Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə50/53
tarix15.07.2018
ölçüsü1,84 Mb.
#55966
1   ...   45   46   47   48   49   50   51   52   53

 
 
ləqəblərini"necə yazıldığı, onları necə oxuyub necə başa düşmək 
lazım gəldiyi haqqında danışmağa dəyər. 
Bu ümumi qayda-qanun əsasən aşağıdakılardan ibarətdir: 
a) Ləqəb—məsələn, Ünsurulməali, 
Şəmsülməali, 
Nizamülmülk, Məliküşşuəra,  Ədibussəltənə  və sairə. Bu 
ləqəblər rəsmi olaraq böyük adamlar—şahlar, soltanlar, 
xəlifələr,  əmirlər tərəfindən verilərdi. Bə'zi hallarda müəyyən 
xidmət, iste'dad və  bədəndə olan xüsusi əlamətə görə belə 
ləqəblər xalq arasında qeyri-rəsmi surətdə də şöhrət tapa bilərdi. 
b) Künyə—yə'ni kimin atası olduğu yazılır və "əbu" ya "bu 
sözü ilə göstərilir. Məsələn, Əbu Talib—yə'ni Talibin atası. 
v) Şəxsin öz adı göstərilir. Məsələn, Əhməd, Həsən, Qiyas 
və b. k. 
q) Atasının adı, daha doğrusu, kimin oğlu olduğu göstərilir. 
Bu atanın adının  əvvəlinə "ibn" və ya "bin" sözu artırmaqla 
ifadə edilir. Məsələn, İbn Sina, yə'ni Sinanın oğlu, İbn Müqəffə, 
yə'ni Muqəffə'nin oğlu.  Şəxsin ata-babalarını, necə deyərlər 
yeddi arxasını göstərmək üçün bu "ibn" və "bin"lərin sayı çox 
ola bilər və səkkizinci babaya ulu babaya qədər davam edə bilər. 
Məsələn, Mərzban ibn Şəhryar ibn Rüstəm ibn Şərvin bin 
Rüstəm ibn Söhrab ibn Bəv ibn Şapur ibn Qeys ibn Qubad. 
d) Nisbə—Şəxsin kimə, haraya mənsub olduğunu göstərir 
Məsələn, Tusi, Şirvani, Gəncəvi, Şirazi və sairə. 
Əlbəttə, hər yerdə  və  hər  əsərdə burada göstərilən bütün 
maddələrin hamısının işlədilməsi məcburi deyildir. Lakin 
bütöv,bitkin göstərildikdə bu qaydaya riayət edilir. Adətən kim 
nə ilə daha çox şöhrət tapıbsa, çox halda elə də işlənir. Məsələn, 
İbn Sina, Əbu Nüvas, Əbul Məali, Nizami Gəncəvi, Sə'di Şirazi 
və s. 
2 Keyxosrov—Kəyan  şahlarından birinin adı. Firdövsi öz 
"Şahnamə" əsərində onun haqqında ətraflı danışmışdır. 
200 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
3  Əbul-Müəyyəd Bəlxi.—X  əsr  şairi. Kəyan  şahları 
haqqında şe'rlər yazmışdır. Əsərlərindən "Əcayibül-əşya"sı daha 
məşhurdur. 
4 Mərzban ibn Rüstəm ibn Şərvin—"Qabusnamə" 
müəllifinin ana babası və Ünsurulməalinin dediyinə görə,  
"Mərzbannamə" 
əsərinin müəllifidir. Lakin bə'zi 
tədqiqatçıların fikrinə görə, həmin  əsərin müəllifi Mərzban ibn 
Rüstəm ibn Şərvin deyil, Mərzban ibn Rüstəm ibn Şəhryar ibn 
Şərvin olmuşdur. 
5  Ənuşərəvan,  Ənuşirəvan, Nuşirəvan, Nuşirəvan adil—
Sasanilərin 24-cü şahı (531-579). 
6 Kavus ibn Qubad,—Birinci Xosrov Ənuşirəvanın 
qardaşı, 
7 Qazı Soltan Mahmud Nasirəddin—Soltan Mahmud 
Qəznəvi nəzərdə tutulur. 998-1030-cu illər arasında hakimiyyət 
başında olmuşdur. Deyilənlərə görə, Firdövsi "Şahnamə"ni 
əvvəlcə onun adına yazmaq istəmiş, lakin şah  əsər üçün və'd 
etdiyi pulu vermədiyindən Firdövsi fikrini dəyişmiş, ustəlik 
Soltan Mahmuda bir həcv də yazmışdır. 
8 Firuzan Deyləmi—Deyləmi hökmdarı. Samanilərlə 
vuruşda 901-ci ildə öldürülmüşdür. 
İkinci fəsil 
9 Qur'an ayəsi. 
Üçuncü fəsil 
10 Qur'an ayəsi. 
Dörduncü fəsil 
11  Ərəfat—Məkkənin yaxınlığında dağ adı. Məkkəyə 
gedən zəvvarlar Zilhiccə ayının 9-da, yə'ni həccə bir gün qalmış 
orada düşub lazımi ayini icra edərlərmiş. 
Beşinci fəsil 
12 Qur'an ayəsi, 
13 Hədis 
Altıncı fəsil 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
14 Müğilan—Ərəbistan çöllərində bitən tikanlı bitki, kol. 
15 Fəqih—Din hüquqşünası,  şəriət qanunlarını bilən 
ruhani. 
16 On xüsusiyyət—"Qabusnamə"də xarici və daxili aləmi 
dərk etmək nöqteyi-nəzərindən insanların on xüsusiyyətə 
(dərəcəyə) görə heyvanlardan üstün yaradıldığı göstərilir. Y. E. 
Bertels "dərəcə" sözünü "hiss" kimi tərcümə etmişdir, biz 
"xususiyyət" kimi tərcümə edirik. Buraya həm "hissi" 
kateqoriyalar, həm də psixoloji və  təfəkkür kateqoriyaları 
daxildir. 
17 B a x: 16. 
18 Çox içdikdən sonra əmələ  gələn baş  ağrısını aparmaq, 
sərməstlik və xumarlıqdan ayılmaq üçün içilən  şərab nəzərdə 
tutulur. 
19 "Malını elə yerə qoy ki, istəyəndə tapa biləsən". S. 
Nəfisi və Rzaqulu Xan hidayətin nəşr etdirdiyi 
"Qabusnamə"lərdə  fərq var. Y. E. Bertelsin ruscaya etdiyi 
tərcümədə bu cümlə: "Pulunu qoyduğun yerdə axtar" kimi 
verilmişdir (B a x: "Kabus-namə", səh. 65). 
20 Müvəkkil—Abbasi xəlifələrinin onuncusu, 847-861- ci 
illərdə hakimiyyət başında olmuşdur. 
21 Dəclə—Bağdaddan keçən çayın adı. Fəratla 
birləşdikdən sonra Şətt-ül-Ərəb adı altında  İran körfəzinə 
tökülür. 
22  Əl-Qaim Bi-Əmrillah—Abbasilərin iyirmi altıncı 
xəlifəsi 1031-1075-ci illərdə hakimiyyət başında olmuşdur. 
23 Sokrat—Qədim yunan filosofu (er. əvvəl 469-399-cu 
illər). 
24  İskəndər—İskəndəri Rumi (Makedoniyalı  İskəndər) 
nəzərdə tutulur (er. əvvəl 356-323-cü illər). 
25  Əflatun—Qədim yunan filosofu (er. əvvəl 429-347-ci 
illər).  
202 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
26 Məhəmməd Zəkəriyya  ər-Razi—İranın məşhur həkim 
və filosofu (240/854-55-320/932-33). Tibb elmindən əlavə onun 
fəlsəfə,  ədəbiyyat, kimya, musiqi və başqa sahələrə aid çoxlu 
əsərləri vardır. 
27  Əftimun—Qədimdə  dəliləri sağaltmaq üçün çay kimi 
dəmlənib içiləh dərman. Dərman üçün işlənən ot, bitki adı. 
28 Xosrov—I Xosrov Ənuşirəvan nəzərdə tutulur. 
29 Buzurcmehr—Əslində farsca Bozorgmehr. 
Ənuşirəvanın  əfsanəvi, ağıllı  və  dərin fərasətli vəziri.  Ərəb 
dilində "k" səsi və hərfi olmadığından onu "c" ilə əzəz etmişlər
Bozorgmehr  əvəzinə Büzürcmehr alınmışdır. Deyildiyinə görə. 
o, "Kəlilə  və Dimnə"yə bir fəsil də  əlavə etmişdir (Təbib 
Bərzuye fəsli). 
30  Əbu-Şükur Bəlxi—X  əsrin görkəmli  şairlərindəndir. 
Özünün qısa, hikmətli, dərin mə'nalı  şe'rləri ilə  şöhrət 
qazanmışdır.  Əbu-Şukurun divanı  hələlik tapılmamışdır, lakin 
S. Nəfisi onun "Afərinnamə"sindən 192 beytə  qədər toplaya 
bilmişdir. 303/915- 6-cı illərdə anadan olmuş, 336/948-9-cu 
illərdə "Afərinnamə" sini yazmışdır. 
Yeddinci fəsil 
31 Bus-Suvar—Şəddadilərin 8-ci əmiri, 422/1030-31-ci 
illərdən 459/1066-67-ci illərə  qədər hökmdar olmuşdur. 
Görünür, "Qabusnamə" müəllifi Gəncə  şəhəri alınmamışdan 
əvvəl Bus-Suvarın yanına getmişdir. 
32 Cihad—Din pərdəsi altında aparılan müharibə. 
33 Rum—O zaman Kiçik Asiyanın bir hissəsinə deyilərdi. 
Rum dövləti Bizans dövləti adı altında da məşhurdur. 
34 Gürkan (Qorqan)-İranın şimal-şərqində yer adı. 
35 Piruzan Deyləmi—Bus-Suvarın yaxın adamlarından 
biri. 
36 Harun ər-Rəşid—Abbasilərin beşinci xəlifəsi
37 Xosrav Ənuişrəvan—B a x: Ənuşirəvan. 
38 Buzürcmehr—B a x.29. 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə