Microsoft Word orxan eliyev enver doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə12/26
tarix07.12.2017
ölçüsü0,62 Mb.
#14249
1   ...   8   9   10   11   12   13   14   15   ...   26

 

36

Bennis  və  Neymusanın  yanaşması  təşkilatın  gələcək  vəziyyətini  perspektivdə 



lider  və  biznesin  inkişaf  imkanlarını  görməsi  kimi,  sahibkarın  bacarığının  təzahürü 

kimi, yəni xüsusi incəsənət növü kimi təqdim etməsinə əsaslanır. 

Strateji  idarəetmə  nəzəriyyəsinin  inkişafında  Prolad  və  Q.  Xmelin 

“Korporasiyanın  fərqli  xüsusiyyətləri”  əsəri  mühüm  töhfə  oldu.  Bu  əsrdə  faktiki 

təşkilatın  gələcək  vəziyyətinin  müəyyənləşdirilməsinə  tədricən  yeni  yanaşmalar  əks 

olunmuşdu.  

Hazırkı  vaxtda  bu  yanaşma  menecerlər  və  idarəetmə  sahəsində  problemləri 

üzrə  tədqiqatçılar  tərəfindən  çox  müsbət  dəyərləndirilir.  Bu  yanaşma  təşkilatın 

gələcək  vəziyyətini  elə  səviyyədə  görməyi  nəzərdə  tutur  ki,  bazarda  və  biznesdə 

tanıdan, investorlar üçün cəlbedici edən və rəqiblərin təsirindən kifayət qədər qoruya 

bilən onun xüsusi, fərqli qabiliyyəti olsun. Bu zaman strateji idarəetmə prosesi fərqli 

qabiliyyətin inkişafına istiqamətlənmiş proses mənasını daşıyır. 

 Biznesin  strateji  planlaşdırılmasında  və  idarə  edilməsində  müxtəlif  klassik 

modellərdən istifadə olunur (cədvəl 2). 

BCG  modeli  Boston  Consultinq  Group  Konsaltinq  şirkətinin  mütəxəssisləri 

tərəfindən  aparılan  tədqiqat  işinin  məntiqi  tamamlanması  sayılır.  Səkkiz  sənaye 

sahələrinin  24  əsas  məhsul  növləri  istehsal  edən  müxtəlif  şirkətlərin  fəaliyyətinin 

öyrənilməsi  prosesində  belə  empirik  faktı  müəyyənləşmişdi  ki,  istehsalın  həcmini  2 

dəfə  artırarkən  məhsul  vahidinin  istehsalına  dəyişən  xərclər  10-30  faiz  azalır. 

Həmçinin  müəyyən  edilmişdir  ki,  istənilən  bazar  seqmentində  bu  meyl  müşahidə 

olunur.  Bu  fakt  belə  bir  nəticə  çıxarmağa  əsas  verir  ki,  dəyişən  xərclər  işgüzar 

müvəffəqiyyətin  əsas  amillərindən  biridir  və  bir  şirkətin  digər  şirkətlə  müqayisədə 

rəqabət üstünlüyünü müəyyən edir. 

BCG modelində əsas diqqət firmanın pul axınlarına yönəldilir, hansı ki ya ayrı-

ayrı biznes əməliyyatlarının fəaliyyətinə yönəldilir, ya belə əməliyyatların nəticəsində 



 

37

yaranır.  Gəlirlərin,  yaxud  pul  məsrəflərinin  səviyyəsi  bazarın  artım  tempindən  və 



həmin bazarda firmanın nisbi payından güclü funksional asılılıqda yerləşir. 

Cədvəl 2. 

Strateji planlaşdırma modellərinin qısa xarakteristikası 

Adları 

Qısa xarakteristikası 

“Bazarın – bazarda payın artması 

tempi” tipli model (BCG modeli) 

Təşkilatın vəziyyəti bazarda fəaliyyət göstərən 

bütün qalan təşkilatlarla nisbətən mövqeləşir 

“Bazarın (sahənin) cəlbediciliyi – 

şirkətin  rəqabət  qabiliyyəti”  tipli 

model 


(GE/Mckinsey, 

Shell/ 


DPM) modeli 

Təşkilatın  vəziyyəti  bazarda  onun  güclü 

tərəflərinin  nisbi  qiymətləndirilməsini  həmin  

bazarın perspektivinin nisbi qiymətləndirilməsi 

ilə əlaqələndirmək yolu ilə mövqeləşir 

“Bazarın 

(məhsulun 

həyat 


tsiklinin)  təkamül  mərhələsi  – 

şirkətin  rəqib  vəziyyəti”  tipli 

model 

(Xofer-Şendel, 



ADL 

modeli) 


Təşkilatın vəziyyəti bazarın təkamül 

mərhələsindən (yaxud məhsulun həyat tsikli 

mərhələsindən) asılı olaraq rəqiblərə nisbətən 

onun mövqeyinin qiymətləndirilməsi 

nəticəsində müəyyən edilir 

 

Firmada  biznesin  artım  tempi  firmada  istifadə  olunan  pul  axınlarının  tempini 



müəyyənləşdirir. 

GE/Mckinsey  modelinin  başlıca  xüsusiyyəti  ondan  ibarətdir  ki,  onda  ilk  dəfə 

biznes  növlərinin  müqayisəsi  üçün  təkcə  fiziki  amillərə  (satışın  həcmi,  mənfəət, 

investisiya  verimi  və  s.)  deyil,  həm  də  bazar  payının,  texnologiyanın  dəyişilməsi, 

kadr  təminatı  kimi  biznesin  subyektiv  xarakteristikasına  baxılır.  Bu  modelin  əsas 

məziyyətlərindən biri müxtəlif amillərin bu və ya digər biznes növü, yaxud sahə üçün 

vacibliyindən  asılı  olaraq  müxtəlif  çəki  əmsalları  verə  bilməsidir  ki,  bu  da  hər  bir 

biznes növünü daha dəqiq qiymətləndirməyə imkan verir. 

GE/Mckinsey  modelində  müəssisənin  gələcək  mənfəəti  və  kapital  verimi 

göstəriciləri  diqqət  mərkəzində  durur.  Başqa  sözlə,  əsas  diqqət  yaxın  gələcəkdə 




 

38

biznesin konkret növünə əlavə investisiya qoyuluşunun mənfəətin həcminə necə təsir 



göstərməsinin təhlilinə xüsusi fikir verilir. 

Shell/  DPM  modelində  biznesin  kəmiyyət  parametrlərinə  daha  böyük  diqqət 

yetirilir.  Bu  modelin  fərqli  xüsusiyyəti  ondan  ibarətdir  ki,  özünün  həyat  tsiklinin 

müxtəlif mərhələlərində olan biznes növlərinə burada baxmaq olar. 

Daha  sonra  bazarın  təkamülünün  təhlili  əsasında  əmtəə  bazarının  inkişaf 

tsiklini təsvir edən və müəyyən strateji gəlirin alınmasını nəzərə alan Nofel/Sehendel 

modeli  yarandı.  Bu  modeli  təklif  edən  Ç.V.Xofer  hesab  edir  ki,  digər  klassik 

modellər  yeni  bazarlarda  istehsal-kommersiya  fəaliyyətinin  təhlili  üçün,  yəni  yalnız 

inkişafa  başlayan  təşkilatın  təhlili  üçün  yaramışlar.  Bu  modeldə  əsas  diqqət  təşkilat 

üçün  biznes-növünün  optimal  yığımının  formalaşdırılmasına  yönəldilir.  Xofer  və 

Şendel öz modelində təşkilat üçün ideal biznes yığımının üç tipini təklif edirlər: 

-  artım yığımı; 

-  mənfəət yığımı; 

-  balanslaşdırılmış yığım (artım və mənfəət). 

Şirkət ideal yığımın göstərilən üç tipindən birinə nail olmağa cəhd edə bilər.  

Bunlardan hər biri üçün məqsəd, vəzifə və tələb olunan resurs müxtəlifdir ki, bu da 

gələcəkdə ssenarinin müxtəlif inkişafına gətirib çıxara bilər. 

Strateji  planlaşdırma  konsepsiyasının  əsas  məsələlərindən  biri  müəssisənin 

strateji davranış xəttinin düzgün seçilməsidir. Müəssisənin davranışı – elə hərəkətinin 

məcmusudur  ki,  son  nəticədə  onlar  müəssisənin  gələcək  fəaliyyətində  müəyyən 

nailiyyətlərə nail olunmasını təmin edirlər. 

 

 



 


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə