Microsoft Word mamedov elvin doc


III.2.Milli iqtisadiyyatın innovasiya m



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə22/24
tarix11.04.2018
ölçüsü0,57 Mb.
#37071
1   ...   16   17   18   19   20   21   22   23   24

III.2.Milli iqtisadiyyatın innovasiya məhsulları istehsalının inkişaf perspektivləri 

Dünyanın tanınmış görkəmli iqtisadçı alimləri üçüncü minilliyə qədəm qoyarkən 

cəmiyyətin  inkişafında  ən  böyük  amil  kimi  kosmosun  tətbiqi,  informasiya 

texnologiyaları,  genetika,  nüvə  energetikası  deyil  ümumiləşdirici  xarakter  daşıyan 

innovasiya  proseslərinin  olduğunu  qəbul  etmiş  və  buna  uyğun  olaraq  hər  bir  dövlətin 

iqtisadi qüdrətinin artması, təhlükəsizliyinin təmin edilməsi üçün məhz milli innovasiya 

sisteminin yaradılması hesab edilmişdir. 

Elmi müəssisələr əsasən dövlət büdcəsi hesabına maliyyələşdirilir. Elmi- texniki 

fəaliyyətin səmərəliliyinin artması ilə əlaqədar 2008-ci ildə elmin maliyyələşdirilməsinə 

ayrılan  vəsaitin  həcmi  xeyli  artmışdır.  Belə  ki,  2005-ci  illə  müqayisədə  2008-ci  ildə 

dövlət  büdcəsində  elmə  çəkilən  xərclər  artaraq  28,8  milyon  manatdan  64,0  milyon 

manata çatmışdır. 

Ötən  dövr  ərzində  elmin  inkişafı  və  idarəetmə  sisteminin  təkmilləşdirilməsi 

istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. 

Hazırda  Azərbaycan  MEA-da  elmi  fəaliyyətin  səmərəliliyinin  daha  da 

artırılması,  ölkəmizin  digər  elmi  müəssisələrində  və  ali  məktəblərində  aparılan 

fundamental  və  tətbiqi  araşdırmaların  əlaqələndirilməsi,  onların  nəticələrinin  sosial-

iqtisadi  və  digər  sahələrdə  tətbiqinin  təmin  edilməsi,  elmi  kadrlardan  düzgün  istifadə 

edilməsi məqsədilə müəyyən tədbirlər görülür. 

Lakin  bazar  iqtisadiyyatının  xüsusiyyətləri  elmi  fəaliyyət  sferasında  əsaslı 

islahatların aparılmasını, elmi nailiyyətlərin və yeni texnologiyaların praktikada tətbiqi 

üçün daha səmərəli mexanizmlərin işlənməsini diktə  edir.  Bunu  nəzərə alaraq  mühüm 

sosial-iqtisadi  problemlərin  həllində  elmin  və  texnikanın  rolunun  yüksəldilməsi, 

dövlətin  informasiya  ehtiyatlarının  artırılması  və  innovasiya  proseslərinin 

sürətləndirilməsi  məqsədilə  Azərbaycanda  elm  sektorunun  inkişaf  strategiyasını 

hazırlanmışdır. 

Strategiyanın  əsas  məqsədi  respublikanın  alim  və  mütəxəssislərinin  təbiət, 

texnika,  humanitar  və  ictimai  elmlərin  aparıcı  istiqamətlərində  fundamental  və  tətbiqi 

araşdırmaların  inkişafına  yönəlmiş  yaradıcılıq  səylərini  birləşdirmək,  elmi-texniki 

tərəqqinin  yeni  istiqamətlərini  seçmək  və  onların  həyata  keçirilməsi  üçün  elmi  zəmin 




yaratmaq,  sosial  -  iqtisadi  inkişafın  mühüm  problemləri  üzrə  perspektiv  tədqiqatları 

təşkil  etmək,  elm  və  texnikanın  nailiyyətlərinin  praktikada  istifadə  edilməsi  üçün 

tədbirlər görmək, elmi cəmiyyətimizin qurulmasını təmin edən əsas amillə çevirməkdir. 

Müasir  dövrdə  ölkənin  innovasiya  fəaliyyətinin  qiymətləndirilməsi  məqsədilə 

qtisadi Əməkdaşlıq və  nkişaf Təşkilatına ( Ə T) üzv olan ölkələrdə, inkişaf etmiş və 

inkişaf  etməkdə  olan  ölkələrdə  nnovasiya  cmal  Tədqiqatı  ( T)  həyata  keçirilir. 

Ümumiyyətlə, hər bir ölkədə tətbiq olunan tədqiqatlar eyni struktura və innovasiya ilə 

ə

laqədar oxşar suallara malikdir. 



Lakin  bir  sıra  ölkələrdə  həyata  keçirilən 

T-nin  məzmunu,  sualların 

formalaşması və düzülüşü baxımından bəzi fərqlər mövcuddur. Bəzi ölkələrdə müxtəlif 

sahələr  üçün  xüsusi  tədqiqatlar  hazırlanmışdır.  Misal  üçün,  2002-ci  ildə  Hollandiyada 

fermer  təsərrüfatı  (kənd  təsərrüfatı),  1999-cu  ildə  Kanadada  tikinti  sənayesi  və  təbii 

ehtiyatlar  sektoru  üçün  və  s.  kimi  xüsusi  tədqiqatlar  hazırlanmışdır.  2007-ci  ildə 

Kanadada  nnovasiyanın  Kommersiyalaşdırılması  Tədqiqatı,  stehsal  müəssisələrində 

mütərəqqi  texnologiyalar  tədqiqatları,  Fransada  təşkilati  dəyişiklik  və  əqli  mülkiyyət 

hüququ  tədqiqatlarını  buna  nümunə  göstərmək  olar.  Bank  sektorunda  Innovasiya 

Tədqiqatı 

yalnız  Asiya  ölkələrində  UN -MER T  (Maastricht  Universiteti)  tərəfindən  

keçirilmişdir  və  bu  tədqiqat  nəticəsində  bankların  innovasiyalı  və  texnoloji  inkişafı 

araşdırılmışdır. 

Məlumat  üçün  qeyd  edilməlidir  ki,  T-ə  müvafiq  olaraq  tətbiq  olunacaq 

qiymətləndirmə  Oslo  Təlimatına  (2005)  əsaslanır  və  həm  ümumi  ölkə  iqtisadiyyatının 

innovasiya  fəaliyyətinin  və  həm  də  ölkə  iqtisadiyyatında  fəaliyyət  göstərən  müxtəlif 

sahələrin innovasiya fəaliyyətinin qiymətləndirilməsi məqsədilə istifadə edilə bilər. 

2005-ci  ildə  həyata  keçirilən  dəyişiklikdən  sonra  Oslo  Təlimatında  (Oslo 

Manual.  Guidelines  for  collecting  and  interpreting  innovation  data.  Third  edition.  A 

joint  publication  of  OECD  and  Eurostat,  2005)  innovasiyaların  dörd  növü 

müəyyənləşdirilmişdir:  istehsal  innovasiyaları  (yeni  əmtəələr  və  xidmətlər  və  ya 

mövcud  olanların  əhəmiyyətli  şəkildə  gücləndirilməsi),  proses  innovasiyaları  (istehsal 

və çatdırılma metodlarında dəyişikliklər), təşkilati innovasiyalar (biznes praktikalarında, 



iş  şəraitində  və  ya  müəssisənin  xarici  əlaqələrində  dəyişikliklər),  marketinq 

innovasiyaları  (məhsul  dizaynı,  qablaşdırma,  yerləşdirmə,  genişləndirmə  və  ya 

qiymətqoyma). 

T-2008-ci  il  formatında  sorğuya  bir  bölmə  də  əlavə  edilmişdir  –  ekoloji 

faydaları olan innovasiyalar. 

Bank sektorununun innovasiyalaşmasının əhəmiyyəti ondan ibarətdir ki, rəqabət 

mühiti bankları  öz mövqeylərini qorumaq üçün innovativ olmağa vadar edir. 

Bəzi banklar internet xidmətlərini həyata keçirmək işində informasiya xarakterli 

vebsəhifələrinin  yaradılması  ilə  kifayətlənirlər.  Bəziləri  isə,  öz  vebsəhifələrini  pul 

transferləri  və  ya  başqa  hesablaşmalar  kimi  əsas  əməliyyatlar  həyata  keçirməklə 

bərabər,  habelə  qiymətli  kağızların  ticarəti,  plastik  kart  və  investisiya  konsultasiyaları 

kimi yeni xidmətlər təklif etmək məqsədilə yaratmışlar. 

Bank  sektorunda  innovasiya  tədqiqatı  innovasiya  və  texnologiyanın 

araşdırılmasının yeni üsuludur. 

Bank  sektorunda  innovasiya  tədqiqatının  həyata  keçirilməsində  aşağıdakı 

məqsədlər nəzərdə tutulmuşdur: 

-  nnovasiya  konsepsiyasının  daha  yaxşı  dərk  edilməsi  və  bu  sahədə  lazımi 

siyasət yürüdülməsində onun istifadə edilməsi; 

-  nnovasiya aspektlərinin ölçülməsini təmin etmək üçün kəmiyyət çərçivəsinin 

müəyyənləşdirilməsi; 

-  nnovasiyaya  təsir  göstərə  bilən  başqa  institusional  faktorlar  barəsində 

məlumatların toplanması; 

Bank  sektorunda  nnovasiya  Tədqiqatının  ümumi  strukturu  Avropada  tədqiq 

olunan  nnovasiya  cmal  Tədqiqatı  ( T)  strukturuna  uyğundur.  Burada  aşağıdakı 

elementlərə aid suallar verilmişdir: 

1. Bankın haqqında ümumi məlumat; 

2. Məhsul  innovasiyası  (maliyyə  xidmətləri  sahəsində  innovasiya  nəzərdə 

tutulur); 

3. Proses  innovasiyası  (yeni  maddi-texniki  təminat,  çatdırılma  metodu, 

informasiya texnologiyası nəzərdə tutulur); 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə