Microsoft Word poema+++++. doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə47/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   42   43   44   45   46   47   48   49   50

Эюйярчин 
 
 
216
Şəklinin, fiqurlarının bulud üçün
Ağac və çiçəklərinin buz üçün, 
Fərqi yoxdur, necə ki. 
O insan ki iradəni ideyadan, ideyanı təzahürdən  
ayırır, 
Gərəkli olmayacaq heç zaman onun üçün dünya  
hadisələri. 
Ancaq o əndazə, o səviyyədə qiymətli olacaq ki,  
Əhəmiyyət Hərflərdir bu ölçüdə. 
Yanaşı düzdükdə bu hərfləri  
İNSAN  ideyası oxuna bilir. 
İdeyasız dərk olunmur bu, ölçü də... 
... Ömrünün sonlarında qayğısını çəkəsi bir kəsi 
qalmamışdı. 
Anasından sonra da bacısının
68
 vəfatı... 
Yalnız olmaqdan da yalnız olmuşdu həyatı. 
Əsərləri? 
Bəs dünyanı dərk etmənin sirrləri? 
Boş yeri qalmışdımı, doldurmağa çalışsın, 
İnsanlarsız yaşamağa alışsın? 
İnsan tapmaq mümkünmü? 
Çətindir, səhrada su tapmaq sevdası kimi,  
Çətindir, baharda təbiətin solması kimi. 
Çətindir, zirvənin fəth olunması, 
İnsanın özü olması kimi. 
Bəzən həyat özü ondan bezirdi, 
Bu barədə gündəyində yazırdı: 
“Həyatım boyu qorxunc bir təhlükə yaşadım, 
İztirab çəkdim: – Mənə bir İnsan verin! – deyə. 
Nahaq yerə!  Neyləyəm, ömrüm boyu tək qaldım. 
                                                 
68
 Bacısı 10 avqust, 1849-cu ildə vəfat etmişdi. 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
217
Silinmədi qəlbimdən, ruhumdam heç kim, heç nə. 
Kinsiz, pis ürəyimlə, sadəlövh başım ilə 
Həm də açıq deyirəm: – Qovmadım heç bir kəsi. 
Elə əvvəlki kimi dəyişməyən hissimlə,  
Mən həmin biçarəyəm, deyiləm bir başqası”. 
Artur Şopenhauer əsərinin ikinci 
Nəşrini hazırlamaq istəyində olmadı. 
Çünki ilkin nəşrdən kitabın çox hissəsi 
atıldı, satılmadı.   
Ömrünün sonlarında, ardıcıl yazılmayan, 
“Müxtəlif xatirələr, qeydlər və fikirlər” 
çap olundu kitab tək. 
Özü qeyd eləyirdi qeyri-ardıcıllığı: 
“Onlar ki az deyil, yaratdıqlarım. 
Tədricən əmələ gəliblər axı.  
Eyni vaxtda yazılmayıb. 
Gözləmək, bu mənada, 
Lazım gəlmir ki, eyni məsələ barəsində  
deyilmiş fikirləri bir-birinin yanında 
tapmaq mümkün olacaq”. 
Bütün var olanların yeganə mahiyyəti, 
Ən həqiqi mənası, zirvə nöqtəsi, məğzi 
mənəvi təsirdədir. 
Mənəviyyatı əsaslandırmaq çətin. 
Mənəviyyatdan asılı olanlarla bir ayrı 
qüvvələr arasında 
təcrübənin ziddinə olaraq əlaqəni 
göstərmək daha çətin... 
Bu o qüvvələrdir ki, onları təbiətin  
əbədi qanunları hərəkətə gətirir. 
İnsan ruhuna mənəviyyat, 
Dünyaya sabitlik bəxş edir. 


Эюйярчин 
 
 
218
Mütəfəkkirlər belə bu mövzunu şərhsiz bitirir.  
... Əsərin təkrar nəşri iki şagirdi ilə zənginləşdirdi onu.  
Onlar İohan Avqust Bekker və Adam fon Doss idi. 
Hansılar ki Şopenhauer çox sevirdi.   
Oxuyub əsərini Adam özü gəlmişdi filosofun yanına, 
Artur heyran qalmışdı Dossun istedadına. 
Hətta ona özünün “İohan həvarisi” ləqəbini  
vermişdi. 
Bekker isə fikrini bölüşməklə yanaşı, 
Onun Kant mövqeyinə etiraz bildirmişdi. 
O, yeganə şəxs idi, Artur Şopenhauer 
Ondan ötrü ilk dəfə şəhəri tərk etmişdi. 
Qonağı olmaq üçün gözəl bir yay günündə  
Frankfurtdan Maynsa qatar ilə getmişdi. 
... Xoşbəxtlik, 
Xoşbəxtlik haqqda təsəvvür 
Qədimdir fəlsəfədən mümkün olduğu qədər. 
Şopenhauer dünyada qeyd edirdi ki, üç cür 
Əzəmətli və əsas qüvvə göstərmək olar: 
“Xoşbəxtlik, müdriklik və güclü olmaq. 
Birincisi ən vacibdir. 
Həyat yolumuz üzən gəmini xatırladır, 
Tale küləklərindən asılıyıq hər addım. 
Geriyə tullayır, irəli atır, 
Küləklər sürətlə məqsədə çatır. 
Onlar ilə nisbətdə cəhdimiz nəticəsiz, 
Taleyə cüzi təsir eləyə bilirik biz. 
O özü təqdim edir bütün səhifələri
İstəyək, istəməyək oxumağa məcburuq. 
Biz sadəcə xəyallar qururuq, 
Sonra onları da uçururuq”. 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
219
Artur rübai
69
 ilə fikrini izah edir, 
Söhbət İran şairi Ömər Xəyyamdan gedir: 
“Şahmat oyunu desək həyata, düzgün olar, 
Gecə-gündüz bizim tək çünki piyadası var. 
İtələyir, vururlar, sonra qara qutuya  
Heç olmamışıq kimi uzadıb unudurlar” 
Dərk olunmamaq hissi qürurunu əzirdi
Dünyanı xoşbəxt etmək fikri ilə gəzirdi. 
“Mahiyyəti  tarixi
 
dərk olunmur dünyanın, 
Fikrimi yaddaşına həkk edirəm insanın. 
Fəlsəfi dərk etməyə qarşıdır  tarixi
 
dərk, 
Fəlsəfənin sualı cəhətsiz olsun gərək. 
Dörd əsas qanunundan kənarda nə qalırsa, 
Fəlsəfi mövzu odur, sualı “nə?”dir qısa”.  
...  Şopenhauer işdən sonra fleytada çalardı, 
Fikri hamburqlu qızın sorağında olardı. 
Xiffətlə düşünərdi sevgilisi barədə,  
Onun məktublarını oxuyardı arada: 
 “Yoxdur heç kim bu dünyada – 
 Bir sən varsan, bir də mən. 
 Sən olmasan, özümü də sala bilmirəm yada, 
 İtirirəm röyalarda. 
 Sənin ilə nağıllarda görüşürük, amma nədən?  
 Nağılsız dünyamızın sərhədləri bağlımı? 
 Adamları ağıllımı? 
 Axı hamı bir-birinə göz qoyur, 
 Bir-birini incitməməyə söz qoyur, 
 amma incidirlər. 
 Biz onları görmürük, 
 Dünyamızı bölmürük, 
                                                 
69
 Əruz vəznində yazılmış dördlük 


Эюйярчин 
 
 
220
 Şöhrət üçün ölmürük
 Bir sən varsan, bir də mən... 
 Sən nağıl dünyamızda sevgi yağışından sonrakı  
 göy qurşağı, 
 Mən göy qurşağına tərəf qollarını açıb yüyürən  
 sadəlövh qız uşağı. 
 Nə ağlımız böyüyür, 
 Nə bitir nağılımız. 
 Yaxşı ki nağıllıdır dünyamız,– 
 Bir sən varsan, bir də mən”...  
 
 
Gecə qapı döyülür 
 
Gecə qapı döyülür, 
Pəncərəyə yaxınlaşır Reqina. 
Qaldırır pərdəsini, hər tərəf qaranlıq. 
Gecə sürünür irəli, geri, 
Küçədən kəsilmir addım səsləri. 
Bu zaman kim ola, düşünür, 
Bəlkə, ruhumdur gəzən, hiss eləyib gələn var? 
Bəlkə, uzaq, ya yaxın tanışlardan ölən var? 
Bəlkə, çiçək dövrümün səadət yarpağıdır, 
Berlində unudulmuş, 
Bəlkə, ilk gəncliyimin məhəbbət torpağıdır,  
göz yaşlarımı udmuş? 
Bəlkə, elə küləkdir? 
Bəlkə, arzusundan imtina eləyən ürəkdir
       döyünür sərsəri kimi? 
       Bəlkə, göylərdən enmiş mələkdir, 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə