Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə45/53
tarix15.07.2018
ölçüsü1,84 Mb.
#55966
1   ...   41   42   43   44   45   46   47   48   ...   53

 
 
yerdə  əbədiləşər  ədalətsizlik olan yerdə dağılar. Alimlər 
demişlər: "Dünyanın  şadlıq çeşməsi adil şah, qəm bulağı isə 
zalım şahdır". 
Allah bəndələrinin  əzab çəkmələrinə dözmə, həmişə 
xəlvətə  çəkilib onlardan qaçma, sən qoşun və rəiyyətdən nifrət 
etsən, ordu və  rəiyyət də  səndən nifrət edər. Ordu və  rəiyyəti 
yaxşı dolandırmaqda köməyi  əsirgəmə,  əsirgəsən, düşmənə 
kömək etmiş olarsan. Lakin ordunu eynitərkibli etmə,ordusu 
eynitərkibli ölan şah həmişə ordunun əsiri olar və öz ordusu 
qarşısında aciz qalar, çünki eynitərkibli qoşunlar öz aralarında 
birləşdikdə onları bir-birinin üstünə saldırmaq olmaz. Müxtəlif 
tərkibli olduqda isə bu növü o növün üstünə göndərmək və bir 
növlə digər növə qulaq burması vermək olar, belə olduqda bu 
tayfa o tayfanın qorxusundan, o tayfa bu tayfanın qorxusundan 
itaətsizlik edə bilməz və  sənin  əmrlərinə tabe olarlar. Sənin 
hökmdar baban Soltan Mahmudun dörd min türk, dörd min 
hindli qulamı vardı, həmişə hindlilərlə türkləri, türklərlə 
hindliləri cəzalandırardı, beləliklə, onların hər ikisi babana tabe 
olardı. 
Həmişə qoşununu çörək və  şəraba çağır, onlara yaxşılıq 
elə, hədiyyə bağışla, və'dələr ver, könüllərini al. Lakin birinə 
bəxşiş verərkən az olsa, bərkdən dilinə gətirmə, gizlində birinin 
vasitəsilə çatdır, görməmişlik kimi çıxmasın, belə etməsən, bir 
tərəfdən  şaha layiq olmayan şey bağışladığın bilinər, digər 
tərəfdən özünü xalqa alçaqtəbiət tanıtdırmış olarsan. 
Mən səkkiz il Qəzneyndə Soltan Moduda
279
 nədim oldum, 
onda üç şey görmədim. Birincisi, verdiyi ən'am iki yüz dinardan 
az olduqda heç vaxt özü verməzdi və açıqdan deməzdi, başqası 
vasitəsilə çatdırardı, ikincisi, heç vaxt elə gülmədi ki, onun dişi 
görünsün, üçüncüsü, qəzəbləndikdə heç kəsi söymədi. Bu üç 
xasiyyət çox yaxşıdır. Eşitmişəm, Rum şahında da bu üç 
xasiyyət vardır. Lakin onlarda elə adətlər var ki, ərəb və əcəmdə 
yoxdur. Məsələn, Rum şahları birini öz əli ila vursa, artıq heç 
kəs cəsarət etməz ki, o adamı vursun. Nə qədər sağdır deyərlər: 
"Şah onu öz əli ilə vurub, onu vurmaq üçün gərək onun kimi bir 
şah olasan". 
İndi yenə öz sözümüzə qayıdaq. Səxavət haqqında sənə 
deyə bilmərəm ki, zorla əliaçıq ol, əgər təbiətində yoxsa, heç 
olmasa, dediyim kimi et ki, açıqdan-açığa camaata öz xəsisliyini 
bildirməyəsən. Çünki səxavət göstərməsən, bütün xalq sənin 
düşmənin olar, əgər dərhal sənə bir şey edə bilməsələr də, 
180 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
düşmən hücuma keçəndə öz canlarını  sənin uğrunda qurban 
verməzlər və sənin düşməninin dostu olarlar. 
Çalış şahlıq şərabı səni məst etməsin və altı xasiyyəti əldən 
vermə: zəhmlilik,  ədalət, səxavət, həyalılıq, mülayimlik və 
doğruluq. Şah bu altı xasiyyətdən bircəsindən uzaqlaşsa, şahlıq 
sərməstliyinə yaxınlaşmış olar, şahlıqdan məst olan şah isə 
yalnız  şahlığı  əldən çıxdıqdan sonra ayılar.  Şahlıqda sadəlövh 
olma, dünya şahlarının vəziyyətindən xəbər tut, elə et ki, hansı 
şah nə eləsə, sən onu biləsən. 
H e k a y ə t. Mən keçmiş  əmir, rəhmətlik (Allah onu 
bağışlasın) atamdan eşitmişəm ki; "Fəxrəddövlə
280
 öz qardaşı 
Əzüdəddövlədən
281
 qaçdıqdan sonra heç yerdə  sığınacaq 
tapmayıb, aman istəmək üçün babamın sarayına Qabus şahın 
yanına getdi. Babam ona aman verdi, qəbul edib çoxlu hörmət 
göstərdi, bibimi ona ərə verdi, nənəm Fəxrəddövlənin xalası, 
mənim atam və  Fəxrəddövlə  hər ikisi həsən Firuzanın
282
  qız 
nəvələri olduğundan toyda həddindən artıq şadlıq etdilər. Sonra 
Əzüdəddövlə  Şəmsülməalinin yanına elçi ilə  məktub göndərdi. 
Tə'rif yerində yazırdı: "Əzüdəddövlə çoxlu salam göndərir və 
deyir: Qardaşım  əmir  Əli ora gəlmişdir, özün bilirsən ki, 
mənimlə  sənin aranda dost və qardaşlıq neçədir və  hər iki ailə 
birdir. Mənim bu qardaşım düşmənimdir, gərək onu mənim 
yanıma göndərəsən, buna mükafat olaraq öz vilayətlərimdən 
hansını istəsən, sənə bağışlayaram, qoy dostluğumuz bir az da 
möhkəmlənsin, belə bir bədnamlığı üstünə götürmək istəməsən, 
orada ona zəhər ver, mənim məqsədim yerinə yetirilsin sən də 
rüsvay olmayasan, istədiyin vilayəti də alasan". 
Əmir Şəmsülməali deyir: "Ey böyük Allah, elə adlısanlı bir 
şəxsi mənim kimi bir adama belə sözləri deməyə məcbur edən 
nədir?.. Mən elə bir iş görə bilmərəm ki, qiyamətə  qədər 
rüsvayçılığı boynumda qalsın". 
Elçi deyir: "Ey böyük ağam,  əmir  Əlinin, yə'ni 
Fəxrəddövlənin üstündə Əzüdəddövlənin xatirinə dəymə. Bizim 
şahımız səni öz doğma qardaşından çox istəyir". Belə-bslə 
andlar içdikdən sonra əlavə edir: "O gün şah mənə  məktub 
verib, sənin yanına yola salmaq istərkən, sözarası  ağzından 
qaçırdı ki:—Allah bilir ki, mən  Şəmsülməalini necə istəyirəm. 
Elə ki, eşitdim filan şənbə günü, filan ayın neçəsində 
Şəmsülməalin hamama gedib orta otaqda ayağı sürüşub yıxılıb, 
ürəyim sıxıldı, dedim: Məgər qırx yeddi il onu elə qocaldıb ki, 
qüvvəti də qalmayıb?". 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
Elçinin bunu deməkdən məqsədi o idi ki, Şəmsülməali özü 
haqqında  Əzüdəddövlənin hər  şeyi bildiyini başa düşsun, 
Əzüdəddövlə elçini belə öyrətmişdi.  Şəmsülməali deyir: "Sağ 
olsun. Bu mərhəməti üçün ona mənim minnətdarlığımı bildir. 
Lakin onun haqqında mənim daha çox narahat olduğumu söylə, 
de ki: Səni yola saldığı o seşənbə günü ayın filanında, hamin 
gecədə filan məclisdə şərab içib filan yerdə yatmışdı, Nuştəkinlə 
birlikdə  xəlvətə  çəkilib kef eləmişdi, sonra gecə yarısı oradan 
qalxıb arvadların olduğu evə getmiş, dama dırmaşaraq oradan 
Xizran adlı bir sazəndənin otağına girmiş  və onunla da bir 
müddət təklikdə qalmışdı. Sonra damdan aşağı düşərkən ayağı 
sürüşmuş  və  nərdivandan yerə  yıxılmışdı. Buna görə  də  mən 
onun tərəfindən yaman narahat idim. Öz-özümə düşünurdüm: 
Gör qırx iki yaşında kişi nə qədər ağlını itirmiş, iradəsini əldən 
vermişdir. Nə üçün o qədər  şərab içir ki, damdan aşağı düşə 
bilməsin, nə üçün gecə yarısı yatağından durub gedir ki, başına 
belə bir iş gəlsin". 
Bu yolla elçiyə başa salır ki. o da hər şeyi bilir. 
Dünya  şahlarının vəziyyətindən xəbər tutduğun kimi, öz 
məmləkətinin, ordunun və  rəiyyətinin də halından xəbərdar ol, 
bil ki, necə dolanırlar. 
H e k a y ə t. Bil, ey oğul, sənin dayın Modud ibn 'Məs'ud 
Qəzneyndə olarkən, mən oraya getdim. Məni çox əzizlədi, çox 
ehtiram göstərdi. Bir az keçdi, məni görüb bələd olduqdan sonra 
özünə xüsusi nədim tə'yin etdi.  
Xüsusi nədimin vəzifəsi bu idi ki, həmişə onun məclisində 
olsun. Ona görə o biri nədimlərin olub olmamasına baxmayaraq, 
mən həmişə yemək və içmək vaxtı onun məclisində hazır 
olardım. Bir gün səhər tezdən  şərab içib məst olmuşdu, kefli 
halda ordunun rəsm-keçidinə tamaşa edib xalqı  qəbul etməyə 
başlamışdı. Camaat gəlir baş  əyir, çıxıb gedirdi. Növbə böyük 
xacə  Əbdürrəzaq ibn Həsən  əl-Meyməndiyə
283
 çatdı, o şahın 
vəziri idi, gəlib  şahın yanında oturdu. Bir az keçdikdən sonra 
sarayın təşrifat müdiri gəlib baş əydi və xadim Əli ibn Rəbi'ə
284
 
bir məktub verdi, o da bunu Soltana təqdim etdi. Şah oxuduqdan 
sonra üzünü vəzirə çevirib dedi: "Bu xəbərçiyə yüz çubuq 
vurdurmaqla bir qulaqburması ver, gələn səfər  ətraflı yazsın. 
Burada yazıbdır ki, dünən gecə Qəzneyndə on iki min evdə kef 
məclisi düzəlib. Mən bilmirəm bu evlər kimindir və hansı 
küçədədir, indi özün bil". Vəzir dedi: "Şah sağ olsun, o, qısa 
olsun deyə yığcam yazmışdır, təfsilatı ilə şərh etsəydi, bir kitab 
182 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
çıxardı, onu oxumağa bir neçə gün vaxt lazım olardı. Şah rəhm 
edib bu dəfə bağışlasa, deyərəm gələn səfərdən geniş yazar". 
Şah dedi: "Bu dəfə bağışladım, gələn səfər xacə deyən tək 
yazsın". 
Demək gərək ordu və rəiyyətin işindən yaxşı agah olasan, 
öz məmləkətinin vəziyyətindən xəbərsiz qalmayasan. Xüsusilə, 
öz vəzirini nəzarət altında saxlamalısan, hər aldığı  nəfəsdən, 
içdiyi sudan xəbər tutmalısan. Çunki sən xanimanını ona 
tapşırıbsan, ondan xəbərin olməsa, bu, o deməkdir ki, yalnız 
vəzirdən deyil, xanimanından da xəbərin olmaz. Sənə tay olan 
başqa ölkə  şahları ilə dostluq etsən, yarımçıq dost olma, 
düşmənlik etsən, açıq düşmənlik et, öz tayınla gizlin düşmənlik 
etmə, çünki…  
H e k a y ə t. Eşitmişəm İskəndər öz düşmənlərindən biri 
ilə davaya gedirmiş ona deyirlər: "Ey hökmdar, sənin düşmənin 
olan bu adam qəflət yuxusundadır, dünyadan xəbəri yoxdur, ona 
gecə basqını etmək lazımdır".  İskəndər cavabında deyir: 
"Qələbəni oğurluqla qazanan-şah adlana bilməz".  
Şahlıqda böyük işlər görməyə adət et, çünki şah hamıdan 
böyükdür, onun sözü, işi də hamıdan böyük olmalıdır. Beləliklə, 
o, böyük ad qazanar, başqaları da onun sözünün, işinin 
böyüklüyünü təsdiq edər. Lə'nətə gəlmiş o it Fir'on
285
 da bizim 
cah-cəlallı yaradanımız haqqında, rəvayət edildiyi kimi, elə 
böyük bir söz, yə'ni "Mən sizdən daha böyük Allaham," deməsə 
idi bu ayə qiyamətə  qədər oxunmaz, bu böyük söz xatirinə o 
alçaq məl'unun adı  hər yerdə  çəkilməzdi. Demək söylədiyim 
kimi ol, səxavətsiz  şahın  şöhrəti olmaz, bir də imzanın qədrini 
bil, onu böyük tut, hər kiçik şey üçün imza atıb möhür vurma. 
Böyuk xələt, böyuk məmləkət bağışladıqda, fərman ver, 
möhür vur, imza et. Elə ki, vədi verdin, üzürlü səbəb olmadan 
onu pozma. Və'dəxilaf çıxmaq heç kəs üçün yaxşı deyil. Padşah 
üçün isə çox pisdir. 
Şahlığın  şərtləri bunlardır. Hərçənd bu peşə çox əzizdir, 
lakin kitabın həcmi və  mənim imkanım daxilində  nə mümkün 
idisə hamısını deyib yazdım Əgər sən başqa sənət sahibi olsan, 
məsələn, kəndçilik kimi və başqa hər hansı  işdən yapışsan, 
gərək onun qaydasını öyrənəsən ki, həmişə düz gətirib rövnəq 
tapsın. Allah özü köməyin olsun. 
 
 
 
 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə