  qədər olan ərazilərin hakimi təyin etməsi 
barədə yazılanlardan gedir. Bu “dahi” erməni “alimi” daha sonra 
isə  Ərməniyyə  şahlarının Torqomosun (Toqarmanın) nəslindən 
olduqları barədə M.Xorenatsinin yazdıqlarını  əsas “dəlil” kimi 
ortaya qoymuşdur. Lakin o unutmuşdur ki, təkcə  qədim erməni 
mənbələri deyil, eləcə  də onun misal çəkdiyi gürcü mənbələrində 
də Torqomosdan, yəni Yafəsin nəvəsi Toqarmadan gürcülərin ilk 
əfsanəvi çarlarının soy babası kimi söz açılmaqdadır. Musa Ka-
ğankatlı da özünün “Alban tarixi” kitabında Toqarmanı alban şah-
larının soy babası və Albaniyanın 4–cü şahı kimi təqdim etmişdir. 
Yəqin Q. Kapatsyana məlum deyil ki, bütün yəhudi, xristian və 
müsəlman mənbələrində Toqarmanın babası Yafəs türklərin ulu 
babası hesab edimişdir. Eyni zamanda o da məlum deyil ki, xəzər 
türklərinin yəhudi dinini qəbul etmiş xaqanı İosif öz məşhur mək-
tubunda Toqarmanın 10 türk xalqının, o cümlədən xəzərlərin soy 
babası olduğunu yazmışdır. Əgər erməni “aliminə” məlum olsaydı 
ki, bütün erkən orta əsr xristian müəllifləri Toqarmanın hökmü 
altında olan ölkələrdən söz açarkən birinci yerdə Midiyanın və ya 
Atropatenanın, ikinci yerdə isə Albaniyanın adlarını çəkmiş, yalnız 
bundan sonra Ərməniyyənin və digər Avrasiya ölkələrinin adını sa-
dalamışlar və bununla da Toqarmanın dünyanı Midiyadan, daha 
dəqiq desək, Atropatena (Azərbaycan)  ərazisindən idarə etdiyini
yəni böyük imperatorluğun mərkəzinin Azərbaycan olduğunu təs-
diqləmişlər, cəfəng – cəfəng sözlər yazıb özünü biabır etməzdi. 
Bu misalı  çəkməkdə  məqsədimiz erməni müəlliflərinin iddia-
larının bu cür boş – boş fikirlərə  əsaslandığını, delitantizmdən və 
riyakarlıqdan başqa bir şey olmadığını göstərməkdir. İrəlidə görə-
cəyimiz kimi, erməni (hay) tarixçiləri öz boş xülyalarını  əsaslan-
dırmaq üçün faktları təhrif etməkdən heç vaxt çəkinməmişlər. 
Ş. Smbatyanın yazılarındakı məntiq, daha doğrusu məntiqsizlik 
də həmkarınkından uzaq deyil. O yazır ki, “Albaniya” ifadəsi etno-
nim deyil, sadəcə coğrafi addır. Onun fikrincə albanlar iqtisadi 
baxımdan geriqalmş olduqlarından Albaniyanın siyasi və iqtisadi 
həyatında əhəmiyytli rol oynamırdılar və ermənilərdən xristianlığı 
qəbul etdikdən sonra etnik simalarını itirmişdilər. 


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə