Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə2/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   120

 

 

4



400 qram) istehlak etməlidir. Ilin bütün mövsümlərində lazımi qədər meyvə-

tərəvəz istifadə edə bilmək üçün onları müxtəlif üsullarla konservləşdirirlər. 

Meyvə-tərəvəzin yetişməsi və saxlanılması dövründə onların tərkibindəki 

maddələr kəmiyyət və keyfiyyət dəyişikliklərinə uğrayır. Bu proseslərin məhsulun 

keyfiyyətinə  təsiri cəhətdən öyrənilməsi və istehlaka verilən meyvə-tərəvəz 

məhsullarının keyfiyyətinin normativ-texniki sənədlərə uyğunluğunun müəyyən 

edilməsi yüksək ixtisaslı əmtəəşünaslar üçün vacib məsələlərdəndir. 

Müasir dövrdə  ərzaq məhsullarının, o cümlədən meyvə-tərəvəzin 

keyfiyyətinə ekoloji amillər də təsir göstərir. Odur ki, meyvə-tərəvəz məhsullarının 

zərərsizlik göstəricilərinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Meyvə-

tərəvəzlərdə  və onların emalı  məhsullarında olan ağır (toksiki) metalların, 

pestisidlərin, radionuklidlərin, digər zərərli maddələrin miqdarının müəyyən 

edilməsi və onların mikrobioloji göstəricilərinin tibbi-bioloji təlimata (TBT) uyğun 

olması daim nəzarət altında saxlanılır. 

Dərslik 32.02.00 – «Ərzaq malları  əmtəəşünaslığı» ixtisası üzrə  təhsilin 

bakalavr pilləsində oxuyan tələbələr üçün nəzərdə tutulmuşdur. 

Dərslik  əsas tədris vəsaiti kimi tələbələrə meyvə-tərəvəzin və onun emalı 

məhsullarının  əmtəəşünaslığı haqqında geniş  və müfəssəl məlumat verməklə 

onlara gələcəkdə kurs və buraxılış işlərinin yazılmasında da yardımçı olacaqdır.  

Dərslik haqqında müsbət mülahizələrini və  tənqidi qeydlərini bildirən 

mütəxəssislərə müəlliflər qabaqcadan öz minnətdarlıqlarını bildirirlər. 

Dərsliyin  I, II, III, IV, VII və IX fəsillərini  prof. Ə-C.I.Əhmədov, V, VI və 

VIII fəsillərini isə dos. N.T.Əliyev yazmışdır. 

Dərsliyin  əlyazmasının nəşrə hazırlanmasında, eləcə  də  mətnin 

korrekturasının oxunmasında etdiyi köməkliyə görə müəlliflər «Ərzaq malları 

əmtəəşünslığı» kafedrasının  əməkdaşı Namazova Afaq Vəlixan qızına öz 

minnətdarlığını bildirirlər. 



 

 

5



 

 

I FƏSIL. MEYVƏ VƏ TƏRƏVƏZIN ANATOMIK QURULUŞU, KIMYƏVI 

TƏRKIBI VƏ FIZIKI XASSƏLƏRI 

1.1. Bitki hüceyrəsinin ümumi xarakteristikası 

 

Hüceyrə, tərkibindəki komponentlərlə birlikdə  təzə meyvə-tərəvəzlərin 



keyfiyyətinə  və saxlanmasına təsir edən mühüm proseslərin getdiyi bir 

mikroaləmdir. Hüceyrənin tərifi belədir: «Bütün həyati xassələri daşıyan, daxilində 

nüvə yerləşən protoplazma komasına hüceyrə deyilir». 

Son on ildə elektron mikroskopiyasının, rentgenostruktor analiz, differensial 

sentrifuqadan keçirmə  və başqa müasir tədqiqat üsullarının köməyi ilə bitki 

hüceyrəsi, hüceyrə orqanoidləri və onların funksional ixtisaslaşdırılması barədəki 

anlayışlar genişlənmiş və dərinləşmişdir. 

Adətən, hüceyrə 2 hissədən – protoplazmadan və onu xaricdən  əhatə edən 

qılafdan ibarətdir. Selik tipli kütlədən ibarət protoplazma hüceyrənin daxilində 

yerləşib, çox mürəkkəb tərkibə malikdir. Protoplazma hüceyrənin canlı 

orqanoidlərinin və  həmin orqanoidlərin maddələr mübadiləsi zamanı topladığı 

maddələrin məcmusudur. Protoplazmanın məhsulu olan qılaf onu xaricdən örtür, 

fiziki və mexaniki təsirlərdən qoruyur, çoxhüceyrəli orqanizmlərdə onu qonşu 

hüceyrələrdən ayırır və maddələrin hüceyrəyə daxil olmasını  və xaric edilməsini 

tənzimləyir. 

Yetişmiş bitki hüceyrəsində onu xaricdən  əhatə edən qılafa nazik təbəqə 

şəklində  sıxılmış sitoplazma və hüceyrə  şirəsi ilə dolu vakuol-boşluq vardır. 

Vakuollar həll olmuş maddələrdən, müxtəlif formalı hissəciklərdən – kristallardan, 

yağ damcılarından, nişasta dənələrindən və s. ibarətdir. 

Sitoplazma hüceyrə orqanoidləri və ya orqanelləri adlanan mürəkkəb 

quruluşlu müxtəlif subhüceyrə komponentləri olan nüvə, mitoxondri, plastidlər və 

diktiosomlardan (Qolci aparatı) ibarətdir. 




 

 

6



Hüceyrə orqanoidləri fosfolipidlər və zülal molekullarından təşkil olunmuş 

membranlarla  əhatə edilmişdir. Maddələr mübadiləsi zamanı maddələrin 

hüceyrəyə daxil olmasında və  hərəkətinin tənzimlənməsində membranların rolu 

böyükdür. 

Adətən membranlar sadə (elementar) və mürəkkəb (ikili) olur. Sadə 

membranlar iki zülal təbəqəsindən ibarətdir və təbəqələr arasında lipidlər yerləşir. 

Sadə membranlar hüceyrə vakuolunu və endoplazmatik telləri  əhatə edir. 

Mürəkkəb membranlar isə arasında zərdaba oxşar maye təbəqəsi olan iki sadə 

membran təbəqəsindən  əmələ  gəlmişdir. Bu membranlar mitoxondri, hüceyrə 

nüvəsi, Qolci aparatı və başqa hüceyrə elementlərinin səthini örtür. 

Bir çox hüceyrə orqanoidləri xırda qranulalar (girdə formalı xırda cisimlər), 

bəzən isə zülal və nuklein turşularından ibarət dəstələr  əmələ  gətirən fibrillərdən 

(nazik tellər) təşkil olunmuşdur. 

Hüceyrə qılafı – meyvə və tərəvəzin toxumalarının hüceyrələrini əhatə edir. 

Qılaf protoplastın fəaliyyəti nəticəsində onun xaricində  əmələ  gəlir və 

protoplazmanın ayrılmaz bir hissəsinə çevrilir. Qılaf hüceyrəyə mexaniki 

möhkəmlik verir və protoplazmanı xarici təsirlərdən qoruyur. Əsasən sellüloza

hemisellüloza və protopektindən təşkil edilmiş hüceyrə  qılafı bir neçə  təbəqədən 

ibarətdir. Belə qılafın keçiriciliyi yaxşıdır, belə ki, o, xarici məhlulları hüceyrəyə 

yaxşı çəkir ki, buradan da molekullar və ionlar qılafdan sitoplazmanın səthinə asan 

keçə bilir. 

Adətən yetişmiş bitki hüceyrəsində birinci və ikinci qılaf ayırd edilir. Birinci 

qılaf cavan hüceyrələrin hüceyrə divarını yaradır, tərkibində çoxlu su olur, lakin 

hüceyrə böyüdükcə hüceyrə daxilində yeni qatlar əmələ  gəlir, qalınlaşır və 

sellüloza ilə  zəngin olan ikinci qılaf yaranır. Getdikcə qalınlaşan qılaf üzərində 

üçüncü qılafın qatları  əmələ  gəlir. Yaranan qatlar üzərində iki qonşu hüceyrə 

arasında maddələr mübadiləsinin gedişini təmin edən məsamələr  əmələ  gəlir. 

Qılafın üzərində  əmələ  gələn məsamələr quruluşca 2 cür olur: sadə  və haşiyəli 

məsamələr. 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə