Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə49/53
tarix15.07.2018
ölçüsü1,84 Mb.
#55966
1   ...   45   46   47   48   49   50   51   52   53

 
 
ən əziz adam olsan və o sənin ən əziz adamını öldürüb, sənə ən 
böyük düşmən olsa, lakin özünü sənə təslim edib zəifliyini iqrar 
etsə  və  sənə  pənah gətirsə bağışla. Bu iş üstündə  həyatın da 
məhv olsa, qoy olsun, qorxma, son damla qanına qədər onu 
müdafiə et, onda əsl cavanmərdliyə çatmış olarsan. 
Bir də nə qədər ki, sağsan, vaxtı keçmiş intiqamla məşğul 
olma, ona xəyanət etmək haqqında fikirləşmə cavanmərdlikdə 
belə bir qayda yoxdur. 
Ey oğul, bu küçə uzun küçədir, hər təbəqənin cavanmərdlik 
şərtlərini sənə saysam, çox "necə" və "nə üçünlər" meydana 
çıxar. Ona görə xülasə edirəm. Cavanmərdlik haqqında nə 
demişəmsə, hamısının məğzi də bu sözdədir: bil, ən kamil 
cavanmərdlik odur ki, öz malını özününkü hesab edəsən, özkə 
malını özgəninki. Başqalarının malına tamah salmayasan, 
özünün bir şeyin varsa, xalqa verəsən, gözünü xalqın malına 
dikməyəsən. Özün qoymadığın  şeyi götürməyəsən. Xalqa 
yaxşılıq etməyi bacarmasan, heç olmasa, bəlanı onlardan 
uzaqlaşdıra biləsən. Ən böyük və ən insani cavanmərdlik budur. 
Kim mən dediyim kimi yaşasa, bu dünya da onundur, o 
dünya da. 
Bil, ey oğul, mən bu kitabda dəfələrlə  qənatdən 
danışmışam, bir də  təkrar edirəm: istəyirsən ki, qanı qara 
olmayasan, qane olmalısan. həmişə könlünün xoş olmasını 
istəyirsənsə, paxıl olma. Qəmli olmağın əsası paxıllıqdır. 
Bir də bil ki, insana yetişən yaxşılıq və pislik fələyin 
əlindədir. Mənim müəllimim deyərdi:  İnsan gərək uzaqgörən 
olsun, fələyin işləri qarşısında boynunu uzadıb, ağzını açıq 
saxlasın, fələkdən zəiflik gəlsə, boynuna salsın, yemək gəlsə, 
ağzına alsın. Allah-taala da buyurmuşdur: "Payını al, Allahına 
şükür elə!". 
Fələyin tə'siri bu iki şeydən xaric ola bilməz. Bu yolu 
tutsan, sənin azad bədənin heç vaxt qul olmaz. 
Bir də qəlbində tamahkarlığa yer vermə, yaxşı, pis nəsibin 
nə olsa, onunla da kifayətlən və bil ki, bütün tayfalar bir 
Allahın—bir Adəm  əleyhissəlamın övladlarıdır, biri o birindən 
əskik deyil. İnsan tamahı qəlbindən çıxartsa, qənaəti özünə peşə 
etsə dünyada heç kəsə ehtiyacı olmaz. 
Be yt  
İşlərin asan olar, olsan tamahdan
azad,  
Qənaətə başladın, ev-eşik oldu 
abad! 
196 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
Dünyada  ən möhtəşəm adam odur ki, heç kəsə ehtiyacı 
olmasın.  Ən məzlum və yazıq adam odur ki, hamıya möhtac 
olsun və utanmadan qızıl, gümüş üçün özü kimi kişilərə əl açsın. 
H e k a y ə t. Eşitmişəm bir gün Şibli
298
 (Allah ona rəhmət 
eləsin) iki rükət namaz qılmaq və bir az dincəlmək üçün 
məscidə gedir. Məktəb  şagirdləri məsciddə imiş  və  təsadüfən 
onların çörək yemək vaxtları imiş. İki şagird Şiblinin (Allah ona 
rəhmət eləsin) yanında oturmuşmuşlar. Bunlardan biri dövlətli 
oğlu, biri yoxsul uşağı imiş. Dövlətli oğlunun heybəsində çörək 
və halva, yoxsulun zənbilində isə yavan çörək var imiş. 
Dövlətlinin oğlu halva-çörək yeyir, yoxsul uşağı isə ondan hey 
halva istəyirmiş. Dövlətli oğlu deyir: "Sənə bir parça halva 
versəm, mənim itim olarsanmı?" Deyir: "Olaram". Deyir: "hür, 
sənə halva verim". O yazıq hey hurür, dövlətli oğlu da ona hey 
halva verir. Bir neçə dəfə belə edirlər, Şibli (Allah ona rəhmət 
eləsin) onlara baxır və  ağlayır, Müridləri
299
 soruşurlar: "Ya 
şeyx, sizə nə oldu ki, ağlayırsınız?" Deyir: "Görünüz tamah və 
qane olmamaq insanı  nə kökə salır. Nə olardı, o uşaq öz quru 
çörəyinə qane olaydı və o oğlanın halvasına tamah salmaya idi? 
Onda o, özü kimi birisinin iti olmazdı". 
Deməli, ey oğul, zahid də olsan, fasiq də, gözü tox və 
qənaətkar ol, onda dünyanın ən böyük və ən təmiz adamı da sən 
olarsan. 
Bil, ey oğul, bu kitabın qırx dörd fəslində bildiyim hər 
fəndən bacardığım qədər danışdım və  hərəsi haqqında sənə 
nəsihət edib öyüd verdim, yalnız ağıllılıqdan başqa. Deyə 
bilmərəm ki, zorla ağıllı ol ağılı zorla öyrətmək olmaz. 
Bil, ağıl iki cürdür: biri anadangəlmə, ikincisi, sonradan 
əldə edilmə. Sonradan əldə edilmiş  ağlı öyrənmək olar, 
anadangəlmə  ağıl böyük və izzətli Allahın hədiyyəsidir, onu 
tə'lim və  təhsillə  əldə etmək olmaz. Əgər böyük Allah sənə 
anadangəlmə  ağıl versə, bu sənin üçün böyük xoşbəxtlikdir, 
zəhmət çək, sonradan əldə edilmiş ağlı da öyrən, sonradan əldə 
edilmiş ağlı anadangəlmə ağılla birləşdirsən, öz əsrinin ən gözəl 
alimi olarsan. Əgər anadangəlmə  ağıl olmasa, nə  sən, nə  mən 
heç bir şey edə bilmərik. Onda sonradan əldə edilmiş ağla qarşı 
səhlənkarlıq etmə, mümkün qədər yaxşı öyrən. Ağıllılar 
zümrəsinə daxil olmasan da heç olmasa axmaqlar sırasına da 
daxil olma. Heçdənsə ikisindən biri olmaq daha yaxşıdır. 
Deyiblər: "Atası olmayana atalıqdan yaxşı heç nə yoxdur". 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
İndi istəyirsən ağıllı olasan, hikmət öyrən, çünki ağlı 
hikmətlə öyrənmək olar. 
Filosof  Ərəstudan
300
 soruşdular: "Ağıl qüvvəti haradan 
alır?" Dedi: "hamı qüvvəti yeməkdən alar, ağlın yeməyi isə 
hikmətdir". 
İndi, ey oğul, bil, mən nəyə adət etmişdimsə, hamısını 
sənin üçün bir kitab etdim. Bildiyim elm, sənət və peşə 
haqqında bu kitabın qırx dörd fəslində  hərəsindən bir az 
danışdım. 
Bil, ey oğul, mənim uşaqlıqdan qocalığa qədər peşəm bu 
olmuş və belə olmuşam, mənim altmış üçillik ömrüm bu cür, bu 
minvalla başa vurulmuşdur. Mən bu kitabı dörd yüz yetmiş 
beşinci ildə başladım. Əgər bundan sonra Allah ömur versə, nə 
qədər varam, belə  də olacağam. Özümə  nəyi bəyənmişəmsə
sənə də onu məsləhət bilmişəm. 
Əgər sən bunlardan daha gözəl adət və xasiyyət tapsan, elə 
ol, qoy sənin üçün daha yaxşı keçsin. Tapmasan, mənim bu 
nəsihət və öyüdlərimə canla-başla qulaq as və elə də et. Qulaq 
asmayıb qəbul etməsən, məcburi deyil. Allah kimi xoşbəxt 
yaradıbsa, oxuyub anlayar, çünki burada yazılanların hamısı hər 
iki dünyanın xoşbəxtləri üçün yazılıbdır... 
O böyük və müqəddəs Allahın mənə və sənə rəhmi gəlsin. 
Mənim bu xoş arzularım sənə  tə'sir etsin, Məhəmməd Mustafa 
və onun xanədanı xatirinə. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
198 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
QEYD VƏ ŞƏRHLƏR 
Müqəddimə 
1 Əmir Ünsurülməali Keykavus ibn İskəndər ibn Vəşmgir 
ibn Ziyar—"Qabusnamə" əsərinin müəllifi, 1021-ci ildə anadan 
olmuşdur. Ölümü haqqında müxtəlif fikirlər vardır. Bə'zi 
mə'xəzlərə görə 1067/68-ci illərdə, bə'zilərinə görə isə 1082/83-
cü illərdən sonra vəfat etmişdir. 
Ərəb ad və ləqəblərinin oxunması 
Ərəb və fars mə'xəzlərində, ümumiyyətlə,  Şərq 
mə'xəzlərində  bə'zən ad, ləqəb, atanın adı, təxəllüs, familiya, 
əsil, nəsəb və sairəni ayırmaq o qədər də asan olmur. Bir sıra 
hallarda bu ad və  ləqəblər o qədər bir-birinə qarışır ki, əsərin 
kim tərəfindən yazıldığını müəyyən etmək üçün böyük zəhmət 
tələb edilir. Bə'zən ayrı-ayrı hallarda tədqiqat işi aparmaq lazım 
gəlir. Biz "Qabusnamə"də tez-tez belə mürəkkəb ad və ləqəblərə 
təsadüf edirik. Ona görə də, ümumi şəkildə olsa da, ərəb ad və 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə