Qaydalar v
ə Şərtlər
1.
“Bakı Telefon Rabitəsi” MMC-nin (bundan
sonra Cəmiyyət
adlandırılacaq) rəsmi veb səhifəsi üzərindən göndərdiyiniz müraciət
Müraciətçi ilə Cəmiyyət arasında olan müqavilənin imzalanması
xarakterini
daşıyır.
2.
Müraciətçi tərəfindən forma təsdiq edildikdən sonra müraciət dərhal
müvafiq Rabitə Xidmətləri Mərkəzinə yönləndirilir.
3.
Düzgün qaydada doldurulduğu halda
təqdim olunan müraciət
formasına “Bakı Telefon Rabitəsi” MMC tərəfindən ərazidən asılı olaraq 1-3
iş günü ərzində baxılır və bu barədə Müraciətçiyə SMS vasitəsilə bildiriş
t
əqdim olunur.
4.
Müraciətə texniki araşdırma əsasında cavab verilir.
Cəmiyyət hər bir
müraciətə müsbət və ya mənfi cavab vermə hüququnu özündə saxlayır.
5.
T
ələb olunan xidmətlərin göstərilməsi texniki cəhətdən mümkün
olmadıqda müraciət mənfi qiymətləndirilir və
bu barədə Müraciətçiyə SMS
vasit
əsilə bildiriş təqdim olunur.
6.
Müraciət mənfi qiymətləndirildiyi halda Müraciətçi ilə əlaqə saxlanılır və
mümkün alternativ xidmətlər təklif olunur.
7.
Müraciət müsbət qiymətləndirildiyi halda bu barədə vətəndaşa SMS
vasit
əsilə bildiriş təqdim olunur və ödəniş etməsi üçün unikal şifrə göndərilir.
Müraciətçi 3 iş günü ərzində ödənişi həyata
keçirmədikdə müraciət ləğv
olunur.
8.
Müraciətçi müraciətin icrası haqqında məlumatı Cəmiyyətin Çağrı
M
ərkəzinə (155) zəng edərək əldə edə bilər.
9.
Müraciətçi daxil edilən məlumatların, o cümlədən şəxsiyyət
v
əsiqəsi məlumatlarının düzgün olması ilə bağlı şəxsən məsuliyyət daşıyır.
10.
Müraciətçi tərəfindən təqdim olunan
aktiv mobil nömrə abonent
bazasına daxil edilir və gələcəkdə “Bakı Telefon Rabitəsi” MMC tərəfindən
yenilikl
ər, kampaniyalar, eləcə də xidmətlərimizdən istifadə zamanı yaranmış
borclar haqqında məlumatlar həmin nömrəyə göndəriləcək.
11.
“Bakı Telefon Rabitəsi” MMC müraciətdə qeyd edilən məlumatların
üçüncü şəxsə ötürülməməsi barədə öhdəliyi öz üzərinə götürür.