Microsoft Word poema+++++. doc


Дцнйа ирадя вя тясяввцр кими



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə38/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   34   35   36   37   38   39   40   41   ...   50

Дцнйа ирадя вя тясяввцр кими 
 
 
175
Mənim ailəm vardı... mehriban, təkəbbürsüz, 
Axşamlar bir süfrənin başına yığışardıq. 
Şam yeməyi ötməzdi anama təşəkkürsüz, 
İşimizin başına sonra dağılışardıq. 
 
Pişik şəkli çəkərdim mən kiçik albomumda, 
Bacım-qardaşım yazı yazar, dərs oxuyardı. 
Atam qəzet, jurnalı vərəqləyər yanımda, 
Anam yorğun olduğu üçün yuxulayardı. 
 
Bir qardaşım oxuyar, o biri tar çalardı, 
Ailə ansamblı yaradardı ikisi. 
Musiqi pərdə-pərdə ucalıb alçalardı, 
Yaxın qonum-qonşuya gedib çatardı səsi. 
 
Mənim ailəm vardı... bibim nağıl deyərdi, 
Atam ova gedərdi quşbaşı qar yağanda. 
Corab toxumaq üçün anam cəhrə
52
 əyərdi, 
Kətəməz  bişirərdi inəyimiz doğanda
53

 
Mənim ailəm vardı... payızda nar dərərdik, 
Şəhərə göndərərdik, tələbə idi bacım. 
Bağçamızda xatirə şəkillər çəkdirərdik
Anam yuxa salardı külləyib üstə sacın.  
 
Mənim ailəm vardı... kaş yuxuya dalanda 
O illəri təzədən yaşaya biləydik biz. 
Atam tez vəfat etdi, mən balaca olanda,   
Ana himayəsində böyümüşük üçümüz.  
                                                 
52
 Əl ilə ip toxumaq üçün qurğu 
53
 Bala vermiş inəyin birinci südündən hazırlanır. 


Эюйярчин 
 
 
176
 
Bir gün ailələrə bölündü ailəmiz, 
Qardaş-bacı sevgisi oğula, qıza keçdi. 
Küsülü, hal-əhvalsız ötdü neçə çilləmiz
54

Birgə xoşbəxt anların həyatı qısa keçdi. 
 
Mənim ailəm vardı... toyuq-cücə yemlərdik, 
Balaca quzuların biz olardıq hamisi. 
Kəklikotu çiçəyi üşüyəndə dəmlərdik, 
Ağac dibi bellərdik, yalan imiş hamısı. 
 
Yalan imiş hamısı, yalan imiş olanlar... 
İndi dolu şəhərdə küçələr boş görünür. 
Səhər işə gedəndə yadıma düşür onlar, 
Axşam evə dönəndə ayaqlarım sürünür. 
 
Qardaş-bacı olsaq da, ürəklər ayrı imiş, 
Bayram günləri belə mənə məktub yazmırlar. 
Uşaqlıq illərimiz, demək, bihudə keçmiş, 
Mənim ailəm vardı... bir də xatirəmiz var.  
 
 
          Toy günü 
                                              
Essen gözəl şəhərdir, amma təəssüf, ordan  
Gözəl təəssüratla qayıtmamış Reqina. 
Məktublar gətirmişdi poçtalyon neçə yerdən, 
Arturdan başqa hamı “təbrik” yazırdı ona. 
                                                 
54
 Qədim ay adları 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
177
Toy barədə qız özü yazmışdı dostlarına. 
Essen dövrü bal ayı kimi düşünülürdü. 
Qovuşmuşdu ömrünün otuz bir baharına 
İndi könül sazında ayrı hava dinirdi. 
Essendə əhvalını qarışdıran hadisə  
Qarının söylədiyi qəmli hekayət oldu. 
Anselimlə bərabər keçən həyatı isə 
Evlilik dünyasına birgə səyahət oldu. 
Essendə evlənməyə qərar verdi Reqina, 
Məhrəmanə təklifi könüllü imzaladı. 
Çox güman, gendən-genə Arturun acığına 
İmzasını ilk eşqin günahına buladı. 
Qıza fərəh verirdi ana olmaq duyğusu
Bəlkə, övlad sevgisi Arturu unutdura. 
Anselimin göylərə çəkilmişdi yuxusu 
Sevincindən bilmirdi məclisi harda qura. 
Evlərindən aralı əfsanəvi bağ vardı, 
Bağın içində böyük hovuza bənzər gölü. 
Gölün ətrafı göyə millənmiş ağaclardır, 
Möcüzə yaratmışdı burda insanın əli. 
Pilləvari səkinin ətrafında lalələr 


Эюйярчин 
 
 
178
Əksinə, təntənəyə layiq bir qərar idi, 
Özü-öz üzərində qələbə çalmışdı qız. 
Anselimə ilk gündən onda rəğbət var idi, 
Dostluq etmək fikrinə sonradan gəlmişdi qız. 
Bilinirdi, qəlbində Arturun sevgisidir, 
Bəziləri oğlanı qürursuz zənn edəcək. 
Məhəbbət Günəş kimi uzaqlardan isidir, 
Hissləri boş buraxsan, səhv ünvana gedəcək. 
Anselimin onunla evlənməkdə məqsədi, 
Xoşbəxt eləmək idi, özündən olsa yalnız. 
Əvvəl-əvvəl hörmətə diqqəti mənimsədi, 
Sonra meylini onun sevgisinə saldı qız. 
Ümid sevənə qaldı, ana olmaq arzusu 
Deyəsən, qəlbindəki sevgini üstələdi. 
Artura həsr olmuşdu ömrünün ilk yarısı 
Hətta yatağa düşüb neçə yol xəstələndi. 
Həyat eşqini boğmaq istəyirdi bu dəfə. 
Ana olmaq duyğusu həyat eşqi deyilmi? 
Açılmır bir kitabda iki ayrı səhifə, 
Bir qəlbdə iki insan eyni vaxtda sevilmir. 
“Ürəyinin səsini dinlə” deyirlər bəzən, 
Amma ürəyin səsi çox uzağa aparır. 
Bir də görürsən səndən bir ad qalıb, bir bədən, 
Qocalıb əldən düşmüş hisslər fəğan qoparır. 
Əlin heç yerə çatmır, güc də qalmayıb təndə, 
Bir ömrü bir sevgiyə qurban etmisən, keçib. 
O əvvəlki sevgi də daha qalmayıb səndə, 
Nəsli qoruyan hisslər ayrı ünvana köçüb.   
Anselim Reqinanı, guya asanmış kimi, 
Xoşbəxt etdiyi üçün bəxtiyar görünürdü. 
Reqina yalqızlıqdan qorxub usanmış kimi 
Ana olmaq eşqiylə keçmişindən dönürdü. 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
179
Bəs məhəbbət, sevgisiz ailə qurmaq necə? 
“Sonrakı peşmançılıq fayda verməz” deyiblər. 
İnsan ölümə doğru yol gedir gündüz-gecə, 
Gərək qazanılmaya, islah ola eyiblər. 
Mükəmməl təzahürü insandır iradənin, 
İşıqlanır idrakın yüksək dərəcəsiylə.  
İradənin özünü dərki mümkündür yəni, 
Özünü inkarı da, özünün məhvi ilə. 
İradənin özünü inkarı baş verməsə, 
Azadlıq təzahürdə aşikar ola bilməz. 
İnsan məxsusdur ancaq belə müqəddəs hissə, 
Özünü dərk etməyən insan ucala bilməz.  
Özgə iradəsinin qərarı imiş kimi 
Reqina qərarını maraqla gözləyirdi. 
Bilmirdi bu evlilik öz fikrinin əslimi, 
Ya Artursuz günlərə, sadəcə dözməyirdi? 
Nəhayətsiz sevincə və çox güclü əzaba 
Həmişə yalnız eyni şəxsdə rast gəlinir. 
Onlar biri-birinin qarşılığı olmaqla 
Böyük canlılığıyla birgə ruhun şərtlənir. 
Əzab həyata xasdır, kənardan nüfuz etmir, 
Hər kəs özündə onun mənbəyini daşıyır. 
Qəbul etmək istəmir, insan bilmir ki, hər bir 
Zəruri hadisəni məhkum kimi yaşayır. 
Ruhun sakitliyini dar gündə, xoşbəxt gündə 
Qorumağı tövsiyə edir müdriklər bizə. 
Amma tövsiyə ilə mümkün olmur bu, həm də 
İdrak hakim olmalı azad iradəmizə.  
Tövsiyə fayda verməz, gərək o qazanıla, 
Nəsihət nəyə lazım, nəsihət alan yoxsa? 
Bu dünyanı öyrənir fərd yanıla-yanıla, 
Təsəvvür mümkün deyil, təsvirə gələn yoxsa. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə