Microsoft Word poema+++++. doc


Дцнйа ирадя вя тясяввцр кими



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə48/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   42   43   44   45   46   47   48   49   50

Дцнйа ирадя вя тясяввцр кими 
 
 
221
qeybdən xəbər gətirib? 
Bəlkə, gecə səhər ağrısı çəkir, 
Sübh şəfəqləridir üfüqü sökür? 
Yox, yox, gələn Arturdur
Anlamışdı Reqina: 
– Bu dəfə nə lazım idi ona? 
Qapını açmağa tələsmədi, 
Həyəcandan yarpaq kimi əsmədi, 
Gözləyirdi, elə bil. 
Daha o, əvvəlki Reqina deyil. 
Mənası qalmamışdı onun üçün heç nəyin, 
Sevdiyi insanın xəyalıyla ömür sürməyin, 
Ya onun yanına köçməyin. 
Amma gələn Arturdur... 
Adı çəkilən yerdə baş əyirdi Reqina
Dünyanın ən dəyərli insanı kimi qiymət verirdi ona. 
Gözlətmək düz olmazdı, 
Reqina ağıllı qız olmazdı,  
Şopenhauerin dahi olduğunu unutsaydı, 
Onu ayrı birisinə tay tutsaydı. 
O sanki özgə aləmdən gəlmişdi, 
İradənin sonuncu pilləsinə yüksəlmişdi. 
Min illər keçmişi, gələcəyi görmüşdü,  
İndinin bir anında onları görüşdürmüşdü. 
... Arturun az qala ürəyi düşmüşdü,  
Reqina yoxdur deyə. 
Xəyal nə qədər uzaqlarda qanad çala,  
yuvasına dönəcək. 
Tәsәvvür dünyadan ruhun vətəninə enəcək, 
Təfəkkür bu anlarda köməyə gəlməyəcək, 
Məhəbbət libası geyinəcək. 


Эюйярчин 
 
 
222
Artur evlənmək üçün gəldiyini, 
Reqinanı sevindirəcəyini düşünürdü. 
Xəyal o qədər gözəl ki... 
İnsana tək o qalır. 
Arzular xəyallardan aşağıda sürünür, 
Ya bir gün yox olur, ya həqiqətə dönür. 
Xəyallar arzular kimi əlçatmaz olmur. 
... Döşəyib qəzetini səkinin kənarına  
Əyləşdi ki, Reqina yuxusundan oyana. 
Səbri çatsa gözləyə, əgər evdə yox isə. 
Hissə etibar etsə, qız uzaqda deyildi. 
Sadəcə çəkinirdi açmaq üçün qapını. 
Neçə illərdən sonra ürəyini təzədən açmaq fikri  
qaraldırdı qanını. 
Çiçəyə toxunmadan ləçəklərini sanamaq, 
Şəlalənin saçlarını islanmadan daramaq, 
Yaralanmadan qanamaq, 
Xatirələri oyatmadan aramaq 
Mümkünmü? 
Səthi olmayanın dərinliklərinə çəkilmək, 
Hər isidəni Günəşə bənzətmək, 
Cavabsız sualları özünə dərd etmək, 
Gedənin ardınca getmək 
Mümkünmü? 
Gecənin ardınca getmək mümkündür,  
çünki səhər doğacaq... 
... Düşüncələr qaranlığa boy vermirdi, 
Reqina qarşısında dayanmışdı, Artur görmürdü. 
Göz yaşını xatırladan incilər səpirdi səma, 
Mənzərə sevgi təsiri bağışlayırdı adama. 
Xoşbəxtlik idarə eləyirdi dünyanı bu anlarda, 
Natamamlıq yox olmuşdu gümanlarda. 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
223
Yaşamaq öyrədirdi həyat, 
Əl çatacaq qədər yaxın olmuşdu xatirat... 
Gecə köynəyinin açılmış yaxasını əli ilə düymələyib 
“salam” dedi Reqina. 
“Salam” dedi Artur Şopenhauer,  
matdım-matdım baxıb üzünə, 
Sanki heç tanımadı.  
Yavaş-yavaş gəlib özünə 
qızı köksünə sıxdı, 
Darıxdı...  
Çiynində köynəyinin unutduğu yerləri saçları örtmüşdü, 
Yanaqları pörtmüşdü, 
Əlləri həyəcandan ürək kimi əsirdi, 
Dodaqları tələsirdi, “sevirəm” deməyə. 
Arada pıçıltılarını Arturun təması kəsirdi. 
Təxəyyülə sığmayan tamaşa səhnəsi qurmuşdu məhəbbət, 
Baş rolun ifaçısı səadət. 
Özünün əsli olmayanda unudulur sənət. 
Aaaaah, heyrət!!! 
İnsanın fəlsəfi təkamülü, 
Filosof olmağın özülü... 
... Bir-birinə qarışdı telləri,  
Əlləri, 
Qolları, 
Yaşanmayan illəri. 
Dolaşdı ayaqları, 
Yarpaqlar nəsə demək istəyirdilər bayaqları, 
Duruxub qaldılar. 
Həyatın möhtəşəm çılpaqlığını içəri aldılar, 
Səkinin kənarı boş qaldı, 
Yerində “keçmişdən qalan bir gün”ün 
xatirə heykəli ucaldı. 


Эюйярчин 
 
 
224
Sorğular, suallar başlandı, 
Arzular yanaşı yaşandı. 
Artur Şopenhauer gəzdiyi, gördüyü yerlərin sayından, 
Reqina yarımçıq qalmış toyundan danışdı. 
Söhbətlərarası tütünlər alışdı, 
Divardakı şəkillər də xatirəyə dalmışdı. 
Səhərə az qalmışdı... 
Əvvəl Reqina soruşdu: 
Nə xoş təsadüf, Artur, məni yada salmısan?! 
– Yadımda bir tək sən qalmısan. 
– Bu səbəbdən illərdir görəmmirəm üzünü? 
Amma deyim düzünü, heç gözləmirdim səni, 
Ehtiyacsız eləyib sənin fəlsəfən məni. 
Ayı da, ulduzu da zindandan seyr edirəm, 
ya öz güllü baxçamdan, fərqi qalmayıb daha. 
Şimşək kimi ötdü gənclik, 
Odla suyun arasında bitdi dinclik. 
Gözlərinin qarasında varam, yoxam, nə mənası? 
– Gəl belə danışma, qadası,  
Mən səni az sevmədim. 
Dərk etdikcə dünyanı göz yaşlarım qurumadı, 
Həyatımın tənhalıq yağışları ürəyimi yumadı, 
İradəni öldürmək istəyim uyumadı, 
Heç kim, heç nə unudulmadı. 
Nəyim vardı, dünyaya bəxş etdim
Varlığın mahiyyətini dönə-dönə kəşf etdim. 
İndi sən kimsən, mən kim? 
Mən O-yam ki bir tək səni sevdim.  
– Ömrün uzun olsun,   
Dünyanın salamı Sənin olsun! 
Məndən istəyin nədir? 
“Öl”, – de, indicə ölüm. 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
225
...  Saçını daramaq istəyir əlim, 
Elə istəyir ki, titrəyir əlim... 
Özümə xoş gəlir bəzən əməlim, 
Bəzən də küsürəm həyatdan. 
Çünki atdın məni bir vaxt. 
Eeeeeeeh, o qədər gecəni qaldım ki, oyaq... 
– Sənə sevməyi mən öyrətdim. 
– Bəli, fərq etdim. 
Amma uzun illərdir şərikli dünyamızı  
sənsiz seyr eləyirəm. 
Razıyam bu fikirlə, qəlbi fəth olunmasa
Ödənilməmiş hisslərinə toxunulmasa, qadınlar sevə bilmir. 
Bu mənada qəzəlin şah misrası özünsən.
70
 
Gecikmisən bu gün sən...  
– Heç vaxt, heç nə gec deyil... 
Reqina, evlənmək təklifim güc deyil, 
məhəbbətdir. 
Gəlmişəm, ürəyimi təzədən sənə açım. 
– Anlamadım, dediklərin həqiqətdir?  
– Nə vaxt yalanımı gördün? 
– Mən sevgimi susdurdum. 
Keçmişimlə üz-üzə durdum iradəm ölənə kimi.  
Sevgi mükəmməl olur, iradə öldürülsə, 
İnsan sevilməyə ehtiyac duymur. 
– “Sağlam bədəndə sağlam ruh olur”, – deyirlər. 
İnsan cismən əsas qanununa tabedir
Gərək hisslər ödənilsin. 
– Buna görə ən böyük sevinc kədərsiz olmur. 
– Nəyə görə, Reqina, 
Ruhun vətəni bədəndir deyə?   
                                                 
70
 Qəzəl əruz vəznində yazılmış şeir növüdür. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə