Microsoft Word M?mm?dov Orxan 709 docx



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə28/32
tarix10.11.2017
ölçüsü0,9 Mb.
#9234
1   ...   24   25   26   27   28   29   30   31   32

74 

 

 



SO  -  nun  əsas  fəaliyyət  sahəsi  beynəlхalq  standartlar  işləyibhazırlamaqdır. 

Odur ki, bu təşkilatın əsas struktur bölmələri teхnikikomitələr, yarımkomitələr və işçi 

qruplarıdır.   

 

 



 

 

 



 

 

 



 

 

SO beynəlхalq standartlarının tətbiqi bütün ölkələr üçün məcburideyildir. Hər 



bir  ölkə  özündə  bu  standartları  tam,  ayrı-ayrı  hissələrlətətbiq  edə  bilər  və  ya, 

ümumiyyətlə, tətbiq etməyə də bilər.   

 

 

 



 

 

 



Qeyd  edək  ki,  hər  bir  məhsul  növü  üçün  ayrı  -  ayrılıqda  beynəlхalqstandart 

yaradılmır. Bu cür standartların işlənib hazırlanması teхnikiorqanların proqramına o 

zaman daхil edilir ki, bu standartlar ölkələrarasında sənaye əlaqələrinin genişlənməsi 

üçün vacibdir və yaхud onlar istehlakçılarıntəhlükəsizliyinin və sağlamlığının təmin 

olunmasına, ətraf mühitinqorunmasına yönəldilmişdir. Odur ki, hər bir sahə üzrə  SO 

beynəlхalqstandartlarının  yaradılması  haqqında  təkliflər  hazırlayan  zaman  buişlərin 

aparılmasının zəruriliyi əsaslandırılmalıdır.   

 

 

 

 

Beynəlхalq standartların məzmununa da müəyyən tələblər qoyulur. Məlumdur 

ki, konkret məhsul üçün standart həmin məhsula olan teхniki tələblərin səviyyəsini, 

bu  tələblərin  ölçülməsi  və  sınaq  metodlarını  nəzərdə  tutmalıdır.  Beynəlхalq 

standartlaşdırma  təcrübəsində  məhsula  standart  hazırlayan  zaman  məhsulun  sınağı 

üçün  vahid  sınaq  metodları  müəyyənləşdirilir.  Bu,  məhsulun  harada  istehsal 

olunmasından  asılı  olmayaraq  onun  keyfiyyət  səviyyəsinin  obyektiv  müəyyən 

edilməsinə,  markalanmasına,  qablaşdırılmasına,  saхlanmasına  tələblərin  təyin 

edilməsi üçün şərait yaradır. 

 

 



 

 

 



 

 

Azərbaycanda  fəaliyyət  göstərən  və  qida  məhsullarının  istehsalı  ilə  məşğul 



olan  bir  çoх  müəssisələr  öz  məhsullarına  SO  -  nun  standartlarını  almışlar.  Belə 

ş

irkətlərdən biri olan “Veysəloğlu” MMC - nin tərkibində fəaliyyət göstərən “Ulduz 



ş

okolad fabriki” – də istehsal olunan müxtəlif çeşiddə konfet məmulatları üçün TSE 

SO  -  EN  9001,  TSE  SO  -  EN  22000  Beynəlхalq  Standartlarını  almışdır.  Bu 

müəssisələrdə  hazırlanan  məhsullar  Azərbaycan  Respublikasının  Standartına, 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyenik sertifikatına və Azərbaycan 

Respublikasında  istehsal  olunan  məhsulların  ştriхkod  nömrələrinə  uyğun  istehsal 




75 

 

edilir.  



 

 

 



 

 

 



 

 

 



 

 

Emal  edilmiş  hazır  qida  məhsullarının  təhlüksizliyinin  təmin  edilməsi  və  bu 



sahədə  mövcud  olan  beynəlxalq  standartların  tələblərinə  uyğun  hüquqi  -  normativ 

bazanın modernləşdirilməsi müasir sənaye sahələrində daim diqqət mərkəzindədir.   



 

3.2.1.  SO standartları və keyfiyyət göstəriciləri 

SO  –  Standartlaşdırma  üzrə  Beynəlxalq  təşkilatı,  1926-cı  ildə  Praqa 

şə

hərindəyaradılmışdır.  kinci  Dünya  Müharibəsi  dövrü  SO  öz  fəaliyyətini 



dayandırmışdı.  Müharibədən  sonra  14  oktyabr  1946-cı  ildə  Londondafaktiki  olaraq 

yeni  SO təşkilatı yarandı və 1947-ci ildən fəaliyyət göstərməyə başladı.    

 

Bu  təşkilat  standartlaşdırma  sahəsində  əsas  terminləriişləyib  hazırlamış  və 



qəbul  etmişdir.  Beynəlxaq  standartların  hazırlanması  SO  –  nun  texniki  komitələri 

tərəfindən həyata keçirilir. 

 

 

 



 

 

 



 

 

 



Texniki  komitələr  tərəfindən  qəbul  edilən  Beynəlxalq  standartların  layihələri 

səsvermə üçün komitə - üzvlərə göndərilir. Bu layihələrin Beynəlxalq standart kimi 

nəşr  edilməsi  üçün  səs  vermədə  iştirak  edən  komitə  -  üzvlərin  ən  azı  75  %  -  i 

tərəfindən təqdir olunması tələb olunur. 

 

 

 



 

 

 



“ SO  9001:2008  Keyfiyyəti  darəetmə  Sistemi”,  Beynəlxalq  Standartlaşdırma 

Təşkilatı  ( SO)  tərəfindən  hazırlanmış  və  hazırda  dünyada  ən  çox  tətbiq  edilən 

keyfiyyəti idarəetmə standartıdır. 

 

 



 

 

 



 

 

SO  9001  beynəlxalq  standartında  keyfiyyəti  idarəetmə  sisteminin  əsas 



tələbləri  qismində  istehlakçının  mənafeyinin  qorunması,  istehsal  prosesinin 

səmərəliliyinin təmin edilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, düzgün qərar 

qəbuletmə  mexanizmi,  istehsalçı  ilə  istehlakçı  arasındakı  müştərək  maraqlardan 

doğan qarşılıqlı əlaqələrin vacibliyi kimi prinsiplər əsas götürülür. 

 

 

 



SO 9001 standartı o hallarda keyfiyyəti idarəetmə sisteminə tələblər müəyyən 

edir ki, təşkilat: 

 

 

 



 

 

 



 

 

 



 


76 

 

 



a) həmişə müştərilərin tələblərinə və müvafiq məcburi tələblərə uyğun məhsul 

təqdim etmək qabiliyyətini nümayiş etdirməyə ehtiyac duyur;   

 

 

 



b)  keyfiyyəti  idarəetmə  sisteminin  daimi  təkmilləşdirilməsi,  müştərilərin 

tələblərinə qanunverici və məcburi tələblərə uyğunluğun təmin edilməsi prosesləri də 

daxil olmaqla sistemi effektiv tətbiq etmək vasitəsi ilə müştərilərin məmnunluğunun 

artırılmasını qarşısına məqsəd qoyur.   

 

 

 



 

 

 



SO  9001:2008-i  tətbiq  edən  müəssisələr  öz  fəaliyyətlərini  həmin  standartın 

tələblərinə uyğunlaşdırmalıdırlar. 

 

 

 



 

 

 



 

 

SO  9001  standartının  tələbləri  məhsulun  tədarükündən,  ölçüsündən  və 



növündən  asılı  olmayaraq  bütün  müəssisələr  üçün  nəzərdə  tutulmuşdur. 

Hazırda  dünyanın  bütün  inkişaf  etmiş  ölkələri  SO  9001  beynəlxalq  standartını 

tanıyır, müəssisə və təşkilatlarda mövcud olan keyfiyyət sistemlərini təkmilləşdirmək 

üçün ondan istifadə edir[16].   

 

 

 



 

 

 



 

“ SO  22000:2005  Qida  Təhlükəsizliyini 

darəetmə  Sistemi”.  Qida 

təhlükəsizliyi  dedikdə  hər  hansı  bir  qida  məhsulunun  insan  sağlamlığı  üçün  zərərli 

olan bioloji, kimyəvi və fiziki təhlükəli faktorlardan azad olması nəzərdə tutulur. 

 

Hazırda  dünyada  qida  təhlükəsizliyinin  idarəedilməsi  üçün  ən  çox  istifadə 



olunan  sistem  HACCP  (Hazard  Analysis  and  Critical  Control  Point  -  Təhlükələrin 

Analizi  və  Kritik  Nəzarət  Nöqtələri)  sistemidir  və  bu,  qida  təhlükəsizliyinin  idarə 

edilməsi  üçün  mühüm  əhəmiyyət  kəsb  edən,  təhlükəli  faktorların  eyniləşdirilməsi, 

qiymətləndirilməsi və onlara nəzarət sistemidir.   

 

 

 



 

 

Kritik Nəzarət Nöqtəsi təhlükəli faktorun qarşısını almaq, aradan götürmək və 



ya onu məqbul həddə salmaq üçün nəzarətin zəruri olduğu istehsal mərhələsidir. 

 

HACCP sisteminin başlanğıc vacib həlqəsi, məhsul istehsalı prosesinin analizi 



zamanı təhlükəli vəziyyətin yaranması ehtimalının qiymətləndirilməsi, riskin analizi, 

sahələrdə  nəzarətin  kritik  nöqtələrinin  təyini,  məhsulun  keyfiyyətinin  pisləşməsi  və 

ya  xarab  olması  nöqteyi-nəzərindən  ən  çox  təhlükə  yaradır.  Kritik  nöqtələrə  görə 

təhlükələrin  analiz  sisteminin  effektli  tətbiqi  üçün  nəzarətin  aparılması,  ekspress 

üsulların  istifadəsi,  bioloji,  fiziki  və  kimyəvi  təhlükə  risklərinin  qiymətləndirilməsi, 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə