Microsoft Word poema+++++. doc


Дцнйа ирадя вя тясяввцр кими



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə37/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   33   34   35   36   37   38   39   40   ...   50

Дцнйа ирадя вя тясяввцр кими 
 
 
171
Cəsədi o biri gün günorta tapmışdılar, 
Çalada özü boyda bir evcik yaratmışdı. 
Quzğunlar dərisini dartıb qoparmışdılar, 
Ölümə məhkum gözəl qan içində yatmışdı. 
İnsanları özünə intihar sadə üsul
Cəzadan yayındırır, günah böyük olsa da. 
Qorxaq təbiətlilik, yarımçıqlıqdır əsil, 
Beləsi razı qalmaz, qul edə, ya qul ola. 
Bir dəfə kömək etsə, min dəfə başa vurar, 
Təmənnasız ölüyə haqqını belə verməz. 
Asılı yaltaqlardan dövrəsində sədd qurar, 
Qazanc fürsəti düşsə, anını yelə verməz. 
Xüsusi ləzzət alar insanı alçaltmaqdan, 
Bir kəsi tərifləməz umacağı olmasa. 
Barmağı ziyil tökər böyüyə əl çalmaqdan
Heç kimin hüququnu tanımaz pul almasa.  
Bəs bacısı? Atasız böyümüş bacısını 
Necə çovğunlu gündə çöllərə salmaq olar? 
O ki az çəkməmişdi taleyin acısını, 
Sındırıb könül almaq ürəyə yamaq olar. 
Üst geyimi yox idi tələsik çıxdığından, 
Barmaqları hərəsi bir səmtə əyilmişdi. 
Dodağını kəsmişdi dişinə sıxdığından, 
Bəlkə də, heç donmamış, sağ ikən bayılmışdı. 
Ürəyi partlamışdı, çox güman ki, qorxudan 
Ya yüyürdüyü üçün belə qarlı havada. 
Elə qaçırmış, guya, qovurmuşlar arxadan 
Ya güllə qarşısından qaçır kimi davada. 
Bacısını, bəlkə də, ürəyində sevirdi. 
Reqina: – Həqarətmi, sevginin nəticəsi
Dərk edən oldumu, bu, axı nə çək-çevirdi? 
Bu özünü sevməkdir, sevmək deyil heç kəsi. 


Эюйярчин 
 
 
172
Bəşəriyyətin böyük düşməni cəhalətdir, 
Cahil kitab oxumaq əvəzinə ev yıxır. 
Özünə hörmət hissi özgəsinə hörmətdir, 
O necə insandır ki, əməli ürək sıxır.  
Şəxsi həyat hər kəsin ancaq özünə məxsus, 
Qarışmağa haqqı yox, bacı, ya qardaş ola. 
Bəzən kömək yerinə əzab verirlər, əfsus, 
Məğlub edilmiş ilə təzədən savaş olar? 
– Çovğun tüğyan edirdi, bəlkə, bir yeni qurban... 
Şəhər əhli aclıqla imtahan olunurdu. 
Havanın şəraiti dəfnə vermirdi imkan, 
Qar yükü dam uçurur, içməli su donurdu. 
Müharibə səhnəsi qurulmuşdu elə bil, 
Təbiət insan ilə üz-üzə qoyulurdu. 
Kainatın məhvəri qırılmışdı elə bil, 
Əsil cəhənnəm idi, günahlar yuyulurdu. 
Bu yerlərdə, adətən, belə sərt qış olmazdı, 
Şaxta sıfır dərəcə təşkil edə, etməyə. 
Çiyində tabut donmaz, əldə ölü qalmazdı, 
O gün yol tapılmırmış məzarlığa getməyə. 
Qar günahsız ölənin qisasını alırmış 
Kimi, qəmgin gözlərə doldururmuş özünü. 
Bəzi iz tapıb gedir, bəzi yolda qalırmış, 
Tabut daşıyanların yel bükürmüş dizini. 
Reqina: –  “Şərəf”, deyə insanlar öldürülür, 
İnsan şərəfə deyil, şərəf insana məxsus. 
Bu necə şərəfdir ki, söz üstə insan ölür, 
Qardaş-bacı arası ədavət, ələlxüsus? 
Hər kəsin öz fikri var, hər kəs fikrində azad
Bu sərvət, mal-pul deyil, güclü, gücsüzü ola. 
Heç kimə düşüncəsi tutula bilməz irad, 
Tanınmaq hissi deyil, üzlü, üzsüzü ola.    


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
173
Fərddə şərəf duyğusu növünü qorumaqdır, 
Sözün cavabı sözdür, daha öldürmək deyil. 
İnsanın vəzifəsi uçurmaq yox, qurmaqdır, 
Çirkab təmizləməkdir, çiçək soldurmaq deyil. 
Özünü başqa kəsin yerində hiss etmədən 
Fikir söyləmək gülünc, yalan batırmaz səsi. 
Mövqesizlər daha çox fikrini gizlətmədən, 
Aranı qatırlar ki, özləri görünməsin.  
Hər biləndən yuxarı daha yaxşı bilən var, 
Son söz fərdlərə deyil, filosoflara məxsus. 
Özü yaşasın deyə öldürməyə qalxanlar, 
İnsanlıqdan uzaqdır, heç biri unutmasın! 
Fərd ağlına güvənsə, iradəyə xidmətdir, 
Kor hissə baş əyməkdir, fəqət anlamır çoxu. 
Birinə şərəf olan o birinə töhmətdir, 
Çox vaxt üst-üstə düşür həqiqət ilə yuxu. 
Bağışlamaq çətindir insana cahilliyi. 
Kant deyir: “Meymun əgər istəsə, elm öyrənər”. 
Hər kəsə bir dost kimi kömək edər biliyi, 
Amma nadan nadandır, göstərsə belə hünər. 
Əzab həyata xasdır, təsadüfdən forması, 
Şəkili asılıdır, heç nə qoymur geridə. 
Ayrı-ayrı adamın ola bilməz qurması, 
Hər necə olur - olsun, tez sovuşub keçir də. 
Çünki illüziyaya əsaslanmış, əsasən, 
Dərdin, həzzin təsiri ilə üzə çıxmırlar. 
Gələcəkdən görünüş yaradarlar həmin an, 
Tutub saxlarlar nəsə, amma o da yox olar.  
Anselimin xətrinə adını çəkməsə də, 
Bu sözləri Arturdan oxumuşdu Reqina. 
Ayrılığın rəsmini könlünə çəkməsə də, 
Unutmaq çələngini toxumuşdu Reqina. 


Эюйярчин 
 
 
174
Bir az sükut eləyib sözə başladı qarı: 
– Ölüm gözəllyinə qibtə elədi qızın. 
Çovğun gücləndirdi ki, axşam yağıntıları, 
Əcəl tapa bilməsin onun qar altda izin.  
Tapdı... əcələ nə var, iynə gözündən keçər
İnsandan aciz məxluq gəlibmi yer üzünə? 
Niyə bəs bir-birinin ancaq qanını içər, 
Övladdan əziz nə var, anadan şərəfli nə?! 
Öldü, xoş gün görmədən, atasız böyümüşdü, 
Uzun ömür sürmədən, yetim qaldı uşağı. 
İradəsi sustalmış, sevgisi soyumuşdu, 
Gəncliyi yazıq oldu, qəbri başıaşağı. 
Xatirə yazıları qoyuldu məzarına, 
Bu dünyadan qazancı kiçik dəftərçə oldu. 
Çovğun da tutulmuşdu məhəbbət azarına, 
Məzarının üstünə qardan kürkünü saldı. 
Dərin yuxuya getdi, yarası ağrımırdı, 
Anası da yolunu gözləmirdi bu dəfə. 
Daha heç kəs “gözünü aç” deyə çağırmırdı, 
Göylərdə ruh gəzirdi, əllərdə bir səhifə: 
 
Mənim ailəm vardı... o zaman kiçik idim
Sevər, gəlincik kimi məni oynadardılar. 
Bacı, qardaşlarımın adlarını bilirdim, 
Ocaqda qarğıdalı dərib qaynadardılar. 
 
Köz üstünə göbələk düzərdilər, sevərdim, 
Böyürtkən yığardılar, əlləri qanayardı. 
Bir gün bulaq başında kuzəm sındı, kövrəldim, 
Mənə nə olsa, anam onları danlayardı.   
 
 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə