Microsoft Word poema+++++. doc


Дцнйа ирадя вя тясяввцр кими



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə43/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   39   40   41   42   43   44   45   46   ...   50

Дцнйа ирадя вя тясяввцр кими 
 
 
197
Sənətkar gözü ilə seyr etməsəm ağacı, 
Anam demiş, kəsməkdən başqa qalmır əlacı. 
Min əngəl var yolumda, mən ağacı görürəm, 
Yaxşı ki üstünlüyü ədalətə verirəm. 
Ağrısız hal yaşamaq üçün gərək qərəzsiz, 
Subyektivlik olmadan seyr edək dünyanı biz. 
Bu zaman Epikürün ali nemət
57
 misalı, 
Mümkün olur hiss etmək həmin ağrısız halı. 
Üstümüzdən çəkilir arzunun əsarəti, 
Tükənir iradənin əvvəlki cəsarəti. 
Unudulur fərdilik, obyektdə əriyirik, 
Hissiyyat dünyasının fövqündə yeriyirik. 
Mənəvi rahatlığın əbədi heykəlini, 
Yaradırıq onda biz, dünya qururuq yeni. 
Azad olunmuş idrak yuxu kimi uzağa, 
Dartıb aparır bizi, özü düşüb qabağa. 
Təbiətdə gözəllik yaradır cəlb etməni,  
Dərketməni ucaldır, fərdi yox edir yəni. 
Təbiəti bir azad baxışla seyr edərək, 
Qayğıların zülmündən asudə olur ürək. 
Onda fərd olmuruq biz, fərd artıq unudulmuş, 
İdrakın subyekti tək “mən”imiz qərar tutmuş. 
Xatirələr həmişə obyektləri dirildir, 
İradənin subyekti xatirələri bir-bir. 
Məndə də xatirələr oyanır sevinc dolu
Oyanır kədər dolu, ikisi də dərd olur. 
Səhvimi düşünürəm, nədən bu günə gəldim? 
Müqəddəs yalan olmur... əvvəlcədən bilsəydim. 
Ayağım olmasa da, yanımda olardın sən, 
                                                 
57
 E. Epikür bu ağrısız halı ali nemət və tanrıların halı kimi həmd 
etmişdi. 


Эюйярчин 
 
 
198
Uşaqların üzünə həsrətlə baxmazdım mən. 
Yorulanda köksümə sıxardım öz körpəmi, 
Qoxusunu çəkərdim bihuş olana kimi. 
Həyatım olardı o, anam, bacım olardı, 
Oğlum, qızım olardı, çəkməzdim ayaq dərdi.   
Tellərini oxşardım qəlbimə güc gələrdi, 
O, yuxuya gedəndə yanında dincələrdim. 
Öpərdim ağ zanbağa bənzəyən əllərindən, 
Qız olsa, göz muncuğu asardım tellərindən. 
Oğlan olsa, adını Artur qoyardım onun, 
Adıyla fəxr edərdi dahi alman oğlunun. 
Sükut tanrılıq edir uşaq olmayan evdə, 
Sərdabəyə bənzəyir sükut içində ev də. 
Öz yerimi gecələr ulduzlardan soruşur, 
Kölgəmlə danışıram... qərib durnalar uçur. 
Qocalıram, həyatda heç zaman köhnəlməyən
Qocalmayan nə var ki? – Var, dünyaya gəlməyən.  
Musuqi dinləyirəm, oxuyuram Heyneni, 
O hər dəfə mənimçün səhifə açır yeni. 
Uzun “Qış nağılı”na qulaq asırıq birgə, 
Təzədən başlayırıq sona yetəndə bir də. 
Əsil poeziyanın gözəlliyi nədədir, 
Yavaş-yavaş onu da şair mənə öyrədir. 
Odur ki, bəyənmirəm ortabab şairləri, 
Mən də şair olmuşam, anamın yox xəbəri. 
Poeziya sənəti haqqında Horatsi
58
  ki, 
“Şairə ortabablıq yaraşmayır” demişdi. 
Bax, elə bu səbəbə görə satira, tənqid,  
Sözügedən hədəfə tuşlanmalıdır dəqiq. 
İnsan zəif yazmağa sərf etdiyi vaxtını, 
                                                 
58
 K.F. Horatsi – Qədim Roma şairi  


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
199
Oxumağa sərf etsə, məhsuldar edər onu. 
Marsinin dərisini Apollon ona görə
59
 
 Soymuşdu ki, sənətkar sənətə qiymət verə. 
O vaxt ölməz olur ki, şair bəşəriyyətə 
Ona ideyasını anlatmağa cəhd edə. 
Nə vaxt xoşbəxt oluruq – ehtiyacsız olanda,  
Nə vaxt bədbəxt oluruq – ehtiyacla dolanda. 
Ehtiyacsız olmağı kitabdan öyrənirik, 
Ehtiyacsız olanda dünyadan iyrənirik. 
Niyə xoşbəxt olmayaq, iradəyə güc gəlib, 
Niyə xoşbəxt olmayaq, öz üstündə yüksəlib. 
Niyə yaxşını qoyub pisə meyl etsin insan? 
Yaxşılıq pislik kimi, əlbəttə, olmur asan. 
Ağ ölüm, narkotika...necə məhv edən olur, 
Harınlar doysun deyə gənclik kökündən solur. 
Dünyanın mahiyyəti anlaşılsa, zülm olmaz, 
Hamı kitab oxusa, ağ, sarı ölüm olmaz. 
... Hər gecə fikirdəyəm, ədalət varmı deyə, 
Görən mən unutmasam, o, unudarmı deyə? 
Hanı o son gecə ki buraxmayıb əlimi, 
Söz danışa bilmirdin, ağlayacaqmış kimi. 
Onda ayrılmamağa bir də qərar verdik biz, 
Ayrılmadıq, yox olduq, nə mən varam, nə o qız. 
Göndərdiyim məktublar üstümə boş qayıdır, 
Elə bil, ayrılığın bu illər bal ayıdır. 
Ayrılıq bal ayından dönmür bəxtim açıla, 
Bulud keçə, Ay doğa, üstümə nur saçıla. 
Yaz gəlib ağacları təzə yarpaq bürüyüb, 
Köhnələri torpağın altda qalıb çürüyüb. 
                                                 
59
 Sənət yarışında qalib gəlmiş Apollon məğlub olmuş tərəf-müqabili 
Marsinin dərisini soymuşdur. 


Эюйярчин 
 
 
200
Adamlar iki-iki, üç-üç gəzişir bağda, 
Leylək bala verməyə yuva qurur budaqda. 
Ağacın uclarında bülbül kisə toxuyur, 
Gecə dördün yarısı bir qız şeir oxuyur. 
Hər gecə təkrar-təkrar eyni saatda gəlir, 
O vaxt oyandığımı görəsən hardan bilir? 
Yadıma sən düşürsən... bağda, ağacın altda 
Təzədən üşüyürsən, nazik məxmər xalatda. 
Şərfimə bürüyürəm zərif çiyinlərini
Buraxmaq istəmirəm göyərçin əllərini. 
Oyanıram yuxudan yenə sənsiz qalıram, 
Dəli olacaq qədər xəyallara dalıram, 
Bir az keçir, əzablar yüngülləşir quş kimi, 
Taleyimə minnətdar hiss edirəm özümü. 
Qəribə qısqanclıqlar sıxır məni arada, 
Şimşək kimi tez keçir, qərar tutmur orada. 
Hər bir insan müstəqil ideyadır, əslində, 
İfadə eləyirəm bir ideyanı mən də. 
Fərdi tənhalığımı yüngülləşdirmək üçün 
Fikirlərimi anam ilə bölürəm hər gün. 
O mənə yorulmadan, sevgiylə qulaq asır, 
Elə heyran olur ki, bişirdiyi süd daşır. 
Mətbəxdə buza dönür hər gün səhər yeməyi, 
Ya nahar olsun, ya şam, heçə gedir əməyi. 
Dinməzliyin rəmzi tək qızılgül əkib anam, 
İstəyir uşaq kimi hər sözünə inanam. 
Çalışır hiss etməyim ayaqsız olduğumu, 
Ayaqsız olduğumdan dayaqsız olduğumu. 
Qalmışam sevgim ilə anamın arasında, 
Deyirəm, hər gün səni təzədən arasın da... 
Baxıb ağ saçlarına əriyirəm mum kimi, 
Ovudacaq kimim var ondan başqa qəlbimi? 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə