Microsoft Word mamedov elvin doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə4/24
tarix11.04.2018
ölçüsü0,57 Mb.
#37071
1   2   3   4   5   6   7   8   9   ...   24

heç bir ölkə digərinə öz iradəsini zorla qəbul etdirə bilməz. Hər bir ölkə beynəlxalq əmək 

bölgüsünün  üstünlüklərindən  maksimum  dərəcədə  öz  milli  iqtisadiyyatının  inkişaf  üçün 

istifadə etməyə çalışır. 

Uzun müddət böyük bir qrup ölkələrin iqtisadiyyatı “müstəmləkə xarakterli milli 

iqtisadiyyat”  kimi  səciyyələnmişdir.  XIX  əsrin  sonu,  XX  əsrin  əvvəlləri  üçün  dünya 

ə

razisi  qabaqcıl  kapitalist  ölkələri  tərəfindən  bölüşdürülüb  qurtarmışdır.  Dünya  iki 



hissəyə: metropoliya və müstəmləkə ölkələrinə parçalanmışdır. 

Metropoliyalarda  sivilizasiyalı  müstəqil  milli iqtisadiyyat  formalaşdırıldığı  halda 

müstəmləkə  ölkələrinin  iqtisadiyyatı  siyasi  və  iqtisadi  cəhətdən  tam  asılı  vəziyyətə 

düşmüşdür. 

“Müstəmləkə xarakterli milli iqtisadiyyat” aşağıdakı cəhətləri ilə səciyyələnir: 

1.  Ölkə  iqtisadi  və  siyasi  cəhətdən  asılıdır.  Bir  ölkənin  ərazisi  digər  ölkə 

tərəfindən  işğal  edilib.  Ölkədə  hakimiyyət  dairələri  xarici  ölkənin  (Metropoliyanın) 

iradəsini ifadə etdiyindən ölkə müstəmləkəçi ölkənin qanunları ilə idarə edilir. 

2.  Ölkə  iqtisadi  cəhətdən  asılı  olduğundan  iqtisadiyyat  birtərəfli  inkişaf  etdirilir. 

Müstəmləkə  ölkələrinin  iqtisadiyyatı  xammal  bazası  olmaq  etibarı  ilə  müstəmləkəçi 

ölkələrin  iqtisadiyyatının  əlavəsinə  çevrilir.  Ölkə  iqtisadiyyatı  çox  bəsit  quruluşa  malik 

olur. Sənaye nisbətən zəif inkişaf edir. 

3.  Müstəmləkə  ölkələrinin  təbii  sərvətləri  müstəmləkəçilər  tərəfindən 

insafsızcasına  qarət  edilir.  Əhalinin  güzaranı  acınacaqlı  dərəcədə  pis  olur.  Dünya 

miqyasında aclıq və yoxsulluğun çox hissəsi bu ölkələrin payına düşürdü. 

4.  Bu  ölkələrin  iqtisadiyyat  xarici  kapitalın  maraqlarına  uyğun  gəldiyi  dərəcədə 

inkişaf  etdirilirdi.  Ölkədə  milli  burjuaziyanın  maraqları  xarici  kapitalın  maraqları  ilə 

ziddiyyət  təşkil  etdiyindən  iqtisadiyyatın  tam  gücü  ilə  işləməsinə  nail  olmaq  mümkün 

deyildir. 

5.  Xarici  kapitalın  maraqları  resurslardan  intensiv  istifadəni  şərtləndirdiyindən 

iqtisadiyyatın müəyyən sahələrində nisbətən mütərəqqi texnologiya tətbiq edilirdi. Həmin 

ölkələrin  müstəqillik  əldə  etdiyi  dövrdə  mövcud  mütərəqqi  texnologiya  iqtisadiyyatın 

yenidən qurulmasında əsas rol oynamışdır. 



XX  əsrin  əvvəllərindən  dünya  müstəmləkə  sistemi  dağılmağa  başladı.  Milli 

mübarizə nəticəsində əksər ölkələr siyasi müstəqillik əldə etdilər. XX əsrin 60-cı illərində 

müstəmləkə  sisteminin  demək  olar  ki,  dağılması  başa  çatmış  və  yeni  milli  dövlətlər 

yaranmışdır.  Bu  qrup  ölkələr  siyasi  müstəqillik  əldə  etsələr  də,  uzun  müddət  iqtisadi 

cəhətdən  inkişaf  etmiş  ölkələrdən  asılı  qaldıqlarına  görə  müəyyən  müddət  sivi izasiyalı 

müstəqil  milli  iqtisadiyyat  qura  bilmirlər.  nkişaf  etmiş  ölkələr  çalışırlar  ki, 

müstəmləkəçilikdən  azad  olmuş  ölkələr  onların  iqtisadi  və  siyasi  nüfuz  dairəsindən 

kənarda  qalmasın.  Müstəmləkəçilikdən  yeni  azad  olmuş  milli  respublikalarda  da 

iqtisadiyyat  inkişaf  etmiş  ölkələrin  iqtisadi  təsiri  altında  formalaşan  “yarımmüstəmləkə 

xarakterli  miSivilizasiyalı  müstəqil  milli  iqtisadiyyatın  formalaşdırılması  bir  sıra  siyasi, 

iqtisadi, sosial şərtlərin mövcudluğu şəraitində mümkündür. Təbii ki, göstərilən şərtlər da 

bütövlükdə  dünya  birliyi  ölkələrinin,  о  cümlədən  də  sivilizasiyalı  müstəqil  milli 

iqtisadiyyat quran ölkələrin mövcud iqtisadi inkişaf səviyyəsindən çox asılıdır. 

1.  Hər  şeydən  əvvəl  ölkə  siyasi  cəhətdən  müstəqil  olmalıdır.  Siyasi  cəhətdən 

müstəqil  olmayan  dövlət  müstəqil  milli  iqtisadiyyatın  qurulması  üçün  zəruri  olan  bütün 

komponentləri  hərəkətə  gətirmək  imkanından  məhrum  olduqları  üçün  sözün  əsl 

mənasında  müstəqil  milli  iqtisadiyyat  yarada  bilməzlər.  Siyasi  müstəqillik  sivilizasiyalı 

müstəqil  milli  iqtisadiyyatın  formalaşdırılmasının  yeganə  şərti  olmasa  da  əsas  şərtidir. 

Dünya  ölkələrinin  tarixi  təcrübəsi  göstərir  ki,  sivilizasiyalı  müstəqil  milli  iqtisadiyyat 

tarixən siyasi cəhətdən müstəqil olan dövlətlərdə ( ngiltərə, Fransa, Almaniya və s.) ya da 

siyasi müstəqillik əldə edildikdən sonra (məsələn, ABŞ) formalaşdırılmışdır. 

2.  Sivilizasiyalı  müstəqil  milli  iqtisadiyyatın  qurulmasının  mühüm  şərtlərindən 

biri  də  ölkə  daxilində  əmək  bölgüsünün  kifayət  dərəcədə  əhatəli  olmasıdır.  Əmək 

bölgüsünün  kifayət  dərəcədə  inkişafı  iqtisadiyyatın  səmərəli  quruluşunun  da  mühüm 

şə

rtidir.  qtisadiyyatın  səmərəli  quruluşunun  formalaşdığı  şəraitdə  ölkə  miqyasında 



resurslardan istifadənin keyfiyyəti də yüksək olur. 

3. Sivilizasiyalı müstəqil milli iqtisadiyyatın formalaşdırılmasında bazar mühitinin 

mövcudluğu  heç  də  az  əhəmiyyətli  rol  oynamır.  Cəmiyyət  bazar  münasibətlərinin 

üstünlüklərindən  istifadə  edərək  bütövlükdə  iqtisadi  artıma  nail  olur.  Ölkə  dünya 

təsərrüfat sisteminin bərabərhüquqlu bir üzvünə çevrilir.  qtisadi inkişafın nəticələri daha 



çox ümumxalq maraqlarının ödənilməsinə şərait yaradır.  qtisadi inkişafın milli maraqlara 

uyğunluğu təmin olunur. 

4.Siyasi müstəqillik şəraitində dövlətin daxili və xaricdən cəlb olunması mümkün 

olan  resursların  milli  iqtisadiyyatın  formalaşdırılması  tələblərinə  uyğunlaşdıra  bilməsi 

bacarıq və qabiliyyati də sivilizasiyalı müstəqil milli iqtisadiyyatın formalaşdırılmasında 

diqqət mərkəzində saxlanılmalı problemlərdəndirlli iqtisadiyyat” kimi səciyyələnir. 

qtisadiyyatı  güclü  olan  dövlət  hər  şeyə  qadirdir.  Müasir  dünya  siyasi-iqtisadi 

anlayışında da artıq dövlətlərə keçmiş qüdrəti, şöhrəti, tarixi varisliyi ilə yox, onun bu 

günə  mövcud  olduğu  faktiki  iqtisadi  durumu  və  inkişaf  perspektivləri  ilə  yanaşırlar. 

Belə dövlətlərə beynəlxalq təşkilatların, beynəlxalq iqtisadi-maliyyə korporasiyalarının 

münasibəti - etimadı da başqa cür olur. 

Azərbaycanın  milli  iqtisadi  inkişafı  vahid  iqtisadi  siyasət  strategiyasının 

fundamental  prinsiplərinə  əsaslanır.  Yeni  iqtisadi  təfəkkürün  formalaşmasında  və  yeni 

milli  iqtisadiyyatın  inkişafında  Azərbaycan  iqtisadi  modeli  mükəmməlliyi  ilə  seçilir. 

ölkəmizin inkişaf modeli iqtisadi mahiyyətinə görə, həm də sosialllığı ilə seçilir. Yəni 

bu  modelin  alt  qatı  birbaşa  sosialyönümlü  liberal  iqtisadiyyata  bağlıdır.  Bu  siyasət 

ictimai 

münasibətlərin 

sosial 

ə

dalət 



ruhunda 

dəyişdirilməsinə, 

gəlirlərin 

bərabərləşdirilməsinə,  insanlar  arasında  maddi  bölgülərin  istehlakında  bərabərsizliyin 

aradan  qaldırılmasına  və  son  nəticədə  sosial  rifahın  yüksəldilməsinə  hesablanıb.  Bu, 

eyni  zamanda,  dövlətin  iqtisadi  gücünün  artımı  əsasında  yeni  demokratik  cəmiyyətin 

qurulmasına kömək edir. 

Yeni  inkişaf  dövrünün  iqtisadi  tələbləri  hazırda  ölkəmizin  qarşısında  tamamilə 

yeni iqtisadi meyarlar qoyur. XXI əsrin ikinci onilliyində meydana çıxan siyasi-sosial, 

iqtisadi  islahatların  dinamikası  və  yeni  dövrün  qlobal  çağırışları  tamamilə  müasir 

iqtisadi  modelə  ehtiyac  yaradır.  Dövlət  bunun  üçün  mühüm  qanun  və  məcəllələrə, 

hüquqi  aktlara  dəyişiklik  etməyi  də  islahatların  əsas  komponentləri  hesab  edir.  Hətta 

güclü  dövlət,  iqtisadiyyatın  inkişafı və  yüsək rifah naminə  konstitusion  dəyişikliklərin 

edilməsi də labüddür.  

qtisadi inkişaf sahəsində Azərbaycan modelinin kifayət qədər uğurlu olduğunu 

son  illərin  qlobal  maliyyə-iqtisadi  böhranı  da  bir  daha  təsdiq  etdi.  Belə  ki,  qlobal 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə