Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə48/53
tarix15.07.2018
ölçüsü1,84 Mb.
#55966
1   ...   45   46   47   48   49   50   51   52   53

 
 
Xanqaha getdikdə, başqalarının işinə mane olmamalı, 
xoşrəftarlığı heç kəsdən  əsirgəməməlidir.  Əvvəlcə, sol 
ayaqqabısını  çıxarmalı, geydikdə isə sağ ayaqqabısını 
geyməlidir. Kəməri bağlı olmamalıdır. Xalq arasına 
soxulmamalıdır. Səccadəsi haraya salıblarsa, orada oturmalı, 
oturduqda içazə istəməli və icazə ilə  də iki rükət namaz 
qılmalıdır. Başqa vaxtlar gəlib getdikdə salam versə  də olar
verməsə də, lakin səhər salamını yaddan çıxarmamalıdır. 
Camaatla xoş söhbət etməli, nalayiq sözlər deməkdən 
qaçmalıdır.  Şirin danışmağı bacarmırsa,  şirin  əhvalatlar nağıl 
etməlidir ki, Xanqahda qaldıqca onun xatirini daha çox 
istəsinlər. Heç kəsi zorla söhbətə məcbur etməməlidir. Qocalara 
hörmət etməlidir. Hörmət vacibdir, söhbət isə yox. Hər işi 
razılıq və  cəmiyyətin tapşırığı ilə etməlidir. E'tiraz etsə günahı 
olmasa da, gərək cəmiyyətin əksinə getməsin, üzr istəsin. 
Xalqa çox xırda eyiblər tutmaqda ifrata varmamalıdır ki, 
onun özünə də hər addımbaşı eyib tutmasınlar. Səccadədən az-
az ayrılmalı, hər şey üstündə tez-tez bazara qaçmamalıdır. Bir iş 
başlamaq istədikdə  və ya özünə aid bir iş görmək arzusunda 
olduqda,cəmiyyətin razılığı ilə görməlidir. Paltar geymək və 
çıxarmaq istəsə, cəmiyyətdən və ya cəmiyyətin mürşüdündən 
(başçısından) icazə almalıdır. Səccadəyə dirsəklənməməli və 
bardaş qurub onun üzərində oturmamalıdır. Camaatdan gizlin 
xirqə  yırtmamalı, camaatdan xəlvət heç şey, bir badam belə 
yeməməlidir. Bu çox pis iş sayılır heç bir şeyi öz zahiri adı ilə 
adlandırmamalı, came
296
 necə deyirsə, o da elə deməlidir. 
Cəmiyyət arasında çox danışmamalıdır. Hamı xirqəni yerə 
salanda o da salmalı, geyəndə o da geyməlidir. Bacardıqca heç 
kəsin xirqəsini cırmamalı  və  tək bir şey yeməməlidir, bunların 
hər ikisinin xüsusi şərtləri vardır ki, hər adam onu yerinə yetirə 
bilməz. 
Ələ su tökməyi qənimət bilməli, ayağını başqasının 
səccadəsi və xirtəsi üzərinə qoymamalıdır. Cəmiyyətin 
içərisində sür'ətlə getməməli və  çəmiyyətdən çox qabağa 
keçməməlidir. Başqalarının yerində oturmamalı, zəhlətökən 
olmamalıdır. Musiqi çalınarkən və oxunarkən, ya xirqə 
parçalanarkən, ya sirr aşkar edilərkən mürşüdlə öcəşməməli, 
ayağa qalxmamalı  və  səs salmamalıdır. Yersiz rəqs etməməli, 
əynindəki naltar cırılankimi çıxarıb başçının qabağına 
qoymalıdır.  Əgər bir dərviş onu pisləyib ya tə'rifləsə  təşəkkür 
edib, ona bir şey təqdim etməlidir. Bir dərviş ona xirqə versə 
alıb: "Xoşdur" deyib öpməli, bundan sonra özünə qaytarmalıdır. 
192 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
Əgər dərvişlik işi görsə, ya paltar tiksə, ya paltar yusa, təşəkkür 
etməyinçə geri verməməlidir. Bir dərvişi incitmiş olsa, tez 
ürəyini ələ almalı, kəffarəsini
297
 verməlidir. 
Əgər biri yaxşılıq etsə, dərhal təşəkkür etməli və  əvəzini 
çıxmalıdır. Bacardıqca heç kəsdən, xüsusilə dərvişlərdən bir şey 
istəməməlidir.  İsfahan camaatı istəyər, lakin verməz; 
xorasanlılar həm istəməzlər, həm verməzlər. 
 Təbəristanlılar istəməzlər,lakin verərlər; parslar istərlər və 
verərlər. Eşitmişəm sufilik ilk dəfə farsda meydana çıxmışdır. 
Dərviş  gərək cavanlıqda zəhmət çəkib  əziyyətə dözməyi 
özünə peşə etsin, qocalıqda isə bir güncə  çəkilib sakit-sakit 
yaşasın. 
Çörək yemək vaxtı süfrə başında hazır olmalıdır ki, camaat 
onu gözləməsin. Camaatdan əvvəl çörəyə  əl uzatmamalı, 
camaatla birlikdə yöməkdən  əl götürməlidir. Payından artığına 
göz dikməməli, göstəriş olmadan heç kəsi öz payına  şərik 
etməməlidir. Müəyyən səbəbə görə çörək yeyə bilməyəcəksə, 
süfrə açılmamışdan əvvəl üzr istəməli və süfrə başında heç bir 
şey deməməlidir. Orucdursa, süfrə açsalar, oruc olduğunu 
deməli və orucunu yeməlidir. Təharət qaydasını öyrənməli, 
ayağını  səccadənin altına soxmamalı, müxtəlif qaydalarla 
təharət almamalıdır. Cavanmərdlik, sufilik, onların qayda və 
şərtləri mənim bu dediklərimdən ibarətdir. 
Sufi dostu olmağın şərti budur ki, sufilərin rəmzli sözlərini 
rədd etməyəsən, onların  şərhini soruşasan. Sufilərin eybini 
məziyyət biləsən, məsələn, küfrünü iman sayasan. Onların 
sirrini heç kəsə deməməli, bəyəndiyi işlərini tə'rifləməli, 
bəyənmədiyini düzəltməyə çalışmalıdır. Onların yanına 
getdikdə təmiz paltar geyməli, nəzakətlə öz yerində oturmalı və 
onların xirqəsinə layiqi hörmət etməlidir, onu geyməməli, 
başına qoymamalı, yerə salmamalı, nalayiq işlərdə ondan 
istifadə etməməlidir. Bacardıqca yaxşılıq etməli, sufilərin 
xirqələrini yerə saldıqlarını gördükdə, o da salmalıdır.  Əgər 
xirqə işrət xatirinə salınıbsa, onları də'vət etmək və ya qonaqlıq 
verməklə  əvəzini çıxmalı, bir-bir yerdən götürüb öpməli və 
yiyəsinə qaytarmalıdır, yox əgər xirqə  çəkişmə  nəticəsində 
salınıbsa,  əlbəttə, ona baş qoşmamalı, bunu mürşidin öhdəsinə 
buraxmalıdır və bacardıqca mübahisə edən sufilərin arasına 
düşməməlidir, düşsə, yerində oturmalı, onlar məsələni özləri 
həll edib qurtarana qədər səsini çıxarmamalıdır. Sufilər arasınla 
özünü Allahın vəkili hesab etməməli və deməməlidir ki, 
"Namaz vaxtı çatıb, durun namaz qılağın", ibadətə  də'vət 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
etməməlidir, çünki onların heç kəsin göstərişinə ehtiyacları 
yoxdur. Onların arasında çox gülməməli, eləcə  də cansıxıcı  və 
qaşqabaqlı olmamalıdır, beləsinə "ağırayaq" adam deyərlər. 
Əlinə  şirin yemək düşsə, az olsa da, onların yanına 
aparmalı, azlığı üçün üzr istəməli və deməlidir: "Doğrudur, 
azdır, lakin əliboş  gəlmək istəmədim". Sufilərin  əsl malı 
halvadır. Bu barədə mən bir şe'r də demişəm: 
Mən ki bir sufiyəm, ey çöhrəsi nur, nazlı nigar, 
Bunu hər kəs bilir: arvad, kişi, gənclər, qocalar 
O sənin al dodağın halva kimi şirindir, 
Onu sən sufiyə ver, sufi malı halva olar. 
 
Belə olsan, dostların  ən kamili və  ən düzü olarsan, çünki 
cavanmərdlik və dostların düzluyü bundan ibarətdir. 
İnsanlıq idealından payına bədən, can və hisslər, yə'ni 
cavanmərdlik, doğruluq və elm düşən dəstə peyğəmbərlərdir. 
Hansı  bəndədə bu üç xüsusiyyətin üçü də birlikdə olsa, o, 
mütləq ya peyğəmbər olar, ya nəsihətçi filosof, çünki cismani 
iste'dadın hər ikisi ondadır. Cismani iste'dad doğruluq və 
mə'rifət, ruhani iste'dad isə elmdir. Elmin nə üçün mə'rifətdən 
sonra yazıldığı  və  nə üçün bilikdən üstün tutulduğu sənə 
qaranlıqdırsa, mən bu sirri sənə aça bilərəm. Bil ki, "mə'rifət" 
farsca "tanımaq" deməkdir. Tanımaq ona deyərlər ki, bir şeyi 
tanıya bilmək həddindən tanışlıq dərəcəsinə çatdırasan. "Elm" 
farsca "daneş" deməkdir, onun vasitəsilə tanış  və yad şeyi 
tanışlıq və yadlıq cəhətdən tam şəkildə tanıyırsan, onun yaxşılıq 
və pislik dərəcələrini tə'yin edirsən. 
Bil ki, tam bilmək beş cürdür: "əniyyət", "keyfiyyət", 
"ləmiyyət", "kəmiyyət" və "səbəbiyyət", yə'ni "nəlik", "necəlik", 
"nə üçünlük", "neçəlik" və "səbəb". 
"Nəlik" odur ki, deyəsən: "Filanı tanıyıram, "nədir" və 
"kimdir". Bu "mə'rifət"dir. 
"Mə'rifətdə", yə'ni tanımaqda heyvanlar insanlara 
şərikdirlər, ona görə ki, onlar da öz yeməklərini və balalarını 
tanıyırlar, adamlar da. Lakin əlavə olaraq insanlarda bilik də 
olduğundan onlar "nəliyi", "necəliyi", "neçəliyi", "nə üçünlüyu" 
və "səbəbi" də bilirlər. Görmürsənmi, heyvanların yemi olan 
yerə od qoyduqda onlar başını ora soxub odun yandırdığını hiss 
etməyincə  çəkilmirlər, çünki onlar odun "nəliyini" bilir, 
"necəliyini" bilmirlər.  İnsanlar isə  həm "nəliyi", həm də 
"necəliyi" bilirlər. 
194 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
Demək, aydın oldu ki, nə üçün elm "mə'rifətdən" 
yüksəkdir. Buna görə dedim ki, kimin elmi kamil olsa, o, 
peyğəmbərliyə layiq olar. Biz heyvanlara nisbətən üstün 
olduğumuz qədər peyğəmbərlər də bizdən üstündürlər. 
heyvanlar bircə "nəliyi" bilirlər, insanlar "nəliyi" və "necəliyi", 
peyğəmbərlər isə adamların  ən kamilləridir, onlar "nəliyi", 
"necəliyi", "neçəliyi", "nə üçünlüyü" və "səbəbi" də bilirlər. 
Heyvan yalnız onu bilir ki, "od" yandırır, insan bilir ki, "necə 
yandırır", ən kamillər bilirlər ki, "nə yandırır", "necə yandırır", 
"nə üçün yandırır" və "nə səbəbə yandırıcıdır". 
Lakin adamların  ən kamili odur ki, onda cavanmərdlik 
kamil olsun. Cavaimərdlik o zaman kamil olar ki, bilik kamil 
olsun, bu isə peyğəmbərlərdə olar. Peyğəmbərlik tam 
ruhanilikdir, çünki insanlıq dərəcəsində peyğəmbərlikdən daha 
yüksək mövqe yoxdur. Deməli, insanlıq idealından paylarına 
bədən, can, hisslər və  mə'nəviyyat düşən dəstə yalnız 
peyğəmbərlərdir. Həqiqətən, insanlıq idealından kimin payına 
insanlığa aid olan bütün xüsusiyyətlər düşübsə, onu 
"təmizlikdən" başqa heç cür təsvir etmək olmaz, ondan 
üstününü axtarsan, özü kimisin taparsan, bu isə 
ünsiyyət,danışmaq və təcrübə vasitəsilə əldə edilər. 
Kimdə "təmizlik" varsa, o, özlüyündə  təkdir, onun nəyi 
varsa, ondan onadır, ondan nə baş verirsə, o onu ona vadar edir
o kimlə olursa, onunla birlikdə olur; onun suyu təmiz, məqsədi 
qərəzsiz, köməyi tələbsiz olar, qorxu bilməz, xudpəsəndlik 
tanımaz, məhrumiyyətdən uzaq olar. O, varlığını yoxluqda 
tapar, yoxluq içində yox olduğu üçün əbədi qalar, yoxluqda 
varlıqla birlikdə mövcud olar. Təmizlikdə  tə'rifə  gəlməz qədər 
təmiz olar, özünü başqasında görər, başqalarını isə özündən 
xaricdə görə bilməz, o, hər şeyə gözü olmayan bir gözlə baxar. 
Ona görə bu dəstə  nə  qədər yüksək dərəçə, nə  qədər böyük 
hörmətə çatsa layiqdir. 
Deməli, ey oğul, nə olursan ol, qabaqda ol, cavanmərdliklə 
yaxınlıq et. Yalnız beləliklə dünya elçisi ola bilərsən. Hansı 
təbəqədən olursan ol, cavanmərdlik yoluna düşmək istəsən ayıq 
ol. Görmək lazım olmayan, etmək lazım olmayan və demək 
lazım olmayan şeylərdən üç şeyi həmişə bağlı saxla: gözü, əli və 
dili. 
Üç  şeyi isə  həmişə dost və düşmən üzünə açıq qoy: ev 
qapısını, yemək süfrəsini və pul kisəsini. 
Bacardıqca yalan danışma, çünki əsl nacavanmərdlik yalan 
danışmaqdır. Bir adam sənin cavanmərdliyinə e'tibar edirsə, sən 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə