Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə112/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   ...   120

 

 

395



litrlik çini kasa, kalium-permanqanat məhlulu (1 litr suda 1,333 q), indiqokarmin 

məhlulu (1 litr suda 30 q), durulaşdırılmış sulfat turşusu (1:4), aktivləşdirilmiş 

kömür. 

Işin gedişi. Tədqiq üçün ayrılmış meyvə çini həvəngdəstədə  əzilir və ya 

sürtgəcdən keçirilir. Hazırlanmış nümunədən 25 q çini kasacıqda çəkib, distillə 

suyu ilə  qıfdan 250 ml-lik ölçülü kolbaya tökülür. Götürülən suyun miqdarı 

kolbanın həcminin 3/4 hissəsi qədər olmalıdır. Itkiyə yol verilməməlidir. Kolbaya 

termometr yerləşdirib onu su hamamında 80

0

C-yə qədər qızdırırıq. Sonra kolbanı 



su hamamından çıxarıb, termometri su ilə yaxalayıb kolbaya keçiririk. Kolbadakı 

məhlulu axar su altında otaq temperaturuna qədər soyudub, ctzgiyə qədər distillə 

suyu ilə doldururuq. Kolbadakı  məhlulu qarışdırıb filtrdən süzürük. 2 litr tutumu 

olan çini kasaya süzülmüş filtratdan pipetka ilə 10 ml töküb üzərinə 20 ml 

indiqokarmin məhlulu, 10 ml 1:4 nisbətində sulfat turşusu və 1 litr su əlavə edirik. 

Kasada olan məhlulu  şüşə çubuqla qarışdırıb KMnO

4

  məhlulu ilə titrləyirik. 



Permanqanat məhlulunu büretkadan damla-damla tökmək lazımdır. Bu zaman 

rənglərin dəyişməsi tədricən olur. Daha doğrusu yaşıldan tünd göy və ya yaşılı sarı, 

sonra isə sarı  rəngə keçir. Əgər sonuncu damla düşərkən  şüşə çubuğun ardınca 

qırmızımtıl cizgi əmələ  gələrsə, titrləmə qurtarmış olur. Titrləşməyə  sərf olunan 

KMnO



məhlulu tədqiq olunan məhlulun tərkibindəki aşı, boya və digər oksidləşən 



maddələrin oksidləşməsinə sərf olunur. 

Ikinci dəfə kiçik çini fincana  pipetka ilə 10 ml filtratdan əlavə edib üzərinə 

2 q aktivləşdirilmiş heyvanat kömürü tökürük. Fincanda olan qarışığı su 

hamamında səthində buxar əmələ  gələnə kimi qızdırırıq. Sonra filtrdən süzürük. 

Süzülmə tam şəffaf filtrat alınana kimi davam etdirilir. Filtrdə qalan kömür qalığı 

ən azı 5 dəfə isti distillə suyu ilə yuyulur. Alınmış filtratı iri çini kasaya töküb 

üzərinə 20 ml indiqokarmin, 10 ml sulfat turşusu məhlulu və 1 litr su əlavə edib 

yuxarıdakı qayda üzrə titrləyirik.  0,3163 q  KMnO

4

-ın  0,4157 q tanini 



oksidləşdirdiyini nəzərə alsaq, məhsulda olan aşı  və boya maddələrinin faizlə 

miqdarı (X) aşağıdakı düstur üzrə hesablanır:  




 

 

396



(

)

3



2

1

3163



,

0

100



4157

,

0



001333

,

0



Y

g

Y

Y

Y

X





=



 

burada, Y – birinci titrləmə zamanı məhlulda olan bütün  

 oksidləşən maddələrin titrləşməsinə sərf olunan KMnO

4

  



 məhlulunun miqdarı, ml-lə; 

  Y


1

 – aşı və boya maddələrini adsorbsiya etdikdən sonra titrləşməyə  

 sərf olunan KMnO

4

 məhlulunun miqdarı, ml-lə; 



  Y

2

 – məhlul hazırlanan kolbanın həcmi, 250 ml; 



  Y

3

 – titrləmək üçün götürülən filtratın miqdarı, ml-lə; 



    g – təhlil üçün götürülən məhsulun kütləsi, q-la; 

  0,001333 – 1 ml məhlulda olan KMnO

4

 miqdarı, q-la. 



Əgər 25 q məhsul götürülüb 250 ml-lik kolbada məhlul hazırlanıbsa və 

filtratdan 10 ml titrləmək üçün götürülmüşsə, onda hesablama düsturu aşağıdakı 

sadələşdirilmiş formaya düşür: 

(

)



17519

,

0



1



=

Y

Y

X

 

              Ayrı-ayrı meyvələrdə aşı və boya maddələrinin miqdarı faizlə aşağıdakı 



kimidir: heyva – 0,06-0,61; zoğal – 0,6; alma – 0,025-0,27; armud – 0,015-0,17; 

albalı – 0,2; ərik – 0,07; şaftalı – 0,02-0,29; gavalı – 0,4; üzümün tumunda – 2-8; 

üzümün qabığında – 0,5-4. 

 



 

 

397



 

 

9.3.5. Pektinli maddələrin təyini (Melitsa üsulu) 

 

Mürəkkəb kimyəvi quruluşa və yüksək molekul çəkisinə malik olan pektin 



maddələri, demək olar ki, bütün meyvə-tərəvəzlərin hüceyrə  şirəsində  və 

divarlarında olur. 

Yetişməmiş meyvələrdə daha çox protoektin vardır. Bu, suda, spirtdə  və 

efirdə  həll olmur. Meyvə yetişdikdə hidroliz nəticəsində protopektin pektinə 

çevrilir. Pektin suda həll olur. 

Pektinin hidrolizi nəticəsində pektin turşusu  əmələ  gəlir. Pektin 

maddələrinin təyini üsulunda protoektin su və  zəif turşu ilə toxuma şirəsindən 

ayrılır. Sərbəst pektat turşusu və onun K, Mg duzu isə limon turşusunun 

ammonium duzu ilə ayrılır. Ayrılmış pektin maddələri CaCl

2

 iştirakı ilə kalsium-



pektata çevrilir ki, bunun da miqdarı çəki üsulu ilə təyin edilir. 

Ləvazimat və reaktivlər. Analitik və texniki tərəzilər, termostat, şüşə 

bükslər, 10, 25, 50 və 100 ml-lik pipetkalar, 400-450 ml-lik kimyəvi stəkan, 250-

300 ml-lik konusvari kolba, 500 ml-lik ölçülü kolba, ştativ, qıf, bıçaq,  şüşə 

çubuqlar, həvəngdəstə və ya sürtgəc, su hamamı, filtr kağızı, pambıq, 0,1 n NaOH 

məhlulu, 1 n sirkə turşusu məhlulu, 2 normal CaCl

2

  məhlulu, argentium-nitratın 



zəif məhlulu. 

Işin gedişi. Işə başladıqda  əvvəlcə filtr kağızı 6 saat daimi çəki alınana 

qədər qurudulmaq üçün istiliyi 100

0

C olan quruducu şkafa qoyulur. Tədqiq 



olunacaq məhsul sürtgəcdən keçirilir və ya həvəngdəstədə əzişdirilir, qarışdırılır və 

alınan kütlədən 50-100 q (quru meyvələrdən 5-10 q) miqdarında çini kasacıqda 

çəkilib götürülür. Götürülmüş nümunə 150 ml distillə suyu ilə kimyəvi stəkana 

keçirilir, protopektini hidrolizləşdirmək və pektin maddələrinin sulu məhlulunu 

almaq üçün qaynayan su hamamında 1 saat müddətində  qızdırılır. Bundan sonra 



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə