Microsoft Word poema+++++. doc


Дцнйа ирадя вя тясяввцр кими



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə36/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   32   33   34   35   36   37   38   39   ...   50

Дцнйа ирадя вя тясяввцр кими 
 
 
167
“Ürək sındırmaq olmaz” anlamına gəldiyin 
Gündən önəm verirsən insani mahiyyətə. 
Məqamların gözəli zamansız və məkansız  
Yaşananlardır, yəni zövq alma anlarıdır. 
Görünənlər dəyişir canlı ola, ya cansız, 
Görünməyəni görmək dahiliklə yarıdır. 
İradə dəyişilmir, idrakın əməllərə 
Təsiri sayəsində insan inkişaf edir. 
Həyatın hər yaş dövrü fərqlidir buna görə 
Yaxşı, ya pis təzahür dəyişən fikirdədir. 
Peşimançılıq hissi o demək deyildir ki, 
İradə dəyişilib, xeyr, dəyişən idrak. 
Demək, düzgün olmayan yolla gedilib, çünki 
Daha düz qərar üçün daim döyüşən idrak. 
Reqina səbrsizlik göstərdi bu dəfə də: 
– Tez danış, qarı nənə, maraq öldürdü bizi. 
Axı sonra nə oldu? 
– Deyirəm, bir az gözlə.  
Bir gün yenə atəşə məruz qoydular qızı. 
– Səbəbi? 
– Cəfəngiyyat, guya hansısa sözü 
Yerində söyləməmiş, qəlbə toxunub ucu. 
“Şərəfsiz şərəfsizdir, pullusu, ya pulsuzu”. 
Bu cümlənin üstündə bada gedirdi bacı. 
Qardaşı pullu hesab etdiyindən özünü, 
Təhqir olunmuş kimi acmış şirə dönmüşdü. 
Min yerdən yollayırdı ismarıcla sözünü, 
Nə bilim, kimciyəzin şərəf hissi sınmışdı... 
–  Sonra, sonra nə oldu? 
–  Daha nələr olmadı... 
Hamısı bir-birinə dəymişdi həmin gecə. 
Qızı səhərə kimi axtarmayan qalmadı, 


Эюйярчин 
 
 
168
Əgər tez tapsaydılar, donub ölməzdi, məncə. 
– Necə? Donub öldümü? Həyat belədir ancaq... 
Bəlkə də, sərtləşdirən özümüzük həyatı. 
Nə qədər cəhalət var, mərdə zülm olunacaq, 
Məzlumun ürəyində boğulacaq fəryadı. 
Sonra, sonra nə oldu? Müfəssəl danış görək. 
– Reqina, danışmağa həvəsim yoxdur daha, 
Gecdir, qalsın sabaha, sən də yatmağa tələs. 
– Dünya xoşbəxt olardı, ağıl yerinə düha 
Verilsəydi hamıya, zülüm görməzdi heç kəs. 
Bir Allahı, bir dini, bir ölkəsi olardı, 
Cəmiyyətdə ədalət tutardı öz yerini. 
Nə ürəyə səbəbsiz qısqanclıqlar dolardı, 
Nə sevənlər arı tək sancardı bir-birini. 
Kim özünü ağıllı hesab edirsə əgər, 
İradəsinə uyğun hərəkətdədir, demək. 
İdrak sahibləri heç qatil ola bilərlər? 
Heyvan şüurlulara xasdır adam öldürmək. 
– Reqina, sən yuxudan oyatdın sinirimi,     
Əsəbimə toxundun, bunları xatırladıb. 
Cəsarətli olsaydı, o qız da sənin kimi, 
Qaraya ağ deyərdi, qardaşını aldadıb. 
– Mən o qızın yerinə əzab çəkirəm indi, 
Neyləsin, danışmağa haqq verməmişlər ona. 
Bəlkə də, öz fikrini söyləməkdən çəkindi, 
Yoxsa cavan ömrünün batmazdı günahına. 
Danış, bu gecə burda tamamlayaq söhbəti
Qızın ruhu şad olsun, ayrı nə deyə billəm?... 
Başqaları haqqında xoşlamıram qeybəti, 
Amma bu faciədir, gərək hamsını biləm. 
                                     
                                            *** 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
169
 ... Cəhənnəm atəşinin sovrulan külü kimi, 
Qovurdu qarı külək... fəryadı başlamışdı  
Həyatın... canlı nə var, qarğayırdı iqlimi, 
Gəliş-gediş axşamdan hərəkətsiz qalmışdı. 
Dişini qıcadırdı bəyaz qurd kimi gecə, 
İliyə işləyirdi qışın şüşə soyuğu. 
Nəfəsini dərirdi qar yığışıb bir küncə
Torpağa can verirdi, buza nəşə, soyuğu. 
Qışda solmayan bəzi ağacların yarpağı, 
Əsim-əsim əsirdi bir-birinə söykənib. 
Fəvvarənin sazaqdan göyərmişdi dodağı, 
Quşlar evə dolurdu ümidləri tükənib. 
Qiyamət günü kimi çovğun şahlıq edirdi, 
Nə aca acıyırdı, nə şaxtadan ölənə. 
Rüzgarlar bir-birinin dərisini didirdi, 
Dünya məhv olacaqdı, sanki bir neçə günə. 
Şaxta pəncərələrdə min cür şəkil çəkirdi, 
Qırovdan toxuduğu ağ kətanın üstünə. 
Elə bil ki, fikirdən evlər siqar çəkirdi, 
Burum-burum qalxırdı bacalardan tüstülər. 
Qız eşiyə yüyürdü, əvvəl-əvvəl qorxudan 
Soyuğu hiss etmədi, amma bir az keçməmiş 
Tutuldu ayaqları, zehni dondu ağrıdan. 
“Lənət olsun!,– söylədi: – Bu necə həyat imiş?” 
Gözləri yumulurdu, yolu yaxşı seçmirdi, 
Yarğana düşəcəkdi bir az da sağa getsə. 
Tərslikdən yanından da o vaxt heç kim keçmirdi. 
Əllərini qəlbinin üstə qoyub isitsə, 
Gözlərini silərdi, qabağı görsün deyə. 
Səmtini itirməsə, geri gələ bilərdi. 
Fikrini toplayırdı başına döyə-döyə,  
Çünki yolu tapmasa, qarda ölə bilərdi. 


Эюйярчин 
 
 
170
Cəsədi çuxurlarda qurd-quşa yem olarsa, 
Dözəcəkmi bu dərdə qoca, xəstə anası? 
Cəzasını çəkməli, hər həs günahı varsa, 
O nə günah etmişdi belə çöldə donası? 
Dərələri uçqunlar doldurmuşdu qar ilə, 
Əl içi kimi dümdüz görünürdü çuxurlar. 
Tufan yolu kəsirdi iqtidar vüqarıyla, 
Özün üçün yaşasan, ölümdən asan nə var? 
Geri dönmək istədi, amma dönəydi necə? 
Hafizəsi sustalmış, əl-ayağı key idi. 
Qazanxana tərəfə gərək enəydi bircə
Açıq olmasa belə, divarları istiydi. 
Həyatın qapıları bağlanmışdı üzünə, 
Uğultudan savayı ayrı səs eşitmirdi. 
Külək qarı inadla doldururdu gözünə, 
Qardaşının son sözü qulağından getmirdi. 
Sitəm edirdi daha, sürünüb dizin-dizin 
Oardan yuva qururdu bir az isinsin deyə. 
Öylə bihal idi ki, əlindən bir dinsizin 
Qəbrinə girmək üçün dil tökərdi ölüyə. 
Əfsus, taqətdən düşüb dərəyə yuvarlandı, 
Başının üstdən keçdi dəli qar uçqunları. 
Yavaş-yavaş büsbütün hissiyyatı da dondu, 
Üstünə ağ şalını örtdü, sağ olsun, qarı. 
Daha onu qoynuna almışdı şirin yuxu, 
Ölürdü yuxusunda, amma son dəfə bu gün.  
Əgər ölüm bu isə, nəyə gərəkmiş qorxu?! 
Nə fərqi “öldürərəm” deyənlə, öldürmüşün? 
Gecə səhərə kimi axtarmışdılar qızı, 
Ən çox kiçik qardaşı canfəşanlıq edirdi. 
Qar hələ kəsmədiyi üçün örtmüşdü izi, 
Ana saçını yolur, üz-gözünü didirdi. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə