Microsoft Word orxan eliyev enver doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə7/26
tarix07.12.2017
ölçüsü0,62 Mb.
#14249
1   2   3   4   5   6   7   8   9   10   ...   26

 

20

imkanları  kimi  indiki  fəaliyyətini  təsvir  edir.  Şirkətlərin  çoxu  öz  illik  hesabatlarını 



missiyalarını  daxil  edib  veb-saytlarda  yerləşdirirlər.Missiya  şirkətin  inkişaf 

istiqaməti,  gələcək  fəaliyyəti  və  biznes-planları  barədə  heç  nə  demir.  Beləliklə, 

strateji baxış şirkətin gələcəyini, missiya isə hazırkı dövrünü əks etdirir. 

Dünya təcrübəsində missiyanın formalaşmasına dair standart yanaşmalar mövcud 

deyildir.Təcrübə  göstərir  ki,missiyanın  müəyyən  edilməsi  uzunmüddətli  və  olduqca 

mürəkkəb  bir  prosesdir.Bu  proses  təşkilatlarda    korporativ  mədəniyyətin 

formalaşması  ,adət  və  ənənələrin  yaranması  ,müvafiq  təcrübənin  toplanması  ilə  sıx 

əlaqədardır.Müəssisənin  missiyası  məqsədyönlü  alıcılar  qrupunu,ödənilən  tələbatlar  

və  ödəmə  texnologiyasını  əhatə  edən  qısa  və  aydın  cümlələr  ilə  ifadə 

olunmalıdır.Ümumiyyətlə missiyalar müəssisənin məqsədlərinə nail olunmasında hər 

bir  bölmənin  rolunu  müəyyən  etməlidir.Əgər  müəssisənin  uzunmüddətli  inkişaf 

planları  və  onun  missiyası  kəmiyyətcə  ölçülə  bilən  konkret  vəzifələrlə 

əlaqələndirilməzsə və menecerlər bu vəzifələrin yerinə yetirilməsində tərəqqiyə nail 

olmurlarsa  ,onda bu missiya  gəlişi  gözəl sözlər kimi  əhəmiyyətsiz  olur.Müəssisənin 

missiyasını  müəyyən  edərkən  menecerin  əsas  vəzifəsi  fəaliyyət  mühitində  yaranan 

yeni imkanları və təhlükələrin vaxtında üzə çıxarılması və müəssisənin uzunmüddətli 

inkişaf istiqamətlərində dəyişikliklərin aparılması imkanının əldə edilməsidir. 

Müəssisənin  yaxşı  əsaslandırılmış  və  düzgün  ifadə  olunmuş  missiyası  aşağıdakı 

xüsusiyyətlərinə görə idarəetmə üçün əhəmiyyətlidir(17,48). 

•  Müəssisənin ali rəhbərliyinin uzunmüddətli inkişaf planlarına baxışlarını 

formalaşdırır; 

•  Əsaslandırımış  və  uzaqgörən  olmayan  idarəetmə  qərararının  qəbulu 

riskini azaldır; 

•  Müəssisənin  məqsədlərini  ifadə  edir  və  əməkdaşların  daha  da  yaxşı 

işləmələri üçün stimul yaradır; 



 

21

•  Orta  ranqlı  menecerlər  üçün  bölmələrin  məqsəd  və  vəzifələrini 



müəyyənetməyə,onlarının  siyasətinin  təşkilatın  ümumi  inkişaf  siyasəti 

ilə uzlaşdırmağa imkan verir; 

•  Təşkilatın gələcəyə hazırlanmasına kömək edir; 

Strategiyanın  qiymətləndirilməsi.

  Strateji  prosesin  missiyası,məqsədləri, 

daxili  və  xarici  mühiti  müəyyənlişdirildikdən,alternativlər  seçilib,strategiya 

hazırlanıb  həyata  keçirildikdən  sonra  onun  qiymətləndirilməsi  mərhələsi 

gəlir.Ümumiyyətlə  strategiyanın  qiymətləndirilməsi  onun  reallaşdırılmasınin  sonu 

kimi  qəbul  edilir.Reallaşdırılma  həyata  keçirildikdən  sonra  “qiymətləndirilmə 

sistemi”  yaradılır.Bu  sistem  təşkilatda  strategiyanın  səmərəli  reallaşdırılması  üçün 

zəruri  olanlarla  bu  strategiyanın  faktiki  olaraq  necə  yerinə  yetirilməsi  arasında 

uyğunluğu  qiymətləndirmə  zamanı  tətbiq  olunur.  Strategiya  və  təşkilatçılıq 

qabiliyyətləri  ,strategiya  və  mükafatlandırma  ölçüləri  ,strategiya  və  daxili 

siyasət,strategiya və korporativ mədəniyyət kimi aslılqların qiymətləndirilməsi qeyd 

olunan  sistemin  əsas  vəzifəsi  hesab  olunur.Müəssisənin  daxilində  işlərin  təşkili  ilə 

strategiya  arasında  uyğunluğun  mövcudluğu  strateji  məqsədlərə  nail  olmada 

müəssisəyə  tam  sistem  kimi  çıxış  etməyə  imkan  verir.Strategiyanın  daha  səmərəli 

işlənməsi 

istiqamətində 

işlər 


daimi 

xarakter 

daşımalıdır.Nəticələrin 

qiymətləndirilməsi,vəziyyətin  təhlili  və  strategiyanın  təkmilləşdirilmıəsi  kimi 

məsələlər  strateji  idarəetmə  prosesinin  təbii  və  zəruri  elementləridir.Strateji 

menecment 

daim 

hərəkətdə 



olan 

bir 


prosesdir.Fəaliyyət 

nəticələrinin 

qiymətləndirilməsi  və  strategiyanın  təkmilləşdirilməsi  strateji  idarəetmə  prosesinin 

həm  əvvəli,həm  də  sonudur.Təşkilatın  daxili  və  xarici  mühitində  baş  verən 

dəyişiklikər  onun strategiyasında  və bu strategiyanın  reallaşdırılması  mexanizmində 

dəyişikliklərin  aparılması  zərurətini  yaradır.  Müəyyən  edilmiş  məqsədlər 

menecerlərin  vaxtaşırı  öz  iş  nəticələrini  qiymətləndirməkdə  istifadə  edilən 

standartlara xidmət edir.Həm də qiymətləndirmənin belə dövriliyi işin tamamlanmış 

müəyyən  mərhələlərini  yerinə  yetirilmənin  konkret  müddət  ilə  uzlaşdırır.Əgər 

məqsədlərə  nail  olunmayıbsa  ,onda  lazımi  tədbirlərin  işlənib  hazırlanmasının 




 

22

səbəbləri  təhlil  edilir.Adətən  idarəetmə  aləti  olaraq  strategiyanın  icrasının  vaxtaşırı 



olaraq  yoxlanmasını  məhdulaşdırmaq  və  strategiyanın  qiymətləndirilməsi  metodu 

kimi tətbiq etmək olar.   

Müəssisənin  strateji  təyinatı  onun  hansı  fəaliyyət  növləri  ilə  məşğul  olacağının 

müəyyən  edilməsindən  ibarətdir.Onun  köməyi  ilə,  “biz  kimik”  ,”nə  ilə  məşğul 

oluruq”  və  “nəyə  nail  olmaq  istəyirik”  suallarına  cavab  verilir.Müəssisənin  strateji 

təyinatını  dəqiq  bildikləri  halda  menecerlərdə  müəssisənin  uzunmüddətli  inkişaf 

perspektivləri  haqqında  təsəvvürlər  və  ideyalar  yaranır  ki,bu  da  müəssisənin  ali 

rəhbərliyində  strateji  təfəkkürün  inkişafı  üçün  çox  əhəmiyyətlidir.Müəssisənin 

düzgün  əsaslandırılmış  strateji  təyinatı  səmərəli  liderliyin  təmin  olunmasının  əsas 

şərtlərindəndir.Müəssisənin  aydın  strateji  təyinatı  olmadan  menecerin  bir  lider  kimi 

səmərəli fəaliyyət göstərməsi mümkün deyildir. 

Strategiyanın  səmərəli  işlənməsi  müəssisənin  nəyi  etmək    və  nəyi  etməmək 

suallarına  cavab  verilməsi  və  müəssisənin  hansı  istiqamətə  yönəlməsinin  müəyyən 

edilməsi ilə başlanır. 

Hər  bir  müəssisənin  özünəməxsus  və  bənzərsiz  strateji  təyinatı  vardır.Hər  bir 

müəssisə  və  ya  sahə  üçün  ümumi  olan    müddəalara  ifadə  olunmuş  missiyalar 

idarəetmə  üçün  daha  az  əhəmiyyət  kəsb  edirlər.Srateji  təyinat  müəssisənin  fərdi 

xüsusiyyətlərini  ,fəaliyyət  istiqamətlərini  və  inkişaf  yollarını  müəyən  etməklə  onu 

digər  təsərrüfat  subyektlərindən  fərqləndirir.Müəssisənin  bəziləri  bir  sahənin  kiçik 

hissəsində  ixtsaslaşır,digərləri  isə  bütün  sahə  üzrə  və  ya  bir  neçə  sahədə 

diversifikasiya  olunmuş  fəaliyyət  göstərirlər.Bəzi  hallarda  müəssisələr  öz 

missiyalarını  yanlış  olaraq  mənfəət  terminləri  ilə  ifadə  edirlər.Unutmaq  olmaz 

ki,mənfəət  müəssisənin  fəaliyyət  nəticəsində  yaranır.Mənfəətin  əldə  edilməsi 

məqsədi  bizə  hansı  sahədə  fəaliyyət  göstərəcəyimizi  və  yaxud,bu  mənfəəti  hansı 

sahədə əldə edəcəyimizi əks etdirmir.Nümunə üçün ,”Samsung” və “General Motors” 

korporasiyaları  tamamilə  müxtəlif  fəaliyyət  növləri  ilə  məşğul  olurlar,baxmayaraq 

ki,onların hər biri  mənfəət əldə etməyə istiqamətlənirlər. 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə