Microsoft Word orxan eliyev enver doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə17/26
tarix07.12.2017
ölçüsü0,62 Mb.
#14249
1   ...   13   14   15   16   17   18   19   20   ...   26

 

54

 



Sxemdən  görünür  ki,  strateji  planın  reallaşdırılmasına  başlamazdan  əvvəl 

müvafiq taktiki planlar, siyasət, proseduralar və qaydalar işlənib hazır olmalıdır. 

 

Taktiki planın əsas xarakteristikalarını qeyd edək. 



1.  Taktiki planlar strategiyanı inkişaf etdirmək üçün işlənib hazırlanır. 

2.  Taktiki planlar orta səviyyə rəhbərləri tərəfindən işlənib hazırlanır. 

3.  Strategiyaya nisbətən taktiki planlar daha qısa müddətə hesablanır. 

4.  Strategiyadan fərqli olaraq, taktiki nəticələr çox sürətlə özünü büruzə verir. 

Təşkilatın  siyasəti  adətən  ali  rəhbərlər  tərəfindən  işlənib  hazırlanır  və  uzun 

müddət  üçün  nəzərdə  tutulur.  Siyasət  –  bütün  fəaliyyəti  məqsədlərə  nail  olmağa 

öynəldir,  məqsədlərin  sabitliyini,  qərarların  uzaqgörənliyini  təmin  edir.  Məsələn, 

milli  azlıqlara və qadınlara bərabər işə düzəlmə imkanlarının verilmə siyasəti-sosial 

təminat məsələlərinin həllinə və əmək ehtiyatlarından yaxşı istifadə olunmasına şərait 

yaradır. 

Keçmişdə  konkret  vəziyyətlərdə  uğur  gətirmiş  qərarlar  (proseduralar)  əsasında 

hərəkət  etmək-müəssisənin  rəhbərliyinin yenidən  təhlil  aparmaqla  əlverişli  fəaliyyət 

planı    işləyib  hazırlamaq  əziyyətindən  azad  edir.  Deməli,  vəziyyət  təkrarlana 

biləndirsə,  bu  vəziyyətdə  fəaliyyət  planı  standart  göstərişlərin  ardıcıllığı 

(proseduralar) kimi qurulur. 

Strateji  planın  reallaşdırılmasında  mühüm  addımlardan  biri  də  büdcənin  işlənib 

hazırlanmasıdır.  Əksər  müəssisələrdə  büdcə  formal  planlaşdırma  ünsürü  kimi  qəbul 

edilir  və  ayrı-ayrı  sənədlər  şəklində  işlənib  hazırlanır.  Büdcənin  tərtib  olunmasında 

ilk addım – ehtiyatların və məqsədlərin kəmiyyətcə ifadə edilməsidir (vaxtla, natural 

göstəricilərdə  və  ya  pul  ifadəsində).  Kəmiyyət  göstəriciləri-  müqayisə, 

ümumiləşdirmə  və  təhlil  baxımından  mühüm  əhəmiyyət  kəsb  edir.  Büdcə  əsasən 

aşağıdakı mərhələlər üzrə tərtib edilir. 

1.  Ali rəhbərlik tərəfindən müəssisənin ümumi məqsədlərinin elan edilməsi. 

2.  Şöbələrdə və bölmələrdə operativ smetanın tərtib olunması. 




 

55

3.  Büdcəyə    dair  təkliflərin  ali  rəhbərlik  tərəfindən  təhlil  edilməsi  və 



yoxlanılması.  Ali  rəhbərliyin  göstərişlərinə  əsasən  şöbə  və  bölmələrdə 

düzəlişlər aparılması. 

4.  Yekun  büdcənin  hazırlanması  (maddələr  üzrə  ehtiyatların  və  fondlardan 

istifadənin uçotunun aparılması). 

Ronald  Paul  və  Ceyms  Teylorun  fikrincə,  aşağıdakılara  əməl  etməklə  strateji 

planlaşdırma hesabına idarəetməni daha da səmərəliləşdirmək mümkündür. 

1. 

Fəaliyyətin  nəticələrinə  Ən  yaxşı  nəzarətin,  nəticələrin  ən  yaxşı  uçotunun 



aparılmasının təmin edilməsi, əməyin mükafatlandırılmasının işin nəticələri 

ilə əlaqələndirilməsi. 

2. 

Çoxlu formal planlaşdırma proqramlarının tərtib olunması, planlaşdırmanın 



bölmələr səviyyəsində həyata keçirilməsinin tələb edilməsi. 

3. 


Strateji planların operativ planlarla və maliyyə planları ilə birləşdirilməsi. 

4. 


Strateji məsələlərə xüsusi diqqət yetirilməsi. 

5. 


Strateji planlaşdırma sahəsində daha çox hazırlıqlı olmaq. 

6. 


Ali rəhbərliyin iştirakı səviyyəsinin və öhdəçiliyinin artırılması. 

7. 


Rəqabətə, bazar seqmentlərinə və xarici amillərə diqqətin artırılması. 

8. 


Firmanın  qərargahından  onun  bölmələrinə  informasiyanın  ötürülmə 

sisteminin təkmilləşdirilməsi. 

9. 

Planların ən yaxşı şəkildə həyata keçirilməsi imkanının təmin edilməsi. 



10.  Daha çox reallığa əsaslanmaq, az fikirləşmək və az tərəddüd etmək. 

11.  Daha yaxşı strategiyanın işlənib hazırlanması. 

12.  Daha mükəmməl məqsədlərin müəyyənləşdirilməsi. 

13.  Rəqəmlərə hədən çox diqqət yetirilməməsi. 

 

Strateji  idarəetmə  sisteminin  səmərəli  fəaliyyəti  qərarların  vaxtında  qəbul 

edilməsindən  çox  asılıdır.  Bu  proses  strateji  vəzifələrin  müəyyən  edilməsi  ilə  sıx 

əlaqədardır.  Strateji  vəzifələrin  müəyyənləşdirilməsi  xarici  mühitin  qeyri-müəyyən 

inkişaf  faktorları  şəraitində  iri  miqyaslı  istehsalın  idarə  edilməsi  və  təsərrüfat 




 

56

fəaliyyətinin  planlaşdırılmasına,  hökumət  siyasətinin  kəskin  dəyişməsinə,  bazarda 



rəqabət aparan firmaların  mövqelərindəki sürətli dəyişikliklərə rasional yanaşmasını 

özündə  əks  etdirir.  Strateji  vəzifələrin  müəyyənləşdirilməsi  yolu  ilə  idarəetmə  və 

planlaşdırma aşağıdakı ardıcıl fəaliyyət növlərini özündə  əks etdirir. 

 

1.Əsas informasiya sisteminin fəaliyyəti çərçivəsində xarici mühit faktorlarının 



inkişaf  tendensiyasının  müşahidə  edilməsinə  xüsusi  diqqət  yetirilməlidir.  Xarici 

mühit faktorlarına bazar, ümumi-iqtisadi, elmi-texniki, sosial, siyasi və s. aid edilir. 

 

2.  Müşahidələrin  nəticələri  və  tendensiyaların  təhlili  barədə  müəssisənin 



rəhbərliyinə  məruzə  edilir,  xarici  mühit  haqqında  yeni  təzahürlər  qiymətləndirilir. 

Bunların müəssisənin bazarkı vəziyyətinə təsiri müəyyənləşdirilir. 

 

3. Marketinq xidmətləri ilə yanaşı müəssisənin rəhbərliyində yaranmış problem 



aşağıdakı kateqoriyalara ayrılır: 

 

-tez həll ediləsi problem- təcili idarəetmə qərarlarının qəbul edilməsini tələb 



edir; 

 

-orta  müddətlərdə  həll  ediləsi  mühüm  problem  –müəyyən  planlaşdırma 

şəkli çərçivəsində həlli tələb olunur; 

 

-həllində çeviklik olunmayan məsələlər – spesifik informasiya, təhlil və eyni 

zamanda daimi müşahidə əsasında həyata keçirilir. 

 

-müəssisə üçün əhəmiyyətsiz təsir bağışlayan və gələcəkdə o qədər  də diqqət 



yetirilməyən problemlər 

 

Ə

sas strateji hədəflər aşağıdakılardır: 

1. Beynəlxalq aləmdə qəbul edilmiş korporativ idarəetmə sistemlərini daim 

təkmilləşdirməklə 

Bankın institusional inkişafını gücləndirmək; 

2.  nsan resurslarının idarə edilməsi işini təkmilləşdirməklə yüksək komanda ruhu 

yaratmaq; 

3. Bankın  nformasiya Texnologiyaları və məlumat axını sistemlərini daima 

yeniləşən müasir 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə