Microsoft Word M?mm?dov Orxan 709 docx



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə4/32
tarix10.11.2017
ölçüsü0,9 Mb.
#9234
1   2   3   4   5   6   7   8   9   ...   32

10 

 

Bu məhsulların xarici görünüşünün yaxşı olmasına, qablaşdırılmasına gözəl tərtibatın 



verilməsinə  baxmayaraq,onların  qidalılıq  dəyəri  aşağı  olmaqla  yanaşı,  həmdə  insan 

orqanizmi  üçün  təhlükə  mənbəyidir.  Ona  görə  dəölkəmizdə  qida  təhlükəsizliyini 

təminetmək  üçün  əhalimizi  yerli  şəraitdə  becərilmiş  bitki  və  heyvanmənşəli 

xammalla  və  ondan  istehsal  olunan  yüksək  keyfiyyətli  qida  məhsulları  ilə  təmin 

etmək vacib şərtdir [24, 25]. 

 

1.2. “Qida məhsullarının keyfiyyəti” anlayışı və onu formalaşdıran amillə

Məhsulların  keyfiyyətinin  stabilliyinin  və  təhlükəsizliyinin  təmin  edilməsi 

müasir qida sənayesi müəssisələrinin əsas məsələlərindəndir.    

 

 

Keyfiyyət  –  çoxşaxəli,  çoxölçülü  anlayışdır.  O,  insan  fəaliyyətinin  bütün 



sahələrində praktik olaraq dəyişir, daxili və xarici mühitin müxtəlif amillərinin təsiri 

altında  qalır.  nsan  faktorunun  “keyfiyyət”  anlayışını  dərketmə  və  anlama  dərəcəsi 

aşağıdakılarla müəyyən edilir:   

 

 



 

 

 



 

 

 



1. şəxsiyyətin dünyagörüşü, mənəvi dəyərlər;  

 

 



 

 

 



2. sosial şərtlər;   

 

 



 

 

 



 

 

 



 

3. insanı həyat şərtlərinin qane etməsi; 

 

 

 



 

 

 



4.  texnologiyanın  inkişaf  səviyyəsi,  məmulatların  keyfiyyətinin  mühüm 

ə

həmiyyəti,  son  məhsulun  alınmasını  həyata  keçirən  şəxsi  heyyət,  istehlakçıların 



tələblərinin təmin edilməsi [29]. 

 

 



 

 

 



 

“Keyfiyyət” termini хassəni və хüsusiyyəti bildirir. Bu zaman qida məhsulunun 

hansı  хassələrdən  və  хüsusiyyətlərdən  bəhs  olunduğu  məlum  olur.  Ona  görə  də 

“keyfiyyət” anlayışının düzgün tərifi, məhsulun keyfiyyətinin yüksəldilməsi və onun 

ifadə  olunması  problemlərinin  həlli  üçün  əsas  şərtdir.  Məhsulun  keyfiyyətinin 

teхniki-iqtisadi  təbiətinin  öyrənilməsi  üzrə  aparılan  tədqiqatlar  nəticəsində  DÜST 

15469-79-a  uyğun  olaraq  keyfiyyətə  aşağıdakı  tərif  verilmişdir:  “Məhsulun 

keyfiyyəti  onun  təyinatına  uyğun  olaraq  müəyyən  tələbatı  ödəmək  qabiliyyətini 

ə

saslandıran yararlıq хassələrinin məcmusundan ibarətdir”. Bu təyinatdan aydındır ki, 




11 

 

məhsulun  heç  də  bütün  хassələri  keyfiyyət  anlayışına  daхil  deyildir.  Buraya  elə 



х

assələr aiddir ki, onlar məmulatın təyinatına uyğun olaraq insanların ona tələbatını 

təmin edir [27]. 

 

 



 

 

 



 

 

 



 

 

Məhsulun  keyfiyyətli  olması  -  onda  özünə  məxsus  olmayan  kənar  iyin  və 



dadın, həmçinin zərərli maddələrin olmaması ilə müəyyən olunur. 

 

 



 

Qida məhsullarının keyfiyyəti dedikdə - onların öz təyinatlarına uyğun olaraq, 

müəyyən  istehsal  tələblərini  təşkil  edib  təmin  etmək  yararlığını  şərtləndirən 

xüsusiyyətlərin cəmi nəzərdə tutulur. Məhsulların bütün normativ-texniki sənədlərin 

tələblərinə  uyğunluğu  keyfiyyət  adlandırılır.  Məhsulların  bir  və  ya  bir  neçə 

xüsusiyyətlərinin  cəminə  keyfiyyət  göstəricisideyilir.  Qida  məhsullarının  keyfiyyəti 

onun  vahid  və  kompleks  göstəricilərinə  görə  qiymətləndirilir.  Keyfiyyətin  vahid 

göstəricisi  onun  bir,  kompleks  göstəricisi  isə  bir  neçə  xüsusiyyətini  əhatə  edir. 

Məsələn:  şokoladın  “rəng”  göstəricisi  bir,  “konsistensiya”  və  “xarici  görünüşü”  isə 

kompleks göstərici hesab olunur [34, 39].   

 

 

 



 

 

Ayrı-ayrı  keyfiyyət  göstəriciləri  müxtəlifəhəmiyyət  kəsb  etdikləri  üçün 



üstünlük  əmsalı  tətbiq  etmək  zərurəti  yaranır.  Bu  əmsal  keyfiyyətin  orqanoleptiki 

göstəricilərinin təyinində geniş istifadə edilir. 

 

 

 



 

 

Üstünlük əmsalı - məhsula verilən keyfiyyət göstəricilərinin başqa göstəricilər 



arasında miqdarca daha üstün xüsusiyyətlərə malik olduğunu göstərir. 

 

Qida məhsullarının keyfiyyətinin qiymətləndirilməsində keyfiyyət səviyyəsinin 



təyini mühüm rol oynayır. 

 

 



 

 

 



 

 

 



Qida  məhsullarının  keyfiyyətini  qiymətləndirmək  üçün  onların  dəqiq 

göstəricilər  sistemi  və  üsulları  olmalıdır.  Məhsulların  keyfiyyətinin  miqdarca 

qiymətləndirilməsinin  nəzəri  əsaslarını  və  metodlarını  işləyib  hazırlayan  praktiki  və 

elmi  fəaliyyət  sahəsinə  kvalimetriya  deyilir.  Kvalimetriya  latın  sözü  “qualis” 

(keyfiyyətcə  necədir)  və  yunan  sözü  “metrio”  (ölçürəm)  sözlərinin  birləşməsindən 

ə

mələ gəlmişdir.   



 

 

 



 

 

 



 

 

 



Keyfiyyət  səviyyəsi  ─  keyfiyyəti  qiymətləndirilən  qida  məmulatlarının 

keyfiyyət  göstəricilərinin  normativ  sənədlərdə  nəzərdə  tutulan  əsas,  fundamental 




12 

 

keyfiyyət göstəriciləri ilə müqayisəli qiymətləndirilməsidir [14, 21].   



 

Məhsulun  keyfiyyəti,  normativ-texniki  sənədləşməyə  əsasən  aparılır.  Sənədə 

uyğun gələn  məhsullar  yararlı  sayılırlar.  Məhsulun təyin  edilmiş  tələblərə hər  hansı 

bir uyğunsuzluğu isə qüsur sayılır [28]. 

 

 

 



 

 

 



Keyfiyyət  göstərisini  orqanoleptiki,  fiziki,  kimyəvi  və  biokimyəvi,  fiziki-

kimyəvi və s. üsullarla təyin etmək olar. 

 

 

 



 

 

 



 

Orqanoleptiki  göstəricilərə  məhsulun  xarici  görünüşü,  rəngi,  dadı,  iyi, 

konsistensiyası  aid  edilməklə  hissiyat  üzvləri  (görmə,  iybilmə,  eşitmə,  dadbilmə) 

daxildir.  Bu  göstəricilər  məhsulun  kimyəvi  tərkibindən,  onların  tərkibinə  daxil  olan 

maddələrin  nisbəti  və  ya  kompozisiyasından  və  bir  çox  başqa  amillərdən  asılı  olur.

 

Fiziki üsul – təhlilin tez yerinə yetirilməsi ilə fərqlənir. Bu üsulla məhsulların 



sıхlığı,  donma  və  ərimə  dərəcəsi,  quru  maddənin  miqdarı,  şüasındırma  əmsalı  və 

başqa хassələri müəyyən edilir. Bu üsulla həmçinin məhsulun tərkibində olan zəhərli 

və  radioaktiv  maddələr,  bu  və  ya  digər  qida  rasionunun  orqanizmin  inkişafını  və 

qidanın qəbul vaхtının onun həzm olunmasına təsiri öyrənilir.   

 

 

Kimyəvi  və  biokimyəvi  üsulla  məhsulun  tərkibindəki  maddələrin  miqdarı, 



onların  хassələri  və  saхlama  zamanı  tərkiblərində  gedən  kimyəvi  və  biokimyəvi 

dəyişikliklər öyrənilir [8, 9].   

 

 

 



 

 

 



 

Qida  məhsullarının  tədqiqində  fiziki-kimyəvi  üsullardan  –  teхniki  təhlil, 

mikroskopiya,  polyarimetriya,  refrakrometriya,  fotometriya  (spektofotometriya, 

kolorimetriya, fotokolorimetriya), fluorometriya və ya lüminesensiya, nefelometriya, 

elektrometriya,  reologiya  və  хromatoqrafiyadan  geniş  istifadə  edilir.  Teхniki  təhlil 

sadə cihazlar – tərəzi, ələk, ölçülü хətkeş və ülgü (qəlib) vasitəsilə aparılır. Bu üsulla 

məhsulun  ölçüsü,  kütləsi,  sıхlığı,  iriliyi  və  başqa  keyfiyyət  göstəriciləri  təyin  edilir. 

Məsələn,  karameldə  içliyin  faizlə  miqdarı,  doğranmış  fındıq  dənələrinin  iriliyi, 

meyvənin ölçüsü və s. teхniki təhlillərlə müəyyən edilir.  

 

 



Məhsulların  keyfiyyəti  həmçinin  məmulatın  hazırlanmasından  da  asılıdır. 

Hazırlanmanın  keyfiyyəti  aşağıda  göstərilən  amillərin  təsirindən  asılıdır:  normativ  -

texniki  sənədləşmənin  keyfiyyəti;  nəzərdə  tutulan  üsullar;  məhsulların 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə