Microsoft Word ?Li k?Rim doc



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə18/22
tarix25.08.2018
ölçüsü0,7 Mb.
#64065
1   ...   14   15   16   17   18   19   20   21   22

 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
72
istedadı gözü götürməyən də bu obyektivdədir. 
Şairin adsız bir şeirində ölən dostunun şeirlərini çap 
etdirib  şair kimi tanınan bir tip vardır.  Şair göstərir ki, 
dostunun  şeirlərini çap etdirib şöhrətə çatan bu tip, dos-
tunun şeirləri qurtarandan sonra öz şeirlərini çapa verir və 
bu  şeirləri oxuyanlar onun artıq bir şair kimi öldüyünü 
bildirirlər. Bu kiçik bir şeirdə  şair nifrət dolu hiss-duyğu 
ilə ikrah doğuran mənzərə yaratmışdır. 
Əli Kərimin məşhur “İlk simfoniya” poemasında 
isə tamam başqa obrazlarla qarşılaşırıq.  İlhamla Azadın 
müqayisəsi. Yanlışlıqlar. Həqiqi sənətlə zahiri bayağı 
notlara bürünmüş  səslər. insanı aldadan zahiri parıltılar. 
Hətta bir sevgini məhv edən, bir ailəni dağıdan, iki ürəyi 
viranə qoyan təntənəli akkordlar. Amma sonunda şair 
həqiqətin qalib gəldiyini qeyd edirsə  də, artıq verilən 
itkiləri qaytarmaq çətin, itirilən səadəti yenidən tapmaq 
müşküldür. Şair əsəri belə bitirir: 
 
Simfoniya susmayır, 
Simfoniya çağlayırdı. 
Elə bu vaxt uzaqda 
Yerə dikib gözünü,  
Qucaqlayıb dizini 
Bir gözəl ağlayırdı…
70
 
 
İlhamın simfoniyası çağlayan zamanda həqiqi sənətin 
səsi Azadı boğurdu.  İlhamın  şöhrətini özünün əlindən alın-


 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
73
mış  şöhrəti hesab edən Azad özünü qarət olunmuş hesab 
edirdi və  həqiqi sənətin ecazkar səsi ilə parallel mənfur 
düşüncənin hakimi olan “sənətkar”ın boğuq harayı eşidilirdi. 
Paxıllıq zəhəri ilə  zəhərlənmiş bu “sənətkar” artıq özünün 
yoxluğunu görürdü. Dərk etmək, anlamaq istəməsə  də bu 
fakt qarşısında məğlub idi. Paxıllıq zəhərini İlhamın məhəb-
bət piyaləsinə tökərkən, öz sənət dünyasını  zəhərlədiyinin 
fərqində olmayan Azad üçün artıq sənətdə yer yox idi. 
Əli Kərimin “Salyeri” adlı  şeirindəsə  həqiqi iste-
dada malik olan Motsartla, ona fiziki mənada zəhər verən 
Salyeri paraleli verilmişdir. Şair sözünə belə başlayır: 
 
Motsarta yox, 
Deyərdim: 
Özünə verdi zəhərini. 
O vaxtdan heç kim çalmır 
Onun bircə əsərini.
71
 
 
Şair Salyerinin həyatını bir qızdırmalının gördüyü 
yuxu hesab edir. Onun yazdıqlarının , “Dahiliyin şahlıq 
taxtına yozduqlarının” “Namərd qardaşlıq məzarında” 
basdırıldığını qeyd edərək, düşünür ki, Salyeri Motsartı 
dirildib, öz puluna aldığı zəhəri geriyə istərdi, o zəhərin öz 
boğazına tökülməsini istərdi, təki, bir əsərinin çalındığını 
eşidəydi. Burada Salyeri Motsart paralelində şərlə xeyirin 
mübarizəsi var. Amma sonda yenə  də xeyir qalib gəlir, 
həmişə olduğu kimi. Motsartın  əsərləri zaman-zaman 


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
74
yaşayır, xeyirxahların  əməli kimi. Hər dəfə bu mövzuya 
müraciət edən bir sənətkar Motsarta sevgi, Salyeriyə nifrət 
dolu duyğularla bu faciəni qələmə alır. 
Əli Kərimin “Ölümdən pis” adlı bir dördlüyü var: 
 
Ölümdən–xəyanət pis, 
Ölümdən–rəzalət pis! 
Bəzən necə gözəlsən, 
Ölüm, sən ey səadət!
72
 
 
Bu kiçicik şeirdə şair xəyanətə, rəzalətə olan dərin 
nifrətini bildirir. Əli Kərim şeirinin ən dəyərli cəhətlərin-
dən biri də elə yığcamlılıq, konkretlikdir. Uzun-uzadı söz 
söyləməkdən, baş  ağrıtmaqdan uzaq olan şairi sevdirən 
cəhətlərdən biri də elə budur ki, kiçik həcmdə böyük 
mətləbləri açıqlamağı bacarır.  Əli Kərim nifrəti çox vaxt 
qarşıdakı obyektə  məhəbbətlə paralel verilir. Motsartı 
sevən  şair Salyeriyə nifrət edir. Bəlkə elə  həyatdakı pis-
lərə, pisliklərə olan nifrət məhz elə yaxşılara, yaxşılıqlara 
olan sevgidən yaranır. Və bu paralel poeziyada daha mü-
kəmməl əksini tapır. 
Bu sevgi ilə nifrətin paralelini şairin dünyəvi faciə-
lərlə bağlı əsərlərində də aydın görürük. Bu əsərlər şairin 
müxtəlif illərdə çap olunmuş kitablarına daxil edilmişdir. 
“Seçilmiş  əsərlər”inin 1991-ci il nəşrindəsə ardıcıl veril-
mişdir. Burada diqqəti çəkən “N 3702”, “Coğrafiya müəl-
liminin şəhadət barmağı haqqında ballada”, “Alman əsir”, 


 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
75
“Bomba üstündə ev, “Analar ağlar”, “Xirosimada mək-
təbsiz uşaq” kimi əsərlərdə müharibənin qanlı  dəhşətləri 
xatırlanır. Şair bəşəriyyətin ən ağrılı dərdlərindən danışır. 
“N 3702”-də  rəqəmlər aləmində titrəyən, çırpınan, 
xəstə kimi üşüyən bir riyaziyyat müəllimi ilə tanış oluruq. 
Dərs keçdiyi zaman hər hansı bir rəqəm onun üçün canlı 
insana çevrilir. Konslagerdə  əsirlərin döşlərinə vurulmuş 
nömrələr yadına düşür. Burada qaz peçinə atılıb yandırılan 
Valya, anasından gestaponun zorla ayırdığı, məhv etdiyi 
körpə, naməlum macar, gürcü, rus–hamı xatırlanır. Riya-
ziyyat müəllimi hər gün bu rəqəmlərlə üz-üzə gəlir, amma 
şagirdlər bilmirlər ki, hər rəqəm canlı insandır.  Şeirin  ən 
təsirli yeri müəllimin öz nömrəsinin şagird dilində səslən-
məsi, müəllimin dik atılması  və  şairin sonda rahatlıqla 
gəldiyi qənaət–artıq o günlərin geridə qalması, artıq insan-
ların o mənhus nömrələrlə deyil, öz adları ilə çağırmaları-
nın nə qədər xoş olmasındadır. Konslagerdə 3702 çağrılan 
müəllimin öz adıyla çağrılmasının nə demək olduğunu 
ancaq o dəhşətləri görənlər, dərk edənlər bilə bilər. Şair bu 
ağrı-acını duyduğu üçün öz yaşantısını təsirli şəkildə bizə 
təqdim edir. Şeir bu sonluqla  bitir: 
 
Nə gözəldir insanı 
Öz adıyla çağırmaq. 
Yiyəsidir adının 
Buradakı hər uşaq. 
3702 dərs deməyir onlara


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə