Microsoft Word lviyy lsahib q z m mm dovan n docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə8/25
tarix27.03.2018
ölçüsü0,58 Mb.
#35187
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

 

 

22 



b)

  nvestisiyadan əldə edilən xalis pul axının kapitallaşması; 

c)

  Dividendlərin kapitallaşması və s. bunun kimi amillər. 

         Risk  portfelini  nəzərə  almadan  cari  mənfəəti  maksimuma  çatdırmaq  əsas 

götürüldüyü  zaman  gəlirlər  portfeli  anlayışı  meydana  çıxır.  Bu  metod  perspektiv 

inkişaf, investisiya baxımından əlverişli yanaşma hesab edilmir. 

       Görüldüyü  kimi  gəlirlərin  öyrənilməsi  zamanı  onun    predmetini  yuxarıda 

göstərilən məsələlərin öyrənilməsi təşkil edir. 

       Xərclər  isə  gəlirlərin  tam  tərsi  olaraq  müəssisədən  aktivlərin  axını  nəticəsində 

iqtisadi  mənfəətin  azalmasıdır.  qtisadi  mahiyyətinə  görə  xərclər  material,  əmək  və 

pul  xərclərinə  bölünürlər.  Material  xərcləri  müəssisə,  və  ya  təşkilatın  maliyyə 

təsərrüfat fəaliyyətinin lazımi resurslarla təmin olunması zamanı yaranır. Özlüyündə 

bu xərclər xammalın dəyərini, əsas və köməkçi materialları, yanacaq, enerji və s.-ni 

cəmləşdirmişdir. 

Gəlirlər aktivlərin artması və öhdəliklərin azalması ilə bağlı iqtisadi səmərənin 

artımının baş verdiyi və bu artımın etibarlı səviyyədə qiymətləndirilməsinə imkanın 

mövcud olduğu hallarda tanınır. 

Xərclər  isə  aktivlərin  azalması  və  öhdəliklərin  artması  ilə  bağlı  iqtisadi 

səmərənin azalmasının baş verdiyi və bu azalmanın etibarlı səviyyədə qiymətləndiril-

məsinə imkanın mövcud olduğu hallarda tanınır. Əksər halda, xərclərin və gəlirlərin 

ayrı-ayrı  maddələri  birbaşa  əlaqəli  olur.  Buna  görə  də,  müvafiqlik  (əlaqələndirmə) 

konsepsiyasına əsaslanaraq xərclər və gəlirlər eyni vaxtda tanınmalıdırlar. Xərclərin 

gəlirlər  ilə  birbaşa  əlaqələndirilməsi  mümkün  olmadığı  hallarda,  onlar  müvafiq 

hesabat  dövrləri  arasında  sistematik  və  ardıcıl  olaraq  bölüşdürülür.  Bölüşdürülmə 

üsulu gələcək iqtisadi səmərənin baş verməsi gözlənilən dövrlər üzrə xərclərin tanın-

masını təmin etməlidir. Məsrəflər gələcək iqtisadi səmərənin əmələ gəlməsinə səbəb 

olmadıqda, habelə onlara aid edilən gələcək iqtisadi səmərələr mühasibat balansında 

aktivin  tanınma  meyarlarına  uyğun  gəlmədikdə  və  ya  bu  meyarlara  artıq  cavab 

vermədikdə,  bu  məsrəflər  "Mənfəət  və  zərər"  haqqında  hesabatda  xərc  kimi  dərhal 




 

 

23 



tanınır.  Həmçinin,  öhdəlik  müvafiq  aktiv  tanınmadan  yarandıqda  xərc  "Mənfəət  və 

zərər" haqqında hesabatda tanınır. 

"Xərclərin  uçot  ardıcıllığı"  birbaşa  və  dolayı  xərclərin  tərkib  etibarı  ilə, 

həmçinin onların maya dəyərinə aid olunması ardıcıllığını təyin etdiyi üçün aşağıdakı 

hallar qeyd olunmalıdır: 

  stehsalata  çəkilmiş  məsrəflər  202  N-li  " stehsalat  məsrəfləri"  hesabında 

istehsalata  xərc  növləri,  nomenklatura  növləri  və  bölmələr  üzrə  analitik  uçot 

qaydaları əsasında toplanır; 

  Ümumistehsalat xərcləri özlüyündə 701-5 "Satışın digər maya  dəyəri xərcləri" 

hesabında  toplanır.  Bu  zaman  ayın  axırı  202  " stehsalat  məsrəfləri"  hesabına 

silinir. Daha sonra isə məhsul nomenklaturası üzərinə keçirilir; 

  Birbaşa  xərclər  (işlərin  görülməsi,  öz  məhsullarının  istehsalı,  xidmətlərin 

göstərilməsi və realizasiyasına aid olunan) aşağıdakılardır: 

  Məhsulların  istehsalına  sərf  olunan  xammal  və  materialların  faktiki 

dəyəri,  onların  əsasını  təşkil  edən,  yaxud  məshul  istehsalı  üçün 

ə

zəvolunmaz komponentlərin dəyəri; 



  stehsalatda  istifadə  edilən  öz  istehsalına  aid  olan  yarımfabrikatların 

dəyəri; 


  stehsalatda istifadə edilən hazır məhsullara aid faktiki dəyər; 

  Ümumistehsalat xərcləri 

  şlərin 

görülməsi,  xidmətlərin  göstərilməsi,  məhsulların  istehsalı  və 

realizasiyasına aid edilən ümumistehsalat xərcləri aşağıdakılara aid edilir: 

o  Ümumistehsalat  məqsədləri  yönündə  istifadə  olunmuş  xammal  və 

materialların faktiki dəyəri; 

o  Qeyri-maddi  aktivlərin  amortizasiya  ayırmaları  (ümumistehsalat  və 

istehsalat məqsədli olan); 

o  Əsas istehsalat işçilərinin əmək haqqı xərcəlri (sosial ayırmaları nəzərə 

almaqla); 

o  stehsalatda istifadə olunan, alınmış və hazır məhsulların maya dəyəri; 




 

 

24 



o   Gələcək dövrlərin xərcləri (Ümumistehsalat xərclərin aid edilən). 

o  Ümumistehsalat məqsədli əsas vəsaitlərin amortizasiya ayırmaları; 

  Kütləvi  və  seriyal  istehsalatda  bitməmiş  istehsalat  normativ  (plan)  istehsalat 

maya dəyəri ilə  əks olunmuşdur; 

  701-5  saylı  "Satışın  digər  maya  dəyəri  xərcləri"  hesabının  debetində 

göstərilmiş dolayı xərclərin böluşdürülməsi mütənasib olaraq məhsulun (iş və 

xidmətin) reallaşdırılmasından əldə olunan gəlir əsasında aparılır; 

  721  saylı  " nzibati  xərclər"  hesabının  debetində  dövrün  sonunda  idarəetmə 

xərcləri  kalklulyasiya  obyektlərinə  əsasən  bölgüsü  aparılmadan  şərti 

göstəricilərdən istifadə etmək şərti ilə, nomenklatura qrupları üzrə əldə edilən 

gəlirdə payı baxımından mütənasib olan 601 "Satış" hesabının debetinə silinir. 

  darəetmə  xərcləri  və  kommersiya  xərcləri  satılmış  məhsul,  iş  və  xidmətlərin 

maya dəyərində aşağıdakı şəkildə tanınmışdır: 

o  Gələcəkdə  əldə  olunacaq  gəlirlərə  aid  edilən  xərclər  istisna  olunmaq 

şə

rtilə,  cari  hesabat  ilində  adi  fəaliyyət  növləri  üzrə  tam  şəkildə  xərc 



kimi tanınır; 

o  Gələcək  dövrün  gəlirlərinə  aid  xərclər  gələcək  dövrün  xərclərinin 

tərkibində  qeydə  alınır  və  bu  sözü  gedən  bu  gəlirlər  əldə  olunduğu 

andan etibarən silinir; 

o  Təşkilat  tərəfindən  sərbəst  şəkildə  qəbul  edilən  qərarlardan  biri  də, 

kommersiya  və    idarəetmə  xərclərinin  gələcək  dövrlərin  xərclərinə  aid 

edilməsi, eyni zamanda da onların xari xərclərə silinməsidir. 

       Xərclər mahiyyət etibarı ilə mənfəət, həyata keçirilməsi forması, digər gəlirlərin 

ə

ldə  olunması  və  s.  kimi  amillərdən  asılı  olmayaraq  mühasibat  uçotunda  sərbəst 



şə

kildə  tanınırlar.  Xərclərin  həyata  keçirilməsi  formalarına  pul,  natural  və  s.  aiddir. 

Bu  hallarda  xərclər  vahidləşdirilmiş  formalar  əsasında  tərtib  edilmiş  və  məcburi 

rekvizitləri  özündə  əks  etdirmiş  formada  tanınır.  Biz  gəlir  və  xərclərin  uçotda 

tanınmasının bir sıra sferalarda özünəməxsus əksinə nəzər yetirə bilərik. Misal üçün 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə