Microsoft Word mamedov elvin doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə6/24
tarix11.04.2018
ölçüsü0,57 Mb.
#37071
1   2   3   4   5   6   7   8   9   ...   24

iqtisadiyyatın liberallaşdırılması özündə çoxsistemli tədbirləri ehtiva edir və islahatların 

dinamikliyini  təmin  etmək  üçün  kompleks  tədbirlər  həyata  keçirilməlidir.  Bazar 

iqtisadiyyatına  uyğun  qanunvericiliyin,  büdcə,  vergi,  bank-maliyyə  sisteminin 

formalaşdırılması,  torpaq  və  aqrar  islahatların  həyata  keçirilməsi,  dövlət  əmlakının 

özəlləşdirilməsi,  sahibkarlığın  inkişafı  üçün  əlverişli  biznes  mühitinin  təmin  edilməsi 

reformaların əsas komponentləridir. 

Liberal  bazar  iqtisadiyyatının  bütün  komponentlərini  həyata  keçirməyi 

islahatların  başlıca  hədəflərinə  çevirən  Azərbaycan  hökuməti  1994-cü  ildən  başlayan 

bərpa və dinamik inkişaf dövrünün tələblərinə uyğun qətiyyətli addımlar atdı. Dövlətin 

tabeçiliyində  olan  torpaq  mülkiyyəti  kəndlilərə  verildi  ki,  bu  sahədə  respublikamız 

MDB-də  ilk  islahat  aparan  ölkə  hesab  olunur.  Digər  sahələrdə  də  özəlləşdirmənin 

həyata keçirilməsi nəticəsində iqtisadiyyatın strukturunda ciddi keyfiyyət dəyişiklikləri 

baş  verdi  və  liberal  iqtisadiyyatın  formalaşması  üçün  əlverişli  zəmin  yarandı.  Bunun 

nəticəsində  ölkədə  maliyyə  vəziyyəti  sabitləşdi,  iqtisadiyyata  cəlb  olunan 

investisiyaların  həcmi  ildən-ilə  artdı,  xalqın  həyat  səviyyəsi  yaxşılaşmağa  başladı. 

qtisadi  transformasiyanın  sürətləndirilməsi  sayəsində  planlı  iqtisadi  sistemdən  liberal 

bazar  iqtisadiyyatına  keçid  üçün  münbit  şərait  formalaşdı.  qtisadiyyatın  əsasını  təşkil 

edən  neft  sektoru  ilə  yanaşı,  digər  sahələrdə  də  genişmiqyaslı  islahatlara  başlanıldı. 

Bazar  iqtisadiyyatına  uyğun  qanunvericiliyin,  büdcə,  vergi,  bank  sistemlərinin 

formalaşdırılması,  aqrar  islahatlarının  həyata  keçirilməsi,  dövlət  əmlakının 

özəlləşdirilməsi,  sahibkarlığın  inkişafı  üçün  əlverişli  biznes  mühitinin  yaradılması 

nəticəsində bazar iqtisadiyyatına keçidin əsası qoyuldu və sahibkarlıq sinfi formalaşdı. 

Çoxmülkiyyətli  və  liberal  iqtisadiyyatı  təmin  etmək  və  kompleks  islahatlar 

aparmaq  üçün  ilk  növbədə,  maliyyə  resurslarının  olması  olduqca  vacibdir.  Həmin 

illərdə  ölkəmizin  maliyyə  resurslarını  formalaşdırmaq  üçün  zəngin  xammal 

ehtiyatlarının  istismarı  və  dünya  bazarlarına  çıxarılması  zəruri  idi.  1994-cü  ilin 

sentyabrın  20-də  dünyanın  8  ölkəsini  təmsil  edən  11  transmilli  neft  şirkəti  ilə  “Əsrin 

müqaviləsi”nin  imzalanması  və  icrasına  başlanması  ilə  Azərbaycanın  dünya  iqtisadi 

sisteminə  inteqrasiyasının  və  ölkənin  enerji  təhlükəsizliyinin  möhkəm  təməli  qoyuldu. 

“Əsrin  müqaviləsi”ni  imzalamaqla  respublikamızın  yaxın  illər  üçün  güclü  maliyyə 




resurslarının  formalaşmasına  baza  yaratdı.  Bir  neçə  ildən  sonra  əldə  ediləcək  mənfəət 

nefti  ölkəmizin  sosial-iqtisadi,  ictimai-humanitar,  elmi-mədəni  həyatında  əsaslı  dönüş 

yaradacaqdı.  Bu  tarixə  hadisə  ilə  həm  də  ölkəmizin  enerji  təhlükəsizliyinin  möhkəm 

təməli qoyuldu. Eyni zamanda, Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri 

ilə  böyük  miqyasda  saziş  imzalayan  ilk  dövlət  olmaqla,  Xəzər  dənizində  beynəlxalq 

ə

məkdaşlığın əsasını da yaratdı. 



Neft-qaz  sektorunda  həyata  keçirilən  genişmiqyaslı  işlər  iqtisadiyyatın  digər 

sahələrinin  inkişafında  lokomativ  rolunu  oynadı.  Düşünülmüş  iqtisadi  siyasət 

nəticəsində  makroiqtisadi  sabitliyə  nail  olundu  və  davamlı  iqtisadi  artımın  əsası 

qoyuldu,  iqtisadiyyatın  bütün  sahələrində  islahatlara  başlandı,  əhalinin  həyat 

səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.  qtisadi islahatların və 

liberal  bazar  münasibətlərinin  genişlənməsi  və  sürətlənməsi  ilk  növbədə  bu  sahədə 

müvafiq  qanunların,  baza  sənədlərinin  mövcudluğu,  onların  təkmilləşdirilməsi  ilə  sıx 

bağlıdır.  Buna  görə  də,  Azərbaycan  hökuməti  iqtisadi  qanunvericiliyin 

təkmilləşdirilməsi, yeni iqtisadi qanunların hazırlanması ilə bağlı bir sıra ciddi addımlar 

atdı.  1993-1997-ci  illərdə  “Sahibkarlıq  fəaliyyəti  haqqında”,  “Antiinhisar  fəaliyyəti 

haqqında”,  “Haqsız  rəqabət  haqqında”,  “ stehlakçıların  hüquqlarının  müdafiəsi 

haqqında”  və  “Maliyyə  sənaye  qrupları  haqqında”  qanunlar  qüvvəyə  mindi.  Bununla 

yanaşı, qanunvericilik bazasının genişləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı bir sıra 

işlər görüldü. 

Həmin  illərdə  xarici  investorların  ölkəyə  axınını  sürətləndirmək,  onlara  iş 

fəaliyyəti  üçün  əlverişli  şərait  yaratmaq,  xarici  ticarəti  sərbəstləşdirmək,  sahibkarlığı 

inkişaf etdirmək üçün bir sıra qanunlar qəbul edildi, milli iqtisadiyyatın dünya iqtisadi 

sisteminə  uyğunlaşdırılmasını  təmin  edən  qanunvericilik  bazası  yaradıldı.  Həmin 

dövrdə  qəbul  olunan  “Sahibkarlıq  haqqında”  Qanun  sahibkarlıq  fəaliyyətinin  əsas 

istiqamətlərini  müəyyənləşdirməklə  yanaşı,  iqtisadiyyatın  bazar  iqtisadiyyatı  yolu  ilə 

inkişafı  üçün  əlverişli  hüquqi  zəmin  demək  idi.  1995-ci  ildə  qəbul  olunan  müstəqil 

Azərbaycanın  ilk  Konstitusiyası  isə  respublikamızın  siyasi-iqtisadi,  sosial-humanitar 

bölmələri ilə bağlı bütün təfərrüatları özündə əks etdirməklə strateji əhəmiyyətinə görə, 

seçildi.  Ulu  öndər  müstəqil  ölkənin  ilk  Konstitusiyasının  iqtisadi  və  sosial  islahatlara, 




milli  inkişafa  böyük  təminat  verdiyini  bildirirdi:  “ümumxalq  səsverməsi  -  referendum 

nəticəsində  müstəqil  Azərbaycan  Respublikasının  ilk  Konstitusiyası  qəbul  olunubdur. 

Azad,  demokratik  seçkilər  əsasında  müstəqil  Azərbaycan  Respublikasının  ilk 

demokratik  parlamenti  seçilibdir.  Qəbul  olunmuş  Konstitusiya  nəinki  daxili  siyasi 

sabitliyi təmin edir, həm də götürdüyümüz strateji xəttin həyata keçirilməsi üçün bütün 

şə

rait  və  imkanların  yaradılmasını  nəzərdə  tutur,  buna  hər  cür  təminat  verir.  Təkrar 



edirəm,  demokratik  hüquqi  dövlət  qurulması,  demokratik  vətəndaş  cəmiyyəti 

yaradılması,  bazar  iqtisadiyyatına  uyğun  dəyişikliklərin,  iqtisadi  islahatların  həyata 

keçirilməsi,  xarici  investisiyalar,  azad  sahibkarlıq  üçün  şərait  yaradılması  və  onun 

mənafelərinin  qorunması,  xüsusi  mülkiyyətin  inkişafının  təmin  olunması,  habelə, 

şə

xsiyyətin,  vətəndaşların  hüquq  və  azadlıqlarının  təmin  edilməsi  -  bütün  bunlar 



Konstitusiyamızın müvafiq maddələrində kifayət qədər dolğun və konkret təcəssümünü 

tapıbdır.  Bununla  yanaşı,  Konstitusiya  sahibkarlıq  üçün,  xarici  investisiyalar  üçün, 

xüsusi mülkiyyətin inkişafı üçün tam təminat verir, xüsusi sahibkarlığın mənafelərinin 

qorunmasını təmin edir”. 

Beləliklə, iqtisadi sahədə yeni qanunların qəbul olunması, Azərbaycanın iqtisadi 

qanunlarının  Avropa  standartlarına  uyğunlaşdırılması  və  digər  qanunvericilik 

təşəbbüsləri  respublikamızın  milli  inkişafını  təmin  etməklə  bərabər,  dünya  ölkələri  ilə 

sıx  inteqrasiyasını  dərinləşdirdi,  Avropa  bazarlarına  çıxışı  üçün  əlverişli  imkanlar 

yaratdı.  Bazar  iqtisadiyyatının  tənzimlənmə  mexanizmləri  və  iqtisadi  subyektlərin 

fəaliyyətinə  dövlət  nəzarət  sisteminin  gücləndirilməsi,  yeni  iqtisadi  münasibətlərin 

fəlsəfi-hüquqi-iqtisadi  əsaslarının  möhkəmlənməsi,  yeni  iqtisadi  təfəkkürün 

formalaşması  milli  iqtisadiyyatın  inkişafını  sürətləndirdi.  1995-ci  ildən  başlayaraq 

iqtisadiyyatın artım tempi hər il əhəmiyyətli dərəcədə yüksəlməyə başladı. 1996-cı ildə 

ümumi  daxili  məhsul  istehsalının  artım  tempi  1,5  faiz,  1997-ci  ildə  həmin  rəqəm  5,8 

faiz,  1998-ci  ildə  isə  10  faiz  təşkil  etdi.  qtisadiyyatın  aparıcı  sahəsi  olan  sənayedə 

geriləmənin  qarşısı  alındı  və  bu  bölmədə  artım  müşahidə  edildi.  ümumilikdə,  1996-

2002-ci illər ərzində sənaye məhsulu istehsalı 23,6 faiz, yaxud orta hesabla ildə 3,6 faiz 

artdı. 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə