Microsoft Word mamedov elvin doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə3/24
tarix11.04.2018
ölçüsü0,57 Mb.
#37071
1   2   3   4   5   6   7   8   9   ...   24

uzlaşdırılması yolu ilə ümummilli, ümumxalq, ümumdövlət mənafelərinin reallaşmasına 

şə

rait yaradır və bu amillərin inkişafına xidmət edir. 



Milli  iqtisadiyyatın  ümummilli  mənafelərin  reallaşmasına  daha  əlverişli  şərait 

yaratmaq  imkanına  malik  olması  alman  iqtisadçısı  F.  Listin  də  iqtisadi  tədqiqatlarında 

diqqət mərkəzində olmuşdur. F.List öz tədqiqatlarının nəticəsi olaraq bu qənaətə gəlir ki, 

müstəqil  milli  iqtisadiyyatı  formalaşdıran  amillərin  çevik  qarşılıqlı  asılılıqda  əlaqəsini 

təmin  etməklə  bütövlükdə  ölkə  iqtisadiyyatının  kifayət  dərəcədə  sürətli  inkişafına  nail 

olmaq  mümkündür.  Sonralar  F.Listin  milli  iqtisadiyyat  konsepsiyası  Almaniya 

iqtisadiyyatının  inkişafının  proqram  sənədlərindən  birinə  çevrilmişdi.  Almaniya 

gerçəkliyində”milli  iqtisadi  inkişaf»  konsepsiyasının  diqqət  mərkəzində  saxlanılmasının 

nəticəsi  olaraq  XX  əsrin  əvvəllərindən  başlayaraq  Almaniya  dünyanın  ən  qabaqcıl 

ölkələrindən  birinə  çevrilmişdir.  qtisadi  inkişaf  səviyyəsinə  görə  alman  iqtisadiyyatına 

uyğun  gələn  bir  sıra  qərb  ölkələri  öz  milli  inkişaf  konsepsiyalarının  işlənib 

hazırlanmasında F.Listin nəzəriyyəsindən ölkələrinin gerçəkliyinə uyğun gələn səviyyədə 

istifadə etməyə başladılar.  Məsələn,  Avstriya və   sveçdə sosial yönümlü iqtisadiyyatın 

formalaşmasının əsasını məhz alman modeli təşkil etmişdi. 

Azərbaycan Respublikasının siyasi suverenlik əldə etməsi ölkə iqtisadçılarının da 

diqqətini milli iqtisadiyyatın formalaşması problemlərinin öyrənilməsinə yönəltmişdir. 

Respublikanın tanınmış iqtisadçı alimlərindən Azərbaycan Respublikası MEA-nın 

akademiki  Z.A.Səmədzadə,  AMEA  müxbir  üzvləri  Ş.M.Muradov,  professorlardan 

Ş

.H.Hacryev, 



.A.Kərimli,  Ə.P.Babayev,  M.X.Meybullayev,  A.Ş.Şəkərəliyev  və 

başqalarının  əsərlərində  milli  iqtisadiyyatın  formalaşmasının  bu  və  ya  digər  mühüm 

problemləri  tədqiqat  obyekti  olmuşdur.  1998-ci  ildə  Azərbaycan  Asiya  Universiteti 

tərəfindən  nəşr  edilmiş  “Azərbaycan  iqtisadiyyatı”  monoqrafik  əsərinin  müəllifləri 

respublikamızda  “milli  iqtisadi  inkişaf”  problemlərinin  araşdırılması  baxımından 

təqdirəlayiq bir iş görmüşlər. 

Milli iqtisadiyyat probleminin ilkin tədqiqatçılarına əsaslanan müasirlərimiz milli 

iqtisadiyyatın  üç  formasını  fərqləndirirlər.  “Sivilizasiyalı  müstəqil  milli  iqtisadiyyat”, 

“müstəmləkə  xarakterli  milli  iqtisadiyyat”,  “yarımmüstəmləkə  xarakterli  milli 

iqtisadiyyat”. Milli iqtisadiyyatın tədqiqatçılarının hansı mövqedən yanaşmalarından asılı 




olmayaraq göstərilən meyarları nəzərə almadan milli iqtisadiyyatın tam elmi məzmununu 

açmaq  mümkün  deyil.  Bütün  bu  meyarları  nəzərə  alaraq  T.S.Vəliyev  yazırdı:  “Tarixi 

təcrübə  birmənalı  təsdiq  edir  ki,  “sağlam  (sivilizasiyalı,  normal)  milli  iqtisadiyyat” 

kateqoriyası  ilə  о  ölkələr  xarakterizə  olunurlar  ki,  onlarda  real  siyasi,  hüquqi,  milli  və 

ümumiyyətlə, dövlət müstəqilliyi hakim mövqe tulmuş və tutur».  

Prof.  Ş.H.Hacıyev  hələ  2000-ci  ildə  yazdığı  “Azərbaycan  dünya  birliyinə  doğru 

yolda: xarici iqtisadi inkişaf strategiyası» monoqrafiyasında Azərbaycanın iqtisadi inkişaf 

xüsusiyyətərinin  konturlarını  müşahidə  etmiş  və  sonralar  bir  sıra  əsər  və  məqalələrində  

Milli    iqtisadiyyatın      formalaşdırılmasının    spesifikliyini  (yüksək  iqtisadi  artım  tempi) 

iqtisadi inkişafın H.Əliyev”Uğur» modeli kimi elmi cəhətdən əsaslandırmışdı. 

Bu model digər iqtisadi inkişaf modellərindən aşağıdakılarla fərqləndirilir. 

1.”Uğur»  modelinin  paradiqmasını  faydalılıq,  səmərəlilik  təşkil  edir.  Yüksək 

artım tempi səciyyəvidir. 

2. Universal iqtisadi inkişaf qanunlarının milli xüsusiyyətləri nəzərə alınır. 

3. Spesifik iqtisadi qanunlardan çevik islifadə olunur. 

4.  Milli  iqtisadi  sistemlərin  özünəməxsusluğu  nəzərə  alınır.  Bəzi  ölkələr  ilə 

eyniləşdirmələr aparılır. Tam fərqlilik diqqət mərkəzində saxlanılır. 

Milli  iqlisadiyyat  tarixi  bir  kateqoriya  olduğundan  şübhəsiz  ki,  bu  və  ya  digər 

ölkənin məhsuldar qüvvələrinin müxtəlif inkişaf səviyyəsinə uyğun gəlir. Müxtəlif tarixi 

dövrlərdə  isə  milli  iqtisadiyyatın  formalaşdırılması  kifayət  dərəcədə  fərqli  formada  baş 

verir.  SSR -nin  dağılması  ilə  Rusiya  kimi  inkişaf  etmiş  nəhəng  bir  ölkədə  dərhal  milli 

iqtisadiyyat quruculuğuna başlanılmışdır. 

Ona görə də müasir dövrdə milli iqtisadiyyatın elmi cəhətdən araşdırılması Rusiya 

iqtisadi  ədəbiyyatında  da  özünə  geniş  yer  tapmışdır.  Belə  ki,  M.K.  Bunkina  milli 

iqtisadiyyatı ən sadə şəkildə məhdud ərazidə iqtisadi həyatın spesifik milli formada təşkili 

kimi  müəyyənləşdirsə  də,  onu  kifayət  dərəcədə  mürəkkəb  orqanizmi  kimi  araşdırmır. 

Ə

sasən  milli  iqtisadiyyatın  üç  amili  bir-birindən  fərqləndirilir.  lkin  kimi  milli 



iqtisadiyyatın  iqtisadi  əsası  mülkiyyət  münasibətləri  götürülür,  ölkənin  təsərrüfat 

sisteminin fəaliyyət göstərdiyi və inkişaf etdiyi iqtisadi şərait milli iqtisadiyyatın iqtisadi 




zəmini kimi çıxış edir. Ölkənin təsərrüfat sisteminin fəaliyyət göstərdiyi milli iqtisadiyyat 

siyasi sistem, hakimiyyətin formasını müəyyənləşdirir. 

qtisadi  islahatların  son  nəticədə  nəyə  xidmət  etməsi  məsələsi  barədə  Heydər 

Ə

liyevin çoxsaylı dərin fikirlərini ümumiləşdirərkən  belə bir qənaətə  gəlmək olar ki,  



islahatların  nəticələri   özünü  daha  çox   respublikanın  mövcud   iri  istehsal 

müəssisələrində   zəruri   struktur-profil  dəyişiklikləri  aparılmasında,  daxili  bazarın  ən 

zəruri məhsullarla  doldurulmasında  və ixracat  potensialının  artırılmasına xidmət edən 

yeni  istehsalatların  yaradılmasında,  müəssisələrin   modernləşdirilməsində  və  yenidən  

qurulmasında  büruzə verməlidir. 

Heydər  Əliyevin  iqtisadi   baxışlarında   struktur  siyasətinin  aşağıdakı  

istiqamətlərdə həyata keçirilməsi nəzərdə tutulurdu: 

- maddi və maliyyə ehtiyatlarının yığılması və yenidən bölgüsü ilə “inzibati” və 

“bazar” üsulları arasında dəqiq hədlərin, şərtlərin qoyulması; 

-  ölkənin  strateji  mənafelərini  nəzərə  almaqla  ixrac-idxal  əməliyyatlarının 

tənzimlənməsi; 

-  xarici  investisiyaların  struktur  islahatlarında  səmərəli   fəaliyyətinin  təmin 

olunması. 

Bununla  yanaşı,  bir  qrup  iqtisadçıların  fikrincə  milli  iqtisadiyatın  təşkilatı  əsası 

dövlət  tərəfindən  idarə  olunan  mürəkkəb  obyekt  kimi  fəaiyyət  göstərən  və  inkişaf  edən 

milli təsərrüfat sistemidir.  

Çox  ehtimal  ki,  keçmiş  sovet  məkanındakı  milli  iqtisadiyyat  tədqiqatçıları  təbii-

tarixi  inkişaf  yolundan  sapdırılmış  ölkələrin  xüsüsiyyətlərini  nəzərə  almaqla  elmi 

araşdırmalar  aparmışlar.  Kapitalizmin  qanunauyğun  nəticəsi  kimi  meydana  gələn  milli 

iqtisadiyyat  inkişaf  etmiş  ölkələrdə  daha  fərqli  xüsusiyyətlərə  malik  olurlar.  Sağlam 

sivilizasiyalı  milli  iqtisadiyyat  kifayət  dərəcədə  inkişaf  etmiş  müstəqil  dövlətlər  üçün 

səciyyəvidir.  Bu  qrup  ölkələr  (Almaniya,  Fransa,  ngiltərə,  ABŞ,  Yaponiya  və  onlarla 

başqaları) kifayət qədər uzun müddət müstəqil olsalar da, sözsüz ki, müasir sivilizasiyalı 

müstəqil  milli  iqtisadiyyatı  birdən-birə  qurmamışlar.  Sivilizasiyalı  müstəqil  milli 

iqtisadiyyat  qurmuş  ölkələr  arasındakı  iqtisadi  münasibətlər  bərabərhüquqluluq  və 

qarşılıqlı fayda prinsipi əsasında həyata keçirilir. Bu proses qlobal xarakterli olduğundan 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə