Microsoft Word ?Li k?Rim doc



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix25.08.2018
ölçüsü0,7 Mb.
#64065
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
63
 
 
 
 
 
“VÜQARLA SEVİRƏM” 
 
Sevgilər müxtəlifdir. Hələ  ağlımız kəsməyən za-
manlarda içimizdə ana məhəbbəti yaranır, daha sonra baş-
qa yaxınlara, doğmalara məhəbbət duyuruq. Böyüdükcə 
vətən, xalq, millət kimi məfhumları anlayırıq, sevirik. 
Daha sonra hər bir insanın özünəməxsus, öz qəlbinin 
çırpıntılarına uyğun sevgisi gəlib tapır onu. Bu sevginin 
yaşı bilinmir, bu sevginin az-çoxu olmur, bu sevginin 
başqa sevgilərə oxşarlığı olmur.  
Əli Kərim yaradıcılığında bu sevgilərdən danışmaq 
istəsək, birinci növbədə yadımıza “Qaytar ana borcunu” 
şeiri düşəcək. Yadımıza düşəcək yox, bizi silkələyəcək, 
özü qələmimizin ucuna dayanacaq ki, birinci məndən 
danış. Bu şeir Cəfər Cabbarlının “Ana” şeirindən sonra 
ikinci yerdə durur desək, yanılmarıq. Burada ana borcu-
nun qaytarılmasının mümkünsüzlüyünü bilən şair oğuldan 
“özünü istəyir”. Ana obrazını yaradan şair ananın səciy-
yəvi cəhətlərini sadalamır, onun əvəzində ananın yaratdığı 
oğulu təsvir edir. Yəni, yaranmış varlıq ilə yaradanın bö-
yüklüyü açıqlanır. Burada diqqəti çəkən bir misra var: 
“Bir oğul büyütdü ki, oğul deyirəm sənə”. Burada hər şey 


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
64
var. Başqa heç bir sözə ehtiyac yoxdur. Şair burada demir 
ki, ana oğlunu çox sevir, bu sevgini elə detallarla bizə 
çatdırır ki, biz bu sevginin böyüklüyünü hiss edirik və 
duyuruq. 
Əli Kərimin lirik qəhrəmanı bir şeirdə anadır, başqa 
bir  şeirdə isə ürəyində ana məhəbbəti olan bir insandır. 
Şairin “Heykəl və heykəlin qardaşı”, adlı fraqmentlər 
poemasının “Analar dünyası”, “Ananın  şifahi gündəliyi” 
və “Qonşulara təsəlli” adlı fraqmentlərində anaların tərən-
nümünə çox yer ayrılmışdır. Şair yazır: 
 
Eh, analar,  
Oğlu üçün heykəltəraş,  
Rəssam olan,  
Məhəbbətdən ilham alan
Gərək sizi hər bir zaman  
İlahətək yad edələr, 
               Hey analar. 
               Ey analar!  
               Ey analar!
63
 
 
Əli Kərimin ana şeirləri də başqa ana şeirlərinə 
bənzəmir. Bu şeirlərdə çiy, boyat fikirlərə, çeynənmiş 
ifadələrə rast gəlmirik. Başqa bir “Ana” şeirində şair ana-
ya müraciətlə deyir ki, sən yaranışdan oxşar olmamısan, 
demirəm ki, sən göy kimi ucasan, sən ancaq özün kimi 
böyüksən. Amma о qədər böyüksən ki, ağarmış saçına əl 


 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
65
vuranda elə bilirəm ki, əlim  Şahdağın başına dəyir. Səni 
bağrıma basanda “Elə bil Göyçaydan Kamçatkayadək 
vətən torpağını qucaqlayıram”. 
Əli Kərim şeirində “Vətən” sözü azdır, amma vətə-
nə bağlılıq, vətən sevgisi bəs qədərdir.  Əli Kərim üçün 
Göyçay yar, Neft daşları var, Xəzər var, Kür var, bütün-
lüklə Azərbaycan var. “Azərbaycan” şeirində yazdığı kimi 
Nizamili, Nəsimili, Füzulili, Nəsrəddinli, Cəlilli, Sabirli 
Azərbaycan. Oğlunun adını “Azər” çağıran bir atanın ürə-
yində övlada olan atalıq məhəbbətiylə paralel ana torpağa 
olan övladlıq məhəbbəti var. Bu məhəbbət sonsuzdur, bu 
məhəbbət vüqarlıdır, qürurludur, bu məhəbbət safdır, 
təbiidir.  Əli Kərimin lirik qəhrəmanı gözəl olan, təmiz 
olan, yaxşı olan hər şeyi sevir. Sevir, vüqarla sevir: Adsız 
bir şeirində dediyi kimi: 
 
Sevirəm 
Baxışları yaz şəfəqi kimi  
Ürək qızdıran,  
Sözləri qəlbə  
Səadət dadızdıran  
İnsanı. 
Yaxşılar az deyil...  
Odur ki, fəth edə bilmir  
Başdan başa qəlbimi qəm.  
Vüqarla sevirəm!
64
 
 


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
66
Əli Kərimin sevgi şeirləri içərisində özəl məhəbbət 
duyğuları daha coşqundur, obrazlar daha rəngarəngdir. 
Burada deyilməyən deyimlər diqqəti çəkir. Bu, Əli Kərim 
özünəməxsusluğudur. Əli Kərim sözün əsl mənasında söz-
dür. Şeiriyyata bələnmiş, misralanmış söz karvanı: “Qayıt, 
yerinə qoy ayı, günəşi, Yenə olduğu tək görüm həyatı. 
Qayıt gözüm nuru, könlüm atəşi, Qayıt sahmana sal bu 
kainatı.”, “Ürəyim sən deyən çox cavan deyil, nə  qədər 
dərdini daşıyıbdır  о.  О  qədər sürətlə vurub ki, sənsiz, 
bəlkə də lap yüz il yaşayıbdır o”, “Xeyli vardır, bir sözün 
qoşa hecası kimi ayrılmazdır qəlbimiz”, “Eh, təki sən sağ 
ol, bu soyuq tale məndən istəsə bir can istəyəcək”, “Dağıt 
başdan-başa yaşanılmamış üstünü, altını axmaq ömrü-
mün”, “Sənsiz nə  çətin imiş gecə ilə bacarmaq”, “Göz-
lərim sənə heyran olub... Baxışlarım meridian olub 
sancılıb dünyanın ən uca yerinə”, “De hansı bir ürək qəbul 
eyləyər məni sən ünvanlı  dərdlə, gileylə”, “Sən mənim 
qədrimi biləsən deyə, bu cavan yaşımda ölümmü indi”, 
“Soyuq, mavi baxışından elə bil ki, göyərdim mən” və.s.... 
“Mən də bir aləməm, bir keşməkeşəm,  şeirimin 
dayağı  məhəbbətimdir”, — deyən  Əli Kərim  şeiri bəlkə 
elə ona görə əbədiyaşardır. Bu fani dünyanın məhəbbətdən 
savayı əbədi qalacaq nəyi var ki? Yaşayıb-yaşadan, ölüb-
yaşadan aşiqlərin hər biri bir aləm deyilmi? Həyat davam 
edir, gələn gəlir, gedən gedir, dünyada qalan təkcə  mə-
həbbət nağılları, məhəbbət nəğmələridir. Əli Kərim yazır: 
 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə