Microsoft Word orxan eliyev enver doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə6/26
tarix07.12.2017
ölçüsü0,62 Mb.
#14249
1   2   3   4   5   6   7   8   9   ...   26

 

17

Hər  hansı  bir  sahənin  strateji  təhlil  həmin  sahənin  fəaliyyət  mühitinin  (xarici  və 



daxili)  və  bazarın  mənfəətlilik  perspektivlərinin  qiymətləndirilməsi  ilə  həyata 

keçirilir.Konkret  bazarda  təşkilatın  imkanları  və  onu  gözləyən  təhlükələrin 

qiymətləndirilməsi    bu  prosesin  tərkib  hissələrindəndir.Belə  tətqiqatın  əsas 

metodlarındandır  biri  strateji  idarəetmədə  geniş  istifadə  olunan  təhlil  metodudur.Bu 

metod  verilmiş  şəraitdə  təşkilatın  güclü  və  zəif  cəhətlərini  üzə  çıxarmağa,potensial 

imkanlarını  və  təhlükələri  qiymətləndirməyə  imkan  verir.Əldə  olunan  nəticələrin 

müqayisəsi bazarın verdiyi imkanlardan istifadə edilməsində daxili imkanların və zəif 

cəhətlərin  müəyyənləşdirilməsi  və  eyni  zamanda  ,xarici  mühitin  yaratdığı 

təhlükələrin  və  problemlərin  təsirinin  azaldılması  üçün  öz  potensialından  istifadə 

yolarının  göstərilməsi  üçün  böyük  əhəmiyyət  daşıyır.  Müəssisənin  fəaliyyət 

göstərdiyi mühitdə baş verən ümumi böhran və qeyri-stabillk dövrlərdə heç bir təkmil 

idarəetmə  uğurunun  tam  təminatçısı  kimi  çıxış  edə  bilməz.Bir  çox  hallrda  yaxşı 

nəticələr  əldə  edilməsi  müəyyən  dövrün  keçməsini  tələb  edir.belə  ki,müəssisənin 

xarici  mühiti  onun  qarşısında  proqnozlaşdırılması  çox  çətin  olan  gözlənilməz 

problemlər  yaratmaq  imkanına  malikdir.menecerlərin  yüksək  peşəkarlığı  məhz  belə 

hallarda  müəssisənin  böhranlardan  müdafiə  edilməsində  və  biznesdə  mövqeyinin 

mümkün  qədər  az  itkilərlə  qorunub  saxlanılmasında  üzə  çıxır.bütün  hallarda  ,yaxşı 

strategiya  müəssisənin  bazarda  əlverişli  mövqeyinin  və  istənilən  şəraitdə  (intensiv 

rəqabət,iqtisadi  böhranlar,müəssisədaxili  problemlər)  uğurla  fəaliyyət  göstərə  bilən 

təşklatın yaranmasına gətirməlidir.    

Strategiya  arzu  olunan  məqsədlərin  sadə  tərifi  və  onların  həyata  keçirilməsinin 

razat üsulları ola bilməz. Arzu olunanı gerçək hesab etmək hələ strategiyanı işləyib 

hazırlamaq  demək  deyil.Strategiya  arzulardan  deyil,  firmanın  real  imkanlarından 

doğmalıdır.  Ona  görə  də,  strategiya,  hər  şeydən  əvvəl,  firmanın  öz  fəaliyyətinin 

obyektiv  xarici  və  daxili  vəziyyətinə  reaksiyasıdır. 

nkişaf  strategiyasının 

əsaslandırılması  prosesi  xarici  və  daxili  təsərrüfatçılıq  mühitinin  nəticələrindən 

asılıdır,  hər  şeydən  əvvəl,  bazarın  tələblərinin  üzə  çıxarılması  və  onların  yerinə 

yetirilməsi 

üçün 


firmanın 

imkanlarının 

müəyyənləşdirilməsi 

ilə 



 

18

şərtləndirilir.Firmanın  inkişaf  strategiyası  gələcəkdə  onun  bazarda  yaşamaq 



qabiliyyətini  təmin  edəcək  yanaşmalar  kompleksinin  işlənib  hazırlanmasını  nəzərdə 

tutur.  Yalnız  inkişaf  strategiyası  və  onun  firmanın  strateji  planı  formasında  sənədlə 

təsdiqi  qəbul  edildikdən  sonra  həmin  firma  marketinq  və  istehsal  sahəsində  öz 

planlarını  əsaslandırmağa  başlayacaq,  idarəetmənin  təşkilati  strukturunu  quracaq, 

investisiyaların  ölçüsünü  müəyyənləşdirəcək,  personalın  əmək  haqlarını  müəyyən 

edəcək və s. 

Firmanın  strategiyası  təsdiq  olunduqdan  sonra  da  inkişaf  edə  bilər.  Heç  də  hər 

zaman  hər  şeyi  xırdalıqlarına  qədər  düşünmək  və  sonra  uzun  müddət  dəyişikliklər 

etmədən yaşamaq mümkün deyil. Strategiyanın işləniö hazırlanması prosesi mühitin 

hər hansı dəyişikliklərinə olduqca həssasdır.  

Bazarda  rəqabətin  qabaqcadan  proqnozlaşdıra  bilmədiyimiz  xarakteri  meydana 

çıxdığını  görə  isə  qiymətlərin  qalxması  və  enməsi,  dövlət  tənzimlənməsində  yeni 

yanaşmalar  və  başqa  hadiələr  baş  verir  və  buna  görə  də  onlar  sahibkarlıq 

subyektindən  strategiyanın  dəyişməsini  tələb  edə  bilər.  Həmişə  firmanın  reaksiya 

verəcəyi  nə  isə  təzə  bir  şey  meydana  çıxır,  nəticədə  onun  yeni  strateji  boşluqları 

açılır.Ona  görə  də  strategiyanın  təkmilləşdirilməsi  vəzifəsi  sonsuzdur.  Firmanın 

inkişaf  strategiyası  özündə  planlaşdırılmış  və  düşünülmüş  hərəkət  xəttini,  həmçinin 

mühüm  yeniliklərə  reaksiya  vermək  imkanlarını  birləşdirməlidir.Lakin  hər  bir 

müəssisə  yaşadığı  mühitdən  asılı  olmayaraq,  özünün  fəaliyyət  strategiyasına  malik 

olmalıdır,  ona  görə  ki,  biznes  daim  öz  kursunu  dəyişə  bilməz,  100  faiz  çevik  ola 

bilməz  və  təsərrüfatçılıq  mühitində  hər  bir  dəyişikliyə  təşkilati  dəyişikliklə  cavab 

verə  bilməz.  Müəssisənin,  onun  binasının,  avadanlıqlarının,  texnologiyasının, 

personalının yerləşdirilməsi müəyyən məkan və zaman çərçivələrinə malikdir.  

Bir dəfə qəbul edilmiş qərarlar və onların reallaşdırılması üçün yerinə yetirilən işlər 

təsərrüfatçılığın ətalətinə təsir edir. Əgər müəssisə statik əhatədə fəaliyyət göstərirsə, 

bu zaman strateji planlaşdırmaya ehtiyac olmaz.Lakin təsərrüfatçılıq mühiti dinamik 

olaraq  iqtisadi,  texnoloji,  siyasi  və  s.  cəhətdən  dəyşir.  Ona  görə  də  müəssisənin 



 

19

planlaşdırılması bu dəyişikliklər kontekstində onun gələcəyinin yaradılması üçün bu 



dəyişikliklərə reaksiya və adaptasiya vasitəsidir. 

 

1.2.



  Strateji proses və onun təsnifatı  

 

       Strateji proses təşkilatın missiyasının formalaşmasından başlayır.Missiya dedikdə 



təşkilatın məqsədlərinin və prioritetlərinin qisaca ,eyni zamanda dəqiq ifadə edilməsi 

başa  düşülür.Təşkilatın  missiyası  həm  əməkdaşlarda  və  həm  də  müşahidəçilərdə,ilk 

öncə  isə  potensial  və  hazırki  müştərilərdə  etimad  hissəsini  doğurmalıdır.Missiyanın 

formalaşmasında  ictimai  və  ümumbəşəri  dəyərlərlə  təşkilatın  daxili  korporativ 

mədəniyyətin vəhdətliyi nəzərə alınmalıdır.Missiya sözünün hərfi mənası “mission” 

və  “mission  statement”    sözündən  götürülüb  və  niyyət  deməkdir.Missiya  dedikdə 

olduqca böyük məqsədlər başa düşülür .Bu məqsədlər təşkilat üzvlərində nəyəsə nail 

olmaq cəhdləri yaradır.Missiya əsasında təşkilatın uzunmüddətli məqsədi və ya plan 

dövrü  ərzində  çatılası  mümkün  olmayan  gələcək  keyfiyyət  dəyişiklikləri 

formalaşdırılır.Missiya  “təşkilat  nə  üçün  mövcuddur”,”biz  nə  üçün  həmin 

təşkilatdayıq”,”biz  etdiyimiz  işi  nə  üçün  edirik”  suallarına  cavab  verməyə  imkan 

verir.Ancaq  ümumi  olaraq  menecerin  missiyaya  uyğun  və  strategiya  ilə  bağlı  əsas 

sualı budur : “Biz öz müəssisəmizi necə görmək istəyirik,nə etmək istəyirik və nəyə 

nail  olmaq  istəyirik?”.Bu  suala  əsaslandırılmış  cavab  vermək  üçün  menecerdə 

təşkilatın  bu  günkü  və  gələcək  fəaliyyətinin  xarakteri  ,onun  5-10  ildən  sonra 

yaranacaq  tələbatları  haqqında  əhatəli  təsəvvürü  olmalıdır.Menecerin  “Biz  kimik,nə 

edirik  və  hara  gedirik?”  sualına  cavabı  müəssisənin  gələcək  fəaliyyət  kursunu 

müəyyən  edir.Təşkilatın  nə  etmək  və  necə  olmaq  istəyi  onun  missiyasını 

müəyyənləşdirir.Menecer  missiyanı  müəyyən  edərkən  təşkilatın  gələcək  fəaliyyət 

sahəsini  və  onun  xarakterini  müəyyən  etmiş  olur.Menecerin  təşkilatın  bazarda 

mövqeyi  barədə  fikirləri  onun  təşkilata  strateji  baxışı  hesab  olunur.

 

.  Əgər  strateji 



baxış  şirkətin  gələcək  obrazını  müəyyən  edirsə,  missiya  şirkətin  hansı  mal  və 

xidmətləri  istehsal  etməsi,  onun  müştərilirənin  Kim  olduğu,  texnoloji  və  işgüzar 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə