Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə119/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   112   113   114   115   116   117   118   119   120

 

 

420



götürülür.  Əgər bağlama vahidi zədələnmişsə, həmin məhsuldan tədqiqat üçün 

nümunə götürülməməlidir. Qurudulmuş meyvə kiçik bükümdə olarsa (preslənmiş 

briket formada), götürülmüş meyvə 500-1000 q olmalıdır. Ümumiyyətlə, 500-dək 

büküm vahidindən ən azı 3 kq, artıq olduqda isə ən azı 5 kq götürülməli və yaxşı 

qatışdırdıqdan sonra orta nümunədən tədqiqat üçün ən azı 1200 q laboratoriya 

nümunəsi ayrılmalıdır.  Əgər zərərverici həşəratlar aşkar edilərsə,  əlavə olaraq 

ayrıca 500 q götürülməlidir. Nümunələr bağlamaların aşağı, orta və yuxarı 

laylarından götürülməlidir. 

Açılmış bağlama yerlərindən briketin kütləsi 1 kq-dan artıq olarsa, müxtəlif 

laylardan bir və ya bir neçə briket götürülməlidir. Ümumiyyətlə, 600 bağlama 

yerindən  ən azı 3 kq, 600-dən artıqdan isə  ən azı 6 kq nümunə götürülməlidir. 

Götürülmüş ayırmalar qarışdırılıb orta nümunə hazırlanmalıdır. 

Nəmliyi təyin etmək üçün 100 q, qurudulmuş kartof, yerkökü və 

çuğundurun qurusunu müəyyən etmək üçün 200 q, soğan, kələm və başqa tərəvəz 

üçün 100 q, anbar zərərvericiləri üçün 500 q, metal qatışıqlarını təyin etmək üçün 1 

kq ayrılmalıdır. 



Tapşırıqlar. 

1.

 



Qurudulmuş meyvə-tərəvəzlərin orqanoleptiki göstəricilərinin təyini. 

2.

 



Qurudulmuş meyvələrin texniki təhlili. 

3.

 



Qurudulmuş meyvələrdə zərərvericilərlə zədələnmənin təyini. 

4.

 



Metal qatışıqların təyini. 

5.

 



Bərk mineral qatışıqların təyini. 

6.

 



Qurudulmuş meyvə-tərəvəzlərdə nəmliyin təyini. 

 



 

 

421



 

 

9.6.1. Qurudulmuş meyvə-tərəvəzdərin orqanoleptiki göstəricilərinin təyini 

 

Qurudulmuş meyvə qablaşdırılan taralar açıldıqda məhsulun xarici 



görünüşü, rəngi,  ətirliyi və dadı  hər növ qurudulmuş meyvə-tərəvəzin 

özünəməxsus aparılır. Albalının qara-qonur, parlaq olması, 5-7%-nin rənginin 

qırmızımtıl olmasına yol verilir. Diametri ən azı 6-10 mm, daha xırdaları  əlavə 

olaraq 1 sortda 5-10%, zədələnmiş  və  lətsiz  ən çoxu 2-10% və s. qatışıqların 

olmasına yol verilir. Dadı şirintəhər, kənar dad və iyin olmasına yol verilmir. 

Qurudulmuş meyvələr orqanoleptiki müayinə edildikdə kifin, çürümə  və 

anbar zərərvericilərinin, güvə  və onun sürfələrinin olmasına və gözlə görünən 

metal qatışıqlarının olmasına yol verilmir. Qurudulmuş üzümün sortundan və 

növündən asılı olaraq (səbzi, soyaqi, bidanə) açıq qəhvəyi, açıq yaşıl, sarımtıl, açıq 

yaşıldan qızılı rəngə, qəhvəyi, qonurtəhər və müxtəlif çalarlı olur. 

Soyaqi kişmiş üzümünün diametri sortundan asılı olaraq ən azı 6-10 mm, 

zədələnmiş (xırdalanmışları), xırdaları 3-7%, başqa növ üzüm qurusunun miqdarı 

0,3-1,0%-dən artıq olmamalıdır. 

Günəşdə qurudulmuş  səbzədə diametr növündən asılı olaraq 6-10 mm, 

bundan kiçik diametrli 4-10%, zədələnmiş və zəif inkişaf etmişlər ən çoxu 6-10%, 

başqa növ üzüm 0,3-0,5%-dən artıq olmamalıdır. Bidanə üzümündə diametri 

sortundan asılı olaraq ən azı 6-10 mm, bundan kiçiklərin miqdarı 1-5%, zədələnmiş 

və zəif inkişaf etmişlər 3-12%-dən çox, başqa növ üzüm qarışığı 0,3-0,5%-dən çox 

olmamalıdır. Hər növ üzüm qurusu özünəməxsus dad, tam və ətrə malik olmalıdır. 

Ərik qurusunun növündən asılı olaraq rəngi qonur-qırmızımtıl (kükürd 

qazına verilmiş Sübhani, Xurmayı növləri), tünd qonur və ya tünd qəhvəyi ləkəli 

(kükürdlə işlənməmiş), sarı-qonurdan tünd qonuru (kükürd qazına verilmiş Xasaki 

növü) rəngədək olur. Ərik quruları kükürd qazı ilə  işlənmiş olarsa, açıq sarıdan 



 

 

422



tünd narıncı  rəngədək, kükürd qazı ilə  işlənməyibsə, açıq qonurdan tünd qonuru 

rəngədək olur. 

Şaftalı qurusunun rəngi kükürd qazı ilə işlənməmişdə açıq sarıdan qəhvəyi, 

kükürd qazı ilə işlənmişlərdə isə rəngi qonura çalan tünd qəhvəyi olur. 

Çəyirdəksiz ərik qurusu (qaysı) girdə və ya oval formada, yanlardan basıq 

olur. Çəyirdəyi çıxarılıb yarıya bölünmüş  ərik (kuraqa) və  şaftalı qurusu düzgün 

oval və ya dəyirmi olur, 5-10%-nin düzgün olmayan formada olmasına yol verilir. 

Bütöv və yarı bölünmüş  ərik yaxşı  ətli, diametri ən azı 20-30 mm, bunlardan az 

ölçülüləri 5-15%-dən artıq olmamalıdır. Tək-tək kif zədələnmələri (diametri 1-2 

mm) 10-25%-dən çox olmamalıdır. Qaysı və kuraqada çəyirdəklilərin miqdarı 0,1-

0,2%-dən artıq olmamalıdır. 

Şaftalı qurusu ətli,  əsasən 30-45 mm diametrli, bundan kiçik ölçülüləri 5-

15%, dağılmışları ən çoxu 3-5%, diametri 1-2 mm olan kif zədələnmələri 10-30%-

dək, çəyirdəkliləri 0,1-0,2%-dək ola bilər. 

Kükürd qazına verilib qurudulmuş alma kremidən açıq qırmızımtıl rəngədək 

və sarı çalarlı olur. Forması ayparaşəkilli, dəyirmi, diametri ən azı 30 mm, qalınlığı 

5 mm olur. Turşaşirin dadı, xüsusi ətirliyi olur. Qüvvədə olan standarta əsasən 

alma qurusunda kənar dad və iyin olmasına, spirtə qıcqırma əlamətlərinin, görünən 

kif zədələnmələrinin, çürümüş payların olmasına yol verilmir. Orqanoleptiki 

təhlildə zərərvericilərin və kif göbələklərinin müşahidə edilməsinə yol verilmir. 

 



 

 

423



 

 

9.6.2. Qurudulmuş meyvələrin texniki təhlili 

 

Ləvazimatlar.  Şüşə lövhə, ağ kağız, pinset, texniki tərəzi, qurudulmuş 

meyvə nümunələri. 

Işin gedişi. Texniki tərəzidə 200 q qurudulmuş meyvə  çəkib, ağ kağız 

üzərində olan şüşə lövhənin səthinə yaymalı və pinset vasitəsilə meyvə qurularını, 

zəif inkişaf etmiş meyvələri, kənar qatışıqları, meyvəsiz çəyirdəkləri ayırmaq 

lazımdır. Hər ayrılmış hissəni (quru meyvə fraksiyalarını) ayrı-ayrılıqda texniki 

tərəzidə  çəkib, faizlə ümumi miqdara görə xüsusi çəkisini hesablamaq lazımdır. 

Alınmış  rəqəmlər standart göstəricilərlə müqayisə edilib məhsulun keyfiyyəti 

haqqında nəticə yazılmalıdır. 

 



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə