Microsoft Word poema+++++. doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə41/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   37   38   39   40   41   42   43   44   ...   50

Эюйярчин 
 
 
188
Həsrətlə gözləyirdi hamı bəylə gəlini. 
Açıq fayton gəlmişdi Anselimin dalınca, 
Hədiyyə şəkil kimi bəzəmişdilər onu. 
Gəlinin hazır olmaq xəbərini alınca 
Tez faytona əyləşdi, gətirsin Reqinanı. 
Vaxtından tez çatardı atlar yaxşı yerisə, 
Məsafə azaldıqca həyəcanı artırdı. 
Nigarançılıq vardı ürəyində nə isə, 
Bir ayağı irəli, biri geri dartırdı.  
Səadətdən ölməmək üçün ordan uzağa
Qaçıb canını xilas etmək istədi əvvəl. 
“Toy olmayacaq”, deyə dönmək istədi bağa, 
Özünə təhlükəli gəldi, amma bu əməl. 
Reqina gəlinlərin, qızların arasında 
Ayaq üstə dayanıb oğlanı gözləyirdi. 
Qızlar xoş söz deyirdi gəlinin barəsində, 
Ağlamaqdan şamların çoxu öləziyirdi. 
Çölə baxdı başını pəncərədən çıxarıb 
Daş hasarın üstündə bükülü çiçək gördü. 
Getmişdi çiçəkləri kimsə orda buraxıb 
Gətirib imzasına diqqətlə fikir verdi. 
Hamburq çiçəklərinə bənzəmirdi heç biri, 
Alp dağında onlara təsadüf eləmişdi. 
Yəqin Şopenhauer gətirib çiçəkləri 
Gəlinə qaibanə təbriklər diləmişdi. 
Çiçəkləri görüncə gözü qaraldı bir an, 
Bayılıb dostlarının qolları üstə düşdü. 
Üzünə su səpdilər, oyanmadı yuxudan 
Gözünü bərk-bərk yumub yumaq kimi büzüşdü. 
Həkimlər dava-dərman versələr də, təəssüf, 
Reqina bu yuxudan oyanmaq istəmirdi. 
Artur gəlmişdi axı, görə bilməmiş, heyif, 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
189
Oyanıb düşündükcə təkrar komaya girdi. 
Anselim yaxınlaşıb qızı pərişan gördü, 
Səliqəsi pozulmuş, açılmışdı sancağı. 
Qollarını başının altına dayaq verdi, 
Onu öz həyatından artıq sevirdi axı... 
Öpüb barmaqlarını, saçına sığal çəkdi, 
Elə bil ki, başına uçdu evin divarı. 
Qız özünə gələnə kimi gözləyəcəkdi, 
Sonra tərk edəcəkdi, yəqin ki, buraları. 
Öz dostları, gəlinin rəfiqələri qaldı, 
Qalan hamı peşiman-peşiman çıxıb getdi. 
Qonaqlardan üzr üçün bağa qasid yolladı, 
Dili gəlmirdi desin: “Toy mərasimi bitdi”. 
“Reqinanı bu günə sala bilməzdi heç kim
Heç nə onun ruhunu əzə bilməzdi belə. 
Demək ki, Artur gəlmiş”, düşünürdü Anselim, 
“Ya məktub yollamışdı, yoxdur ayrı məsələ”. 
Təsadüfən gəlmişdi Artur Şopenhauer,  
Veymara Höte üçün kitab aparmalıydı. 
Çiçəyin kağızına Hötedən bir bənd şeir 
Yazıb pr50zyVT6 1  Tw(na s05 Tw(, g)Tj/T)Tj001 3/TT6 1 Tf.445 033.275 0 TD0 Tc<05 1 Tf1.25 0 TD<0525>Tj/TT6 1 0 TD<0525>Tj/T, ünvTD.xt.0001 1õ


Эюйярчин 
 
 
190
Deyəsən, həyat yolum təzədən yaşıldadır”.   
... Hamburqu, dostlarını tərk eləyib sabahı  
Təzə bəy Fransanın sərhəddini adladı. 
Bilmədi bu “oyunun” kimdə idi günahı, 
Məkanı dəyişməklə əzabı qabaqladı. 
Reqina tək qalınca çiçəkləri oxşayıb  
Gah köksünə sıxdı, gah özündən araladı. 
Gətirənin eşqinə bir neçə sətir deyib 
Gündəliyində yeni səhifə qaraladı:  

Səadət qara bənzəyir;  
Şəfəqdən bərq vurur, istidən əriyir, 
Yerində ağrı cücərir. 
Ömrü qısa olur; anlar... dəqiqələr qədər. 
Elə anlar, elə dəqiqələr ki, ardından sabahlar,  
fəsillər, illər daşıyıa bilir kədər dolu. 
Həyatın kədəri boldur... 
Səadət qığılcıma bənzəyir. 
Bir an işarır, sönür. 
Ətraf zülmətə dönür. 
Səadət vida zamanı heç bitmiyəcək kimi  
yaşanan görüşdür. 
Uzun-uzadı əzablara girişdir. 
Etiraf qədər səmimi, 
Gözlənilməzdir, 
Pəncərə önünə qaibanə buraxılmış çiçək kimi. 
İmzası o qədər ümumi ki, tanımırsan. 
O qədər xüsusi ki, tanımaya bilmirsən. 
Gizli gəlib, gizli getmiş...  
Çiçəklərin üstə qalmış  
barmaq izləri ilə təmas səadət deyilmi? 
 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
191
      Bu gecə ildönümü  
yaxud qaibanə məktub   
 
 
Hər gecə kədərdəyəm, tək səni düşünürəm, 
İki qədəh gətirib sevinc süzürəm, ya qəm. 
O günü gözləyirəm, səninlə görüşəcəm, 
Nədir bu ayrılığın səbəbi, soruşacam. 
Hər gecə həblərdəyəm, açıb içirəm bir-bir
Göz yaşı nə deməkdir, hər gün ağlayan bilir. 
Gülü solmuş ömrümün ləçəkləri tökülür, 
Sənsizlikdən üşüyüb yarpaqları bükülür. 
Ürəyim tonqal üstə kabab kimi közərir, 
Gözüm təzə gün üçün üfüqdən tez qızarır. 
Əsli-Kərəm
56
 eşqindən yoluxub bu ayrılıq, 
Bir ucdan birləşirik, bir ucdan ayrılırıq. 
Mənim rəngimdən alıb Günəş sarılığını, 
Dünya çiynimə salıb məna ağırlığını. 
Alfadan Omeqaya gedən yolun üstəyəm, 
İstəyirəm, sənə də “Yolum üstə gəl” deyəm. 
Hər gecə çöllərdəyəm, axtarıram yel kimi, 
Sel kimi vurnuxurkən sel aparır özümü. 
Siqarımın tütünü ilqarımdır, çəkirəm, 
Tütün kağızı kimi havadan nəm çəkirəm. 
Kainatı görsəm də, əlimin içi kimi. 
Açıq dəniz kimiyəm, görmürəm sahilimi. 
Hərəkətə gətirir vücudumu dalğalar
Eşqimin vətənidir, eşqdən o yana nə var?! 
                                                 
56
Şifahi xalq ədəbiyyatından məhəbbət dastanı 


Эюйярчин 
 
 
192
Ləpələr hisslərimdir, gah susur, gah çırpınır,  
Zehnim dərinliyimdir, idrakıma sığınır.   
Hər gecə əllərdəyəm, ürəyim işıq saçır, 
Gündəlik həyatımın rahatlığından qaçır. 
Düşüncələr içində zamansız oluram mən, 
Məkansız oluram mən səbəbini bilmədən. 
Sən olursan, bir də mən, heç kəs qalmır dünyada, 
Özümü də olmasan, sala bilmirəm yada. 
Bu necə uzaqlıq ki, hər yerdə mənimləsən, 
Heç kəs bu hicrə dözməz, necə ki mənimlə sən... 
Bu necə yaxınlıq ki, səni görə bilmirəm, 
Sənə özüm barədə xəbər verə bilmirəm. 
Sənin üçün yaşamaq təzələyir ömrümü, 
Ayrılıb gəlməyimin bu gecə ildönümü. 
O gecə... o gülüzlü yaz yadına gəlirmi? 
Anan dəmləmək üçün yenə çiçək dərirmi? 
Özüm öz ölümümə fərman verdim o gecə, 
Döyüşdə ayaq verdim, sənə bollu işgəncə. 
Bu dünyanın sirrini öyrəndikcə gördüm ki
Heç kimin heç nəyi yox, qədim ola, ya indi. 
Güclü-gücsüz məşqidir, kim qazana, kim yeyə, 
Kimi “Zor!” himni çala, kimi bayatı deyə. 
Demirəm, səhv etmişəm, dinc əhali ölürdü, 
Almaniyada hər kəs o vaxt zülüm görürdü. 
Mən sənin ürəyini qırmaq istəmədiyim 
Üçün, özümdən olsa, çalışdım yalan deyim. 
... Hər gecə səfərdəyəm, yollarda yaşayıram, 
Aranı dağa, dağı arana daşıyıram. 
Tarixi dərk olunmur mahiyyəti dünyanın, 
Öz-özünü dərk etmir təfəkkürü insanın. 
Dünyanın sərhədləri təxəyyüldən genişmi? 
Artur Şopenhauer!!! Bu ad sənə tanışmı? 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə