Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə47/53
tarix15.07.2018
ölçüsü1,84 Mb.
#55966
1   ...   43   44   45   46   47   48   49   50   ...   53

 
 
ikincisi, doğruya tərəfdar çıxasan, üçüncüsü, səbrli olasan, çünki 
cavanmərdliyə aid bütün xüsusiyyətlər bu üç şeylə əlaqədardır". 
İndi, ey oğul,  əgər çətinlik çəkirsənsə  mən bu üç 
xüsusiyyəti üç dəstə arasında bölüb hərəsinin dərəcə  və 
əndazəsini ayrı-ayrı şərh edirəm ki, başa düşəsən. 
H a ş i y ə. Bil, əyyarların ən cavanmərdi odur ki, onda bir 
neçə xüsusiyyət olsun: hünərli, ürəkli, hər işdə  səbrli, sözünə 
sadiq gözü tox, ürəyi təmiz, başqasına ziyan vurmayan, 
dostunun xeyri yolunda öz zərərinə razı olan, əsirləri 
incitməyən, yoxsullara bəxşiş verən, pisləri pis işdən döndərən, 
düz deyib düz eşidən olsun, qədir bilsin, çörək yediyi süfrəyə 
xəyanət etməsin, yaxşılıq əvəzini pisliklə çıxmasın, dilini xeyrə 
öyrətsin, hər şərdə bir xeyir görsün. Diqqətlə baxsan, bütün bu 
xüsusiyyətlərin hamısı dediyim həmin üç şeylə  əlaqədardır, bu 
barədə bir hekayət də vardır. 
H e k a y ə t: Eşitmişəm, bir gün əyyarlardan bir dəstə 
Kuhistanda oturarkən, bir adam gəlib salam verir və deyir: Mən 
Mərv əyyarları tərəfindən elçiyəm, sizə salam göndərib deyirlər: 
Eşitmişik Kuhistanda filan əyyarlar var, bizdən bir nəfər sizin 
yanınıza gələcək, bir şərtimiz var, əgər bizim sualımıza düz 
cavab versəniz və biz onunla razılaşsaq, sizin böyüklüyünüzü 
qəbul edəcəyik, düz cavab verə bilməsəniz, gərək siz bizim 
böyüklüyümuzü təsdiq edəsiniz". Deyirlər: "De", Deyir: 
"Soruşurlar cavanmərdlik nədir cavanmərdliklə nacavanmərdlik 
arasındakı fərq nədən ibarətdir? Bir əyyar yol üstə oturmuş olsa, 
bir adam oradan keçsə, bir azdan sonra başqa birisi siyirmə 
qılınc gəlib ondan soruşsa ki, filan adam buradan keçib ya yox, 
o nə deməlidir? Desə  xəbərçilik olar, deməsə-yalançılıq, 
bunların hər ikisi də əyyarlıqla bir yerə sığmaz". 
Kuhistan əyyarları bu məsələni eşitdikdən sonra bir-birinə 
baxışdılar, Onların arasında Fəzli Həmədani adında bir kişi var 
idi, qalxıb deyir: "Bu suala mən cavab verərəm". Deyirlər: "De". 
Deyir: "Əsl cavanmərdlik odur ki, dediyini edəsən, 
cavanmərdliklə nacavanmərdlik arasındakı  fərq ondan ibarətdir 
ki, səbir edəsən. O əyyar isə belə etməlidir: oturduğu yerdən 
durub bir addım yuxarıda oturmalı  və deməlidir: "Mən burada 
oturduğum müddətdə buradan keçməmişdir". Duz demiş olar". 
Bu sözü başa düşsək cavanmərdliyin mahiyyətini də başa 
düşmüş olarsan. 
Hərbçilərin xüsusiyyəti.  Əyyarlarda olan bu dediyim 
cavanmərdlik hərbçilərdə də olur, onlarda bu şərtə riayət etmək 
daha tam şəkildə qanun sayılır, çünki harbçilik təkmilləşdirilmiş 
188 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
əyyarlıq deməkdir. Lakin hərbçidə  kəramət, qonaqpərəstlik, 
səxavət, minnətdarlıq, nəzakət, silah oynatmaq məharəti daha 
çox olmalıdır. 
Amma qadınlara hörmət etmək, özünü saxlamaq, 
başqalarına xidmət göstərmək, başıaşağı olmaq hərbçi üçün 
hünər, əyyar üçün eyib sayılır. Cavanmərdlik bazar əhli üçün də 
şərtdir, bu barədə peşə sahiblərindən danışarkən bəhs etmişik. 
Din alimlərinin xüsusiyyəti.  İnsanlıq idealından paylarına 
bədən və can düşən dəstə, dediyimiz kimi, din elmi sahibləri və 
yoxsul sufilərdir. Camaat bunlara ürəfa adı vermişdir. Bu 
dəstədə cavanmərdlik daha çox olmalıdır, çünki cavanmərdlik 
idealın bədəni, doğruluq isə onun canıdır, onlara isə can, yə'ni 
doğruluq da düşmüşdür, Onlar nəzakət qaydalarından əlavə bir 
də din elmini bildiklərinə, üləma olduqlarına görə daha çox 
insan olmalıdırlar. Belə xüsusiyyətlərə malik olanlar mülayim 
danışmağı, ürəyi ələ almağı, eləcə də xeyirli işlər görməyi, qəlbi 
razı salmağı daha yaxşı bacarmalıdırlar. Onlar dində möhkəm 
olmalı,riyadan uzaqlaşmalı, dini məsələlər istisna edilməklə, heç 
vaxt qəzəblənməməlidirlər. Din ayrılığına görə birinin gizlin 
sirrini açmamalı, cəzalandırmaq üçün camaata fitva verib, onları 
təhrik etməməlidir, and içməməlidir. Fitva ilə xalqı 
incitməməlidir. Bir yazığın səhvi olsa və onun yanına gəlsə, 
çarəsini bilsə, xudbinlik etməyib ona öyrədərək, xoşdillə yola 
salmalıdır. Dini dünya malına satmamalı, zahidliyini xalqın 
gözünə soxmamalıdır. Yaxşı ad qazanmaqda şöhrət tapmalı, 
fasiq adamı günah üstündə, xüsusilə xalq içində 
danlamamalıdır.  Əgər birinə  nəsihət üçün məzəmmət edirsə
xəlvətdə etməlidir, çünki xalq içində  məzəmmət zülm, əziyyət 
sayılar. Heç vaxt xalqın canına qəsd etməməli, adamın ölümə 
layiq olduğunu bilsə  də, fitva verməməlidir. Bütün yanlış 
fitvalara çarə tapmaq olar, qətldən başqa, çünki ölünü diriltmək 
olmaz. Məzhəb fərqi üstə heç kəsi kafir adlandırmamalıdır, 
çünki kafirlik dinin əksidir, məzhəbin  əksi deyildir. O, başqa 
kitab və elmi rədd etməməli, onun bilmədiyi şey küfr olmaya da 
bilər. Xalqı günah işlərə sövq etməməlidir. Hansı fəqih və hansı 
zahiddə bu sifətlər varsa, o həm mərddir, həm cavanmərd. 
Təsəvvüf  əhlinin xüsusiyyəti. Təsəvvüf  əhlinin  ən'ənə, 
qayda-qanun və  şərtlərini onların özləri: Ostad Əbulqasım 
Əbdülkərim Qüşeyri
290
 özünün "Rəsaili adab-ət-təsəvvüf", Şeyx 
Əbulhəsən  əlMüqəddəsi
291
 "Bəyan-əs-Səfa",  Əbu-Mənsur  əd-
Dəməşqi
292
 "Əzəmət" və Əli Vahidi
293
 "Kitabül-Bəyan fikəşfil-
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
əyan" kitabında yazmışlar. Mən burada bu təriqətin bütün 
şərtləri haqqında,  şeyxlərin başqa kitablarda yazdıqları  qədər 
mə'lumat verə bilmərəm. Mənim bu kitabdan məqsədim nəsihət 
vermək və sənə yaxşı gün ağlamaqdır. Ona görə bu baradə də öz 
borcumu yerinə yetirdim ki, əgər bu tayfa ilə də oturub dursan, 
nə sən onlara yük olasan, nə onlar sənə. 
 Mən bu dəstənin də cavanmərdlik şərtlərini sənə danışmaq 
istəyirəm, çünki elə bir adam tapılmaz ki, özlərini hamıdan daha 
üstün və daha yaxşı hesab edən bu dəstə kimi Allah xatirinə, 
könüllü olaraq həyatda bu qədər əziyyətə mə'ruz qalsın. 
Eşitmişəm ilk dəfə bu təriqəti kəşf edən Üzeyr peyğəmbər 
olmuşdur, iş oraya çatmışdır ki, lə'nətə  gəlmiş  yəhudilər onu 
Allahın oğlu adlandırmışlar (ağızlarına daş-torpaq). 
Eşitmişəm ki, Peyğəmbərin vaxtında onun səhabələri 
arasında da yamaqlı paltar geyən on iki "suffə sahibi" olmuşdur. 
Peyğəmbər tez-tez onlarla xəlvətə çəkilər və onları sevərmiş. 
Bu dəstənin cavanmərdlik  şərtləri o biri dəstələrdən 
çətindir. Bu dəstənin adət və  ən'ənələri, cavanmərdlikləri iki 
curdür: biri yoxsul sufilərə xasdır, o birisi sufi dostlarına. Hər 
ikisindən də danışaçağam. Lakin tam mə'nada əsl dərvişlik odur 
ki, heç bir şeyin olmasın. Heç bir şey olmamaq və  təklik 
təsəvvüfün özüdür. 
H e k a y ə t. Belə  eşitmişəm, bir dəfə iki sufi gedirmiş, 
bunlardan birinin heç bir şeyi yox imiş, o birisinin isə beş dinar 
pulu var imiş. Heç bir şeyi olmayan ürəklə gedir, heç kəsdən 
qorxmur, haraya çatırdısa, orada özünü arxayın hiss edir, 
təhlükəli yerlərdə yatır və könlü istədiyi kimi şellənirdi. Beş 
dinarı olan isə qorxusundan yata bilmir, lakin pulunu da ata 
bilmirdi. Nəhayət, gəlib bir quyunun başına çıxdılar. Yer 
qorxulu və bir neçə yol ayırıcı idi. Şeysiz sufi çörəyini yedi, 
başını atıb yatdı. Beş dinar sahibi ieə qorxudan yata bilmir və 
hey deyirdi: "Nə edim, beş dinar qızılım vardır, bura qorxulu 
yerdir, sən yatırsan, amma məni yuxu aparmır nə yata bilirəm, 
nə gedə bilirəm".  Şeysiz sufi deyir: "O beş dinarı ver bura". 
Alır. Alan kimi dinarları quyuya atır və deyir: "canın qurtardı, 
arxayın yat, müflis mis qalada olar, yə'ni müflisə zaval yoxdur". 
Bütün şeyxlərin fikrinə görə, təsəvvüf üç şeydən ibarətdir: 
təcrid, təslim və  təsdiq (yə'ni heç bir şeyi olmamaq, özünü 
Allaha təslim etmək, sidq ilə iman etmək).  Əgər hər  şeyə bir 
nəzərlə baxsan, bəladan uzaq olarsan, heç bir işində maneəyə 
rast gəlməzsən, təriqətin əsli də elə budur. Deməli, özünü təslim 
etmiş  dərviş heç bir adamla özü üstündə açıq düşmənlik 
190 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
etməməlidir. Məsləkdaşı və ya qohumu üstündə edə bilər. Onun 
paxıllığı  həmişə bu olmalıdır ki, "nə üçün mənim qardaşım 
məndən yaxşı deyil?". O, mənliyini unutmalı, qərəzi bir kənara 
atmalı, özündən keçməli, hər  şeyə  təcrid və  təsdiq gözü ilə 
baxmalı, heç kəsə iki müxtəlif nəzərlə baxmamalı, şəkk, şübhə, 
güman kimi şeylərdən əl çəkməlidir, çünki şəkkə yol verməyən 
baxış  təsdiq deməkdir. Heç kəs buna e'tiraz edə bilməz, çünki 
həqiqətin mahiyyəti ikiliyi rədd etmək, təsdiqinki isə ziddiyyəti 
rəf etməkdir. 
Bil, ey oğul, kim ayağını sidqlə suya qoysa, su onun ayağı 
altında buz olar. Bu barədə söhbət açsalar, bil ki, mümkün 
olmasa da ağıl onu rəva bilər. Bir şeyə ki, sidqlə inandın, onu 
inkar etmə, şübhəyə yol vermə. Sidq elə bir şeydir ki, onu ağıl 
və ya güclə ürəyə daxil etmək olmaz, o ya Allah-taala tərəfindən 
bəxş edilməlidir, ya da adamın öz canında olmalıdır. 
Dərviş ona deyərlər ki, sidq gözü ilə baxsın, qorxunu 
özünə peşə etməsin, zahirdə  və batində bir olsun, həmişə 
Allahın təkliyi haqqında düşünsün. Lakin düşünərkən, bir az 
ehtiyatlı olmalıdır ki, düşüncələr atəşi içərisində yanmasın. Bu 
təriqət sahibləri düşüncəni elə bir od adlandırmışlar ki, onun 
suyu yalnız təsəlli ola bilər. Ona görə də işrət, rəqs və musiqini 
təsəlli üçün vasitəçi ediblər.  Əgər dərviş oxuyub vird etməyə 
meyl göstərməsə, həmişə düşüncələr odu içərisində yanar. 
Tövhid haqqında düşunməyənə musiqiyə qulaq asmaq və avazla 
oxumaq çətin olar, çünki bu, qaranlıq üstünə qaranlıq gətirər. 
Şeyx  Əxi Zənkanı
294
 ömrünün axır vaxtlarında musiqini 
qadağan etmişdi, O deyirdi: "Musiqi (səma) sudur, su od olan 
yerdə lazımdır. Suyu suya töksən, bulanıqlıq və lillik artar. Əlli 
adamdan yalnız birində od varsa bu bir nəfər xatirinə o biri qırx 
doqquzunun üstünə su səpməyinə dəyməz, o bir nəfərdən səbr, 
bu qırx doqquz nəfərdən isə sədaqət tələb etmək lazımdır". 
Əgər dərvişin batinində ədəb nuri yoxdursa, zahiri tərbiyə 
vacibdir ki, heç olmasa, iki xususiyyətdən biri yerində olsun. 
Deməli, dərviş ibadət edən, şirindil, ziyansız, pis işlərdən uzaq, 
təmiz, pəhrizkar və düz olmalıdır. Onun səfərdə  və başqa 
yerlərdə lazım olan dərvişlərə aid butün ləvazimatı, məsələn,əsa, 
kəşkül, su qabı, səccadə, yelpic, daraq, iynə, dırnaq düzəldən, 
heybə və s. olmalıdır. Dərvişin dərziyə və paltaryuyana ehtiyacı 
olmamalıdır, bu iki işdə o, bəlkə özü qardaşlarına xidmət 
göstərməlidir. O səyahəti sevməli, lakin səfərə  tək çıxmamalı, 
Xanqaha
295
  tək getməməlidir. Həmişə  bəla təklikdən doğur. 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə