Microsoft Word mamedov elvin doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə5/24
tarix11.04.2018
ölçüsü0,57 Mb.
#37071
1   2   3   4   5   6   7   8   9   ...   24

maliyyə-iqtisadi  böhran  nəticəsində  bir  çox  ölkələrdə  resessiyaya  baxmayaraq, 

Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və 

ə

halinin  maddi rifah halının  yüksəlməsi  2009-cu ildə də davam  etdi və  yuxarıda  qeyd 



edildiyi  kimi,ÜDM  9,3  faiz  artdı.  Şübhəsiz  ki,  bunun  və  ümumilikdə  Azərbaycan 

iqtisadiyyatının qlobal maliyyə və iqtisadi böhrana qarşı dayanıqlığının əsas səbəbi son 

illər  Prezident  lham  Əliyevin  rəhbərliyi  altında  həyata  keçirilən  uğurlu  sosial-iqtisadi 

inkişaf və radikal islahatlar strategiyası, toplanmış maliyyə-valyuta ehtiyatları hesabına 

iqtisadiyyatda  yüksək  dayanıqlıq  potensialının  yaradılması,  dövlət  başçısı  tərəfindən 

vaxtında  irəli  sürülmüş  səmərəli  antiböhran  tədbirlərinin  reallaşdırılması,  o  cümlədən, 

sahibkarlığa dövlət dəstəyi, real sektora investisiya qoyuluşları,  manatın məzənnəsinin 

sabitliyinin qorunub saxlanılması və digər addımlarla bağlı olub. 

Son  illər  Prezident  lham  Əliyevin  rəhbərliyi  altında  həyata  keçirilən  uğurlu 

sosial-iqtisadi  inkişaf  və  radikal  islahatlar  strategiyası  sayəsində  ölkəmizin  maliyyə-

valyuta  ehtiyatları  hesabına  iqtisadiyyatda  yüksək  dayanıqlıq  potensialı  yaradılıb, 

sahibkarlığa  dövlət  dəstəyi,  real  sektora  investisiya  qoyuluşları  artıb,  manatın 

məzənnəsinin sabitliyi qorunub saxlanılıb. Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi 

artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi son 

illərdə də davam edib və ÜDM-in bütün strukturunda artım qeydə alınıb. 

Prezident  lham Əliyevin qeyd etdiyi kimi, liberal iqtisadiyyatın təmin olunması 

ölkəmizin  dünya  birliyinə  sıx  inteqrasiyasını  dərinləşdirir:  “Biz  tam  şəkildə  bazar 

iqtisadiyyatına  keçmişik.  Azərbaycan  iqtisadiyyatı  liberal  iqtisadiyyatdır,  müstəqil, 

dayanıqlı,  öz  resurslarına  güvənən,  dünya  birliyinə  sürətlə  inteqrasiya  edən 

iqtisadiyyatdır”. 

Azərbaycan  iqtisadiyyatının  son  20  illik  inkişaf  tarixi  bariz  şəkildə  göstərir  ki, 

Heydər  Əliyev  məntiqindəki  “müstəqillik  -  iqtisadiyyat”  dialektikası  öz  dərinliyi, 

yeniliyi və konkretliyi ilə həmişə aktual olmuş və ölkənin müasir inkişaf gerçəkliyinin 

obyektiv nəzəri-praktiki təməli kimi çıxış etmişdir. 




I.2.Milli iqtisadiyyatın inkişafının formalaşması mərhələləri 

Hazırkı  yüksək  inkişaf  və  tərəqqi  mərhələsinə  qədəm  qoymuş  Azərbaycan  bu 

tarixi  mərhələyə  heç  də  qısa  zaman  kəsiyində  və  asan  yolla  çatmayıb.  Respublikamız 

qazandığı sosial-iqtisadi uğurlara və bu sahədə nümayiş etdirdiyi artım templərinə yerli 

resursların  səmərəli  istifadəsi  və  sosial  ədalət  prinsiplərinə  uyğun  bərabər 

bölüşdürülməsi,  xüsusən  də,  düşünülümüş  mükəmməl  iqtisadi  strategiyanın  həyata 

keçirilməsi yolu ilə nail olub. Müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanın dinamik 

templərlə  iqtisadi  tərəqqisini  özündə  ehtiva  edən  inkişaf  strategiyasının  hazırlanaraq 

həyata keçirilməsi yalnız ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə 

hakimiyyətə qayıdışından sonra mümkün olub. 1992-ci ildə dövlət suverenliyini bərpa 

edən  Azərbaycan  Respublikasında  demokratik  dövlət  quruculuğu  və  kompleks 

institisional  islahatların  həyata  keçirilməsi,  azad  bazar  münasibətlərinə  əsaslanan  milli 

iqtisadiyyatın  formalaşdırılması,  yeni  iqtisadi  dövrün  tələblərinə  uyğun  təsərrüfat 

sisteminin  yaradılması  və  digər  köklü  dəyişikliklər  obyektiv  zərurətə  çevrilmişdi. 

Yenicə müstəqilliyini bərpa etmiş bütün keçmiş sovet respublikaları kimi Azərbaycanın 

da  qarşısında  yeni  formasiyanın  mühüm  zəruri  siyasi,  sosial,  iqtisadi,  hüquqi 

qanunauyğunluqları  dururdu.  nkişaf  etmiş  dünya  ölkələrinin  təcrübəsi  göstərir  ki,  hər 

bir  cəmiyyətin  davamlı  sosial-iqtisadi  inkişafı  və  yeniləşməsi,  dünya  birliyinə 

inteqrasiyası,  yeni  iqtisadi  münasibətlərin  formalaşması  yalnız  çoxmülkiyyətli  bazar 

iqtisadiyyatı,  azad  rəqabətin  və  liberal  qiymətlərin  üstünlük  təşkil  etdiyi  şəraitdə 

mümkündür. Məhz bu nöqteyi-nəzərdən ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqil 

Azərbaycan  dövləti  həddindən  artıq  çətin  bir  vəziyyətlə  üzləşmişdi  və  qeyd  etdiyimiz 

sferalar  üzrə  əsaslı  dəyişiklikləri  həyata  keçirmək  əzmində  olan  siyasi  rəhbərlik  lazım 

idi. 


Çox təəssüf ki, olduqca mürəkkəb siyasi və sosial-iqtisadi vəziyyətin səciyyəvi 

olduğu 90-cı illərin əvvəlində hakimiyyətə səriştəsiz qüvvələrin gəlməsi bu islahatların 

həyata  keçirilməsini  mümkün  edə  bilmədi  və  hətta  Azərbaycanın  demokratik  dövlət 

quruculuğu  istiqamətində  geriyə  doğru  addımlar  atıldı.  lk  növbədə,  hakimiyyəti  zorla 

ə

lə  keçirən  siyasi  rəhbərliyin  səriştəsizliyi  ucbatından  milli  dövlət  quruculuğu 




istiqamətində  heç  bir  iş  görülmədi,  əksinə,  respublikamızın  məhv  olmaq  təhlükəsi 

meydana çıxdı. 

Ulu  öndərin  hakimiyyətə  gəlişi  ilə  öz  həqiqi  dövlət  müstəqilliyinə  qovuşmuş 

Azərbaycanın  inkişaf  strategiyası  müəyyən  edildi.  Bu  strateji  konsepsiya  ölkəmizin 

potensial imkanları, milli mənafeləri, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bu 

qəbildən olan  digər vacib amillər nəzərə alınmaqla hazırlandı.  Ulu öndər  ilk  növbədə, 

çoxmülkiyyətli bazar iqtisadiyyatının başlıca tələblərinin təmin olunması istiqamətində 

siyasi iradə nümayiş etdirdi və iqtisadi transformasiyanın qanunauyğunluqlarını nəzərə 

alaraq əsaslı islahatlara start verdi. Heydər Əliyev həmin dövrdə müstəqil dövlətin yeni 

transformasiyaya  keçid  ilə  islahatlar  həyata  keçirilməsinin  olduqca  çətin  və  mürəkkəb 

olduğunun  bildirirdi:  “Azərbaycan  istiqlaliyyət  əldə  etdiyi  vaxtdan  bəri  öz  həyatını, 

dövlətini,  iqtisadiyyatını,  öz  milli  mənafelərini  əsas  tutaraq,  demokratiya  prinsipləri 

ə

sasında qurur. Bu da bütün iqtisadi sistemin ciddi şəkildə yenidən qurulmasını qarşıya 



bir  şərt  kimi  qoyur.  Bununla  əlaqədar  olaraq  Azərbaycan  azad  iqtisadiyyat,  bazar 

iqtisadiyyatı prinsipləri əsasında yenidənqurma strateqiyasını elan etmişdir və bu yolla 

gedir.  Təbiidir  ki,  70  il  ərzində  başqa  sosial-iqtisadi  sistem  şəraitində  yaşamış  olan 

respublika  üçün  bu  yol  son  dərəcə  çətin  və  mürəkkəbdir.  Lakin  bununla  yanaşı,  bu 

iqtisadiyyatdakı  çətinlikləri  aradan  qaldırmaq,  sosial-iqtisadi  böhrandan  çıxmaq  və 

Azərbaycanı  dünya  iqtisadi  sisteminə  qoşmaqdan  ötrü  iqtisadiyyatın  inkişafını 

beynəlxalq  standartlara  müvafiq  surətdə  təmin  etmək  üçün  yeganə  yoldur”. 

Dünya  iqtisadiyyatının  başlıca  tələblərindən  biri  iqtisadi  transformasiya  prosesinin 

təkamül  yolu  ilə  düşünülmüş  və  təmkinli  olaraq  həyata  keçirilməsindən  ibarətdir. 

Davamlı  və  sistemli  bir  proses  olan  təkamül  yolu  bir  qayda  olaraq  iqtisadi 

münasibətlərin  bütün  səviyyələrini  əhatə  edir.  Məhz  bu  mənada  təmkinli,  uzaqgörən 

siyasi  xətlə  paralellik  təşkil  edən  təkamül  yolu  Azərbaycanda  bazar  iqtisadiyyatının 

təməl prinsiplərinə çevrildi. 

Ulu  öndər  Heydər  Əliyev  milli  iqtisadiyyatın  formalaşdırılmasını  və  ədalətli 

sosial  cəmiyyətə  keçidi  məhz  ilk  növbədə,  liberal  iqtisadiyyatın  təmin  edilməsində 

görürdü.  Bu  məqsədlə,  1994-cü  ildən  planlı  iqtisadi  sistemdən  liberal  bazar 

iqtisadiyyatına  keçid  üçün  strateji  qərarlar  qəbul  edildi.  Məlum  olduğu  kimi, 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə