Microsoft Word poema+++++. doc


Дцнйа ирадя вя тясяввцр кими



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə42/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   38   39   40   41   42   43   44   45   ...   50

Дцнйа ирадя вя тясяввцр кими 
 
 
193
O dahilər dahisi olmasaydı, indi mən
Cahil kimi qalmışdım dərsimi bitirmədən. 
Onun fəlsəfəsini öyrənməsəydi əgər, 
Baxardımı həyata nikbin yaralı əsgər? 
Bir kiçik pəncərədən seyr edirəm dünyanı, 
Öndə bir ağac bitib, qoymur görəm hər yanı. 
Baxışımın yolunu yaşıllaşandan kəsir, 
Əyildiyimi görüb anam da əsəbləşir. 
Yolun sağ tərəfində ağacı qonşu əkib, 
Boy verib artsın deyə xeyli də zəhmət çəkib. 
Yolu yaxşı görmürəm böyüyəndən bu ağac, 
Anam deyir ki, yalnız kəsməyə qalıb əlac. 
Mən yeriyə bilmirəm deyə o kəsilməli, 
Səni gözlədiyimi nədən hamı bilməli? 
Nədən bir pəncərədən asılı olduğumu, 
Hiss edib ürəyində təəssüf etsin o, bu? 
Hər bir kəsin haqqıdır ağac əkib böyütmək, 
Günahdır haqsız ikən ayrısına zidd getmək. 
Mən pəncərədən yolu yaxşı görmürəm deyə, 
Qonşu iradəsinə zidd getməlidir niyə? 
İradələrarası savaşdır müharibə, 
İradəyə qul idrak xidmət eləyir hərbə. 
Elə siyasətə də, çünki həqiqi üzü 
Görünmür, hər tərəfdən yalandır görünüşü. 
Bir səs eşidən kimi pəncərədən baxıram, 
Ağac böyüyüb deyə əyilirəm, qalxıram. 
Sənə bənzəyən qadın pəncərəmin önündən, 
Keçənədək gözümü ondan ayırmıram mən. 
Gecə-gündüz, sübh-axşam pəncərəmdə yaşanır, 
O qədər baxıram ki, kirpiklərim islanır. 
Bir dünyam iki olur, bir olmur iki dünyam, 
Başın üstə ən parlaq ulduz görsən mən oyam. 


Эюйярчин 
 
 
194
Uzaqdan göz qoyuram, tanımayasan məni, 
Yaxına gəlmirəm ki, utandırmayım səni. 
İndi o sən tanıyan cavan oğlan deyiləm, 
Nə təzədən gəncləşən, nə doğulan deyiləm. 
Rahat ölərdim, əgər bir dəfə səni görsəm
Ayrılmağım barədə sənə izahat versəm. 
Kaş unutmuş olasan məni bu vaxta qədər, 
Yoxsa yoxluğum səni unutmasan, tükədər. 
Bihudə gözlətdiyim üçün məni bağışla, 
Param-parça oldum mən, barı sən bütöv yaşa. 
Səndən bir xəbər almaq... budur, sonuncu arzum, 
Bu dünyayla cismani əlaqəm qalıb, quzum. 
Səndən bir xəbər almaq mənə təsəlli olar, 
Qəlbimdə deyiləsi hələ çoxlu sözüm var. 
... Hər gecə həblərdəyəm, açıb içirəm bir-bir, 
Gəlib yuxularımdan Katrin adlı qız keçir. 
Nə qədər dil tökürəm, yalvarıram söz demir, 
Deyəsən, çox inciyib o, daha məni sevmir. 
Mən yolu görmək üçün əyilib düzəldimsə, 
Anam dodağı altda pıçıldayır nə isə. 
Müharibəyə lənət yağdırır gecə-gündüz, 
Ağacı əkənə də yeni ad qoyub: “Öküz”. 
Doğrudur, ağac mənim hövsələmi daraldır, 
Amma anam qanımı ondan da çox qaraldır. 
Ağacın nə günahı, bitməkdir onun haqqı, 
Biz haqqı unudanda dərk etmirik günahı. 
Ağacın görünüşü ağac əkənə xoşdur, 
Elə mənə də xoşdur, səbrim fikirdən daşır. 
Mən yollara baxmaqdan, o, ağacdan zövq alır, 
Mən yolu görüm deyə ayrısı zövqdən qalır. 
Belə ədalət olmaz, o, qarşılıqlı hissdir, 
Bir tərəfli ədalət olmamaqdan da pisdir. 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
195
Ədalət–heç bir kəsə zərər verməmək cəhdi, 
Qonşu mənim üçün yox, özünə ağac əkdi. 
Ağlına belə gəlməz məni narahat etsin. 
Əksinə, çalışar ki, könlümü rahat etsin 
Əlindən gələn qədər... bilsə, kəsər ağacı. 
Mərhəmət hissi deyil, amma mənim əlacım. 
Pəncərə işığına möhtac olduğum qədər, 
Ehtiyacsız olsaydım, günüm keçməzdi hədər. 
Sən olmasan, bəlkə də, yaşamaram bircə gün, 
Ağacdan da küsmərəm yolu tutduğu üçün.  
Bu görünən dünyaya məni sən bağlamısan, 
Çox fəryad edib, yəqin, arxamca ağlamısan. 
Fəqət seyrə dalanda hüzura qovuşuram, 
Hüzurda qalmaq üçün zamanla vuruşuram. 
Zaman hücumlarımın mənasını anlamır, 
Çünki zaman ölçüsü yoxdur seyri anların. 
Orda uzun müddətə dahilər qərar tutur
Əsas  qanunu ilə bağlı nə var, unudur. 
Gecələr yuxum gəlmir, səssiz ağrı çəkirəm, 
Yapışıb əllərimdən sənə doğru çəkirəm. 
Ayaqlarım yerimir, əlim-qolum boşalır, 
Xəyal məni tərk etmir, amma dünya boş qalır. 
Hasil dəyişmir, çünki məsafə bir aşırım,  
Hər an yaxınlaşıram, hər an uzaqlaşıram. 
Hiss köməksiz qoysa da, zəka çıxır qarşıma, 
Gərginliyi azaldıb ağıl qoyur başıma. 
Hərdən ölümsüzlüyü mənə bəxş edir qürur, 
Hərdən bütün varlığım ölümə qarşı durur. 
Mən möhkəm dayanmışam torpağın üzərində, 
Ölüm yoxdur yaralı əsgərin nəzərində. 
Aldadıcı ilğımdır, gücsüzdür kabus kimi, 
Başının üstündədir hər xoş günün ölümü. 


Эюйярчин 
 
 
196
Deməli, sonsuz keçmiş, ya gələcək boş ovsun, 
Məni qorxuda bilməz məqsəd nə olur-olsun. 
Sənin uzaq xəyalın lirik musiqi kimi, 
İradəsinə təslim eləyir iradəmi. 
Yoxsa qalan hər nə var, bu dünyada heç nədir, 
Həyat belədir, günah nə səndə, nə məndədir. 
Gözüm yollarındadır... kiçik bir səs eşitsəm, 
Baxıram, bu adəti yaxşı olar tərgitsəm. 
Pəncərədən baxmasam, daha çox oxuyaram
Axı dağınıq ruhum kitabla olur aram. 
Təsəvvür formasında oxşar, yeni bir dünya 
Yaratmaq üçün gərək qavranılsın ideya. 
O zaman görünəcək dünyanın əsil üzü, 
O zaman görünəcək mahiyyətin güzgüsü. 
Təzahür əsasında yatan mahiyyətimi, 
Öldürmək istəyirəm var ikən yoxam kimi. 
Onda sənin yoxluğun, məndə təəssüf hissi, 
Yarada bilməyəcək, ömür keçəcək səssiz. 
Çünki nağıl dünyamda sükut danışır ancaq, 
İdrakım vəcdə gəlir, dünya doğurmur maraq. 
Cismani min əzabı öz dünyamın xətrinə, 
Satın almaq fikrimi necə anladım sənə? 
Bu həyat ilğım kimi gəlib keçəcək, amma, 
Öz dünyam əbədidir, ölsəm də, yaşasam da... 
İdeya dərk olunsa, dünya yaratmaq asan, 
O vaxt ölümsüz olur şair, bəstəkar, rəssam.   
Ağac ikimənalı təsir eləyir mənə, 
Qarşımda bəzən özü, əcdadıdır bəzən də. 
O vaxt ki təzahür tək seyr edirəm ağacı, 
Əsəbimə toxunur, yolu görmürəm axı. 
O vaxt ideyasına qədər dərk edirəmsə, 
Əsas qanunu kimi yox oluram özüm də. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə