Microsoft Word orxan eliyev enver doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə10/26
tarix07.12.2017
ölçüsü0,62 Mb.
#14249
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

 

29

Üçüncü haldakı münasibət yuxarıda qeyd olunmuş iki variantın sanki ortaq bir 



variantıdır.Bu variant əməkdaşlığa söykənmiş bir yanaşmadır.Bu halda rəhbər özü də 

iştirak  etməklə,  aşağı  mərhələ  rəhbərlərini  əməkdaşlıq  etməklə  bir  strategiya 

formalaşdırmağa dəvət edir. 

Aşağı  mərhələ  rəhbərləri  bu  strategiyanı  həm  formalaşdıran,  həm  də  icra  edən 

olduqlarından  işə  daha  ciddi  yanaşırlar  və  heç  kim  görüləcəyi  mümkün  olmayan 

variantlar düşünmür, hər kəs ümumi məsələyə daha ciddi yanaşır. 

Nəhayət,  dördüncü  yanaşma,  yarışma  üsuludur.Bu  halda  rəhbər  nə  hər  şeydə 

şəxsən  özünün  gərgin  olaraq  işləməsinə  və  yaxından  iştirakına,  nə  də  ki  hər  şeyin 

özündən  kənarlaşmasına  üstünlük  verir.Bu  hal  əsasən  müxtəlif  biznes  sahələri  ilə 

məşğul  olan  iri  diversifikasiya  olunmuş  şirkətlərdə  olur.Rəhbər  aşağı  idarəetmə 

rəhbərlərini  daha  güclü  strategiyalar  formalaşdırmağa  həvəsləndirir.Onların  hər 

birinin ayrı-ayrı biznes sahəsinə rəhbərlik etmələri, öz sahələrini daha yaxşı bilmələri 

və  bu  işə  yuxarı  rəhbərin  şəxsi  müdaxiləsinin  müsbət  nəticə  verməyəcəyini  nəzərə 

alaraq  aşağılarda  müstəqil  formalaşan  strategiyanın,  ümumi  uğurlu  strategiyanın 

formalaşmasına köməklik göstərir. 

Ümumi  uğurlu  strategiyanın  formalaşmasına  və  daha  uğurlu  variantların 

seçilməsinə  korporasiya  səviyyəsində  baxılıb,  daha  fəal  qurumlar  həvəsləndirilir  və 

mükafatlandırılır.Göründüyü  kimi,  bütün  göstərilən  dörd  yanaşmanın  hər  birinin 

üstün  və  zəif  cəhətləri  mövcuddur.Ümumi  müvəffəqiyyət  hər  bir  konkret  halda 

onların  daha  düzgün  variantlarının  seçilməsindən,  bu  işə  kimlərin  rəhbərlik 

etməsindən və təbii ki, icraçılardan asılıdır. Bundan başqa, əvvəllərdə qeyd olunduğu 

kimi,  daxili  və  xarici  faktorların  da  müvəffəqiyyətli  fəaliyyətə  təsirini  inkar  etmək 

olmaz.  

Strateji  planlaşdırma  prosesi  müəssisə    missiyasının  (mission  statement) 

formalaşdırılmasından  başlayır.  Missiya  dedikdə  müəssisə  məqsədlərinin  və 

prioritetlərinin qısaca, eyni zamanda dəqiq ifadə edilməsi başa düşülür. Müəssisənin 

missiyası  həm  əməkdaşlarda  və  həm  də  müşahidəçilərdə,  ilk  öncə  isə  potensial  və 



 

30

hazırki  müştərilərdə  etimad  hissini  doğurmalıdır.  Missiyanın  formalaşdırılmasında 



ictimai  və  ümumbəşəri  dəyərlərlə  firmanın  daxili  korporativ  mədəniyyətinin 

vəhdətliyi nəzərə alınmalıdır. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

31

FƏS L II. STRATEJ  PLANLAŞDIRMA  DARƏETMƏN N ƏSAS 



FUNKS YASI K M    

 

2.1. Strateji planlaşdırma konsepsiyaları və modelləri 

 

Strateji  planlaşdırma  şirkətin  məqsəd  və  vəzifələrinin  konkretləşdirilməsi, 

onların  vaxt  baxımından  icrası,  resursların  bölüşdürülməsi,  perspektiv  meyllərin 

müəyyənləşdirilməsi,  fəaliyyətə  səmərəli  nəzarətin  yaradılması  kimi  fəaliyyətin 

əsasını təşkil edir. Strateji planlaşdırma özünün məqsədinə, məzmununa, səviyyəsinə 

və dövrlərinə görə fərqlənir. 

Biznesin  strateji  planlaşdırılması  idarəetmə  prosesində  mövcud  olan  başqa 

planlaşdırma  növlərindən  prinsipcə  fərqlənir.  Həmçinin  bu  fərq  sadəcə  planın 

detallaşdırılması  dərəcəsində,  strukturunda,  məqsədində,  yaxud  planlaşdırma 

dövrünün  müəyyənləşdirilməsində  deyil.  Biznesin  strateji  planlaşdırılmasında  bazar 

iqtisadiyyatı  şəraitində  müəssisənin  fəaliyyətinin  ümumi  və  spesifik  elementləri 

əsaslandırılır,  rəqabətin  strategiyası  və  taktikası  seçilir,  qarşıda  duran  məqsədə  nail 

olmaq üçün zəruri maliyyə material və əmək resurslarının qiymətləndirilməsi aparılır. 

Strateji  planlaşdırma  seçilmiş  strategiyanın  həyata  keçirilməsi  və  qoyulmuş 

məqsədə nail olunması üzrə sistem tədbirlərin hazırlanması və reallaşmasını nəzərdə 

tutur.  O  çıxış  mövqeyinin  təhlilinə  və  biznes  parametrlərinin  dəyişilməsi 

proqnozlarına  əsaslanır.  Strateji  planlaşdırma  firmaya  imkan  verir  ki,  bazar 

konyukturunun dəyişilməsinə çevik reaksiya verməyə kömək edən seçilmiş kursu və 

taktikanı saxlasın. 

Strateji planlaşdırmanın əsas funksiyaları(19,800): 

-  müəssisənin əsas problemlərini özündə əks etdirir; 

-  daha detal planlaşdırma və cari qərarların qəbulu üçün çərçivə yaradır; 




 

32

-  planlaşdırmanın digər növləri ilə müqayisədə daha uzunmüddətlidir; 



-  müxtəlif dövrlərdə müəssisənin fəaliyyətinə ahənglik və daxili birlik gətirir. 

Strateji  planlaşdırma    firma  və  şirkətlərin    məqsəd  və    vəzifələrinin 

konkretləşməsi,  onların  vaxt  baxımından  icrası,  resursların  bölüşdürülməsi, 

perspektiv  meyllərin  müəyyən  edilməsi,  fəaliyyətə  səmərəli  nəzarətin  əsaslarının 

yaradılması kimi fəaliyyətin əsasını təşkil edir. Planlaşdırma prosesinin özünəməxsus 

ardıcıllığı var: məqsədin formalaşması, problemin öyrənilməsi, alternativin seçilməsi, 

planlaşdırma  vəzifələrinin  irəli  sürülməsi,  planın  hazırlanması,  proqnozlaşdırma, 

qiymətləndirmə,  plan  qərarlarının  qəbul  edilməsi,  icraçılara  çatdırılması,  həyata 

keçirilməsi və kənarlaşmaların müəyyən edilməsi. 

Beləliklə, strateji planlaşdırma prosesi firmanın fəaliyyət xəttini və məqsədini 

dəqiqləşdirməyi,  fəaliyyət  taktikasını,  prosedurasını  və  qaydasını  hazırlamağa, 

resursların bölgüsünü, müəssisənin strukturunun qiymətləndi-rilməsini əhatə edir. 

Taktika  –  firmanın  ümumi  uzunmüddətli  planı  və  konkret  vəziyyəti  ilə 

uyğunlaşdırılan  konkret  qısamüddətli  strategiyadır.  Taktika  çevik  olmalı,  burada 

daxili və xarici amillərin dəyişilməsi nəzərə alınmalıdır. 

Uzunmüddətli  və  taktiki  planlar  tərtib  edildikdən  sonra  həmin  planların 

dezorientasiyasından  və  səhv  təfsir  etmədən  qaçmaqdan  ötrü  əlavə  oriyentir,  yəni 

siyasət hazırlamaq lazımdır. 

Praktiki siyasət dedikdə, məqsədə çatmağı yüngülləşdirən fəaliyyət və qərar- 

ların qəbulu üçün ümumi rəhbərlik başa düşülür. 

Prosedura  konkret  vəziyyətlərdə  qəbul  edilməsi  lazım  olan  hərəkətlərin 

təsviridir.  Vəziyyətin  tez-tez  dəyişdiyi  vaxtlarda  sınaqdan  çıxmış  fəaliyyət  üsulu 

qəbul etmək və standart göstərişlər hazırlamaq faydalıdır. 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə