Microsoft Word poema+++++. doc


Дцнйа ирадя вя тясяввцр кими



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə44/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   40   41   42   43   44   45   46   47   ...   50

Дцнйа ирадя вя тясяввцр кими 
 
 
201
Öpürəm əllərini, məlhəm kimi üzümə,  
Alnıma sürtürəm ki, işıq gəlsin gözümə.   
Yollara çox baxım ki, bəlkə, dönəsən bir gün, 
Biləsən, həyat nədir, ayaqsız əsgər üçün. 
Biləsən, nə çəkirəm, hər gün, hər saat, hər an,  
Hiss edib soruşuram: 
“Ana, niyə qorxursan? 
Mən “Ölürəm” deyəndə nədən dizlərin əsir? 
Bu dünyayla cismani əlaqəm qalıb ancaq, 
Adını bilmədiyim bir ayrı dünyadayam. 
Həyat mənim əlimdə dəbdən düşmüş oyuncaq, 
İtirib qiymətini.  
Sənin üçün burdayam! 
Mehrini incimiş ruh göylərə salıb ancaq. 
Ana, yeni bir dünya fəth etməkdir çətini. 
Bir dünya ki izahsız sözlər yaratmalıyam,  
təsvir eləmək üçün
Sözlər yaratsam belə, təsviri qeyri-mümkün. 
Elə bir yüksəkliyə ucalıram ki, hərdən, 
Bu təzahür dünyamız xəyal kimi görünür. 
Həyatı ağrılardan xilas edəcək qədər məhəbbətlə  
doluram,  
Özüm Günəş oluram! 
Bu elə bir zirvə ki yetişdin, enişi yox, 
Səninkidir əbədi. 
Qovuşdun, dönüşü yox, 
Əbədidir məbədi. 
Bu elə bir məqam ki, xoşbəxtliyin son həddi, 
kədərin nəhayəti, 
Bu elə bir nöqtə ki, bu nöqtədən başlayıb  
qəlbimin səyahəti. 
İdrak üçün əl çatan, elm yolu deyil bu,  


Эюйярчин 
 
 
202
Nə mənə ötürülə, nə ötürə bilərəm. 
Bilmirəm, nə vaxt bildim, bilmirəm necə oldu
Ölsəm, narahat olma, ölümsüz tək ölürəm. 
Öz dünyası olana ölüm neyləyə bilər? 
Olsa-olsa, qəlbimin görünən dünya ilə 
bağlarını qıracaq, 
Bu dünyayla cismani əlaqəm qalıb ancaq. 
Öz ölümsüz dünyamı ölmədən fəth etmişəm, 
Mən axirət yoluna çıxmadan dərk etmişəm  
nə imiş əbədiyyət... 
Min ilin şöhrətinə dəyişmərəm bir anın. 
Damarlarımda axan sənin mehriban qanın 
Mənə imkan verməz ki, poza bilim ilqarı. 
İnan, mübaliğə yox, ən böyük səmimiyyət
Bəlkə də, etirafdır, sənə bu yazdıqlarım”. 
 
 
    Məzara götürülür  
   Ana – oğul yanaşı 
                                                 
 
Pəncərənin önündə fikrə dalmışdı Lüdviq, 
Bilmək istəyirdi ki
Su qurudan çox ikən niyə bu dünya yanır?  
Məhəbbət nədən yaranır? 
Ehtiyaclar nə zaman  
vacib olanın sərhəddində dayanır? 
Hissləri necə qorumalı? 
Kədərə təslim olmadan, 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
203
Sevinci öz başına buraxmadan, yaşamalı...  
Ruhun ehtiyacı doğurur məhəbbəti, 
Uzun yollardan keçməsə, görüşə bilmir onlar. 
Əvəzində məhəbbətli, məhəbbətsiz 
qovuşa bilən ehtiraslar var.  
Ehtiyac da arzu kimi əzabdan yaranır, 
Sevinc – ehtiyacın ödənilməsidir. 
Bir neçə anlıqdır... 
Yeni arzuya başlanğıcdır. 
Həyat ehtiyacların ödənilməsinə can atmadır, 
Öz-özünü aldatmadır. 
Ehtiyac qurtaranda pozulur həyatın müvazinəti, 
Yox olur sevincin əhəmiyyəti, 
Tükənir alfası-omeqası, 
Bayrametmə anları kədərlər arası. 
Kədərdir mənəviyyatın mənası, 
Gözəldir doğması, 
Yəni fəth olunması – sevinc. 
Ölümsüzlük bəxş edir, 
İnsan bu vaxt dünyanı dərk edir. 
Dəyanətsizdir sevinc kədəri yoxdursa, 
Nəhayətsizdir kədər, sevinci sonsuzdursa. 
... Boylanıb pəncərədən yola baxırdı Lüdviq, 
Görmək istəyirdi ki,  
Gedən kim, gələn kimdir? 
Boyunduruğu altda əzabın ölən kimdir? 
İradəyə qul olan, onu öldürən kimdir? 
Həyatın sualları rənglər kimi qarışıq, 
Aydınlaşmır, üstünə düşməsə zehni işıq. 
Tez böyüyür sarmaşıq... 
Bilmədən nədir sevgi, bilmədən nədir aşiq.  
Xatirələrin qapısı hər gün döyülmürsə, 


Эюйярчин 
 
 
204
İntizar böyümürsə, 
Ümid gedənin-gələnin ardınca gözlərini döymürsə,  
Həsrət ayaqlarına dəmir çarıq geymirsə, 
Sevgi ölüb. 
Qulağı səsdə idi,  
Qulağına səs dəydi. 
Ayaqsızlığını unudub qalxmaq istədi... 
Bir də onu gördü ki, üzü üstədi, 
Üzr istədi. 
Anasına söz vermişdi, kürsüdən qalxmayacaqdı, 
Özünü unudub yıxılmayacaqdı. 
Ürəyindən daş asıldı, 
Xəcalətindən döşəməyə qısıldı. 
Daha deməyə sözü qalmadı, 
Sevgidən danışmağa üzü qalmadı. 
Lüzum qalmadı pəncərədən baxmağa, 
Ağaca qara yaxmağa. 
Ana xeyli pərişan seyr etdi bu səhnəni, 
Selə verdi dəhnəni
60
 oğlu göz qırpımında. 
Dondu bütün hissiyyatı, hafizəsi sustaldı, 
Əlinə mətbəxdən baltanı aldı, 
Zəncirindən qopmuş vəhşi tək özünü ağacın üstünə saldı. 
Baltaladı... 
Bir dəfə ağaca vurdu, iki dəfə dizinə
Həşir gəldi özünə. 
Ağlayırdı, çığırırdı, çağırırdı insanları köməyə, 
Yaşadıqlarını deməyə. 
Oğlunun yalvarışlarına məhəl qoymadan, 
Nə etdiyini duymadan tikə-tikə doğrayırdı ağacı. 
Arada gülümsəyirdi acı-acı. 
                                                 
60
Suyu bağlayıb  açmaq, artırı


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
205
Mənəvi ağrılarını azaltsın deyə 
Başına döyürdü dəlilər misalı. 
Tez-tez təkrar edirdi bu sualı: 
“Su qurudan çox ikən nədən bu dünya yanır? 
İnsan niyə dünya malına aldanır? 
Katrin sağ olsaydı əgər, bunları çəkməzdim mən”. 
Lüdviqin eşidə biləcəyindən ehtiyat etmədən 
Söyləyirdi bunları. 
Özündən gedənə qədər qışqırdı, 
Yaddaşının bütün bağlarını qırdı, 
Bayılıb yıxıldı...   
Bir daha ayağa qalxmayacağı sanki bəlli idi, 
Həkimə götürdülər, bir-birinə təsəlli. 
Baltanı evə gətirdilər. 
Lüdviq hələ yerdə idi. 
Qaldırdılar... 
Könlünü almağa çalışdılar. 
Hüzuru qalmamışdı, 
Anası oğurlamışdı. 
Ədaləti gözləri qarşısında ağac şəklində doğramışdı. 
Üstəlik, Katrinin intihar etdiyini,  
İllərdir ki, bunu oğlundan gizlətdiyini 
qeyri-iradi etiraf eləmişdi.  
Katrin gəlinlik donu geyməmişdi,  
Paraşüt biçmişdi ondan.   
Öyrəndi bunu da qonşularından, 
Pıçıldaşırdılar aralarında. 
Ayaqsızlığa dözə bildiyi qədər əzablara da dözə bilirdi 
yaralı əsgər. 
İnsanda fəlsəfi mənaya verirdi dəyər. 
Bir istəyi vardı: – Ədalət! 
Ədalətə adət, 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə