Microsoft Word poema+++++. doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə45/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   42   43   44   45   46   47   48   49   50

Эюйярчин 
 
 
206
Adətlərə hörmət, 
İnsana məhəbbət! 
Ədaləti öldürmüşdü anası, 
Ədalətsiz yaşamağın nə mənası?! 
İncitdiyi bir qız üçün yaşayırdı. 
Əvvəl-əvvəl müharibə, ayaqsızlıq, intihar  
Sevənləri ayırdı. 
Vaxtında qırılmasa, ümid öldürür bəzən, 
Bəzən yaşamaq ilə yalan ümid yarıdır. 
Dilənçinin xoşbəxt yuxusu kimi, 
Bizim mövcud sandığımız, inkarı heç nə olan  
çoxusu kimi. 
İradənin inkarı dünyanın inkarıdır. 
O kəsdə ki iradə ölüb geriyə dönür, 
Onun üçün real olan bu dünyanın günəşləri,  
ulduzları heç nədir. 
... Dünyanın ən ədalətli qadını – anası 
İntihara son söz kimi
Hərbə etiraz kimi, 
Əlinə balta aldı. 
Səbəb deyil, nəticəni baltaladı. 
Ağacı öz qanı ilə suladı. 
Ədalətlilik naminə öldürdü ədaləti.   
Edam səhnəsi qurdu əzablara.  
Yaxşı-yaman, yalan-doğru bir məxrəcə gətirildi, 
Ana-oğul yanaşı məzara götürüldü. 
... Əzabdan başlayır həyat, 
Boş yerə külüng vururmuş Fərhad. 
Tale səhifələri özü təqdim eləyir, 
İstəyək, istəməyək, oxumağa məcburuq. 
... Bethovenin “Rekviyem”i çalınırdı, 
Dünya gözdən salınırdı əzabı çoxdur deyə. 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
207
İntiqam alınırdı ömürdən, 
Orkun daşmışdı səbr kasası. 
Son mənzilə də tək buraxmadı anası, 
Oğlunu ayaqsız olduğu üçün. 
Azad olur qayğılardan insan bir gün, 
Amma nə vaxt?! 
Kor coşqudur dünya özü, ətəyindən tökmür daşı. 
İtirəcək nəyi varsa, insanın o ölçüdə də çəkər başı. 
... Əzabdan başlayır həyat, 
Boş yerə külüng vururmuş Fərhad. 
Görünənlə görünməyən bir məxrəcə gətirilir
Məzara götürülür ana, oğul yanaşı... 
 
   
 
      İtaliya səfəri
  
 
Berlin yormuşdu deyə İtaliyaya gedirdi, 
Artur Şopenhauer yenə səfər edirdi. 
Müəllimlik barədə müraciətinə baxılar  
deyə Berlində qalmışdı. 
Drezdenə dönmək barədə Adelə
61
 yazmışdı.  
Amma sonra İtaliyaya getməyi qərara almışdı. 
Tələsmədən keçirirdi həyata istəyini, 
Veymarlı tanışı Fridrixə bildirmişdi ki, 
alman kitab, qəzet və jurnallarını izləsin. 
   Ola bilər, ölkədə olmadığı müddət əsəri barədə  
                                                 
61
 A. Şopenhauerin bacısı 


Эюйярчин 
 
 
208
nəsə yazarlar, bilməsin.  
Yüz doxsan il bundan öncə may ayının bu günü  
səfərə çıxır Artur...
62
 
Öncə İsveçrədə olur, sonra Milana çatır. 
Florensiyaya gəlir başlayanda sentyabr. 
Şəhər köhnə görkəmində dururdu, 
Quşlar yuvalarını tək-tək uçururdu, 
Daha isti ölkələrə uçurdu. 
Artur Şopenhauer çıxıb dünya seyrinə 
Yeni xəritəsini fəlsəfənin cızırdı. 
Oktyabr ayında Fridrixə yazırdı: 
“Təzədən, tünd mavi səmadan kəskin ayrılmış 
yamyaşıl yarpaqlar, hərəkətsiz havada  
ciddi məyusluqla duruxublar. 
Təzədən İtaliyanın çətirşəkilli şamları, 
zeytun və üzüm bağları, 
Sərv ağacları, evlər aralarında üzürmüş kimi, 
şairanə görünüş qurublar. 
Təzədən o şəhərdəyəm ki, döşənmiş yollar  
rəngbərəng xalıya bənzəyir. 
Təzədən hər gün heykəllə dolu meydandan keçirəm, 
Təzədən ömrümü məqsədsiz insanlar   
arasında keçirirəm.  
İtaliya ilə məşuqə kimi yaşanır həyat;  
Bu gün qeyzli həqarət, sabah məftunluq... 
Almaniya ilə öz qadının kimi; 
Qeyz, əsəb, tənə yoxdur, 
Heç böyük sevgi də yoxdur. 
İtaliya günləri Arturun bir il çəkdi, 
O günlər ki, səfası bir ömür sürəcəkdi... 
                                                 
62
 28 may, 1822-ci il 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
209
Florensiya onda rəğbət yaratmışdı çox, 
Həmişə bu günləri xüsusi sevinc ilə  
yad edirdi filosof. 
Münhendə ləngiməli oldu geri dönərkən, 
Bir-birinin ardınca xəstəliklər başladı. 
Münhendən Drezdenə durnalar uçdu erkən, 
Hamburqun başı üstə bir ulduz işıldadı. 
Artur Şopenhauer üç yüz altmış beş günü  
yataqda qarşıladı. 
Ağır mənəvi böhran təsirsiz ötüşmədi. 
İtaliyada Artur təklikdən üşümədi, 
Çünki tanımırdılar, çoxlu səyahətçidən 
biri idi şəhərdə.    
Doğma ölkəsində də 
onu filosof kimi tanımırdılar, əfsus... 
Amma o vaxt heç kimə hələ bəlli olmayan   
Böyük nəzəriyyənin yükünü daşıyırdı. 
Ağır idi bu sükut, fəlsəfənin elə bil
Düz fikrə biganəlik dövründə yaşayırdı. 
Onun üçün yazırdı: “Əgər, deyirlər, həyat 
Əvvəldən sona kimi heç nə deyildir, ancaq   
Cavabı mənfi olan həmişəlik sınaqdır, 
Elə buna görə də məni qoysunlar rahat. 
Dəyəri az olandan nə istəyə bilərəm? 
Bu fikrimə qarşılıq nəsihət dinləmirəm”. 
Mühitsizlik üzündən çünki çox incik idi.  
Münhenin sərt qışını yola verdi filosof, 
Baharı Bad Gaşteynə getdi dincəlmək üçün. 
Nədənsə Bad Gaşteyn müalicə mərkəzi  
olmağından daha çox, 
“Cəhənnəm iqlimi” tək tanınırdı Münhenin. 
Qumlu səhralarından seçilmirdi Berlinin. 


Эюйярчин 
 
 
210
Bu mənada filosof Drezdenə üz tutdu. 
Lakin düşünülməsin, o, Berlini unutdu. 
Olacaq, olmayacaq dinləyici bilsə də
Universitetdə sinif elan etmək istədi.  
Görüşmək istəyirdi Reqinayla təzədən, 
Bölüşmək istəyirdi həyatını onunla. 
Evlənmək istəyirdi gəncliyinin sonunda. 
Qeydlərindən birində yazırdı: 
“O yerdə ki görünüş əvəz edir mənanı, 
Orda ciddi olmaqla gülməli oluruq biz. 
Ancaq böyük ruh gəlir köməyinə insanın, 
Əhəmiyyət vermədən onlara, gülməlini 
gülənə çevirir o”.  
Berlində yaxşı heç nə gözləmirdi Arturu, 
Universitetdə hələ Hegel şahlıq edirdi. 
Təcrid eləmişdilər onu mühazirədən. 
Məhşur səyahətindən zəfər ilə qayıdan,  
Əsasən qadınların marağını oyadan  
Humbolt
63
 o vaxt silsilə leksiyalar deyirdi. 
Böyük etirazına baxmayaraq ərinin, 
Yeri kilsə, ya mətbəx, ya da uşaqlarının 
yanı olan Hegelin xanımı da Humboltu   
dinləməkdən qalmırdı.  
Artur uzaq tutulurdu sinifdən
Onun filosofluğu unudulurdu qəsdən. 
Artur məvacib üçün çalışmırdı bu işə, 
İstəyirdi cəmiyyətlə filosof tək görüşə, 
Davamçı şagirləri sağlığında yetişə.  
Axtarışa səy edirdi yorulmadan, 
                                                 
63
 Vilhelm fon Humbolt – alman filosofu, dilçi, dövlət xadimi, 
diplomat, Berlin unuverstetinin əsasını qoyanlardan biri 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə