Microsoft Word lviyy lsahib q z m mm dovan n docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə9/25
tarix27.03.2018
ölçüsü0,58 Mb.
#35187
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

 

 

25 



podrat müqaviləsinin icrası ilə əlaqədar gəlir və xərclər, müqavilənin icrası həddində 

tanınmalıdır. 

Podrat müqaviləsi üzrə gəlirə müqavilədə razılaşdırılmış gəlirin ilkin məbləği və 

müqavilənin  şərtlərindən  kənarlaşmalar,  iradlar  və  mükafatlandırıcı  ödənişlər  daxil 

edilməlidir.  Məsələn:  inflyasiya  müqavilənin  icrasına  başlama  tarixində  nəzərdə 

tutulduğundan çox olmuşdursa, kənarlaşma yarana bilər. 

Podrat  müqaviləsi  üzrə  gəlir  əldə  olunan  və  ya  əldə  olunması  ehtimal  edilən 

ə

vəz ödəmənin ədalətli dəyəri ilə ölçülür. Gəlirin gecikdirildiyi zaman ədalətli dəyəri 



diskontlaşdırmaq lazımdır. 

Gəlirin  qiymətləndirilməsi  gələcək  hadisələrdən  asılı  olan  müxtəlif  qeyri  - 

müəyyənliklərin təsirinə məruz qalır. Hadisələr baş verdikcə və qeyri - müəyyənliklər 

aradan  qaldırıldıqda  çox  vaxt  gəlirin  qiymətləndirilməsinə  yenidən  baxmaq  lazım 

gəlir.  Buna  görə  də  podrat  müqaviləsi  üzrə  gəlirin  məbləği  bir  hesabat  dövründən 

digərinə keçdikcə arta və ya azala bilər.  

Xərclər müqavilə üzrə nəzərdə tutulmayan təsadüfi gəlir hesabına azaldıla bilər. 

Məsələn: müqavilənin icrası başa çatdıqdan sonra artıq qalan materialların, maşın və 

avadanlıqların satışından əldə edilmiş təsadüfi gəlir. 

Müxtəlif  müqavilələr  üzrə  maliyyə  hesabatlarına  daxil  edilmək  üçün  yekun 

nəticə  çıxarılmayana  qədər  mənfəət  və  zərərlərin  məqbulu  (zaçot)  aparılmır. 

Müqavilələrin 

maliyyə 

hesabatlarına 

təsiri 

onun 


gələcək 

nəticələrinin 

qiymətləndirilməsindən asılıdır. Müqavilənin yerinə yetirilməsi prosesinin təhlilindən 

asılı olaraq 3 hal müşahidə oluna bilər: 

∗          Etibarlı  surətdə  qiymətləndirilə  bilən  və  mənfəət  əldə  edilməsi 

gözlənilən müqavilələr. Bu halda gəlirlər və xərclər məcmu "Mənfəət və 

zərərlər" haqqında hesabatda tanınacaq;  

∗          Maliyyə nəticəsi zərər gözlənilən müqavilələr.  Bu halda ehtiyatlılıq 

prinsipinə əsasən gözlənilən zərər dərhal və tam həcmdə tanınmalıdır;  

∗             Etibarlı surətdə qiymətləndirilməsi mümkün olmayan müqavilələr. 




 

 

26 



           Müqavilənin nəticələri etibarlı surətdə qiymətləndirilə bildikdə , bu müqavilə 

üzrə gəlir və xərc, hesabat dövrünə yerinə yetirilən işlərin başa çatdırılma dərəcəsinə 

uyğun gəlir və xərc kimi tanınmalıdır. 

Ə

gər  müqavilə  üzrə  ümumi  xərclərin  ümumi  gəlirdən  çox  olması  ilə  bağlı 



ə

minlik varsa, gözlənilən zərər dərhal tanınmalıdır. Zərər elə müqavilələr üzrə tanın-

malıdır ki, bu müqavilələr üzrə hələ işlər başlamamışdır.  qtisadi böhran vaxtlarında 

ş

irkətlər  ixtisaslaşmış  kadrlarını  itirməmək  üçün  bəzən  zərərli  müqavilələr 



bağlayırlar. 

Uçotu  elə  aparmaq  lazımdır  ki,  dövr  ərzində  yaranan  gəlir  və  xərclər  tanınsın. 

Bunun  üçün  ilin  sonunda  müqaviləyə  aid  ediləcək  yekun  məbləğlər  hesablanır. 

Axtarılan  kəmiyyət  bu  yekun  məbləğlərlə  əvvəlki  hesabat  dövrlərində  tanınmış 

gəlir/xərc arasındakı fərq kimi hesablanır. 

Sabit qiymətli müqavilələrin nəticələri aşağıdakı bütün şərtlər yerinə yetirildiyi 

təqdirdə etibarlı surətdə qiymətləndirilə bilinər: 

           Müqavilə üzrə ümumi gəlir etibarlı surətdə hesablansın;  

           Podrat  müqaviləsinin  başa  çatdırılması  üçün  çəkilməsi  lazım  olan 

xərcləri  və  hesabat  tarixinə  bu  müqavilə  üzrə  işlərin  başa  çatdırılma 

dərəcəsi etibarlı surətdə qiymətləndirilsin;  

           Müqaviləyə      aid      edilən      xərclər  dəqiq  müəyyən  edilir  və 

qiymətləndirilir,  bununla  da  müqavilə  üzrə  çəkilmiş  faktiki  xərclər 

ə

vvəllər edilmiş hesablamalarla müqayisə edilə bilinir. 



Xərclər üstəgəl müqavilələrin nəticələri aşağıdakı bütün şərtlər yerinə yetirildiyi 

təqdirdə etibarlı surətdə qiymətləndirilə bilinər: 

Bu müqavilədən iqtisadi səmərənin müəssisəyə daxil olma ehtimalı olsun;  



Müqaviləyə  aid  edilən  xərclər  əvəzinin  ödənib  -  ödənməməsindən  asılı 

olmayaraq dəqiq müəyyən edilsin və qiymətləndirilsin. 

Gəlir və xərclərin tanınması çox vaxt yerinə yetirilmə faizi metodu adlandırılır. 

Müqavilə  üzrə  gəlirlər,  bu  başa  çatdırılma  mərhələsinə  nail  olmaq  üçün  çəkilən 

xərclərə  uyğun  qoyulur  və  bundan  da  asılı  olaraq  hesabatda  yerinə  yetirilmiş  işlərə 




 

 

27 



uyğun gəlir, xərc və mənfəət təqdim edilir. Bu metod müqavilə üzrə işlərin irəliləyişi 

haqqında və dövr ərzində fəaliyyətin nəticələri haqqında faydalı məlumat verir. 

Diqqət  yetirmək  lazımdır  ki,  hesabla  təqdim  edilmiş  məbləğlərin  məcmu 

"Mənfəət  və  zərər"  haqqında  hesabatda  tanınmalı  gəlirin  həcminin  müəyyən 

edilməsinə heç bir aidiyyatı yoxdur.  lin sonuna çəkilmiş xərclərin (xərc hesablarına 

daxil edilmiş) satışın ilkin dəyərinin müəyyən edilməsinə aidiyyatı olmaya da bilər. 



 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

28 



II  Fəsil.  Xərclərin  uçotu  və  məhsulların  maya 

dəyərinin kalkulyasiyası metodları 

2.1 Xərclərin sifariş metodu ilə uçotu xüsusiyyətləri;  

       Sifariş  metodu  xərclərin  uçotunun  metodoloji  prinsiplərinə  aid  olub  aşağıdakı 

hallarda tətbiq olunur: 

  Üzünmüddətli  istehsal  tsiklinə  malik  məhsul  buraxılışı  zamanı.  Buna  misal 

olaraq tikinti, maşınqayırma və s. göstərmək olar; 

  Sifarişli, və ya digər sözlərlə desək birvahidli istehsalda; 

  şlərin müqavilələrdə göstərilən şəkildə həyata keçirildiyi zaman; 

  Azseriyalı istehsal zamanı; 

  Texniki  cəhətdən  mürəkkəb  başa  gələn  istehsalda.  Bunlara  misal  olaraq 

aviasiya sənayesi, gəmiqayırma və s. göstərmək olar. 

       Sifariş  metodundan  istifadə  zamanı  smetaya  əsaslanılaraq  aparılır.  Bu  smetalar, 

və  ya  kalkulyasiyalar  müəyyən  sifarişələr  və  ya  eynicinsli  sifarişlər  qrupu  üçün 

aparılır. 

       Hər  bir  sifariş,  və  ya  sifariş  qrupu    üçün  smeta  formalaşdırılır  və  kalkulyasiya 

xəritəsi  hazırlanılır.  Təşkilatlar  sərbəst  şəkildə  smeta  formalaşdırır  və  kalkulyasiya 

xəritəsi hazırlayır. 

       Smetalarda aşağıda adı çəkilən amillər olmalıdır: 

  Məshul, iş və xidmətlərin növləri və onların təsviri; 

  Sifarişin yerinə yetirilməsi üçün xammal, material və sair xərclərin siyahısı. 

       Sifariçələr üzrə xərclər istehsal mərhələləri üzrə baş verdiyi andan etibarən qeydə 

alınır. 

       Sifariş metodu zamanı 202 " stehsalat məsrəfləri" hesabında hər bir sifarişə görə 

ayrıca uçot əməliyyatları aparılır. 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə