Microsoft Word lviyy lsahib q z m mm dovan n docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə19/25
tarix27.03.2018
ölçüsü0,58 Mb.
#35187
1   ...   15   16   17   18   19   20   21   22   ...   25

 

 

57 



       Fəaliyyətin  bu  və  ya  digər  növləri  həyata  keçirildikdə  fəaliyyət  növlərinin 

intensivliyinə  əsaslanan  xərc  daşıyıcıları  hər  dəfə  istifadə  olunmuş  resursları 

qiymətləndirir.  Bu  formadakı  daşıyıcılar  çox  baha  başa  gəlir,  lakin  son  dərəcə 

dəqiqdir.  Həmin  daşıyıcılar  fəaliyyətləri  zamanı  ABC  sistemi  ilə  əlaqəli  olmaqla 

kalkulyasiyanın  sifariş  sistemi  vasitəsilə  bütün  xərclərin  hesablanmasını  tələb  edir. 

Bu  metod  fəaliyyət  həyata  keçirildiyi  zaman  istifadədə  olan  bütün  resursların 

izlənməsinə  imkan  yaradır.  Bütün  hallarda  sözü  gedən  daşıyıcıların  yalnız  resurslar 

baha başa gəldiyi hallar zamanı tətbiq olunması məqsədə uyğun sayılır. 

       Bölüşdürmə  prosesinin  ikinci  mərhələsində  ilk  əvvəl  fəaliyyət  növlərinə  əsasən 

xərclərin  bölüşdürülməsi  stavkaları  müəyyən  olunur.  Bu  zaman  birinci  mərhələnin 

nəticəsi  sayılan  fəaliyyət  növləri  üzrə  xərclərin  ümumi  məbləği  müvafiq  ölçüdən 

istifadə  etməklə  fəaliyyət  növlərinin  həcm  göstəricisinə  bölünür.  Bölünmə  zamanı 

alınan  kəmiyyət  fəaliyyət  növləri  üzrə  buraxılmış  məhsul  vahidinə  düşən  xərcləri 

təcəssüm  etdirir.  Daha  sonra  fəaliyyət  növləri  üzrə  olan  xərclər  kalkulyasiya 

obyektlərinə aid olunur. 

       Xərclərin aid edildiyi obyektlər (cost objects) həm xərclərin uçotu obyekti, həm 

də  kalkulyasiya  obyekti  olaraq  başa  düşmək  mümkündür.  Uçot  praktikasında 

xərclərin  uçot  obyekti  dedikdə,  onların  baş  verdiyi  yer,  həmcins  olan  məhsulların 

növləri  və  ya  qrupları  başa  düşülür.  Bu  zaman  "kalkulyasiya  obyekti"  termininə 

diqqət  yetirək.  Kalkulyasiya  obyekti  dedikdə,  müəyyən  istehlak  dəyərinə  malik 

məhsul - iş və xidmət növləri başa düşülür. Funkional metodun tətbiqi zamanı məshul 

xərclərin  aid  edilməsinin  vahid  obyekti  olaraq  bilinir.  Bu  zaman  bütün  xərclər 

bölüşdürülür,  son  nəticədə  isə  məhsulun  tam  maya  dəyəri  formalaşır.  Məhsul 

kalkulyasiya obyekti kimi çıxış edir. 

       Verilmiş  bu  qayda  xərclərin  uçotunun  funkional  metoduna  olan  mümkün 

yanaşmalardan  sadəcə  biri  hesab  olunur.  Xərclərin  aid  edildiyi  obyektlər  mahiyyət 

etibarı  ilə  xərclərin  fəaliyyət  növləri  arasında  bölüşdürülməsi  mənasına  gəlir.  Bu 

xərclər  hazırlayanların  istəyindən  asılı  olaraq  dəyişir.  Xərclərin  aid  edildiyi  tipik 

obyektlərə  məhsullar,  xidmətlər,  məhsul  vahidi,  işlər,  kontraktlar,  məhsulların 



 

 

58 



partiyaları,  bölgü  kanalları  və  s.  aiddir.  Xərclərin  aid  edildiyi  obyektlər  siyahısına 

nəzər  yetirdikdə  görünür  ki,  verilmiş  bu  situasiyada  onlar  mövcud  terminologiyaya 

uyğun  olaraq  xərclərin  uçotu  obyektlərinə  çox  yaxındır.  Funkional  metoda  nəzər 

yetirdikdə  isə  xərclərin  baş  verməsi  resursların  əldə  olunması  və  istifadəsinə 

ə

saslanır.  Uçot praktikasında  "xərclərin  aid  edildiyi  obyektləri"  terminindən  istifadə 



daha məqsədəuyğundur. 

       Xərclərin fəaliyyət növləri üzrə bölüşdürülməsi son məqsəd sayılmır. Xərclərdən 

və  resurslardan  istifadənin  dinamikasını  müəyyən  etmək  üçün  onlar  müxtəlif 

üsullarda  kombinə  oluna  bilər.  Bunun  üçün  müxtəlif  obyektlərin  dəqiq  təsəvvür 

edilməsi  çox  vacib  sayılır.  ABC-yə  aid  əksər  sistemlərdə  fəaliyyət  növləri  üzrə 

xərclər  sayı  tərəddüd  edən  və  müxtəlif  səviyyəli  obyektlər  arasında  bölüşüdürülür. 

Bununla bərabər xərclərin aid edildiyi obyektlərin iyerarxiyasının müəyyən olunması 

zamanı bəzi ümumi yanaşmalar mövcuddur. 

       Müəssisələrin əksəriyyətində çoxsaylı fəaliyyət növləri mövcuddur. Onların hər 

birini  izləmək  praktiki  cəhətdən  çox  çətin  prosesdir.  Bu  zaman  uçotun 

sadələşdirilməsinə  cəhd  göstərilməsi  zəruridir.    Uçot  yazılışlarına  tələbatın  nisbətin 

azaldılması məqsədi ilə fəaliyyət növləri və onlara çəkilən xərclərin birləşdirilməsinə 

xüsusi  diqqət  yetirilməlidir.  Fəliyyət  növlərinin  iyerarxiya  şəklində  qurulması  bu 

sadələşdirmə  yollarından  biri  hesab  olunur.  Fəaliyyət  növləri  və  onlara  çəkilən 

xərcləri iyerarxiyanın hər bir səviyyəsində dəqiqliyə əməl olunması şərti ilə minimal 

itkilər səviyyəsində birləşdirmək məqsədəuyğun hesab olunur. 

       ABC-nin əksər sistemləri fəaliyyət növlərinin aşağıdakı tiplərini müəyyən edir: 

  Məhsullarla əlaqədar olan; 

  Bütövlükdə müəssisə ilə əlaqədar olan. 

       Bir  sıra  müəssisələr  fəaliyyət  növündə  "istehlakçılarla  əlaqədar"  tipi  də  bu 

qəbildən hesab edirlər. 

       Məhsullara  aid  edilən  fəaliyyət  növləri  üzrə  olan  xərclər,  adətən,  bölgünün 

məhsul vahidinin səviyyəsi, məhsulların partiyasının səviyyəsi və məhsuldar xətlərin 

səviyyəsindən keçirlər. Müəssisə miqyasında fəaliyyət növlərinə çəkilmiş xərclər 721 




 

 

59 



N-li  " nzibati  xərclər"  hesabında  qeydə  alınır.  Bu  hesabda  əks  etdirilən  xərclərin 

birbaşa  istehsal  prosesi  ilə  heç  bir  əlaqəsi  yoxdur.  Bu  xərclər  idarəetmə  ilə  əlaqəli 

hesab olunurlar. 

       ABC  sistemində  bu  xərclərin  uçotuna  2  yöndən  yanaşma  mövcuddur.  Birinci 

yanaşma qərbdə uçot praktikasında tətbiq edilən ənənəvi yanaşmaya çox oxşardır. Bu 

halda  inzibati  və  idarəetmə  xərcləri  hesabat  dövrü  xərclərinə  aid  edilir.  kinci 

yanaşmada  isə  həmin  xərclər  bütün  hallarda  məhsulun  maya  dəyərinə  daxil  edilir. 

Ə

ksər  istehsal  müəssisələrində  müstəqim  xərclər  anlayışı  da  mövcuddur.  ABC 



sistemində  ənənəvi  sistemlərdə  olduğu  kimi  hər  şeydən  əvvəl  müstəqil  surətdə 

izlənilə bilən xərclər identifikasiya olunur. Qalan bütün xərclər isə əvvəlcə fəaliyyət 

növləri üzrə xərc qrupları arasında bölüşdürülməlidir. 

       Müstəqim  xərclərin  yeganə  ünsürü    istehsal  prosesinin  yüksək  dərəcədə 

avtomatlaşdırılması və mexanikləşdirilməsi zamanı müstəqim materiallar hesab oluna 

bilər.  Avtomatlaşdırılan  müəssisələrdə  əsas  istehsalatda  işləyən  fəhlələr  maşınların 

daha  tez-tez  saz hala  gətirilməsi,  onların  idarəsi,  avadanlıqların  xidmət  göstərilməsi 

və  s.  işlərlə  də  məşğul  olurlar.  Bu  cür  şəraitdə  onların  sərf  etdiklər  adam-saatları 

müstəqim qaydada kalkulyasiya obyektlərinə aid etmək qeyri-mümkündür. 

       Funksional  uçotda  müstəqim  xərclərin  bir  sıra  elementlərini  fərqləndirmək 

mümkündür: 

  Müstəqim materiallar;  

  Müstəqim əmək; 

  Bəzi hallarda isə müstəqim texnologiyaları aid edirlər. 

       Müstəqim  xərclərin  iki  elementinin  mövcud  olması  kalkulyasiya  obyektlərinə 

nəzərən bütövlükdə xərclərin təsnifatına ənənəvi baxışlarla üst-üstə düşür. Müstəqim 

xərclərin iki elementi kiçik və orta bizneslə məşğul bir çox sənaye müəssisələri üçün 

xarakterikdir. Müstəqim xərclərin üç ünsürünə də inşaat şirkətlərində, konkret sifariş 

və  məhsul  növləri  üçün  müxtəlif  avadanlıqlardan  istifadə  edən  istehsal 

müəssisələrində  təsadüf  olunur.  Amortizasiya  ayırmaları  vasitəsilə  əksini  tapmış 

texnoloji  xərclər  kalkulyasiya  obyektinin  maya  dəyərinin  ən  mühüm  tərkib  hissəsi 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə