Microsoft Word mamedov elvin doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə19/24
tarix11.04.2018
ölçüsü0,57 Mb.
#37071
1   ...   16   17   18   19   20   21   22   23   24

yerli  vaxtla  saat  18:36-da  (Bakı  vaxtı  ilə  8  fevral  2013-cü  il  saat  01:36)  orbitə 

buraxılmışdır. 

ABŞ-ın “Orbital Sciences” korporasiyası tərəfindən istehsal olunan və Fransanın 

“Arianespace”  şirkəti  tərəfindən  öz  yüksək  etibarlılığı  ilə  seçilən  “Ariane-5″ 

raketdaşıyıcısı  ilə  orbitə  buraxılan  “Azerspace-1”  peyki  raket  kosmodromdan 

qalxdıqdan təqribən 35 dəqiqə sonra raketin gövdəsindən ayrılmışdır. 

“Azerspace-1”  peyki  “Orbital  Sciences”  korporasiyası  tərəfindən  işlənib 

hazırlanan  və  hazırda  22  fəal  peykin  üzərində  uğurla  fəaliyyət  göstərdiyi  “STAR-2” 

peyk platforması əsasında yığılmışdır. 

Faydalı yük üzrə 36 aktiv transponderlə təchiz olunan və təqribən 3,2 ton çəkisi 

olan  “Azerspace-1”  peyki  46  dərəcə  Şərq  uzunluq  dairəsində,  geostasionar  orbitdə 

yerləşəcək və Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu 

ə

hatə edəcəkdir. Orbitdə istismar müddəti ən az 15 il təşkil edəcək “Azerspace-1” peyki 



teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ 

və  hökumət  müştərilərinin  tələblərinə  cavab  verən  keyfiyyətli  və  dayanıqlı  rabitə 

platformaların təmin edilməsi üçün nəzərdə tutulub. 

Milli  kosmik  sənayenin  inkişafı  məqsədilə  qarşıdakı  illərdə  ölkənin  daha  bir 

neçə  süni  peykinin  hazırlanaraq  orbitə  buraxılması  nəzərdə  tutulmuşdur  ki,  bu 

istiqamətdə  də  “Azərkosmos”  ASC  tərəfindən  əməli  fəaliyyət  həyata  keçirilməkdədir. 

Belə  ki,  cəmiyyət  tərəfindən  ölkədə  kosmik  müşahidə  geoinformasiya  xidmətləri 

sahəsinin  yaradılması  və  inkişafı  məqsədilə  ilk  aşağıorbitli  Yerin  kosmosdan 

müşahidəsi  peykinin  ərsəyə  gətirilməsi  məqsədilə  dünyanın  bu  sahədə  ixtisaslaşmış 

ş

irkətləri  ilə  intensiv  danışıqlar  aparılır.  Bundan  əlavə,  Azərbaycanın  ikinci 



telekommunikasiya peyki olan “Azerspace-2” layihəsi üzərində də iş gedir. Proqnozlara 

ə

sasən,  hər  iki  peykin  müvafiq  olaraq  2016  və  2017-ci  illərdə  orbitə  buraxılacağı 



gözlənilir.  Azərbaycanın  “Azerspace-1”  kosmik  peykini  orbitə  çıxarmaqla  peyk 

operatoru  kimi  uğurunu  təsbit  etmiş  “Azərkosmos”  ASC  aşağıorbitli  peykin  orbitə 

buraxılması ilə kosmik müşahidə xidmətləri bazarına daxil olmağı planlaşdırır. 

Məqsəd  müasir  çağırışlar  və  yeni  təşəbbüsləri  nəzərə  almaqla  sənayenin 

modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi, mövcud təbii və iqtisadi 



resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələrinin, sənaye və 

texnologiyalar 

parklarının 

yaradılması, 

regionlarda 

sənaye 


potensialının 

gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanları, o 

cümlədən vergi stimullaşdırması sistemini formalaşdırmaqdan ibarətdir. 

Bu  siyasətə  uyğun  olaraq,  görülmüş  işlərin  nəticəsidir  ki,  son  illər  ÜDM-nin 

artımı  qeyri-neft  sektoru  hesabına  təmin  edilir,  rəqabətədavamlı  məhsul  istehsalı  artır. 

Belə  ki,  2012-ci  ildə  qeyri-neft  ÜDM-i  9,7  faiz,  2013-cü  ilin  I  rübündə  isə  11,4  faiz 

artmışdır.  Ölkəmizdə  qeyri-neft  sektorunun  əsas  sahələrindən  olan  qeyri-neft 

sənayesinin inkişafına xüsusi diqqət yetirilir. Bu sahənin inkişafının intensivləşdirilməsi 

məqsədilə  sənaye  müəssisələrinin  müasir  texnologiyalar  əsasında  yenidən  qurulması, 

onların  modernləşdirilməsi,  yerli  resurs  və  xammalla  işləyən,  ixrac  qabiliyyətli 

məhsullar  istehsal  edən  müasir  sənaye  komplekslərinin  yaradılması,  rəqabətədavamlı 

sənaye  istehsalının  genişləndirilməsi  istiqamətində  kompleks  tədbirlər  həyata  keçirilir. 

Bu prosesdə dövlət sektoru ilə yanaşı, özəl sektor da fəal iştirak edir. 

Qeyd edək ki, Bakı, Sumqayıt və Gəncə şəhərlərində texnoparkların yaradılması 

prosesinə artıq başlanılmışdır, həmçinin Mingəçevirdə də müasir sənaye kompleksinin 

yaradılması istiqamətində işlər görülür. 

Sənaye  parklarının  yaradılması,  ölkə  iqtisadiyyatının,  xüsusilə  qeyri-neft 

sektorunun  inkişafına,  iqtisadiyyatın  modernləşməsinə,  innovativ  və  elmtutumlu 

iqtisadiyyatın  formalaşmasına,  yüksək  texnologiyalar  əsasında  rəqabətqabiliyyətli 

sənaye istehsalının genişləndirilməsinə, investisiya mühitinin cəlbediciliyinin artmasına, 

sahibkarlığın  dəstəklənməsinə,  ölkənin  ixrac  qabiliyyətinin  genişlənməsinə,  eləcə  də 

məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli təsir göstərəcəkdir. 

Sənaye  və  texnologiyalar  parklarının  yaradılması  sahə-  sində  xarici  ölkələrin 

təcrübəsi  göstərir  ki,  dünya  iqtisadiyyatında  qloballaşma  proseslərinin  sürətləndiyi  və 

bazara  çıxışla  bağlı  rəqabətin  gücləndiyi  bir  şəraitdə  bu  sahədə  fəaliyyət  göstərən 

sahibkarlıq  subyektlərinə  dövlət  dəstəyinin  verilməsi  ölkə  iqtisadiyyatının  dayanıqlı 

inkişafını təmin edən müsbət amillərdən biridir. 

Dövlətin  innovasiya  siyasəti  innovasiya  fəaliyyətinin  inkişafına  və 

stimullaşdırılmasına  yönəldilmiş  sosial-iqtisadi  siyasətin  tərkib  hissəsi  olub,  elmi 



tədqiqatlardan,  işləmələrdən,  təcrübi  konstruktor  işlərindən,  və  ya  digər  elmi-texniki 

nailiyyətlərdən  istifadə  etməklə  iqtisadi  dövriyyədə  reallaşdırılan  yeni  və  ya 

təkmilləşdirilmiş  məhsulların,  habelə  texnoloji  prosesin  yaradılması  deməkdir.  Bu 

siyasət yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi, dayanıqlı iqtisadi artımın 

təmin olunması, əhalinin həyat səviyyəsi və keyfiyyətinin, ölkənin müdafiə texnoloji və 

ekoloji  təhlükəsizliyinin  təmin  edilməsi  üçün  innovasiya  fəaliyyəti  prioritetliyi 

razılaşdırılmaqla formalaşdırılır və həyata keçirilir. 

Dövlətin innovasiya siyasətinin əsas məqsədləri aşağıdakılardan ibarətdir: 

  yerli  məhsulların  rəqabətqabiliyyətliliyinin  artımını  təmin  edən  innovasiya 

fəaliyyəti üçün iqtisadi, hüquqi və təşkilati şəraitin yaradılması, elmi-texniki nəticələrin 

effektiv ifadəsi, sosial-iqtisadi məsələlərinin həlli; 

  elmi-texniki  potensialın  inkişafı  səmərəli  yerləşdirilməsi  və  effektiv 

istifadəsi onun strukturunun formalaşdırılması; 

  elm  və  texnikanın  ölkə  iqtisadiyyatının  inkişafına,  ən  mühüm  sosial 

vəzifələrin  reallaşdırılmasına,  maddi  istehsal  sferasında  mütərəqqi  struktur 

dəyişikliklərinin  təmin  olunmasına  təsirinin  artırılması,  onun  effektivliyinin  və 

rəqabətqabiliyyətinin yüksəldilməsi; 

  ölkənin  müdafiə  qabiliyyətinin  və  şəxsiyyət,  cəmiyyət  və  dövlət 

təhlükəsizliyinin möhkəmləndirilməsi. 

Qarşıya  qoyulan  məqsədə  nail  olmaq  üçün  dövlət  innovasiya  siyasətinin 

aşağıdakı vəzifələrini həll etməlidir: 

 dövlət  innovasiya  siyasəti  prioritetlərinin  müəyyən  edilməsi  və 

reallaşdırılması; 

 iqtisadiyyatda mütərəqqi struktur dəyişikliklərinin təmin edilməsi; 

 innovasiya fəaliyyəti infrastrukturunun yaradılması və inkişafı; 

 beynəlxalq  bazarda  yerli  innovasiya  məhsullarının  qorunması  və  xarici 

iqtisadi innovasiya fəaliyyətinin inkişafı üzrə tədbirlərin həyata keçirilməsi; 

 innovasiya  fəaliyyətinin  inkişafında  elm,  təhsil,  istehsal  və  maliyyə-kredit 

sferalarının qarşılıqlı təsirinin təmin edilməsi; 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə