Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə51/53
tarix15.07.2018
ölçüsü1,84 Mb.
#55966
1   ...   45   46   47   48   49   50   51   52   53

 
 
39 Ələvi, Ələviyyə—Əli nəslindən olan 
40 Sihib Əbül-Qisim  İsmail ibn Əbbad—İranın məşhur 
ədiblərnndəndir Albuyə  şahlarından Müəyyəduddövlənin və 
Fəxrüddövlənin vəziri olmuşdur. 
41 Şafei-Əbu-Abdullah Məhəmməd ibn İdris Şafei—Şafei 
tərnqətinin banisi olmuşdur. (150/767-204/819-20). 
42 Rey—İranda, Tehran yaxınlığında yer adı. 
43 Tutiya—Göz dərmanı. Bütün göz xəstəliklərini sağalda 
bilən dərman. 
44 Mə'mun—Xəlifə Harun-ər-Rəşidin oğlu (813-833). 
45 Dəxmə—Zərduştilərdə insan öldükdən sonra yandırılası 
olmayan cəsədlərin qoyulduğu açıq meydança. Bu meydançalar 
yuksək yerdə tikilər və buraya qoyulan cəsədləri quzğunlar 
parçalayıb yeyərdilər. Bu söz Şərq  ədəbiyyatında məqbərə 
mə'nasında da işlənmişdir. 
Səkkizinci fəsil 
46 Fasiq—Alçaq, rəzil, murdar adam. 47 Abid—İbadət 
edən.  
Doqquzuncu fəsil 
48  Ərəstu—Ərəstun, Aristotel. Məşhur yunan alimi və 
filosofu. 
49 RX (Rzaquli Xan Hidayət) ilə S. Nəfisidə fərq var. Bu 
cümlə RX-yə əsasən tərcümə edilmişdir. 
50 Əscədi—Əbu Nəzər  
 Əbdül  Əziz ibn Mansur Əscədi Mərvi- Hicri dördüncü 
əsrin sonu, beşinci  əsrin  əvvəlinin məşhur  şairlərindən biri 
hesab edilir (öl. 432/10-10-41). 51 Taət—İqaət. itaət etmək. 
52 Mə'siyət—İtaət etməmək, dinə qarşı çıxmaq, ası olmaq.  
53 Zöhdiyyat—Tərkdünyalıq, zahidlik haqqında yazılmış 
əsər. 
54 Süleyman—Davudun oğlu Süleyman peyğəmbər 
nəzərdə tutulur (er. əvvəl 1082-975). 
55 Hacib -- Saray xidmətçisi, təşrifat rəisi, pərdədar. 
204 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
Onuncu fəsil  
56 Sahib—b a x: 40. 
On birinci fəsil 
57 Dörd təbiət—Qədim təbabətdə böyük rol oynayan və 
xarici aləmdəki dörd ünsürə (su, od, torpaq, külək) müvafiq 
olaraq insanın bədənində  də dörd "təbiətin" yə'ni istilik, 
soyuqluq, quruluq və yaşlıq xüsusiyyətlərinin olduğunu qəbul 
edən nəzəriyyəyə işarə edilir. 
58 Səhərin buxarlığı—Səhər məstliyi nəzərdə tutulur. 
59 Müfsid—Fəsad törədən, ziyankar. 
On ikinci fəsil 
60 Gilan—İranın  şimalında vilayət adı. Vaxtilə müstəqil 
dövlət olmuşdur. "Qabusnamə" müəllifi özü Gilandandır. 
61 S. Nəfisi və Y. E. Bertelsdə  fərq var. Biz RX-i əsas 
götürmüşük. 
62  İbn Müqlə—Əbu  Əli Məhəmməd ibn Əli ibn Hüseyn 
ibn Müqlə. Məşhur xəttat,  ədəbiyyatşünas və dövlət xadimi 
olmuşdur. Abbasi xəlifələrindən Müqtədir, Qahir və Raziyə 
vəzir olmuş, sonuncu tərəfindən 328/939-40-cı. illərdə böyük 
əzabla öldürülmüşdür. 
63 Nəsr ibn Mənsur Təmimi—S. Nəfisinin fikriiə görə 
Əbülhəsən Mənsurun oğludur, 929-936-cı illər arasında Misrə 
göndərilmişdir. 
64 Hücrə—Yaşamaq üçün olan balaça otaq. 
65 Mö'təsim—Abbasilərin 8-ci xəlifəsi, 833-842-ci illərdə 
hökmranlıq etmişdir. 
On dörrduncü fəsil 
66 RX-dan tərcümə edilmişdir. 
67 Məhəmməd Zəkəriyya—b ax:26. 
68 Şeyx Əbu Said) bul-Xeyr Meyhəni—Xorasanda məşhur 
zahidlərdən biri olmuşdur. 967-ci ildə anadan olmuş, 1049-da 
vəfat etmişdir. 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
69  Şəmsülməali—"Qabusnamə" müəllifinin babası, Onun 
haqqında müqəddimədə geniş mə'lumat verilmişdir. 
70 Əhmədi Coğdi —Əhmədi Soğdi. 
71 Əmir Sə'd Nəxxas—?. 
72 Əbul-Abbas Qanimi—Şəmsülməalinin vəziri. 
73 Qəzne, Qəzneyn—Qəznəvilərin paytaxtı, 
Əfqanıstandadır. 
74  İqta'- hissə. kəsik, tikə, parça, ayrılmış torpaq hissəsi, 
şərti torpaq mülkiyyəti, müharibəyə getməklə  əlaqədar olaraq 
bəxşiş edilmiş torpaq, Orta əsrlərdə dövlətdən iqta bəxşiş almış 
şəxsə  həmin yerin əhalisindən vergi toplamaq hüququ də 
verilirdi. Bə'zən iqtalar xüsusi xidmətlər qarşısında da 
bağışlanırdı. "Qabusnamə"də  məhz belə xüsusi xidmətlər 
müqabilində bağışlanan "iqtalardan" söhbət gedir. 
75 Ptolemey—Qədim yunan filosofu, alimi və  tədqiqatçı-
nəzəriyyəçisi Ptolemey ən çox nücum, riyaziyyat, coğrafiya və 
fizika sahəsində bö|ük şöhrət tapmışdır. Eramızın ikinci əsrində 
yaşayıb yaratmışdır. Təxminən 168-ci ildə  vəfat etdiyi qeyd 
olunur. 
On beşinci fəsil 
76 "fəslə zidd heç nə yemə"—Qədim təbabət elminə görə 
hər fəslin özünə məxsus xeyirli və faydalı yeməkləri var idi. Bu 
yeməkləri pozan və xörəklərini qarışdıran adamlar xəstələnməli 
imişlər. 
On yeddinci fəsil 
77 Rum alimləri—Yunan alimləri nəzərdə tutulur. 
78 "Biz gecəni örtük yaratdıq"—Qur'an ayəsi. 
On səkkizinci fəsil 
79  Şərəfülməali—"Qabusnamə" müəllifinin  əmisi oğlu 
Ənuşirəvan ibn-Mənucehr nəzərdə tutulur, 1029-1032/33-cü 
illərdə şahlıq etmişdir. 
80 Çərğ—Ağ şahin. 
On doqquzuncu fəsil 
206 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
81  Əmr Leys—Səffarilər sülaləsinin ikinci hökmdarı, 
265/879-287/900-cü illərdə hakimiyyət başında olmuşdur. 
82 Əzhər Xər—Əmr Leysin baş sərkərdələrindən biri. 
İyirmi birinci fəsil 
83 Qarun—Məşhur  əfsanəvi bir dövlətlinin adıdır. 
Tövratda onun haqqında geniş mə'lumat verilir.  
İslam aləmindəki mə'xəzlərə görə, Fironun (Faraonun) 
vəziri olmuşdur. Heç nəyə e'tiqadı olmadığından guya 40 dəvə 
yükü ilə birlikdə yerə batmışdır.  Şərq  ədəbiyyatında dövlətli 
adam obrazı kimi həmişə Qarun misal göstərilir.  Əhvalatdan 
xəbərdar olmayan adamlar bə'zən rus dilindən Azərbaycan 
dilinə  tərcümələrdə Qarun ilə Harunu bir-biri ila qarışdırırlar. 
Məsələn, belə bir səhv orijinaldan deyil, rus dilindən 
Azərbaycan dilinə  təcrümə edilmiş  "İran yazıçılarının 
hekayələri" kitabında buraxılmışdır. 
84 Dirəm, dirhəm—Qədimdə bir sıra  Şərq ölkələrində 
işlənən pul və çəki vahidi. 
85 Həbbə—Çəki vahidi. Təqribən 0,044 q-a bərabərdir. 
86 Dang, dənge, dəng—Pul və çəki vahidi. Təxminən 1/6-
dən 1/3 dirəmə bərabərdir. 
İyirmi üçüncü fəsil 
87Elmi fərasət—Fizioqnomika, adamın üzünə baxıb 
qəlbini oxuya bilmək elmi. 
88 Fərraş—Burada əsl lüğəvi mə'nasında, yə'ni fərş salan, 
ev yığışdıran ev-eşiyi sahmana salan mə'nasında işlənilmişdir. 
Müasir dildə mə'mur mə'nasında işlənir. 
89 Türkan—türk xalqları,  əsasən, türküstanlılar nəzərdə 
tutulur. 
90 Quz—Tayfa, xalq adı. 
91 Xötənlilər—Tayfa, xalq adı. 
92 Xalluxlar—Tayfa, xalq adı. 
93 Bəxişlər—Tayfa, xalq adı. 
94 Tibetlilər—Tayfa, xalq adı. 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə