Microsoft Word M?mm?dova Lale 709 docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə7/28
tarix17.01.2018
ölçüsü0,69 Mb.
#21164
1   2   3   4   5   6   7   8   9   10   ...   28

21 

 

keyfiyyətdə  aralarına    taxta  lövhələr  qoymaqla  daha    1-2  sıra  toxum  vəziləri 



düzülür  və  əl  ilə  yüngülcə  preslənir  və  çənləri  möhürləyirlər.  Möhürlənməzdən 

ə

vvəl  çənlərə  sıxlığı  1,14-  1,16  q\sm



3

  0


0

  C-yə  qədər    soyudulmuş  duzluq  əlavə  

edilir.  Duzlanmış  toxum  vəzilərini  mənfi  4  müsbət  6

0

  C  temperaturlarda 



saxlayırlar. 

 

Natoteniya  balığının  toxum  vəzilərini    gəmilərdə    konserv  istehsalında 



istifadə  edirlər.  Emal  üçün    dördüncü  və  beşinci  yetişkənlik  dövründə    olan 

balıqlardan  alınmış  və  balığın  göyərtəyə  tökülməsi      anından        5  saatdan  artıq 

qalmayan  toxum vəziləri yararlıdır.  çalatdan ayrıldıqdan sonra  toxum vəzilərini 

dəniz  suyu    ilə  yuyulur  və    deşikli  protvinlərə  yığılır,  suyu  süzüldükdən  sonra  

toxum  vəziləri mənfi 18

0

 C temperatura qədər dondurulur, su ilə qlazurlaşdırılır, 



polietilen  torbalara    qablaşdırılır  yaxud  perqament  kağızlara  bükülüb    karton 

yeşiklərə yığılır. Mənfi 18

0

 C və müsbət 20



0

 C temperatur aralığında saxlanılır. 

 

“Qızardılmış natoteniya balıqlarının toxum vəziləri”  kulinar məmulatlarının 



istehsalının  texnologiyası  işlənib  hazırlanmışdır.  Dondurulmuş  toxum  vəzilərini  

emal  olunmazdan  əvvəl  hissə-hissə  20

0

  C    yuxarı  olmayan  temperaturda    açıq 



havada  donunu  açırlar.  Bu  zaman  blokun  temperaturu    mənfi  4

0

-6



0

  C  aralığında 

olmalıdır.  Bloklar  təmizlənir,  temperaturu  18

0

  C  dən  yuxarı  olmayan  axar  suda 



yuyulur və  əl ilə  yaxud da    mexanikləşdirilmiş  üsulla  kütləsi    250 qramdan  artıq 

olmamaq şərti ilə tikələrə bölünür. Toxum vəzilərini quru duzda toxum vəzisinin 

ümumi kütləsinin 2-3 %-i hesabı ilə duzlayırlar. Duzlanmış tikələri  buğda ununda, 

suxaridə  yaxud  da    un-suxari  qarışığında  urvalanır,  lezyona  salınır  və  sonra 

yenidən buğda ununda yaxud da un-suxarı qarışığında urvalanır.Toxum vəzilərini 

150-170


0

 C temperatura qədər qızdırılmış bitki yağında qızardırlar. Qızardılmanın 

davamiyyəti 3-10  dəqiqədir. Qızardılmış toxum vəzilərini 0-6

0

 C temperaturundan 



yüksək olmayan temperatur həddinə qədər soyudurlar.[37] 

 

Müxtəlif    balıqların  toxum  vəzilərinin  prespektiv  istifadə  istiqamətlərindən 



biri kimi onlardan bioloji aktiv maddələrin və  endokrin preparatların alınmasıdır. 


22 

 

 



Pulcuqlar.  Bəzi  balıqların  pulcuqlarında  üzvi  maddə-quanin    kristalları 

vardır  ki,  bu  da  balığa  xarakter  gümüşü  rəng  verir.  Kalininqrad  balıq  sənayesi 

müəssisələrində  emal  olunan  balıqlardan  siyənək  balıqları,  xüsusilə  salaka 

balıqlarının  pulcuqları    quninlə  daha  zəngindirlər.  Onların  pulcuqlarında  ümumi 

kütlənin3%-i  qədər    quanin  var.  Quanini    kimyəvi  farmokologiyada  və  xəz  

sənayesində  lakın  istehsalında    istifadə  edirlər.  Quaninin    kristalları  kimyəvi 

cəhətdən  pulcuqlarla  əlaqədə  olmadığı  üçün  onları  pulcuqlardan  asanlıqla 

mexaniki yolla ayırmaq olur. Quaninin ayrılmasından və təmizlənməsindən sonra  

quanin kristallarının lakda və yaxud digər həlledicilərdə suspenziyasını alırlar ki , 

bunada mirvari patı deyirlər. 

 

Parlaq  quanin  zərgərlik  məmulatlarının,  sədəf    immitasiyalarının  



hazırlanmasında    tətbiq    olunur.  Amorf  şəkildə  quanin  dərman  preparatlarının-

hipoksantin və  kofeinin alınmasında tətbiq olunur. 

 

Pulcuqlardan  alınan  mirvari  patının  sənaye  üsulu  ilə    istehsalı  pulcuqlarda  



quanini saxlayan epitel pərdənin xörək duzu ilə  18 saat ərzində duzlanması sonra 

isə    quaninin  kristallarının  kerosinlə  ayrılmasına  əsaslanır.    Quanin  kristallarının 

kerosindəki suspenziyasını  quaninin ayrılması üçün  sentrifuqalayırlar, daha sonra  

onu zülali maddələrdən təmizləmək üçün 2-3 saat ərzində  xlorid turşusu mühitində  

pepsin fermentindən istifadə olunur.  Su ilə yuyulduqdan sonra quaninin benzinlə 

yağsızlaşdırılması və qurudulması prosesləri həyata keçirilir. 

 

Göstərilmiş  üsulun    bir  neçə  texniki  çatışmamazlıqları  vardır.  Ona  görə  də 



son  illər    pulcuqlardan  quaninin  alınması  texnologiyası  təkmilləşdirilmişdir: 

duzlanma və kerosinlə emal əvəzinə  ferment preparatlarının  qələvi məhlulu ilə və 

səthi  aktiv    maddələrdən  istifadə  olunur.  Bu  maddələrin  kompleks  təsiri  ilə  

pulcuqlardan quaninin birbaşa zülali və  yağlı maddələrdən təmizlənmiş vəziyyətdə 

alırlar. [25,37] 

 

Dondurulmuş və yaxud təzə pulcuğun üzərinə 0,25-0,3%-li  40-45



0

 C qədər 

qızdırılmış  qələvili  ferment  preparatı  tökülür.    Bu  zaman  pulcuqla  ferment 



23 

 

preparatı  arasındakı  kütlə  nisbəti  1:7  kimi  olmalıdır.  Alınmış  qarışığı  qəfil 



mexaniki  təsirlərdən  qorumaq  məqsədilə  20-30      dəqiqə  ərzində  bərabər  şəkildə 

qarışdırırlar. Bu vaxt quanin kristallarının sərbəstləşməsi və onların suspenziyaya 

keçməsi  baş  verir.  Quaninin  sulu  məhlulunu  pulcuqlardan  təmizləmək  üçün  

filtirləyir və sentrifuqalaşdırırlar. Quaninin ayrılmış kristallarını bir qaba töküb 1:5 

nisbətində benzin əlavə edib bərabər sürətlə  qarışdırırlar. Zülali və digər qalıqların 

da    çıxarılması üçün  benzinli suspenziyanı  4 dəfə su ilə yuyurlar. Yuyulmanın 

sonunda  quanin  suspenziyaı  sentrifuqalanır,  alınmış  quanin  amilasitan  və  ya 

nitrolakla  qarışdırılır.Prosesin  ümumi    davamiyyəti  1,5  sutka  çəkir  və  quaninin  

çıxımı yuxarıdakı göstərilmiş üsulla müqaisədə 25% artır. 

 

Dəri.  Balığın  kütləsinin  2-7  %-ni  dərisi  təşkil  edir.  Bəzi  balıqların  dərisi  



(akula, skat, zubatka ) dəri xammalı kimi istifadə oluna bilər. Treska balıqlarının 

həmçinin  digər  bu  tip  balıqların    dərisi  xüsusi  yapışqanların  istehsalında  tətbiq 

olunur. 

 

Yapışqan alınması üçün istifadə olunan balığın  dərisinin  qiymətləndirilməsi 



zamanı onda  azot kollageninin olması böyük əhəmiyyət kəsb edir. O əhəmiyyətli  

miqdarda  treska, xek, merlura, putassu, həmçinin skumbriya balıqlarının dərisində 

olur. 

 

Dərinin  istifadəyə  hazırlanması  balıqçı  gəmilərdə  həyata  keçirilir.    Dərini 



balığın ölümündən sonrakı  keylik dövründə çıxarmaq daha məqsədəuyğundur. Bu 

dövrdə    çıxarılan  dəridə  az  miqdarda  ət  hissəcikləri  qalır.  Dərini  əsasən  file 

istehsalı  xəttlərində  quraşdırılmış    xüsusi  maşınların  köməyi  ilə  çıxarırlar. 

Çıxarılmış  dərini    bloklar  şəklində  13  kq-dan  çox  olmayan  kütlədə  mənfi  18

0

  C-


dən  yuxarı  olmamaq  şərti  ilə    dondururlar  və  saxlanmanı  da  bu  şəraitdə  həyata 

keçirməklə dondurulmuş məhsulu 10 aya qədər  davam etdirirlər. 

 

Xüsusi  yapışqanları  elektron  sənayesində  rəngli    televizorlar  üçün 



kinoskopların istehsalında  istifadə olunur. O rəng hissiyyatılı məhlul-fotorezistin 

tərkibinə daxildir. Sintetik yapışqandan fərqli olaraq  o suda yaxşı həll olur. Ona 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə