Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə115/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   112   113   114   115   116   117   118   119   120

 

 

406



 

 

9.4.4. Xörək duzunun miqdarının təyini 

 

Duza qoyulmuş  və turşudulmuş  tərəvəzlərdə xörək duzunun miqdarı 2 



üsulla – neytrallaşdırılmış duzluğun (şirənin) kalium-bixromat indikatorunun 

iştirakı ilə argentium-nitratla titrləşdirilməklə (arbitray üsulu) və duzluğun xüsusi 

çəkisinə görə müəyyən edilir. 

9.4.4.1. Arbitraj üsulu ilə duzluqda (şirədə) 

xörək duzunun miqdarının təyini (Mor üsulu) 

 

Bu üsul xlor ionlarının kalium-bixromat indikatorunun iştirakı ilə bilavasitə 



gümüş-nitratla titrləşməsinə  əsaslanır. Xlor ionlarının hamısı argentium-nitratla 

çökdürüldükdən sonra məhlulda argentium-bixromatın qırmızımtıl kərpici 

çöküntüsü alınır. Reaksiya aşağıdakı tənlik üzrə gedir: 

NaCl+AgNO

3

 

→ AgCl+NaNO



3

 

2AgNO



3

+K

2



CrO

4

 



→ Ag

2

CrO



4

+2KNO


3

 

Alınan nəticənin dəqiqliyi, indikatorun gümüş ionlarına görə həssaslığından 



asılıdır. Bu həssaslıq isə bir neçə amillərdən asılıdır. Ilk növbədə AgCrO

4

-ün 



qatılığından, tədqiq edilən məhsulun temperaturundan, hidrogen ionlarının 

konsentrasiyasından, kənar maddələrin olmasından və s. asılıdır. Reaksiyanın 

gedişi üçün normal temperatur 20

0

C sayılır. 



Ləvazimat və reaktivlər. 250 ml-lik konusvari və ölçülü kolbalar, 10 və 25 

ml-lik pipetkalar, 10 ml-lik büretka, 0,1 və 0,5 n argentium-nitrat məhlulu, 0,1 n 

natrium-hidroksid məhlulu, 10%-li kalium-bixromat məhlulu, fenolftaleinin 1%-li 

məhlulu. 



Işin gedişi. Dördqat tənzifdən süzülmüş duzluqdan (şirədən) pipetka ilə 10 

ml götürüb 250 ml-lik konusvari kolbaya keçirməli, üzərinə 3-5 damla 

fenolftaleinin 1%-li spirtdə  məhlulundan  əlavə edib 0,1 n qələvi məhlulu ilə 



 

 

407



neytrallaşdırılmalı. Sonra üzərinə 1 ml 10%-li kalium-bixromat əlavə edib, 

çalxalayan zaman itməyən qırmızı-kərpici rəng alınan kimi 0,05 n argentium-nitrat 

məhlulu ilə titrləşdirməli. Xörək duzunun faizlə miqdarı (X) aşağıdakı düsturla 

hesablanır: 

3

1

2



100

00292


,

0

Y



Y

Y

Y

X



=



 

burada, Y – tədqiq olunan məhlulun titrlənməsinə sərf olunan  

  0,05 n AgNO

3

 məhlulunun miqdarı, ml-lə; 



  Y

1

 – tədqiq üçün götürülən duzluğun (şirənin) miqdarı, ml-lə; 



  Y

2

 – tədqiq üçün götürülən duzluğun (şirənin)  



 distillə suyu ilə durulaşdırıldığı həcm, ml-lə; 

  Y


3

 – titrləşdirilmək üçün götürülən durulaşdırılmış duzluğun  

 (məhlulun) miqdarı, ml-lə. 

0,00292 rəqəmi 0,05 n AgNO

3

 məhlulunun xörək duzuna görə hesablanmış 



titri. 0,1 n məhlulla titrləndikdə isə bu rəqəm 0,05845 götürülür. 

Hesablama 0,1 dəqiqliklə aparılır, 2 paralel təhlil arasındakı fərq 0,1%-dən 

artıq olmamalıdır. Duza qoyulmuş kələmdə duzun miqdarı 2,5-3,5% olur. 1-ci sort 

duza qoyulmuş xiyarın tərkibində duzun miqdarı 3,5%-ə qədər, 2-ci sortda 4,5%-ə 

qədər olur. 

 



 

 

408



 

 

9.4.4.2. Duzluğun xüsusi çəkisinə görə xörək duzunun miqdarının  

areometrlə təyini 

 

Duzluğun sıxlığı onun tərkibində olan maddələrin miqdarından asılıdır. 



Duzluqda həll olan maddə əsasən xörək duzudur. Buna görə də duzluğun sıxlığını 

təyin etməklə onda olan xörək duzunun miqdarını xüsusi cədvəlin köməyi ilə 

hesablamaq mümkündür. 

Ləvazimatlar və reaktivlər. Areometr, şüşə silindr, termometr. 

Işin gedişi. Duzluq ikiqat tənzifdən və ya pambıqdan süzülür. Süzülmüş 

duzluq təmiz, quru, həcmi 250 ml olan şüşə silindrə tökülür. Duzluğu şüşə silindrə 

tökən zaman nəzərə almaq lazımdır ki, onun içərisinə areometr salındıqda 

məhlulun səviyyəsi silindrin yuxarı qurtaracağından bir az aşağı olmalıdır. Təmiz 

areometri ehtiyatla məhlulun içərisinə salıb 5 dəq-dən sonra onun göstəricisini 

qeyd edirik. Areometrin göstəricisini düz hesablamaq üçün gözümüzü məhlulun 

səviyyəsi ilə eyni hündürlükdə saxlamalıyıq. Eyni zamanda məhlulun temperaturu 

yoxlanılır, hərgah areometrin temperaturu yoxdursa, onda areometri çıxardıqdan 

sonra duzluğun temperaturu laboratoriya termometri ilə ölçülür. Temperatur 20

0

C-



dən aşağı və ya yuxarı olduqda areometrin göstəricisinə düzəliş verilir. 

Bir qayda olaraq ölçü cihazları 20

0

C temperaturda cizgilənir. Areometrin 



hansı temperaturda cizgiləndiyi onun boğaz hissəsində qeyd edilir. Təhlil edilən 

duzluğun temperaturu ilə areometrin cizgiləndiyi temperatur arasındakı hər dərəcə 

fərqə verilən düzəliş  əmsalı 0,00045-dir. Məhlulun temperaturu tələb edilən 

dərəcədən yüksək olduqda, ədədi areometrin göstəricisinin üzərinə gəlinir, əksinə, 

məhlulun temperaturu aşağı olduqda çıxılır. Məsələn, Areometrin cizgiləndiyi 

temperatur +20

0

C, təhlil edilən duzluğun temperaturu +23



0

C. Temperatur 

göstəriciləri arasındakı fərq 23 – 20 = 3

0

C. 3



0

C-yə düzəliş 0,00045 x 3 = 0,00135-

dir. 



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə