Microsoft Word M?mm?dov Orxan 709 docx



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə3/32
tarix10.11.2017
ölçüsü0,9 Mb.
#9234
1   2   3   4   5   6   7   8   9   ...   32

 

865.5 min ton olmuşdur.  



 

 

 



 

 

 



 

 

2010-cu  ildəemal  bölməsinin  məhsullarından  qida  məhsulları  istehsalı  2,4%, 



içki istehsalı 11,8% artmışdır.   

 

 



 

 

 



 

 

2011-ci  ildəemal  bölməsinin  məhsullarından  qida  məhsulları  istehsalı  6.3  %, 



içki istehsalı 10.2% artmışdır [4, 3]. 

2009-cu  ildə  Goranboyda  “Gilan  and  Knauf  Gipso-karton”  MMC  -  nin 

ə

razisində  yeni  zavod,  Lənkəran  rayonunun  Sütəmurdov kəndi  ərazisində  yeni  mini 



çay fabriki, Naxçıvan şəhərində “Badamlı” mineral sular zavodu, Samux rayonunda 

yeni süd emalı müəssisəsi istismara verilmişdir.   

2010-cu ildə Tərtər rayonunda “Gilan” MMC tərəfindən inşa olunan süd emalı 

zavodu,  Gəncə  şəhərində  “Jardin  Royal”  şokolad  fabriki,  Qəbələdə  meyvə-tərəvəz 

saxlamaq üçün tikilmiş soyuducu anbar və meyvəçeşidləmə sexi, Abşeron rayonunun 

Masazır  qəsəbəsində  yodlaşdırılmış  və  rafinadlaşdırılmış  qida  duzu  zavodu, 

“Cəlilabad  Şərab-2”  ASC-nin  şərab  zavodu”,  “Azərsun”  Holdinqin  “Natural  Green 

Land”  kənd  təssərrüfatı  müəssisəsi  və  konserv  zavodu,  Qəbələ  şəhərindəki  “Gilan” 

konserv  zavodunda  yaradılan  yeni  istehsal  sahələri,  Zaqatala  süd  emalı  zavodu, 

smayıllı  rayonunun  Hacıhətəmli  kəndində  fəaliyyət  göstərən  200  ton  illik  istehsal 

gücünə  malik  “Monolit”  MMC-nin  “ smayıllı  şərab-2”  ASC,  “Aqrovest”  MMC 

tərəfindən  Zaqatala  rayonunda  inşa  edilən  fındıq  məmulatları  istehsalı  zavodu 

fəaliyyətə başlamışdır.   

 

 



 

 

 



 

 

 



2011-ci  ildə  qida  məhsullarının  istehsalı  sahəsində  Ağcabədi  rayonunda 

“Gilan” MMC tərəfindən inşa olunan süd emalı zavodu, Samuxda “NAA Aqrotara” 

MMC-nin  meyvə  qurudulması  və  emalı  müəssisəsi,  Tovuz  rayonunun  Bozalqanlı 

kəndi ərazisində tikilmiş süd emalı zavodu, Ağcabədi rayonunun Ağabəyli kəndində 

tikilən “Atena” süd məhsulları kombinatı, Ağcabədi şəhərində yeni süd emalı zavodu, 

mişli  rayonunda  “Azərsun  Holdinq”  şirkətinin  “Green  Land”  yem  fabriki,  “Gilan 

Qəbələ  Konserv  Zavodu”  MMC-nin  Qəbələ  limonad  zavodu,  “Aqroinvestkom” 

MMC-  nin  Şəki  şərab  zavodu,  Oğuz  şəhərində  qarğıdalı  emalı  və  qlükoza  istehsalı 




 

müəssisəsi,  Ağsuda  “Az-Granata”  MMC-nin  şirə  və  şərab  emalı  zavodu,  Ağsuda 



çörək zavodu fəaliyyətə başlamışdır.  

Qeyd  etmək  lazımdır  ki,  ölkəmizdə  qida  sənayesi  sahəsində  ən  iri  sənaye 

müəssisələrindən  olan,  1991-ci  ildən  Azərbaycanda  fəaliyyətə  başlayan  "Azersun 

Holdinq" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət 

göstərən,  ölkənin  qabaqcıl  şirkətidir.  Qida  sektorunda,  Azərbaycanı  istehsalçı  və 

ixracatçı  ölkə  halına  gəlməsində  böyük  rol  oynayan  “Azersun  Holdinq”,  tərkibində 

fəaliyyət  göstərən  zavodların  güclü  istehsal  potensialı  ilə  yanaşı  geniş  ixracat 

şə

bəkəsinə sahibdir. "Azersun Holdinq" MMC-də Sun Tea Azərbaycan, Bakı Qida və 



Yağ  Fabriki,  Zeytun  Emalı  Fabriki,  Qafqaz  Konserv  Zavodu,  Azərbaycan  Şəkər 

stehsalat  Birliyi,  Zaqatala  Fındıq  Fabriki,  Qənd  stehsalı  Fabriki,  Qida  Paketləmə 

Müəssisəsi,  Azərbaycan  Duz  stehsalatı  Birliyi,  Biləsuvar  Konserv  Zavodu  kimi  iri 

qida  sənayesi  müəssisələri  fəaliyyət  göstərməkdədir.  O  cümlədən,  “Gilan  Holdinq” 

ş

irkətlər  qrupuna  Qəbələ  Konserv  zavodu,  Qəbələ  Fındıq  Emalı  zavodu,  Bakı  Jalə 



suları zavodu, Gilan Alko spirt zavodu, Makaron zavodları, Dəyirmanlar, süd emalı 

zavodları  və  digər  qida  sənayesi  müəssisələri  daxildir.Həmçinin,  tullantısız 

texnologiya  əsasında  işləyən  mişli  şəkər  zavodunu  və  onun  nəzdində  fəaliyyət 

göstərən  bitki  mənşəli  Yağ  Emalı  zavodunu,  qarışıq  Quru  Yem  zavodunu,  Melas 

emalı  zavodunu  göstərmək  olar.  mişli  şəkər  zavodu  nəinki  əhalimizin  şəkərə  olan 

tələbatının  ödənilməsində,  hətta  bir  çox  qida  sənayesinin  (konserv,  qənnadı 

məmulatları və s.) fəaliyyət göstərməsinə də köməklik göstərir [3, 1]. 

Bundan başqa, son 10 – 12 ildə yuxarıda adı çəkilən qida sənayeləri ilə yanaşı 

Azərbaycanda  “Avrora”  qida  istehsalat  müəssisəsi,  “Bəhrə”    biskivit  fabriki, 

“Veysəloğlu  və  Yaycılı  Qardaşlar”  MMC  –  nin  “Ulduz”  şokolad  fabriki  və  s.  kimi 

ölkənin  qabaqcıl,  müasir  texnologiyalarla  təhciz  olunmuş  sənayeləri  də  fəalliyyət 

göstərməkdədir.    

 

 

 



 

 

 



 

 

 



“Veysəloğlu  və  Yaycılı  Qardaşlar”  şirkətlər  qrupunun  nəzdində  fəaliyyət 

göstərən  “Ulduz”  şokolad  fabriki,  müxtəlif  çeşidli  şokolad  və  ko

m

fet  məhsullları 



istehsalına  görə  demək  olar  ki,  ölkənin  qənnadı  məmulatları  istehsalı  üzrə  birinci 


 

sənaye sahəsidir.   



 

 

 



 

 

 



 

 

 



“Ulduz”  şokolad  fabriki,  fəaliyyətə  2001-ci  ildənbaşlamışdır.  Fabrik  ilk 

fəaliyyətə başladığı dövrdə yarımavtomatlaşdırılmış və qismən avtomatlaşdıırlmış bir 

neçə istehsal xəttləri ilə təhciz olunmuşdu. Zaman keçdikcə, “Ulduz” şokolad fabriki 

Azərbaycanın qida sənayesi sektorunda qabaqcıl şirkətlərdən birinə çevrildi.  stehsal 

prosesində  keyfiyyəti  daim  diqqət  mərkəzində  saxlayan  şirkətin  rəhbərliyi  bunun 

üçün  Almaniya,  Belçika,  taliya  və  bir  sıra  qabaqcıl  Avropa  ölkələrinin  tanınmış 

ş

okolad  istehsalçılarının  fəaliyyət  mexanizmini  öyrəndi  və  fabrikdə  yeni  müasir 



avadanlıqlar  quraşdırmağa  başlanıldı.  Artıq  tam  avtomatlaşdırılmış,  müasir 

qurğuların  istismara  verilməsi  sayəsində  məhsul  istehsalı  artırılmış  və  fabrikdə 

dünyanın  ən  qabaqcıl  müəssisələri  ilə  raqabət  apara  biləcək  müasir  iş  şəraiti 

yaradılmışdır.  Hazırda  fabrikdə  “Chocotch”,  “Sollich”  adlı  istehsal  avadanlıqları 

quraşdırılmışdır.  Fabrikdə  istehsal  olunan  müxtəlif  çeşidli  şokolad  məhsulları 

Azərbaycanın  bütün  bölgələrinə  yayılmış  və  böyük  istehlakçı  kütləsinin  rəğbətini 

qazanmışdır. 

nkişafındakı  dinamikliyi  möhkəmləndirmək,  ixrac  potensialını 

genişləndirmək məqsədi ilə beynəlxalq standartların tələblərinə uyğun təkmilləşdirmə 

siyasəti həyata keçirilir. Əldə olunan uğurlar kollektivi daha məsuliyyətlə çalışmağa, 

texnoloji yeniliklərin tətbiqini daim diqqət mərkəzində saxlamağa sövq edir [37]. 

 

Ölkəmizdə  təkcə  “Ulduz”  şokolad  fabrikinin  deyil,həm  də  digər  qida 



məhsulları  istehsal  edən  sənaye  sahələrinin  məhsulları  da  dünya  bazarına  ixrac 

olunmaqdadır. 

 

 

 



 

 

 



 

 

 



 

Hal-hazırda  yuxarıda  adı  çəkilən  müəssisələrdə  müxtəlif  çeşiddə  yüksək 

keyfiyyətli  qidaməhsullarıistehsal  olunur.  Məlumdur  ki,  insanların  düzgün 

qidalanmaması, eyni zamanda insanlar keyfiyyətsiz, ekoloji cəhətdən təmiz olmayan 

qida məhsulları ilə uzunmüddətqidalandıqda, bu onlarda müxtəlif xəstəliklərin əmələ 

gəlməsinəsəbəb olur. Bu xəstəliklərin qarşısının alınması üçün ekolojicəhətdən təmiz 

qida  məhsulları  ilə  qidalanmaq  daimön  planaçəkilməlidir.  Qeyd  etmək  lazımdır  ki, 

ölkəmizə  bəzixaricidövlətlərdən  ekoloji  cəhətdən  təmiz  olmayan,  mutasiya 

olunmuş,yəni geni dəyişdirilmiş bitki və heyvan mənşəli qida məhsullarıidxal olunur. 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə