Microsoft Word poema+++++. doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə40/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   36   37   38   39   40   41   42   43   ...   50

Эюйярчин 
 
 
184
Gələcək nəsillərlə filosof görüşəcək. 
Mənim ona sevgimin dünyəvi mənası yox, 
Xatirələrdir hərdən üşüdən ürəyimi. 
Sevgidə qısqanclığın mənəvi əsası yox, 
Amma ümid də ölmür, sevgi ölənə kimi. 
– Bunları duymaq, bilsən, necə ağırdır, gülüm,  
İstərdim, ancaq mənə məxsus olsun Reqinam. 
Qəlbindən keçənləri gizlətmə, mən də bilim, 
Əqli təsdiqi yoxsa, sadəlövh hissdir inam. 
Saçın yasəmən gülü, barmaqların şəfəqdən, 
Hər üzünə baxanda gözümə gülüş qonur. 
Yanağın dan yeridir – Günəş qalxır üfüqdən, 
Əllərin əllərimin təmasından uçunur. 
Baxışın ulduzların baxışını küsdürür, 
Dodağın güləndə də yumulu bənövşədir. 
Pıçıltın sükutumun rübabını susdurur, 
Qəlbinin hərarəti həyatıma rişədir. 
Reqina, çox gözəlsən... yoxdur sənin bənzərin. 
Tanrının ən bəxtəvər günündə doğulmusan. 
Sənin addım səslərin musiqidir ən zərif
Neyləyim, səndən ayrı yaşamaq deyil asan. 
Bu axşam bir yerdəyik, sabahdan ikimizin 
Bir həyatı olacaq, sən bizə köçəcəksən. 
Təzə gül qoyulacaq üstünə köhnə mizin, 
Məni tez-tez səsləyib xəlvətə çəkəcəksən. 
İndi gedək, mən səni evinə yola salım, 
Vidalaş, divardakı Arturun şəkli ilə. 
Əgər narahatsansa, mən də səninlə qalım. 
– Yox, yox, istəməz özüm... İstəmirəm söz gələ. 
– Axı kimdən, Reqina, saralmış şəkildənmi?  
– Bunu hardan çıxardın, qonum-qonşu nə deyər? 
Bir də şəkil, filanlar, Anselim, toya kimi... 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
185
Vaxtın azlığına da gərək verilsin dəyər. 
Şəklə “saralmış” deyib ürəyimi ağrıtma, 
Sabah toydan bir saat əvvəl gəl, gecikməyək. 
Anselim, mən Arturun şagirdiyəm, unutma, 
Söylədim ki, bağlıyam ona müəllimim tək. 
Anselim zənn edirdi, qız əzabdan qurtulur, 
Axı sabah gəlinlik paltarı geyəcəkdi. 
... Reqina otaqda tək... düşünürdü Arturu
Ona xəbər etməsə, xətrinə dəyəcəkdi. 
Əvvəl qəhqəhə ilə güldü, gülüşün sonu 
Hönkürtüyə çevrildi, ağladı için-için. 
Axı kimə gərəkdir bu evlilik oyunu, 
Mütləq evlənmək gərək onu unutmaq üçün? 
Elə bil, sal qayanın quş qonmayan ucunda 
Hər an düşəcək kimi dayanmışdı Reqina. 
Heç kəsə əl açmazdı, ölsə belə acından, 
Əzabdan çəkinməyi gülünc göründü ona. 
İstəyirdi, qolundan kimsə tutub saxlasın, 
Desin ki, sevmədiyin həyat məhv edər səni. 
İstəyirdi, bu gecə sübhə kimi ağlasın, 
Eşqin vida yağışı yusun hafizəsini. 
Ürəyindən elə bil iri daş asılmışdı, 
İmkan vermirdi, əsla yuxu gedə gözünə. 
Şüurunda yeni bir mərhələ açılmışdı, 
Nəsə olacaq kimi gəlirdi öz-özünə. 
Adətən, Artur onu düşünəndə hiss edər, 
Bu anlarda ürəyi dəli kimi vurardı. 
Reqina bilirdi ki, Artur gəlsə, səs edər
O deyilsə, qapının arxasında kim vardı?! 
Hadisədən çox əvvəl dəyişərdi əhvalı, 
Dinləyib ürəyinin xəbərdarlıq səsini. 
Bəlkə, döyən küləkdir asta-asta divarı, 


Эюйярчин 
 
 
186
Titrədir pəncərənin qırılmış şüşəsini? 
Yata bilmədi, artıq Günəşin şəfəqləri 
Qaranlığı qovurdu üfüqləri oyadıb. 
Sübhdən tez oyanardı uşaq yaşından bəri, 
Adı “Gündən”, “Tez qalxır” çağrılardı soyadı. 
Zinət əşyalarını, gəlinlik libasını 
Qadınlar gətirmişdi onu bəzəmək üçün.  
Sancağın, şamın, lentin, çiçəyin əlasını  
Almışdılar, elə bil, xalq bayramıydı bu gün. 
Anselimin xüsusi diqqəti sayəsində 
Yüksək ruhda gedirdi bağda hazırlıq işi. 
Bir azdan ayrı günlər bura gəlməsələr də, 
Bağa axışacaqdı nə qədər qadın, kişi. 
Hər yarpaq heyran kimi orkestrin səsinə 
Şəhadət barmağını dodağına sıxmışdı. 
Ətraf sükut içində gəlinin gəlişinə
Elə bil, Anselimdən daha çox darıxmışdı. 
Həyəcandan əsirdi çiçəklərin yarpağı, 
Güldən-gülə qonurdu al-əlvan kəpənəklər. 
Sanki kövsər suyuyla yumuşdular torpağı, 
Ətrindən bihuş olub əyilirdi tənəklər. 
Anselim ora-bura qaçırdı ki, süfrədən, 
Heç nə əksik olmasın, razı qalsın Reqina. 
İstəyirdi, zövq alsın, məclisə gəlib-gedən, 
Badələr qaldırılsın sevginin sağlığına.  
Yığılmış dövrəsinə zərif haşiyə vurub  
Saçını başı üstə toplamışdı Reqina. 
Təbrik üçün gələnlər onun yanında durub 
Nəsə söyləyirdilər arabir qulağına. 
Tül örpək sallanırdı haşiyədən çiyninə, 
Üzərində gümüşü nöqtələr uçuşurdu. 
Bəyaz gəlinlik donu geyinsə də əyninə, 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
187
Ürəyində, kim bilir, neçə hiss vuruşurdu. 
Boynu, sinəsi açıq, biləkləri örtülü, 
Mirvari düzülmüşdü paltarın ətəyinə. 
Çiyinliyi, yaxası sünbül kimi hörülü, 
Saatdan az qalırdı kilsəyə getməyinə. 
Ağ əlcəkli əlinə yaz çiçəyi almışdı, 
Sevməzdi tələsməyi, tələsirdi bu dəfə. 
Əvvəlki Reqinanın indi nəyi qalmışdı, 
Görənlər görmək üçün bir də durardı səfə. 
Köks ötürdü dərindən xatırlayıb Arturu, 
Sönük təbəssüm qondu dodağına ötəri. 
Məhəbbətin sükutu qulaqları batırır, 
Uzaqlardan daha çox məst eləyir ətiri.  
Bir azdan Anselim də gələcəkdi, birlikdə 
Nigah mərasiminə yola düşəcəkdilər. 
Sonra da toy şənliyi, birlikdə həyat, bir də... 
İncidib bir-birini hərdən küsəcəkdilər. 
İlk eşqin ağrıları, ola bilsin, susacaq, 
Sevginin özü necə, susacaqmı, görəsən? 
Nağıllar dünyasının bünövrəsi uçacaq, 
Ayrılığın təməli uçacaqmı, görəsən? 
Anselimin dostları qibtə edirdi ona, 
Bağda cavanlar üçün kadril, vals çalınırdı. 
“Dünyanın bel bağlamaq olmaz etibarına” 
Nəğməsi orkestrlə müşayət olunurdu. 
Meh dəydikcə məst olub otlar əl çalırdılar, 
İki yazın eşqinə nəfəs alırdı torpaq. 
Gənclər əyləşsin deyə atlar alçalırdılar, 
Qonaq gəzdirirdilər, bağ-sahil, Qlinvel-bağ. 
İstirahət meydanı adamlarla dolurdu, 
Tanıyanlar sıxırdı bir-birinin əlini. 
Qədəhlər səsləndikcə dodaqlar lal olurdu, 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə