Microsoft Word orxan eliyev enver doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə9/26
tarix07.12.2017
ölçüsü0,62 Mb.
#14249
1   ...   5   6   7   8   9   10   11   12   ...   26

 

26

•  Şirkət  daxilində  elə  işçi  münasibətlər  yaratmaq  ki,  bütün  imkanlar  strategiyanın 



müvəffəq tətbiqinə yönəlmiş olsun; 

•  Şirkət daxilində əlaqələndirmə və işə birgə münasibət elə formalaşdırılmalıdır ki, 

hər  bir  fərd  günbəgün  şirkətin  strategiyasının  təkmilləşməsinə  və  reallaşmasına 

köməklik etmiş olsun; 

• 

ş  üsulunda  daimi  təkmilləşmə  və  təcrübələrin  tətbiqinə  xüsusi  diqqət 



göstərilməlidir; 

•  Strategiyanın  həyata  keçirilməsində  iştirak  edənlər  arasında  daxildə  liderlik 

hissləri aşılanaraq hər zaman strategiyanın reallaşdırılması sürətlənməli və tətbiqin 

səviyyəsi yüksəldilməlidir. 

Bu prosesdə inzibati məsələ ondan ibarətdir ki, faktın həyata keçirilmə səviyyəsi 

ilə  strategiyanın  nəzərdə  tutduğu  proqram  tutuşdurulsun  və  kənarlaşmalar 

müəyyənləşdirilib aradan götürülsün. 

Beləliklə,  strategiyanın  tətbiqi  praktiki  inzibati  işdən,  təşkil  etmədən,  maliyyə 

planlaşdırılmasından,  siyasi  xətt  yürütməkdən,  həvəsləndirmə  üsulunu  tətbiq 

etməkdən,  idarəetmənin  mədəni  üsullarından  istifadə  etməkdən  ibarət  olmaqla, 

bunların düşünülmüş kombinasiyalarının birgə əlaqələndirilməsidir. 

Strateji  planlaşdırmada  müəssisə  mütəxəssislərinin  rolu:-  ri  şirkətlərdə 

strateji  planlaşdırma  ilə  rəhbər  orqanların  aparıcı  işçilərinin  məşğul  olması 

aydındır.Lakin  bu  işdə  onların  əsas  dayaq  yerləri  müvafiq  sahə  üzrə  yüksək 

səviyyədə  ixtisaslaşmış  mütəxəssislərdir.Strateji  planlaşdırmanın  işlənilməsində 

mütəxəssislər tələb olunan məlumatları toplayır, sistemləşdirir və onları strategiyanı 

müəyyənləşdirən rəhbərliyə təqdim edirlər. 

Hər  il  strategiyanı  təkmilləşdirən  təşkilatlarda  isə  strategiyanın  gedişi,  həyata 

keçirilməsi,  müxtəlif  bölmələr  üzrə  onun  icra  vəziyyəti  öyrənilərək  məlumatlar 

şəklində  strategiyanı  formalaşdıran  şəxslərə  verilir.  Strateji  planlama  üzrə 

mütəxəssislər rəhbərliyə hər zaman strateji planların həyata keçirilməsində köməklik 

göstərə bilirlər. Bu kömək, hər şeydən əvvəl bütün səviyyələrdə rəhbər olan şəxslərə 



 

27

öz  sahələri  üzrə  görəcəkləri  işi  anlatmaq,  strateji  planın  ayrı-ayrı  sahələr  üzrə 



bütünlükdə  şirkət  üzrə  həyata  keçirilməsi  haqda  məlumatlar  verməkdən 

ibarətdir.Lakin  mütəxəssislərə  strateji  qərarlar  qəbul  etməyə,  strateji  planlar  tərtib 

etməyə və yaxud ciddi təkliflər verməyə icazə verilmir.Çünki, bunlar bütün şirkətin 

fəaliyyəti  ilə  bağlı  ümumi  strateji  hədəfdən  xəbərsizdirlər  və  belə  cəhd  göstərsələr 

ciddi  səhvlərə  yol  verə  bilərlər.Bundan  əlavə,  əgər  strateji  planı  mütəxəssislər 

tutarlarsa və onun icrasına nəzarəti rəhbərlik həyata keçirərsə bu pis nəticələrə gətirib 

çıxara bilər və bu halda günahkarı tapmaq asan deyildir. 

Başqa bir tərəfdən, əgər strateji plan rəhbərlik tərəfindən tutulmamışsa onda heç 

bunun həyata keçirilməsinə də layiqincə rəhbərlik edə bilməyəcək və öz şəxsi fikir və 

məqsədləri  hər  zaman  onu  fəaliyyətdən  kənara  çəkəcəkdir.Beləliklə  də,  nəzərdə 

tutulanlar həyata keçirilməyəcəkdir. 

Deməli, strateji plan yalnız onu icra edəcək rəhbərlər tərəfindən tutulmalıdır ki, 

o  da  özündən  yuxarı  rəhbərlik  qarşısında  icraya  məsuliyyət  daşıyaraq  onu  yerinə 

yetirməyə  çalışsın.Bir  rəhbərin  icraya  nəzarət  etmədiyi  digər  sahə,  bölmə,  qurum 

üçün  də  strateji  plan  işləməsi  yolverilməzdir,  çünki,  planı  təqdim  edən  icraçı 

olmadığına, icraçı isə plana görə cavabdeh olmadığına görə nəticə uğursuz olur. 



Strategiyanın formalaşmasına yanaşmalar:- Strategiyanın formalaşmasına ən 

müxtəlif  yanaşmalar  mövcuddur.Bu  yanaşmaların  müxtəlifliyi  ilk  növbədə  şirkətin 

böyüklüyündən  asılıdır.Əgər  təkcə  bir  sahibkarın  idarəsində  olan  şirkətdən  söhbət 

gedirsə, bu cür şirkətlərdə geniş müzakirə olunacaq strategiyaya ehtiyac qalmır və bu 

halda strategiya elə sahibkarın öz zehnində formalaşdırdığı strategiyadan ibarət olur. 

Nəhəng  şirkətlərdə  isə  əksinə,  daha  ciddi  düşünülüb  hazırlanmış,  bütün 

mərhələləri  əhatə  edən  və  həmin  mərhələlərə  rəhbərlik  edən  şəxslərin  iştirak  etdiyi 

yığıncaqlarda  müzakirə  edilib  bəyənilən  strategiyalara  ehtiyac  duyulur.Daha  iri  və 

diversifikasiya  olunmuş  şirkətlərdə  isə  hər  illərə  bölünməklə  yazılı  şəkildə  tərtib 

olunmuş  və  daha  dəqiq  tədqiqatlara  söykənən,  bütün  mərhələlərdə  müzakirə  edilib 

bəyənilən strategiyalara ehtiyac duyulur. 



 

28

Bundan  başqa,  rəhbərin  strategiyanın  formalaşmasına  yanaşma  üsulundan  asılı 



olaraq  strategiyanın  formalaşma  yolları  da  müxtəlif  olur.Belə  ki,  rəhbərin  şəxsi 

iştirakı və əsas rol oynaması və ya kiməsə inanaraq strategiyanın işlənilməsində ona 

inamı,  əməkdaşlıq  etməklə  strategiyaya  münasibət  formalaşdırılması  və  yaxud 

dayandırılma  üsulları  ilə  bu  işə  münasibət  bəslənməsindən  asılı  olaraq  seçilmiş 

strategiyaya münasibət bildirilir. 

ndi bunları ayrı-ayrılıqda təhlil edək. Əgər sahibkar və ya rəhbər əsas strategiya 

eksperti rolunda çıxış etməsi ilə məsələyə münasibət bildirirsə, onda o, strategiyanın 

özünə,  onun  ayrı-ayrı  bölümlərinə  və  alternativ  mövcud  olan  variantlara  çox  ciddi 

müdaxilə edir. 

Lakin  bu  o  demək  deyil  ki,  rəhbər  bütün  strategiyanı  da  təkbaşına  icra  edir.O, 

əsas  bu  işin  yaradıcı  arxitektoru  kimi  bütün  işlərin  icrasına  nəzarət  edərək  məhz 

seçdiyi strategiyanın icraçılarla birgə həyata keçirilməsini təşkil edir. 

kinci halda rəhbər öz səlahiyyət hüquqlarını başqaları ilə bölüşdürür.Bu şəxslər 

xüsusi olaraq yaradılmış qrup və ya inanılmış şəxslərin daxil olduğu strateji planlama 

şöbəsi  də  ola  bilər.Bu  inanılmış  qrup  strategiyanı  işləyib  rəhbərlə  məsləhətləşərək 

onu  təkmilləşdirir,  təbii  ki,  rəhbərin  dəyərli  fikirləri  də  bu  halda  nəzərə  alınır  və 

sonda rəhbər tərəfindən “bəyənilmişdir” imzası ilə təsdiqlənir. 

Belə  halda  rəhbərin  bir  qədər  sərbəstliyi  yüksəlir,  o,  özündə  tələb  olunan 

hallarda  bəzi  dəyişiklik  etmək  səlahiyyətini  saxlayır.Bundan  başqa,  rəhbər  aşağı 

mərhələ  rəhbərlərinin  məsələyə  münasibətlərini  bilərək  onlardan  gələn  müxtəlif 

təkliflərdən daha səmərəlilərinə üstünlük verir. 

Bu  variantın  zəif  cəhəti  ondan  ibarətdir  ki,  rəhbər  bir  növ  əsas  rəhbərlik 

funksiyasından  yayınır,  onun  özünün  daha  ciddi  şəkildə  iştirak  etmədiyi  bir  strateji 

planla  üzləşir,  onun  şəxsi  məsuliyyəti  azalır.Digər  tərəfdən  də,  bu  halda  əsas 

strategiya daha dərin uzaqgörən siyasət həyata keçirmək əvəzinə əksər vaxt gündəlik 

və ya yaxın müddətə hesablanan strategiya olur. 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə