Microsoft Word poema+++++. doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə49/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   42   43   44   45   46   47   48   49   50

Эюйярчин 
 
 
226
– Yüksələn ruhu bədəni yaşadır, 
Yüksələn ruh bədənini yaşatmır. 
Bədən ruhun eşqinə arzularından keçir, 
Yüksələn ruhun gözü ayağının altını seçmir. 
Amma bədən ağrıdıqca özü də əzab çəkir. 
Bu mənada yaşanmır kədərsiz böyük sevinc. 
Eeeeeh, dilimi qoymuram dinc. 
İndi deyəcəksən ki, filosofluq eləyir. 
– Əksinə, fikirlərin yeni göründü yenə,  
Səni mən öyrətmişəm, sən dərs verirsən mənə. 
Mənim fəlsəfəmi hər kəs sənin tək 
Anlaya bilsəydi, xoşbəxt olardı. 
Necə ki xoşbəxtsən, mənli, ya mənsiz... 
Bəlkə, düz demədim? 
– Doğrudur, amma... yaralı hisslərimi 
oyadırsan təzədən, 
Ağrısı azalmayan “bir gün” qoyub getmisən, 
İntizarından başqa mənə nəyin qalıb ki?... 
Xəyal həqiqət olmur, qovuram uzaq durmur. 
Ürək elə sınıb ki, yaşamaq üçün vurmur. 
Uzaq! Uzaq...ey uzaq xəyal,  
Həyatım darmadağın... 
Ömrümün xarabalıqları arasında bayquş kimi ulayıram. 
Rüzgarın çoxdan əyib sındırdığı bir budağın  
yarpağından asılmışam, 
Torpağa düşəcək günlərimi sayıram... 
–  Sən şair olmusan, xəbərim yoxdu. 
–  Səndə şairanə məktubum çoxdu. 
–  Sözgəlişi söylədim, xoşuna gəlmədi ki? 
–  Yox, niyə? 
Hər sözün əmrdir mənə. 
–  Birindən savayı.  


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
227
–  Evlənmək təklifini qəbul edə bilmərəm. 
İndi mənə də yaddır bu evlilik həyatı, 
Azadlığa alışdım. 
Taleyimlə barışdım, yox, barışmadım,  
Arzularım şirin oldu, həyat acı, qarışmadı. 
Qul et məni, qulun olum, 
Amma demə, gülün olum, 
Bacarmaram... 
Həyatım darmadığın...  
– Demək ki, sevmirsən. 
– Mən səni sevmirəmsə, sevgi yoxdur dünyada. 
Tərk edilmiş hisslərim bir yığın, 
Uzaqlaşdırır məni. 
– Sən mənim olmalısan. 
– Səninəm, evlənmək niyyətim yoxdur. 
– Bu nə hissdir anlamıram? 
– Hisslərimi danlamıram, ağıldan zireh geyib, 
Zorla ünvanlamıram. 
– Arximed yaxşı deyib: 
“Məhəbbət teoremdir, hər gün isbatı gərək”. 
– Boşla görək...  
Evlənməyə nə dəxli var məhəbbətin? 
Evlənməyin yükü ağır, sualı çox, 
Məhəbbətin yükü ağır, sualı yox. 
– Sən kiçik bir qız idin, zərif, incə, şux, gözəl, 
Elə sevərdim o vaxt, işim çox idi ancaq. 
Ya sən məni öz işimdən qoyacaqdın, 
Ya mən səni məhəbbətsiz. 
Xoşbəxt ola bilməzdik biz. 
– Dahilər müdrik olmurlar. 
– Bu xəbər hardan çıxdı? 
– Kəşf edirəm yavaş-yavaş.  


Эюйярчин 
 
 
228
Müdriklik öz-özünü görməyə deyilirsə
Dahi uzağa baxır. 
Buna görə cəmiyyət başa düşmür onları. 
Mən də cəmiyyətin üzvüyəm axı... 
– Kimin başına düşər, kor bilməz atdığı daş. 
Hadisələr həmişə taleyə – səbəblərin 
sonsuz çəlpəşiyinə uyğun gəldiyi kimi 
Mücərrəd xarakterə uyğun gəlir əməllər. 
Taleyi əvvəlcədən necə ki bilmək olmur, 
Mücərrəd xarakter də ağılla dərk olunmur. 
Heç cür müəyyən olmur təcrübələrdən əvvəl. 
– Bunun nə dəxli var bizim sevgiyə? 
– Sözgəlişi dedim. 
Gedək Frankfurta, orda yaşayaq,  
Bir küçə olmasa da, şəhərimiz bir olsun. 
Sən mənə həmdəm ol, mən sənə dayaq
Gözlərin təzədən sevgiylə dolsun. 
Ataq tənhalığın daşını biz də, 
Silək gözümüzün yaşını biz də. 
Bir-birimiz üçün yaşayaq bir də, 
Təzədən od olaq, su olaq birgə, 
Unudaq keçmişi... 
– Keçmiş gözəl idi, unutmaq niyə? 
Səmanın gül üzünü bulud tək tutmaq niyə? 
O, birgə həyatımız... 
Keçmişimiz olmasa, burda neyləyirik biz? 
Bəli, keçmiş yox olur, amma bilirsən nə vaxt? 
O vaxt ki, insan özü daha əvvəlki deyil, 
Xatirələr rişxəndlə sənə gülür, elə bil. 
Bu bizdə həm belədir, həm də deyil, əksinə, 
Hər gün artan eşq ilə ürəyim sənə aşiq!!! 
Uzaq dur, ey munisim, qəlbim alışdı yenə. 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
229
Dilim dolaşdı yenə, fikrim qarışdı yenə. 
Sənə aid bu sevgi zülüm verir özümə, 
Yuxu getmir gözümə, gecə-gündüz oyağam. 
Ömrümə həyatımı zindan eləmə, ağam. 
Onsuz da az çəkmədim, sənin “İstәk” fəlsəfən, 
Ən nəhəng qatar kimi gəlib keçdi üstümdən. 
Ovuldum toz kimi mən, zərrə-zərrə böyüdüm, 
Elə bil unudulmuş Reqina mən deyildim. 
Gizlətmirəm, sevirəm... sevirəm Tanrım qədər, 
Amma bizim birlikdə ömrümüz daha hədər. 
İki dünya yaşayır arzularımda mənim, 
Bir dünyaya yerləşməz. 
– Yaşa! Mənim fəlsəfəm filosof etmiş səni. 
Sevirdik, sevirik, sevirsən məni. 
Ruhum elə dincəldi, qəlbim elə şad oldu, 
Bütün dualarımın məkanı abad oldu. 
Aah, sən... aah, sən... aaaah, sən... 
Fəlsəfəm qədər sevimlisən. 
Yaxın olaq, ya uzaq, sənsizlik mümkün olmur,  
Sevgi hekayəsinin məzmunu unudulmur. 
Mən dağların üstündən bulud tək ötüb keçdim, 
Üstümdən dağlar keçdi, sənin eşqinə dözdüm. 
Mən həyata can verdim, həyat ağlatdı məni, 
Mənə həyat bəxş edən özü də atdı məni.    
Ağlıma gəlməzdi ki, sən məni unutmusan, 
Bir ayrı fəlsəfəyə, məzhəbə üz tutmusan. 
– Səni unutduğum yox, çox vaxt keçib, bilirsən, 
Üzüm fəsli sovuşub, indi qora dərirsən. 
Mənim gəncliyim ötdü, daha əvvəlki kimi 
Məhəbbətdən asılı hiss etmirəm özümü. 
Saat əqrəbləriyik, sən böyük, mən kiçiyi, 


Эюйярчин 
 
 
230
Saniyələr sürətlə üstümüzdən adlamış. 
Təklik bizi haqlamış, həyatın gerçəkliyi 
Sədaqəti küsdürüb araya nifaq salmış. 
Fəlsəfədən danışaq, birgə yolumuz odur, 
Qəlbimiz dolu qordur. 
– Öləziyir nəfəsi, alışmaq əvəzinə. 
– Mən fəlsəfə deyirəm, sən eşq deyirsən yenə, 
Ona qurban vermədinmi mənim böyük sevgimi? 
Fəlsəfənlə xoşbəxtsən... 
– Yalnız mən? 
Kim oxuyub dərk etsə, mütləq xoşbəxt olacaq! 
– Son sözün? 
– Yaxşı yol!!! 
Nə qədər ki, təzədən  
Əllərimiz görüşməyib, 
Həsrətimiz bölüşməyib, 
Yadlar bizə gülüşməyib, 
Ey dahilər dahisi, yolların açıq olsun! 
Həqiqi və daimi xoşbəxtlik yox, deyirsən, 
Məndən xoşbəxtlik haqda fikirmi gözləyirsən? 
Hansı əsər, hansı şeir xoşbəxtlikdən yaza bilir? 
– Xoşbəxtlik bircə andır, çatdın, enəcək pərdə
Yeni səhnə qurulacaq. 
Xoşbəxtlikdən çox yazırlar, amma çox yazmaq olmur, 
Cəmi bir neçə kəlmə... 
– Sən məni o qədər sadəlövh bilmə, 
Buna görə səninlə evlənmək istəmirəm. 
İstəyirəm, xoşbəxtliyə can atam, 
Sevgimizi yaşadam. 
Birgə isti yuvamızdan illərdir ki, gen düşmüşük, 
Ayrı yaşamaq üçün yetərincə böyümüşük. 
Son dəfə tut əllərimi,  


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə