Microsoft Word mamedov elvin doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə7/24
tarix11.04.2018
ölçüsü0,57 Mb.
#37071
1   2   3   4   5   6   7   8   9   10   ...   24

Sənayenin  inkişafı  ilə  yanaşı,  kənd  təsərrüfatında  da  yüksək  inkişaf  meyilləri 

nəzərə çarpmağa başladı. Ulu öndər milli sahibkarlığın inkişafına xüsusi diqqət yetirir 

və  yerli  sahibkarların  daha  fəal  olması  sayəsində  bazar  iqtisadiyyatının  inkişafının 

sürətlənəcəyinə,  özəl  bölmənin  xüsusi  çəkisinin  artacağına  dərin  inam  bəsləyirdi: 

“Azərbaycanın hər bir sahibkarı özünü respublika iqtisadiyyatının bir hissəsi bilməli və 

ölkənin  iqtisadi  tərəqqisi  üçün  səylər  göstərməlidir.  Məhz  belə  sahibkarlar  uğurla 

fəaliyyət  göstərə  bilər,  girişdikləri  məsələlərlə  sərbəst  məşğul  ola  bilər,  öz  iqtisadi, 

intellektual potesnialından heç bir məhdudiyyət olmadan istifadə etmək imkanına malik 

olar,  eyni  zamanda,  Azərbaycanda  sahibkarlığın,  bazar  iqtisadiyyatının  inkişafına, 

böhranın  aradan  qaldırımasına  kömək  göstərə  bilərlər.  Mən  sahibkarlıq  fəaliyyəti  ilə 

məşğul olan hər bir Azərbaycan vətəndaşına məhz belə yanaşıram, onlara öz ehtiramımı 

bildirir, onların fəaliyyətinə səmimi münasibət göstərirəm”. 

qtisadiyyatın  real  inkişaf  templəri  məhz  özəl  sektorun  payının  artması,  milli 

sahibkarlığın  aparıcı  qüvvəyə  çevrilməsi  sayəsində  mümkün  oldu.  1999-cu  ilin 

dekabrında Azərbaycanın mənfəət nefti ilə doldurulmuş ilk tankerinin dünya bazarlarına 

çıxarılması  isə  respublikamızın  etibarlı  maliyyə  ehtiyatlarının  formalaşmasının  əsasını 

qoydu.  Bununla  da,  ölkəmizdə  islahatların  dinamikliyini  daha  da  artırmaq,  irimiqyaslı 

layihələr  həyata  keçirmək,  əhalinin  sosial  yaşayışını  yaxşılaşdırmaq  üçün  davamlı  və 

etibarlı maliyyə rezervləri mənbəyi formalaşdı. Azərbaycan hökuməti mənfəət neftinin 

satışından  daxil  olan  vəsaitlərin  səmərəli  idarə  edilməsini,  həmin  vəsaitlərin  prioritet 

sahələrin  inkişafına  və  sosial-iqtisadi  baxımdan  mühüm  əhəmiyyət  kəsb  edən 

layihələrin  həyata  keçirilməsinə  yönəldilməsini  başlıca  prioritetlər  hesab  etdiyini  ilk 

gündən atdığı addımlarla sübut etdi. 

qtisadiyyatda  aparılan  islahatlar  ölkənin  maliyyə  vəziyyətinin  yaxşılaşmasını, 

dövlət  büdcəsinin  gəlirlərinin  ildən-ilə  artmasını  təmin  etdi.  2002-ci  ildə  dövlət 

büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85 dəfə artaraq 

4,6 trilyon manata (köhnə manatla) çatdı. Beləliklə, tam əminliklə demək olar ki, 1993-

2003-cü  illərdə  Azərbaycan  iqtisadiyyatı  böhran  və  tənəzzül  məngənəsindən  çıxaraq, 

iqtisadi inkişaf və yüksəliş yoluna qədəm qoydu. Ulu öndər milli inkişaf modelinin əsas 

istiqaməti kimi iqtisadiyyatın sosialyönümlü olmasına mühüm əhəmiyyət verirdi. Məhz 




bu  nöqteyi-nəzərdən  inkişaf  edən  ölkənin  milli  gəlirləri  sosial  proqramların  təmin 

olunmasına yönəldilib. 

Ümumiyyətlə, iqtisadi və sosial islahatlar həyata keçirilərkən həm də idarəetmə 

prosesi  ilə  sıx  bağlı  olur.  darəetmənin  doğru,  elmi  və  hərtərəfli  həyata  keçirilməsini 

cəmiyyətin  normal  və  sabit  inkişafının  əsası  hesab  etmək  olar.  nsanların  sosial 

vəziyyətinin  inkişafı,  onların  yaşam  tərzlərindəki  kəskin  fərqlərin  aradan  qaldırılması 

isə ancaq sosial ədalət prinsipinin idarəetmədə əsas mövqe tutması ilə bərqərar ola bilər. 

Azərbaycan  hökuməti  bütün  bu  komponentləri  uğurla  reallaşdırıb  və  yüksək  nəticələr 

ə

ldə  edib.  qtisadiyyatın  proporsional  və  balanslaşdırılmış  inkişafının  təmin  olunması, 



həmçinin,  effektivliyə  doğru  irəliləyişi,  bazar  iqtisadiyyatının  intensivləşdirilməsi, 

liberal iqtisadiyyatın yeni mexanizmlərinin tətbiq olunması və digər islahatlar əhalinin 

maddi  və  mənəvi  rifahının  yüksəlməsinə,  sosial  ədalətin  bərqərar  olmasına  şərait 

yaradıb.  Bu  prinsiplər  Ulu  öndər  Heydər  Əliyevin  layiqli  davamçısı  Prezident  lham 

Ə

liyevin  həyata  keçirdiyi  siyasətin  başlıca  hədəflərini  təşkil  edib  və  dövlət  başçısının 



rəhbərliyi  ilə  sosialyönümlü,  diversifikasiya  olunmuş  milli  iqtisadiyyatın 

formalaşdırılması prosesində mühüm uğurlara imza atılıb. 

Ulu  öndərin  əsasını  qoyduğu  inkişaf  strategiyasını  zamanın  tələblərinə  cavab 

verən  yeni  çalarlarla  zənginləşdirərək  uğurla  davam  etdirən  Prezident  lham  Əliyev 

Azərbaycanın tamamilə keçid iqtisadiyyatını arxada qoymasına nail olub. Yeni inkişaf 

mərhələsi  isə  Azərbaycanın  iqtisadi  modelinin  tətbiq  olunması  fonunda  başlayıb. 

Davamlı,  dinamik  inkişaf  məntiqinə  əsaslanan  bu  modelin  strateji  istiqamətləri 

tamamilə  liberal  bazar  münasibətlərinə  əsaslanan,  sosialyönümlü  iqtisadi  sistemin  və 

milli iqtisadiyyatın formalaşdırılması, ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal 

və  elmi-texniki  potensialın  fəal  surətdə  təsərrüfat  dövriyyəsinə  cəlb  olunması,  milli 

iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyasından ibarətdir.  

 

 




I.3.Milli iqtisadiyyatın inkişafında innovasiyanın mahiyyəti və xüsusiyyətləri 

Azərbaycanın  müstəqil  dövlət  kimi  yaşaması  və  inkişaf  etməsi  üçün 

respublikanın iqtisadi potensialı əsas şərt sayılsa da (hətta Sovetlər  ttifaqının dağılması 

prosesi zamanı dövrün böyük  iqtisadçıları dəfələrlə belə fikir söyləyirdilər ki, Sovetlər 

ttifaqına mənsub olan yalnız Rusiya və Azərbaycan iqtisadi cəhətdən müstəqil yaşamaq 

imkanına  malikdir),  bu  potensialdan  səmərəli  istifadənin  çox  mühüm  əhəmiyyət  kəsb 

etdiyi,  bunun  isə  öz  növbəsində,  ancaq  çox  düşünülmüş,  cəsarətli  islahatlar  yolu  ilə  

reallaşdırılma imkanı ölkə başçısı tərəfindən dəfələrlə vurğulanmışdır. 

Mövcud iqtisadi potensialdan səmərəli istifadə etmək üçün  hər gün, hər ay, hər 

rüb  və  hər  il  yorulmadan  çalışmağı  tövsiyə  edən  Heydər  Əliyev  bunu  iqtisadiyyatın 

inkişafı,  adamların  işlə  təmin  edilməsi  və  nəticədə  maliyyə  vəziyyətimizin 

yaxşılaşdırılması,  vətəndaşlarımızın  həyat  səviyyəsinin  yüksəldilməsi  və  bütövlükdə, 

iqtisadi böhrandan çıxış üçün əsas kimi  qiymətləndirirdi. 

slahatlar aparılarkən xarici  ölkələrin təcrübəsindən yaradıcılıqla bəhrələnməyi 

daim tövsiyə etməklə yanaşı, həmin işdə kor-koranə ehkamçılığa və tələskənliyə qarşı 

çıxan  Heydər  Əliyev  dəfələrlə  qeyd  etmişdir  ki,  “bu  iş  Azərbaycan  Respublikasının 

iqtisadiyyatına,  ənənələrinə  uyğun  olaraq  təşkil  edilməlidir”  və  “yerli  şərait,  milli 

xüsusiyyətlər, milli ənənələr nəzərə alınmaqla” həyata keçirilməlidir. 

Keçid  dövrünün  Azərbaycan  üçün  xarakterik   xüsusiyyətləri   nəzərə  alınmaqla 

iqtisadi islahatların aparılması onun  müvəffəqiyyətini təmin etmişdir və burada Heydər 

Ə

liyev   dühasının  əvəzolunmaz  rolu  vardır.  Belə  ki,  ilk  növbədə,  onun  fövqəladə 



zəhməti   sayəsində  bağlanan  neft  sazişləri  iqtisadiyyatın  bütün   sahələrinin 

dirçəlməsində əhəmiyyətli  rol oynadı. 

Respublikamızda  iqtisadi  islahatlar  ardıcıl  surətdə   həyata  keçirilməklə  öz 

müsbət  nəticələrini  verdi.  slahatların  hüquqi  bazasını  təşkil  edən  “Müəssisələr 

haqqında”,  “Səhmdar  cəmiyyəti  haqqında”,  “Torpaq  islahatı  haqqında”,  “Sovxoz  və 

kolxozların islahatı haqqında”, “Banklar və bank fəaliyyəti haqqında”, “Müflisləşmə və 

iflas  haqqında”  və  bir  sıra  digər  qanunlar  qəbul  edilmiş,  vergi  qanunvericiliyinin 

beynəlxalq  təcrübəyə  uyğunlaşdırılması  istiqamətində  mühüm  dəyişikliklər  edilmiş, 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə