Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə52/53
tarix15.07.2018
ölçüsü1,84 Mb.
#55966
1   ...   45   46   47   48   49   50   51   52   53

 
 
95 Çigillər—Tayfa və xalq adı. 
96 Rumilər—Tayfa, xalq adı. 
97 Çiyanilər—Tayfa, xalq adı. 
98 Tatarlar—Tayfa, xalq adı. 
99 Yağmalar—Tayfa, xalq adı. 
100 Səqləbilər—Tayfa, xalq adı. 101 Alanlar—Tayfa, xalq 
adı. 
102 Nubilər—Tayfa, xalq adı. 
103 İstisqa -- Ətəş xəstəliyi, çox su içmək xəstəliyi. 
104 Burun babasili—Burun iltihabı. 
105  Əkəmi—Burada fars olmayan adam mə'nasında 
işlənmişdir. 
106 Azadanlar -- Burada muzdla tutulmuş xidmətçilər, qul 
olmayanlar nəzərə alınır. 
İyirmi dördüncü fəsil 
107 Ələvi -b ax:39. 
İyirmi beşinci fəsil 
108 Dul-dül—Əlinin atının adı.  
109 Buğe—Bə'zi nüsxələrdə Bure yazılıb.  
110  Əhməd Feriqun—Feriğunilər sülaləsindən ?uzğan 
ölkəsinin  əmiri.  Şapurkan, Farab da bu ölkəyə daxil idi. 111 
Dang—b a x: 86. 
İyirmi altıncı fəsil 
112  
 
ﺖﻣﺮﺣ
Y E. Bertels "Hərəmət" oxuyub "arvadını" 
kimi tərcümə etmişdir. Mən "hörmət" kimi oxuyuram. XI- XII 
əsrlərə  qədər fars dilində "arvad" mə'nasında "hərəm" sözünə 
təsadüf edildiyi bizə mə'lum deyildir. 
113 Dara—Həxamənilər sülaləsindən üçüncü Dara (Darab) 
nəzərdə tutulur (er. əv. 336-330-cu illər)  şahlıq etmiş  və 
İskəndər tərəfindən məğlub edilmişdir. 
İyirmi yeddinci fəsil 
144 Hacib—b a x: 55. 
208 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
115 Zubin—İkihaçalı, gödək nizə. Düşməni öldürmək və 
ya yaralamaq üçün düşmənə tərəf atarlarmış. 
116 Tab-tab—Çovkan oyununun bir növü. Müqaynsə 
et:top-top,top aldı qaç oyunu və s. 
117 Absükun—Xəzər dənizinin köhnə, qədim adlarından 
biri. Gürgan çayının Xəzər dənizinə tökülən yerində olmuş 
limanın adı. Vaxtilə Gürgan yaxınlığında olmuş, sonralar isə su 
altına batmış adanın adı. 
118 Mosul—İraqda şəhər adı, neft sənayesi mərkəzidir. 
119 Dəclə—b a x: 21. 
120 Ukbəra, Əkbəra—Bağdadın yaxınlığında qəsəbə adı. 
121 Qoştasp, Kəştasib—İranın qədim  şahlarından birinin 
adı. Bə'ziləri  əfsanəvi  şah hesab edir. Deyilənlərə görə, 
Zərdüştlə bir dövrdə olmuş və onun dinini qəbul etmişdir. 
122 Qostəntəniyyə, Kostəntəniyyə—İstambul,  İslambulun 
qadim adı. 
123  Şəhrbanu—Sasanilərin son hökmdarı III Yəzdgürdün 
qızı. 637-ci ildə öldürülmüşdür. Bə'ziləriəin fikrinə görə, III 
Yəzdgürdün belə bir qızı heç olmamışdır. 
124 Səlman farsi—Guya Məhəmməd peyğəmbərin  ən 
yaxın adamı olmuşdur.  İranca adı Mahbeh və ya Ruzbehdir. 
İsfahan yaxınlığında anadan olmuş, 35/655-6-36/656-7-ci illərdə 
isə  vəfat etmişdir.  İslam dinini ilk qəbul edən iranlılardan 
sayılır. Guya Məhəmmədin dəlləyi və  dəlləkxana rəisi 
olmuşdur. Müasir fars dilində "dəlləkxana" demək olan 
"səlmani" sözü də guya buradan əmələ gəlmədir. Bə'ziləri belə 
bir adamın heç olmadığını, sonralar iranlılar tərəfindən 
uydurulduğunu irəli sürür. 
İyirmi doqquzuncu fəsil 
125  Əyyar—Xilafət dövründə daimi sənət və peşəsi 
olmayan və təsadüfi işlərlə güzəran keçirən adamlara deyilirdi. 
Bunlardan muzdlu silahlı  dəstələr düzəldilir, asayişi bərpa 
etmək üçün istifadə edirlərmiş. Çox vaxt belə silahlanmış 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
dəstələr dağlara çəkilib qaçaqlıq edir, bə'zən keşik çəkir, bə'zən 
soyğunçuluqla məşğul olur, lakin bütün hallarda yazıq, yoxsul 
adamlara kömək göstərirmişlər. Bu ad qoçaq, igid, bacarıqlı, 
diribaş, bərk qaça bilən tərdəst, hər  şeyi tez başa düşən, 
hazırcavab adamlara da verilirmiş. "Qabusnamə"də  əyyar sözü 
müsbət mə'nada işlədilmişdir. 
126 Söhrab—Firdovsinin məşhur qəhrəmanı Rüstəmin 
oğlu, Söhrab atasını görməmişdir. O, atasını axtarır. Rüstəm də 
oğlunu görməmişdir. Onlar müxtəlif düşmən çəbhələrdə 
olduqlarından təkbətək vuruşmalı olurlar. Əvvəl Söhrab üstün 
gəlir, lakin alicənablıq edib Rüstəmi öldürmür. Sonra Rüstəm 
qalib gəlir, aman verməyib dərhal Söhrabı ölümcül yaralayır. 
Ölüm ayağında Söhrab kim olduğunu və atası Rüstəmi 
axtardığını deyir. Lakin artıq gecdir. Söhrabı xilas etmək 
mümkün olmur. 
"Rüstəm və Söhrab" dastanı bir çox dillərə, o cümlədən 
Azərbaycan dilinə də tərcümə edilmişdir. 
127 Seyyidə—Albuye hökmdarı  Fəxrüddövlənin arvadı, 
Rey şəhərində otuz ilə qədər hökmdar olmuşdur. 
128 Fəxrüddövlə Əbulhəsən Əli—Albuye şahı, 976-997-ci 
illərdə şahlıq etmiş, öldükdən sonra arvadı Seyyidə hakimiyyəti 
ələ almışdır (b a x: 126). 
129 Xütbə—Hakimiyyət başında olan şaha, hökmdara 
minbərdən oxunan xeyir-dua. Çox vaxt kimin hakimiyyət 
başında olduğu və kimin hakimiyyət başına yeni keçdiyi yalnız 
bu xütbələrdən bilinərdi. Xütbə oxumaq üçün dövlət tərəfindən 
xüsusi adamlar ayrılardı Bunlara xətib deyərdilər. Xətiblər 
yalnız məscidlərdə deyil, xüsusi toplantılarda, bayram 
şənliklərində, çoxlu adam yığılmış bazar meydançalarında da 
xütbə oxuya bilərdilər. Lakin bir qayda olaraq xütbələr 
məscidlərdə oxunardı. 
130 Zülqərneyn—Makedoniyalı  İskəndərin,  İskəndəri-
Kəbirin ləqəbi. Bu barədə müxtəlif rəvayətlər vardır. 
210 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
Bə'zilərinin fikrinə görə, iki balaca buynuzu olduğu üçün belə 
demişlər; bə'zilərinin  əqidəsincə, alnının hər iki tərəfindən tük 
dəstələri asıldığı üçün bu ad verilmişdir; bir sıra tədqiqatçıların 
ehtimalına görə isə  İskəndər həm işıqlı dünyanı gördüyü, həm 
də zülməti tapdığı üçün Zülqərneyn adını almışdır. 
Azərbaycanda  ən çox iki buynuz rəvayəti məşhurdur. Hətta 
"İskəndərin buynuzu var, buynuzu" ifadəsi dillərdə misal 
olmuşdur. 
131 Damğan—İranda  şəhər adı. "Qabusnamə"də  İskəndər 
buraya çatdıqda öldüyü yazılır. Lakin bu tarixi faktlara düz 
gəlmir. 
132 RX ilə S. Nəfisidə  fərq var. Fikrimizə görə RX-dakı 
doğrudur, tərcümədə o, əsas götürülmüşdür. 
Otuzuncu fəsil 
133 Müaviyə—Əməvilərin birinci xəlifəsi, 661-680-cı 
illərdə hakimiyyət başında olmuşdur. 
Otuz birinci fəsil 
134 Fəqihlik—Şəriətçilik, şəriət hüquqşünaslığı. 
135 Elm—Dini elmlər nəzərdə tutulur. 
136 Ravi—Rəvayət edən. Başqalarının  şe'r və  əsərlərini 
məclislərdə oxuyan adam. Qədimdə yazıçılar,  şairlər,  ədiblər, 
alimlər  əsərlərini özləri oxumağa o qədər də meyl 
göstərməzdilər. Bunu gözəl oxumağı bacaran bədii söz 
ustadlarına—ravilərə tapşırardılar.  Şah saraylarında xüsusi 
ravilər də olardı. Bə'zən ravilər həm də iste'dadlı  şair, gözəl 
dastanlar bilən, maraqlı  rəvayətlər danışmağı bacaran adamlar 
olardı. 
137 Üsul—Burada şəriətin əsasları, təki-əsl. 
138 Hafiz—Qur'anı əzbərdən bilən adam. 
139 Xof və rica—Qorxu və ümidlə. 
140 Təbəristan—İranda qədimdə ölkə adı. Bir müddət 
müstəqil dövlət olubdur. İndi Mazandaran. 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə