Microsoft Word poema+++++. doc


Дцнйа ирадя вя тясяввцр кими



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə46/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   42   43   44   45   46   47   48   49   50

Дцнйа ирадя вя тясяввцр кими 
 
 
211
Münhen universiteti, fəlsəfi tərcümələr...  
İstəyi boş olurdu, hara əl atsa əgər. 
Mənasız görünsə də bu sual hərçənd ona,  
Soruşurdu özündən:  
İradә necə yaranır? 
Görünməyənin bətnində görünürmüş kimi gizlənir məna, 
Həm də izahsız. 
A priori dərk olunur Allah, mahiyyət və ruh, 
Dünyanın mənasını anlamaq mümkün olmur. 
İradə qaranlıq dərinlik kimidir, işığı udan. 4(õ)Tj/TT6 1 [Tc0 Tw(õ)Tj/TT27.0((.3637.06 400.81.0009 Tc)]TJ/TT5 1 Tf3.33 0 TD0 Tc<05, i)]TJ/60006 Twsisiteti, f
 


Эюйярчин 
 
 
212
Yeni il gecəsi bir yuxu görmüşdü: 
“Uşaq ikən vəfat etmiş dostu Yaniş
64
  
naməlum bir məkanda salamlayırdı onu.  
Bunu işarə kimi qeyd edirdi filosof. 
Demək, bu il öləcək... 
Yaşadığı şəhəri tərk etmək əmri kimi 
yozdu yuxusunu o.  
Yoxsa ölmüş dostuyla görüşməli olacaq”. 
Frankfurta üz tutdu, tərk eləyib Berlini, 
Çünki orda hələlik bu xəstəlik yox idi. 
Yox idi univesitet Frankfurtda, doğrudur, 
Amma yüksək sürətlə şəhərin kənarında  
Zavodlar və fabriklər artırdı gündən-günə, 
Təbiətşünasların sualları gücünə. 
Frankfurt gözəl idi, ilk dəfə bu şəhərdə 
Döşənmişdi küçələr Almaniyada o vaxt. 
Yüksək mərtəbələrə su vurulurdu, hətta 
Giriş yolu, küçələr qazla işıqlanırdı. 
Birləşmələr qurulurdu – elmi-təbii, 
Əhali sağlam fikrə düzgün qiymət verirdi. 
“Dağ elm cəmiyyəti”nə üzv olmuşdu Artur da, 
Cəmiyyətə fikrini açıq deyirdi burda. 
Şəhərin kənarında gəzinti və seyr üçün 
Bağçaların, bağların təməli qurulurdu. 
Bura məskəni idi, əsasən, varlıların. 
Qədim şəhərdə bir az kasıbçılıq dururdu. 
Mərkəzi köhnə evlər, sexlər təşkil edirdi, 
Şagird, usta sənəti, sahibkar ailələr... 
Həyat burda yeknəsək axınıyla gedirdi, 
Artura xoş gəlirdi Mayn üstə bu şəhər. 
                                                 
64
 Qotfrid Yaniş – A. Şopenhauerin on yaşı olanda vəfat etmişdi. 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
213
Burda yaxşı tuturdu hamı ilə söhbəti, 
Frankfurtda eşitmək və görmək mümkün idi, 
dünyada nə baş verir. 
Buna görə əvvəllər Artur Şopenhauer şəhərin  
qədim olan hissəsində yerləşir. 
Əvvəl-əvvəl evini burda tez-tez dəyişir,  
Amma bir az sonralar Mayn üstə körpünün  
yaxınlığına köçür. 
Ömrünün sonunadək oranı ünvan seçir. 
Frankfurtda, əsasən, 
“İngilis həyəti” tək adlanan restoranda edərdi naharını. 
Görüşünə gələnləri, təsadüfi tanışları 
Çox vaxt burda qarşılardı. 
Onun özünə məxsus həyat rejimi vardı. 
Hər gün qəzet oxuyardı qonşu kitabxanada  
nahar etdikdən sonra. 
Axşamüstü gəzintiyə çıxardı. 
Uşaqlıqdan sevdiyi Matias Klavdinin,  
Höte, Kant və Dekartın rəsmləri asılardı   
evinin divarından. 
İş otağında Kantın kiçik büstü də vardı, 
Sifarişlə almışdı müəllifi Rauxdan. 
Bəxtindən razı idi həqiqi davamçısı olduğu üçün Kantın. 
Qara parıltı ilə örtülmüş tunc heykəli  
Dayanırdı Buddanın 
Otağın küncündəki xüsusi altlıq üstə. 
Özü alıb gətirmişdi Parisdən. 
Bir dəfə yazılmışdı gününün qrafiki: 
“Səhər-səhər işləyərdi,  
Sonra bütöv bir saatı fleytada çalardı. 
Əsasən axır illər ifa elədikləri  
Rossinidən olardı”. 


Эюйярчин 
 
 
214
“Üslubu zərif idi, həm də sözün rəsmini 
çəkirdi rəssam kimi”.
65
 
“Onu dilinə görə mütləq oxumaq gərək”, 
hesab edirdi çoxu. 
Gözəl Söz ətrafında fırlanır fikrin oxu. 
O yazırdı ki, üslub – cismi, həqiqi, gerçək 
görünüşüdür ruhun. 
Başqasının üslubu özünü itirməkdir, 
Üzünü köçürməkdir ayrı həqiqi ruhun. 
Hansısa bir məşəli əgər yandırmamışıq, 
Hər hansı genişliyi işıqlandırmamışıq, 
Üfüqümüz həmişə dərin qaranlıqlara bürünmüş 
olacaqdır, 
Bizə dünyanın sirri görünməz qalacaqdır. 
Su üçün onun hansı şəkildə axmasının, 
Buludlar üçün neçə fiqurda baxmasının, 
Buz üçün pəncərəyə çəkdiyi naxışların 
Nə fərqi, bizim üçün mənası var onların... 
Su üçün mənası yox, şəlalə tək axır o, 
Köpüklənib səthinin üzərinə qalxır o. 
Görünüş mühüm deyil, ona mühümdür ancaq  
Özünün ideyası. 
Başqa sözlə, elastiki olmaması, 
Hərəkətli, formasız, şəffaf maye şəkilli, 
Cazibə qüvvəsinə tabe ola bilməsi. 
Dağdan gəlir, yerdən çıxır, 
Nə fərqi var, axmır, axır. 
Su üçün yox,  
Fərd olaraq bizlər üçün mühümdür bu. 
Pəncərə şüşəsində min cür görünüş altda  
                                                 
65
 Alman yazıçısı Frans Kafkanın fikrinə görə 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
215
çiçək, ağac cızan buz, 
Bərkimə
66
 qanununun nümunəsidir bariz. 
Burda təzahür olan təbiət qüvvəsinin mahiyyəti 
açılır
67

Ağac, çiçək mühüm deyil buz üçün,  
Onları seyr etmədən duyulan zövq bizimdir. 
Buludlarda, kristalda, suyun axını vaxtı 
Təzahür olunanlar, əslində, iradənin ən zəif sədasıdır.  
İradənin bundan sonra dolğun şəkli bitkilərdə, 
Daha güclü heyvanlarda, 
Ən mükəmməl insanlarda çıxış edir.  
Pillə-pillə yüksəlmədə mühüm olan ideyanın  
təşkilidir. 
Bu təşkilin təsiriylə əsas qanununun  
hesabsız formasında,  
müxtəlif və çoxcəhətli təzahürdə  
ideyanın inkişafı açılır bizim üçün.  
Fərdin idrak üsuluyla şərtlənir ki,  
mühüm deyil ideyanın özü üçün. 
İradənin obyektliyi ideyanın özünə də 
bütün deyilənləri aid eləmək mümkün. 
Bəşər tarixi boyu hadisələr axını,  
Dövrün bir-birini əvəzləməsi, 
Müxtəlif əsrlərdə, müxtəlif ölkələrdə 
İnsan taleyinin müxtəlif şəkilləri də 
İdeyanın təsadüfü təzahür formasıdır. 
Fərdin idrak kürəsinə məxsusdur, 
İdeyanın özünə aid olmamasıdır. 
Köpüklənmənin, axmanın su üçün, 
                                                 
66
 Kristallaşma qanunu 
67
 İdeyanı ifadə edir. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə