Microsoft Word mamedov elvin doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə21/24
tarix11.04.2018
ölçüsü0,57 Mb.
#37071
1   ...   16   17   18   19   20   21   22   23   24

stimullaşdırmaq  olan  alətlər,  eləcə  də  innovasiya  universitetlərinin  real  sektor,  hər 

ş

eydən  əvvəl  isə,  sənaye  subyektləri  ilə  qarşılıqlı  təsiri  üstün  əhəmiyyət  kəsb  edir. 



Innovasiyanın  birbaşa  stimullaşdırılması  aləti  kimi,  məsələn,  Kanadada  kommersiya 

banklarında kreditlərin alınması zamanı dövlət zəmanətləri və ya innovasiya prosesinin 

birbaşa  dövlət  maliyyələşdirilməsi  istifadə  olunur.  Yaponiyada  innovasiyanın  birbaşa 

stimullaşdırılması  aləti  kimi  dövlət-özəl  partnyorluğu  prinsipləri  əsasında  özəl-

firmalarla birgə innovasiyanın yaradılmasını və mənimsənilməsini həyata keçirən dövlət 

sahəvi  elmi-tədqiqat  institutlarının,  dövlət  korporasiyalarının  və  mərkəzlərin  büdcə 

subsidiyalaşdırılması və güzəştli kreditlərşdirilməsi tətbiq olunur. 

Almaniyada  da  proqnozlaşdırılan  nəticənin  yüksək  qeyri-müəyyənlik  dərəcəsi 

ilə  xarakterizə  olunan  prioritet  elmi  istiqamətləri  üzrə  uzunmüddətli  tədqiqatların 

birbaşa maliyyələşdirilməsi həyata keçirilir. 

nnovasiya  fəaliyyətinin  dövlət  tənzimlənməsinin  dolayı  metodları  arasında 

aşağıdakıları ayırmaq olar: 

 vergi güzəştləri; 

 sürətli amortizasiya siyasəti; 

 güzəştli kreditləşmə; 

 maliyyə lizinqinə dövlət köməyi; 

 françayzinqin stimullaşdırılması tədbirləri və s. 

Dolayı  tənzimləmə  sistemində  baza  elementlərindən  biri  vergi  alətləridir.  Bir 

tərəfdən,  dövlət  büdcəsinin  əsas  gəlir  mənbələrindən  biri,  digər  tərəfdən,  iqtisadi 

inkişafın  stimullaşdırılma  və  ya  əksinə,  ləngitmə  amili  kimi  çıxış  edən  vergilər 

mənfəətin  formalaşması  prosesinə  münasibətdə  ən  azı  neytral  olmalıdır.  Bu  zaman 

vergilər  sisteminin  vahid  şəkilə  salınması  şəraitində  vergi  güzəştlərinin,  xüsusilə  də 

ünvanlı  güzəştlərin  tətbiqi  innovasiya  aktivliyinin  dolayı  tənzimlənməsinin  effektiv 

metodu  kimi  çıxış  etsə  də,  yüksək  korrupsiya  tutumuna  görə  kifayət  qədər 

mübahisəlidir.  Lakin  inkişaf  etmiş  və  yeni  inkişaf  etməkdə  olan  ölkələrin,  məsələn, 

Çinin təcrübəsi göstərir ki, bu ölkələrdə vergi tətilləri, daha aşağı vergi dərəcələri, eləcə 

də innovasiyadan başqa iqtisadiyyatın bütün sferaları üçün vergi kreditləri kimi bu cür 

vergi güzəştləri yüksək dərəcədə effektivliyə malikdir. Son onilliklər ərzində toplanmış 




beynəlxalq təcrübə göstərir ki, yüksək texnoloji biznes sferasında vergi güzəştlərindən 

istifadə olunması, bir qayda olaraq, aşağı effektivliyi ilə səciyyələnir. 

Daha tez-tez istifadə olunan vergi güzəştlərinə aşağıdakılar aiddir: 

 yeni avadanlığa və tikintiyə investisiyalar həcmində mənfəətdən güzəştlər; 

 ETTK -yə investisiya mənfəətin vergitutmadan azad edilməsi; 

 elmi-tədqiqat  üçün  onun  əldə  edilməsi  zamanı  avadanlığın  tam 

amortizasiyası; 

 vergitutmadan  azad  edilmiş  mənfəət  çərçivəsində  innovasiya  inkişafı 

fondlarının ayrılması; 

 mənfəətdən  verginin  güzəştli  dərəcələri,  məsələn,  kiçik  innovasiya  firmaları 

üçün. 

Elmtutumlu  istehsala  investisiya  qoyuluşu  vergi  güzəştləri,  hər  şeydən  əvvəl, 



"investisiya  vergisi  krediti"  şəklində  təqdim  olunur.  Adətən  bu  cür  güzəşt  o  firmalara 

verilir  ki,  onlar  investisiyalarının  daha  böyük  hissəsini  innovasiyaların  istehsalına  və 

mənimsənilməsinə  yönəldilir.  O,  əlavə  olunmuş  mənfəətin  bir  hissəsi  kimi  hesablanır, 

eyni  zamanda  ənənəvi  olaraq  verilən  vergi  güzəştləri  verginin  məbləğindən  çıxarılır. 

Bundan  başqa,  güzəştli  yalnız  yeni  texnikanın  tətbiqi  və  istismarından  sonra  mühüm 

ə

həmiyyət kəsb edir. Vergi güzəştinin alınmasına görə hüquq investisiyalaşdırılan firma 



üçün avtomatik olaraq qanunvericlikdə müvafiq normativ-hüquqi bazanın mövcudluğu 

halında daxil edilir. 

Vergi güzəştinin həcmi yeni texnikanın dəyərindən faizlə, məsələn, Yaponiyada 

5,3%-lə  (elekton  texnikası  və  avadanlıq  üçün),  Böyük  Britaniyada  50%-lə  (yeni 

texnikanın, texnologiyanın, materialların və s. istismarının birinci ili üçün), Yaponiyada 

10-15%  (şirkət  ərazisinin,  coğrafi  mövqeyinin  mənimsənilməsindən  asılı  olaraq), 

rlandiyada 100%-lə hesablanır. ABŞ-da innovasiyaya investisiya üzrə vergi güzəştləri 

yalnız  energetika  sahələri  üçün  tətbiq  olunur.  Beləliklə,  inkişaf  etmiş  ölkələrdə 

innovasiyanın  istehsalı  və  inkişafı  üzrə  xərclərə  vergi  güzəştləri  firmanın  müvafiq 

məqsədlərə çəkdiyi xərclərdən tutulan pul kimi verilir. 

ETTKI-yə  vergi  güzəştləri  həcm  və  artım  güzəştlərinə  bölünür.  ABŞ,  Böyük 

Britaniya,  Kanada,  Belçika,  sveç  və  taliyada  ETTK -yə  xərclərin  100%-i,  Avstraliya 




isə  150%-i  vergiyə  cəlb  edilən  mənfəətdən  çıxılır.  Niderland,  Norveç,  Avstriya  və 

Malaziya  kimi  bir  sıra  ölkələrdə  energetika  sahələrinin  müəssisələri  ETTK -yə 

məsrəfləri vergitutmaya qədərki mənfəətdən çıxanrlar(104). 

Son  illər  ölkəmizdə  aparılan  uğurlu  islahatlar,  quruculuq  işləri,  iqtisadiyyatda 

baş verən irəliləyişlər, qeyri-neft sektorunun inkişafı müsbət nəticələrə gətirib çıxarmış, 

regionların  sosial-iqtisadi  inkişafı,  əhalinin  sosial  vəziyyətinin  yaxşılaşdırılması 

istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Dövlət innovasiya siyasətinin əsas 

istiqamətlərindən  biri  elm  və  təhsil  sahəsinə  göstərilən  qayğının  ardıcıl  davam 

etdirilməsi,  elmi-texniki  potensialın  qorunub  saxlanılması,  elm  və  təhsil  sahəsində 

yüksəkixtisaslı  kadrların  hazırlanması,  onlara  qayğı  göstərilməsi,  cəmiyyətdə  elmi 

işçilərin  nüfuzunun  artırılması  sahəsində  bir  sıra  mühüm  qərarların  qəbul  edilməsi 

olmuşdur. 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə