Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə46/53
tarix15.07.2018
ölçüsü1,84 Mb.
#55966
1   ...   42   43   44   45   46   47   48   49   ...   53

 
 
Qırx üçüncü fəsil 
KƏNDÇİLİK VƏ BAŞQA BİLDİYİN PEŞƏLƏRİN 
QAYDALARI HAQQINDA 
Ey oğul, bil ki, kəndli olsan, hər  şeyin öz vaxtını yaxşı 
bilməlisən. Nə  əkmək istəsən, qoyma vaxtı keçsin, hər  şeyi 
vaxtından on gün tez əksən, bir gün gec əkməyindən yaxşıdır. 
Kənd təsərrüfatı alətlərini cütü saz saxla, yaxşı öküzlər al və 
yemini bol elə. Gərək sənin süründə  həmişə qoşqu öküzü çox 
olsun ki, şum vaxtı öküzlərdən biri xəstələnsə, iş axsamasın, 
səpindən qalmayasan. 
Əkin-biçin vaxtı çatdıqda torpağı  şumlamağı unutma, 
gələn ilin səpini haqqında bu il tədbir gör. Həmişə elə torpağı ək 
ki, o özünü geyindirə bilsin onda səni də geyindirə bilər. Torpaq 
özünü geyindirə bilmirsə, səni də geyindirə bilməz. 
Kəndçilikdən xeyir görmək istəyirsənsə, abadlıq işləri ilə 
məşğul ol. 
Bazar sənətkarlarından olsan, hər sənət olur olsun, tez 
işləyən və yaxşı düzəldən ol ki, alıcın da çoxalsın.  İşi 
qonşularından daha yaxşı gör, az qazancla kifayətlən. Bir dəfə 
ona bir qazanmaq əvəzinə, iki dəfə ona yarım qazan. Çənə 
vurub zəhlə tökməklə müştərini qaçırma, beləliklə adamların 
çoxu səninlə alver edər, ruzun başının altında olar. Şeyi satana 
qədər müştəri ilə can bir dost ol, ona yağlı dil tök, ona "ağa" 
deyib təvazö'karlıq et. Gülərüz olub mehribanlıq göstərsən, 
səndən bir şey alarlar, qaşqabaqlı oturub nadanlıq etsən, 
məqsədə çata bilməzsən. Mən deyən kimi etsən, alıcın çoxalar, 
başqalarının qibtəsinə  səbəb olarsan, bazardakı  sənətkarların 
hamısından çox ad qazanıb şöhrət taparsan. 
Lakin doğru danışmağı adət et, xüsusilə satdığın  şey 
haqqında. Xəsislikdən qaç, amma israfçı da olma. Özündən 
aşağıya bağışla, özündən yuxarıya ehtiram et. Özündən zəifləri 
incitmə, arvadları və uşaqları alverdə aldatma, qəriblərdən artıq 
alma. Abırlı adamlarla çox çənə vurma, ehtiyacı olanlarla yaxşı 
rəftar et, şahlarla düz dolan. Şah xidmətinə çox həris olma
Orduda olanlarla yaxınlıq etmə. Sufilərlə  təmiz sufi ol. Daş-
tərəzini düz saxla. Öz ailənlə ikiüzlülük edib iki kisə saxlama, 
şəriklərinə xəyanət etmə. 
Hər nə hazırlasan, başı  çıxan və  çıxmayan üçün eyni 
dərəcədə yaxşı hazırla, namuslu ol. Varın olsa borc verməkdən 
imtina etmə, doğrudan və ya yalandan and içmə, sələmçilikdən 
uzaq qaç, alverdə  qəddar olma. Yoxsula borc versən, imkanı 
184 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
olmadığını bilsən, teztez borcunu istəmə, inadkarlıq göstərmə. 
Ürəkdə xeyirxah ol, üzdə nikbin, Allah sənin işinə  rəvac, 
alverinz bərəkət verər. Bu xasiyyətlərə malik olan sənətkar 
cavanmərdlərin
286
 cavanmərdi olar. 
Hər peşə sahibinin öz sənətində bir cavanmərdlik  şərti 
vardır.  İndi son fəsildə  hər sənətdə lazım olan cavanmərdlik 
şərtlərindən danışacağam, Allah qoysa, hər növə aid, bacarığım 
daxilində müvafiq mə'lumat verəcəyəm. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qırx dördüncü fəsil  
CAVANMƏRDLİK QAYDALARI HAQQINDA 
Ey oğul, bil ki. cavanmərdlik iddiasında olsan, gərək 
əvvəlcə cavanmərdliyin nə olduğunu və  nədən  əmələ  gəldiyini 
biləsən. 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
Bil, insanlara xas olan üç xüsusiyyət var və elə bir adam 
tapa bilməzsən ki, bu xüsusiyyətlərin özündə olmadığını e'tiraf 
etsin. Allah-taala bu üç xüsusiyyəti çox az adama verdiyinə 
baxmayaraq, hamı: alim, cahil, ağıllı, axmaq bu cəhətdən Allah-
taaladan razıdırlar. 
Lakin kimə bu üç şey verilibsə, onlar Allah-taalanın xüsusi 
bəndələri hesab edilməlidir: birincisi- ağıl, ikincisi-düzlük
üçüncüsü-insanlıq. 
Xalqın bu iddiasına diqqətlə baxsan, görərsən ki, heç kəs 
ağıl, doğruluq və insanlığa malik olduğunu yalandan iddia 
etmir, çünki elə bir canlı yoxdur ki, onda bu üç xüsusiyyət 
olmasın. Lakin vasitələrin kütlüyü və nasazlığı bunların  əsl 
yollarını insanların çoxunun üzünə bağlı saxlayır. Allah-taala 
insanı ayrı-ayrı üzvlərin toplanmasından yaratmışdır. Ona sən 
küllün aləmi de, ya cüz'ün aləmi- hər ikisi doğrudur. Çünki 
insanın bədənində  təbiət qüvvələrindən göyun, ulduzun, 
maddənin, ünsürün, surətin, nəfsin və  ağılın hissəsi vardır. 
Bunların hərəsi özlüyündə tərkibə görə deyil, dərəcəyə görə ayrı 
xüsusi bir aləmdir və insan bu aləmlərin toplanmasından və 
məcmuundan ibarətdir. Demək, yaradan bu aləmləri bir yerə 
toplamış, onları barlarla bir-birinə bağlamışdır. Bu böyük 
dunyada gördüyün kimi, göylər, ulduzlar, təbiət qüvvələri 
arasında da belə rabitələr vardır, onlar zatlarına (substansiyaya) 
görə müxtəlif olduqları halda, bir-birindən asılıdırlar. Məsələn, 
cinslərinə görə bir-birinə zidd olan su ilə od kimi, torpaqla hava 
da bir-birinin ziddidir. Demək, su ilə od arasında rabitə 
yaratmaq üçün torpaq vasitəçi olur, onun quruluğu- od, 
soyuqluğu- su ilə, suyun soyuqluğu- torpaq, yumşaqlığı hava 
ilə, havanın yumşaqlığı- su, istiliyi od ilə, odun zatı- efir, 
istiliyi- ulduzların və göylərin  şahı olan Günəşlə, Günəş isə 
zatına görə- maddə, maddəliyinə görə isə-  şüalanma ilə 
rabitədədir, çünki Günəşin zatı xususi ünsürdəndir
287
. Maddə ali 
qüvvə vasitəsilə- nəfslə, nəfs isə əqllə rabitədədir. 
Səbəb, nəticə, eləcə  də hadisələr arasında maddə  və 
qüvvətə görə rabitə vardır.  Əgər nəticə  səbəbdən həmin rabitə 
vasitəsilə maddə  və qüvvə almasa, aralarındakı  əlaqə pozular, 
habelə  təbiət fələkdən, fələk zatdan, zat nəfsdən, nəfs  əqldən. 
Bu minvalla müqayisə et. 
Bir də insanın bədənində nasazlıq və ağırlıq adına nə varsa, 
hamısı təbiət qüvvələrindən əmələ gəlmişdir. Surət, sifət, həyat, 
qüvvət, hərəkət-fələklərdən; beş cismani duyğu, yə'ni eşitmə, 
görmə, qoxu, dad, toxunma-maddədən; ruhi hisslər: yadda 
186 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
saxlamaq, tədbir görmək, fikir etmək, xəyala dalmaq, söz 
söyləmək nəfsdən  əmələ  gəlmişdir.  İnsanın bədənində 
mənbəyini və yerini göstərmək mümkün olmayan ən izzətli bir 
şey varsa, o da insanlıq, bilik, kamal və  şərəfdir. Bunların da 
hamısının  əsasını  ağıl təşkil edir, bunların hamısı insanın 
bədənində ali ağlın sayəsində əmələ gəlmişdir. 
Deməli, bədən cana, can ruha, ruh isə  əqlə görə yaşayır. 
Kimin bədənində  hərəkət gördün, mütləq o candandır; kimi 
danışan gördün mütləq ruhdandır kimi ruh axtaran gördün 
mütləq ağıldandır. Bu, bütün adamlarda vardır. Lakin bədənlə 
can arasında xəstəlik pərdəsi əmələ gəldikdə, müvazinət rabitəsi 
süstləşər, candan bədənə verilən maddə  yə'ni hərəkət qüvvəti 
çatışmaz. Kimdə canla ruh arasında hecab
288
  ağırlıq pərdəsi 
əmələ gəlsə, ruhdan cana heç bir maddə, yə'ni beş duyğu üzvü 
getməz, kimdə ruhla əql arasında qaranlıq və tanınmazlıq 
pərdəsi əmələ gəlsə, ağıl maddəsi, yə'ni düşüncə, tədbir, insanlıq 
və doğruluq ruha çatmaz. 
Demək, həqiqətdə ağıl və insanlıq olmayan heç bir bədən 
yoxdur. Lakin ruhani yollar ali qüvvə üçün bağlı olduqda, iddia 
eşidirsən, mə'na isə görmürsən. Deməli, dünyada elə bir adam 
yoxdur ki, insanlıq iddiası etməsin. Lakin, ey oğul, nə  qədər 
sağsan, çalış başqaları kimi olma, mə'nasız iddia etmə, 
öyrənmək, dərk etmək vasitəsi ilə ruhani yolları ali qüvvə üçün 
açıq saxla, qoy səndə mə'na olsun, iddia olmasın. 
Bil, ey oğul, müdrik adamlar insanlıq və  ağıldan cisimdə 
deyil, sözlərdə  təcəssüm etmiş bir ideal yaratdılar və adını 
insanlıq qoydular. Onun bədəni, canı, hissləri, mə'nəviyyatı var 
idi və dedilər: "Bu idealın bədəni cavanmərdlik, canı doğruluq, 
hissləri elm mə'nəviyyatı gözəlliklərdir. Onu adamlar arasında 
bölüşdürdülər. Bir dəstəyə  bədən düşdü, bir dəstəyə  bədən və 
can düşdü, bir dəstəyə  bədən, can, hiss və  mə'nəviyyat düşdü. 
Paylarına heç bir şey düşməyənlər—hərbçilər,  əyyarlar
289
  və 
bazar əhli idi. Camaat onlara "cavanmərd" adını verdi. Bədən və 
can düşən dəstə zahiri mə'rifət sahibləri və yoxsul sufilərdir, 
camaat onlara "zahid" və "ürəfa" adı vermişdir. Bədən, can və 
hisslər düşən dəstə filosoflar, peyğəmbərlər və müqəddəs 
adamlardır, camaat onlara "müdriklər" adını vermişdir. Bədən, 
can, hiss və mə'nəviyyat düşən dəstə məlaikələr, insanlardan isə 
peyğəmbərliyə çatanlardır. Paylarına cavanmərdlik düşən dəstə 
də  həmin qrupa aiddir. Həqiqətdə isə, necə ki, deyiblər, 
cavanmərdliyin  əsası üç şeydir: birincisi, dediyini edəsən, 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə